Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə56/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   52   53   54   55   56   57   58   59   ...   163

144

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

__________________________________________________________

Tarix             Ölkə           Ərazi              Ölüm  halları     Yaralanan      Mümkün 

Səbəb                      

_____________________________ ____________________________

Mart97          15 yerdə                                              56                   59          İnsan səhvi və

                                                                                                                       Təhlükəsizlik      

06May04      Ukrayna         Novoboqdanovka          5                     10          Yanğın(İnsan            

                                                                                                                       səhvi-                          

                                                                                                                      Siqaret çəkmə)

31May05       Kamboca        Andonq Çen                6                       20         Yüksək 

Temperatur 

08Dek05       Pakistan          Jandola                        12                      50        Rəftar                

 08İyul 06     Monteneqro       Vir                             0                       32        İldırım             

19Okt 06       Serbiya            Paraçin                         0                       10       Məlum deyil

 02 Mart 07   Slovakiya        Novakı                         8                       45       Məlum deyil     

26İyul07        Suriya            Hələb                           15                      50        Yanğın

09İyul08        Özbəkistan     Kaqan                           3                       21       Yanğın

04Dek 08      Hindistan        Qandidəmn                   2                       6         Yanğın               

19Mart 09      Kazaxstan       Darbaza                       4                       16       Yanğın         

Mənbə: The Threat from Explosive Events in Ammunition Storage Areas (Kent, UK: 

ECAO-Explosive Capabili ties Limited, 15 July 2009), 

www.iansa.org/un/documents/

ExplosiveEvents1995-2009.pdf

Silah-sursatın köklü şəkildə azaldılması  və onun qanunsuz çatdırılma 

yollarının bağlanması ilə münaqişələrin şiddətini əsaslı şəkildə azaltmaq olar. 

Artıq silah-sursat hərbi anbarlardan qeyri stabillik bölgələrinə yönəldilmiş və 

orada münaqişələri daha da şiddətləndirmişdir. Onlar, həmçinin, cinayətkar 

qrupların və terroristlərin də əllərinə düşür.

70

70 


 Debate Continues on Small Arms Conference Recommendations, UN General Assembly 

DC/3008, Preparatory Committee for Review Conference on Illicit Small Arms Trade (16 

January 2006), www.un.org/News/Press/docs/2006/dc3008.doc.htm.



145

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Çoxlu sayda beynəlxalq təşkilatlar bu riskləri başa düşür və artıq silah 

və sursat ehtiyatlarının məhv edilməsinə kömək və bu sahədə  əməkdaşlıq 

üçün imkanlar yaradırlar. Haşiyə 10.3, ATƏT-in nəzdində razılaşdırılmış 

beynəlxalq kömək üçün yaradılmış mexanizmləri açiqlayır.

 Bu əsrin əvvəlindən başlayaraq, NATO çoxlu sayda silah və sursat eh-

tiyatları ilə  əlaqədar problemləri həll etmək üçün mühüm rol oynamışdır. 

NATO, Sülh Naminə Tərəfdaşlıq proqramının Trast Fondu (Partnership for 

Peace Trust Funds) vasitəsilə edilən donor köməyinə “koordinasiya mərkəzi” 

rolunu oynayır. NATO-nun  Təminat və Təhcizat İdarəsi ( NAMSA-NATO 

Maintenance and Supply Agency)əsas icraçı təşkilat rolunu oynayır. Haşiyə 

10.4 NATO-nun bu istiqamətdə gördüyü işlərlə bağlı əlavə məlumat verir.

Silahları məhv edən Trast Fondunun nailiyyətləri təsiredicidir. Mövcud 

olduğu ilk beş il ərzində,  Avro-Atlantik məkanı üzrə müxtəlif layihələrə kö-

nüllü töhvələr vasitəsilə 16 milyon Euro-dan çox pul toplayaraq təqribən 2,5 

milyon mina, 325 dənə zenit raketi,



Haşiyə 10.3 

Artıq Adi Silahların İdarə Edilməsi Üçün Beynəlxalq Kömək

Artıq adi sursat ehtiyatlarının,partlayıcı maddələrin və partlayıcı 

qurğuların yaratdığı risklərin təhlükəli və qeyri-qənaətbəxş saxlama şəraiti 

nəticəsində yaranması ATƏT üzvü olan ölkələr tərəfi ndən qəbul edilir. Ona 

görə  də, onlar artıq silah ehtiyatlarının təhlükəsizliyi məsələsinin nəzərə 

alınması haqda razılığa gəlmişlər və partlayış  və ekoloji çirklənmənin 

risklərinin,həmçinin oğurluq,korrupsiya və baxımsızlıq üzündən itkilərin 

qarşısını almaq baxımından, qeyri-nüvə  sursatlar, partlayıcı maddələr və 

partlayıcı qurğular üzərində uyğun milli təhlükəsizlik və qoruma nəzarətinin 

olması çox önəmlidir.

Artıq avadanlığın risk törətmə göstəriciləri ilə bağlı ATƏT aşağıdakıları 

göstərir:

•  Qeyri-nüvə sursatların, partlayıcı maddələrin və partlayıcı 

qurğuların daşınması zamanı  təhlükəsizliyi maksimumlaşdırmaq 

prosedurları;

•   Artıq silah və sursat ehtiyatlarının səmərəli idarə edilməsi və 

təhlükəsizlik prosedurlarını təmin etmək üçün işçilərin təlim edilib 

hazırlanması;

•   Nəzarət və audit məsuliyyətlərinin tətbiq edilməsi üçün sistemin 

hazırlanması.




146

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

Artıq sursat və partlayıcı maddələr saxlayan və yüksək səviyyəli risklərlə 

üzləşən ölkələrə, ATƏT texniki,maliyyə,məsləhət və digər yardımlarla 

təmin edən mexanizmlər təklif edir. Bu kömək könüllü surətdə edilir, 

müraciət edən ölkə tam şəffaf istiqamətdə hərəkət edir və yardım səylərinin 

idarəçiliyin birgə layihə qrupu tərəfi ndən ediləcəyini qəbul edir.



Mənbə: OSCE, OSCE Document on Stockpiles of Conventional Ammunition (Vienna: 

Organization for Security and Co-operation in Europe, November 2003), www.osce.org/

item/1538.html

Haşiyə 10.4.  NATO və Artıq Silah və Sursatların Məhv Edilməsi

NATO-nun SNT Trast Fondu (NATO Partnership for Peace Trust 

Funds)2000-ci ilin Sentyabrında yaranmışdır və indi artıq silah və adi 

sursatların bütün növlərini məhv etməklə məşğuldur. Trast Fondu layihələri 

əvvəlcə Balkan və keçmiş sovet respublikaları üçün işlənib-hazırlandı. Bu  

ölkələrdə yığılıb qalan böyük miqdarda artıq silah və sursat ehtiyatlarını 

saxlamaq və qorumaq problemləri vardır.Trast Fondu proqramlarının 

əsasında dörd mühüm istiqamət var: kömək üçün yerli hökümətdən 

gələn müraciət;aparıcı dövlət tərəfi ndən maliyyə  əldə edilməsi; maliyyə 

və hüquqi sənədlərin hazırlanması  və imzalanması; layihənin yerinə 

yetirilməsi. Sonuncu istiqamət NATO-nun  Təminat və  Təhcizat  İdarəsi 

-NAMSA-ya (NATO Maintenance and Supply Agency)həvalə edilir. 

Sursatların məhv edilməsi onun əsas fəaliyyətinin tərkib hissəsidir və onun 

müqavilələr hazirlanması və imzalanması, layihə və maliyyə idarə edilməsi 

üzrə  təcrübələri vardır. Hal hazırda, SNT, Aralıq Dənizi Dialoqu və 

İstanbul Əməkdaşlıq Təşəbbüsü üzvü olan 34 ölkə vardır. Bu proqramların 

çərçivəsində  Əfqanıstanda, Albaniya, Azərbaycan, Belarus, Bosniya, 

Gürcüstan,  İordaniya, Kazakstan, Moldova,Monteneqro, Tacikistan, 

Serbiya və Ukraynada layihələr ya başa çatıb ya da planlaşdırılıb.NATO 

Trast Fondu prosesi beynəlxalq əməkdaşlıq üçün uğurlu vasitə olmuş və 

çox ehtimalla önümüzdəki illərdə  də davam edəcək. Başqa beynəlxalq 

təşkilatların NATO ilə bu növ layihələrin hazırlanması və həyata keçirilməsi 

istiqamətində əməkdaşlıq etməsinə imkanlar mövcuddur.

Mənbə

:

 Peter Couruney-Green, “NATO and Demilitarization of Surplus Weapons and 

Ammunition,” Con temporary Security Policy 29:1 (April 2008): 15–31.

320 ton raket yanacağı, 28.000 atıcı silah və yüngül silahları və 1800 ton 

sursatı ləğv etmişdir.

71

71 



 “Fifth Anniversary of Arms Destruction Trust Fund,” NATO News (16 November 2005), 


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə