141
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
10-cu Fəsil
Lazımsiz Avadanlığın və
İnfrastrukturun İstifadəsi
Soyuq müharibədən sonrakı təhlükəsizlik mühitinə uyğunlaşma prosesi
zamanı bir-birinə əks qütblərdə yerləşən tərəfl ər öz silahlı qüvvələrini dra-
matik dərəcədə azaltdılar.Bu proses zamanı çoxlu sayda silah sistemləri, ava-
danlıq, sursatlar və hərbi obyektlər müdafi ə və təhlükəsizlik baxımından öz
əhəmiyyətini itirdi. Qərb ölkələrindəki hərbi təşkilatlar da müəyyən problemləri
həll etməli oldular. On görə də düzgün hərbi idarəetmə mexanizmlərinin, par-
lament nəzarətinin və cəmiyyətin marağının üst-üstə düşməsi bu problemi
idarə olunan hala saldı. Keçmiş Varşava müqaviləsi ölkələri isə, lazımsız
köhnə hərbi məmulatların taleyi ilə bərabər, bazar iqtisadiyyatına dönüş və
demokratik idarəetmə prinsipləri ilə də məşğul olmalı idilər. Bu ölkələrin bir
çoxlarının ərazisində və ya qonşuluğunda yanar münaqişələrin olması, çox
məhdud şəffafl ıq və ümumiyyətlə çox zəif demokratik dövlət institutlarının
olması da onlar üçün əlavə problemlər idi.
Təəccüblü deyil ki, Şərqi, Cənubi-Şərqi Avropada və digər yerlərdəki
müdafi ə təşkilatları bu mirasdan qalan problemlərin öhdəsindən gəlmək
iqtidarında ola bilmədilər və hələ də müxtəlif sayda bu cür problemlərlə
üzləşirlər. Birincisi, lazımsız,artıq avadanlığın və infrastrukturun saxlanması
çox xərc tələb edir. İkincisi, artıq avadanlığın düzgün qorunmaması,anbarda
saxlanılması və idarə edilməsi birbaşa olaraq əsgərlərə,işçilərə və yaxınlıqda
yaşayan əhaliyə və ətraf mühitə təhlükə yaradır və qanunsuz alverin artması-
na və silah və texnikanın cinayətgarlara və hətta terrorçulara yayılmasına im-
kan yaradır. Və üçüncü olaraq, artıq avadanlıq və infrastrukturun qeyri-şəffaf
və cavabdehsiz idarəetməsi korrupsiya risklərinə yol açır.
Bu fəsildə bu üç qrup problemlərə baxılır və onları həll etmək üçün
müsbət praktikadan nümunə gətirilir. Son bölmədə tövsiyələr siyahısı verilir
və bu tövsiyələrin həyata keçirilməsi utilizasiya
69
(lazımsız,artıq avadanlığın
istifadəsi) zamanı korrupsiya imkanlarını azaldır.
69
Burada utilizasiya lazımsız,artıq hərbi avadanlığın və infrastrukturun satış, mübadilə,
ianə,dönüşüm, məhv etmə və ya başqa qanuni yollarla müdafi ə strukturlarından çıxarılması
adlanır.
142
Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi
Resursların İsrafı
Artıq olan hərbi məmulatların müdafi ə təşkilatlarından çıxarılması çox
baha başa gələ bilər. Digər tərəfdən, artıq silah sistemləri,avadanlıq,silah-
sursat və infrastrukturu əldə saxlamaq, zəruri müdafi ə qabiliyyətlərini inkişaf
etdirmək və ölkənin, müttəfi qlərin və tərəfdaşların təhlükəsizliyini qorumaq
üçün silahlı qüvvələrin hərbi əməliyyatlara göndərilməsinə lazım olan dəyərli
insan və maliyyə resurslarını lazımsız istiqamətə yönəldir. Haşiyə 10.1-in
göstərdiyi kimi artıq hərbi avadanlıq və infrastrukturun düzgün istifadə olun-
maması milli müdafi ə imkanlarının uzun- müddətli inkişafına zərər vurur.
Haşıyə 10.1. Artıq Hərbi Avadanlığın İstifadəsinin Uzadılmasının
Dolayı Xərcləri
2004-cu ildən NATO üzvü və 2007-ci ildən Avropa Birliyi ölkəsi olan
Bolqarıstan hələ də özünün Soyuq Müharibə dövründəki böyük ordusunun
mirası ilə məşğuldur. Berlin Divarının düşməsindən 20 il keçməsinə
baxmayaraq, Bolqarıstan müdafi ə təşkilatları hələ də çoxlu silah
sistemlərindən, on minlərlə ton silah-sursat və ehtiyacı olmadığı yüzlərlə
hərbi obyektlərdən canını qurtara bilmir. Orta hesabla götürsək, artıq
hərbi əmlakın utilizasiya tempi orduya daxil olan müasir texnika və hərbi
sursatların və yeni infrastrukturların qurulması tempindən çox deyil.
Digər tərəfdən, ölkə özünün beynəlxalq hərbi əməliyyatlar sahəsində
müttəfi qlik öhdəliklərini və qarşılıqlı əlaqə yarada biləcək müdafi ə
imkanlarını inkişaf etdirmək üçün də mübarizə aparır. Beləliklə, artıq
avadanlıq və infrastrukturu saxlamaq xərcləri,müdafi ə sektoruna qoyulmalı
olan uzun-müddətli yatırımları məhdudlaşdıraraq, ödənilir. Məsələn, artıq
infrastrukturun qorunmasının outsorsinq xərcləri, Bolqarıstanın hərbi
tədqiqatlar və texnologiya inkişafı üçün qoyduğu yatırımlardan çoxdur.
Təhlükəsizlik və Asayiş Riskləri
Hər hansı silah-sursat ehtiyatları, partlayıcı maddələr və partlayıcı qur-
ğular onları qoruyan və işlədən adamlar üçün, qonşuluqdakı əhali və ətraf
mühit üçün risk yaradır. Lakin bu silah-sursat ehtiyatları xidmətdə olan hərbi
birliklər tərəfi ndən işlədilirsə və qaydalar və prosedurlara riayət edilirsə, o
zaman bu risklər sadəcə adi (gündəlik baş verən) risklərə çevrilir.
Əgər hərbi qüvvələr bu lazımsız sursatdan canını qurtararsa və bu artıq
avadanlığı və infrastrukturu idarə etmək üçün az sayda hərbi qulluqçu xidmət
143
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
edərsə, o zaman vəziyyət dramatik dərəcədə dəyişər. Çox vaxt bu xidmət baş-
qa müəsisə tərəfi ndən, autsorsinq xidməti vasitəsilə həyata keçirilir və artıq
ehtiyatlar özəl şirkətlər tərəfi ndən və peşəkarlıq səviyyəsi və intizamı aşağı
olan texniki heyət tərəfi ndən də qorunur. Münaqişə sonrası ərazilərdə atılıb
qalmış sursatlar və partlayıcı maddələrin varlığının riskləri daha da yüksəkdir.
Haşiyə 10.2 təhlükələrin və dəyəcək mümkün zərərlərin nümunəsini verir, o
cümlədən silah-sursat anbarları ərazilərində baş verən partlayışlar zamanı or-
taya çıxan itkiləri açıqlayır.
Artiq silah sistemləri və sursatların lazımi qaydada qorunmaması za-
manı ortaya çıxan təhlükəsizlik problemləri asayiş riskləri kimi aktuallıq
daşıyır. Məsələn, AB daimi israrla bildirir ki,silah və sursat ehtiyatlarının
düzgün idarə edilməsi qanunsuz silah və partlayıcı maddələr əldə olunması
istiqamətində axtarılan kanalların bağlanmasına xidmət edən mühüm vasitə
ola bilər. AB “silahların idarəetməsi” termininə geniş məsələləri, məsələn,
ehtiyatların idarəedilməsi,silah və sursatların markalanması və hesaba alın-
ması, artıq silahların ayırd edilməsi, silahların məhv edilməsi və korrupsiyaya
qarşı mübarizəni aid edir.
Haşiyə 10.2. Sursat Anbarları Yerləşən Ərazilərdə Partlayıcı Hadisələrdən
Doğan Təhlükələr
Hər il silah-sursat saxlanılan anbarlarda baş verən partlayışlar haqqında
məlumatları manşetlərə çıxarırlar,lakin,çoxlu sayda kiçik hadisələr haqda
xəbər verilmir. Butün bu hadisələr yerli əhaliyə dağıdıcı təsir edir. Nəticədə
çoxlu sayda insanlar həlak olur, yerli infrastruktur dağılır və tez-tez ətrafda
yaşayan bütün əhalinin bütöv yaşayışı pozulur. İnsanlara vurulan zərərdən
başqa, bu cür partlayışlar ətraf mühitə öz mənfi təsirlərini göstərir və texniki
vasitələri məhdud olan ölkələrdə texniki problemlər yaradan təmizlik
xərclərini maliyyələşdirmək problemləri yaradır. Yerli əhali, xüsusilə də
uşaqlar, əsasən partlamamış maddələrin riski altına düşüb yaralanır və ya
həlak olurlar. Bu hallar daha çox hər hansı sursat anbarı partladığı zaman,
partlamamış maddələrin uzun müddət partlayış zonasının ərazisində qaldığı
zaman baş verir.
Aşağıdakı cədvəl 1990-cı ildən başlayaraq sursat anbarlarında baş verən
bir çox partlayış hadisələri ilə bağlı məlumatlar verir.
Dostları ilə paylaş: |