Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə54/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   50   51   52   53   54   55   56   57   ...   163

138

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

o Hər hansı  xəbər verilən pozuntular və ya qaydalar və qeyri-

qənaətbəxş riayət edilmə halları olduqda üstünə düşməli və bu hallar 

aradan qaldırılmalı  və baş verməməsi üçün təkmilləşdirilmə  təmin 

edilməlidir; 

o Vətəndaş  cəmiyyəti təşkilatlarına, özəlləşdirmə prosesinin 

monitorinqini və  nəzarətini aparan bütün uyğun sənədləşmələrə, o 

cumlədən, normal gizli sənədlərə-bu məlumatları gizli saxlamaq 

şərti ilə- çıxışının təmin edilməsi. Pozuntular tapılırsa və aradan 

qaldırılmırsa o zaman ictimaiyyətə xəbər verilə bilər.

• Uyğun audit və nəzarət mexanizmlərinin və idarələrinin işini təmin 

etməli və monitorinqini aparmalı. Bundan başqa, qanun və qaydaları 

pozduqlarına görə siyasilərə və rəsmilərə qarşı irəli sürülən cinayət, mülki 

və inzibati cəzaların həyata keçirilməsini təmin etməli, o cümlədən,

o  İnzibati ölçülər, o cümlədən, indiki işindən azad olunması  və 

gələcəkdə hökümət işinə cəlb olunmaması. 

o Qanunsuz əldə edilmiş mülkiyyətin müsadirə edilməsi;

o Korrupsiya nəticəsində dəyən zərərin ödənilməsi; və

o Həbs və pul cəriməsi.

Mənbə: Michael H. Wiehen, Avoiding Corruption in Privatization: A Practical Guide 

(Germany: GTZ, 2004), www.u4.no/ document/literature/gtzcorruptionandprivatization.

pdf


Tövsiyələr:

•  Hərbi istiqamətlərin, strategiyaların,büdcələrin və  qərar-qəbul etmə 

proseslərinin və icra etmə  fəaliyyətləri nəticələrinin aydın və  şəffaf 

şəkildə qiymətləndirilməsi və səmərəlilik metodlarının işlənib hazır-

lanması.

•  Müntəzəm olaraq hərbi rəhbərlik tərəfi ndən müdafi ə qabiliyyətinin 

səmərəlliynin təmin edilməsinin qiymətləndirilməsini aparmalı. Bu 

işlərə müdafi ə qabiliyyətinin gücləndirilməsinə xidmət edən infrast-

ruktur qurulması və onun işinin texniki baxımdan təmin edilməsi,tibbi 

xidmətin təmini və s. kimi addımlardan başlayaraq, havada təyyarələri 

yanacaqla təmin etmə vasitələrinə  qədər, döyüş  əməliyyatlarına 

dəstək xidmətləri daxildir.  Bu cür qiymətləndirmələri strateji hərbi 




139

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

analizlərdə və ya oxşar işlərdə nəzərə almalı.

•  Müntəzəm olaraq hərbi rəhbərlik tərəfi ndən müdafi ə qabiliyyətinin 

gücləndirməsinin məhsuldarlığı ilə bağlı qiymətləndirmələr aparma-

lı, o cümlədən, podratçı təşkilatlarla bağlanan alternativ müqavilələr 

vasitəsilə. Məsələn,outsorsinq və ya özəl-dövlət tərəfdaşlığı vasitəsilə 

büdcə  xərclərinin səmərəliliyni nəzərə almaqla və keyfi yyəti təmin 

etməklə dövlətin maraqlarını  nəzərə almalı  və etibarlı  və davamlı 

fəaliyyət göstərməli.

•   Outsorsinq,özəlləşdirmə  və özəl-dövlət tərəfdaşları üçün aydın və 

məhsuldar, hüquqi və iqtisadi qayda və normaların icrasını  təmin 

etməli.


          

Haşiyə 9.9  Özəl-Dövlət Tərəfdaşlığın Şəffafl ığı

1993-cü ildə qurulmuş Kanadanın Özəl-Dövlət Tərəfdaşlıqlar  Şurası 

http://www.pppcouncil.ca həm özəl sektorun, həm də dövlət sektorunun 

nümayəndələrindən təşkil olunmuş və üzvlər tərəfi ndən maliyyələşdirilən 

təşkilardır. Özəl-dövlət tərəfdaşlıq konsepsiyasının tərəfdarı kimi, bu şura 

tədqiqatlar aparır,aldığı  nəticələri dərc edir,müzakirələr üçün forumlar 

təşkil edir, özəl-dövlət tərəfdaşlığı mövzuları üzrə illik konfranslar təşkil 

edir (həm ölkə daxili, həm də beynəlxalq) və Milli Mükafat Proqramı 

vasitəsilə  uğurlu özəl-dövlət tərəfdaşlıq nailliyətlərini təntənəli surətdə 

qeyd edirlər.

Özəl-dövlət tərəfdaşlıqları üzrə ölkənin səlahiyyətli forumu kimi, Şura, 

siyasi liderləri və qərar-vermə səlahiyyətində olan rəhbərliyi, özəl sektorla 

tərəfdaşlıq münasibətlərini öyrənmək və inkişaf etdirməyə sövq edir. 

Alternativ olaraq, Şura özəl sektora özəl-dövlət tərəfdaşlığı layihələri üzrə 

hökümətlə işləmək üçün imkanlar yaradır və bu imkanlar sadə layihələrdən 

tutmuş tam özəlləşdirməyə qədər olan layihələri əhatə edir.

Özəl-dövlət tərəfdaşlıq proqramları üçün dəstəkdən və həvəsləndirmədən 

başqa,Şura ictimai xidmətin (yəni kommunal və tibbi xidmət, ictimai 

nəqliyyat,zibil yığılması  və s.) maliyyələşdirilməsi və icra edilməsi ilə 

bağlı özəl və dövlət sektorunun qərar qəbul edən rəhbərliyi arasında dialoq 

təşkil etdirir, ictimaiyyəti maarifl əndirir.  Şura,tərəfdaşlıqdan səmərəli 

istifadə etmək üçün önəmli rol oynayan əsas məsələlər üzərində obyektiv 

tədqiqatlar aparır və  tədqiqat işlərinin nəticəsini dərc edir,ayrı-ayrı halları 

öyrənir, istiqamətverici kitabcalar hazırlanır,sorğu keçirilir və özəl-dövlət 

tərəfdaşlığı məsələləri üzrə ölkə üzrə yekun hesabatları hazırlayır.



140

Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi

Şəffafl ığın ölcüsü kimi,şura, özəl-dövlət tərəfdaşlıq layihələrinin məlumat 

bazasına açıq girişi təmin edir və o özəl-dövlət tərəfdaşlıq layihə izləyicisi 

adlanır və  aşağıdakı ünvanda yerləşdirilib 

www.pppcouncil.ca/resources_

project_tracker.asp. 

Bu  məlumat bazası təklif mərhələsində olan layihələri 

və son zamanlar həyata keçirilmiş layihələri və ləğv edilmiş layihələri əhatə 

edir. İctimaiyyət, hər qüvvədə olan layihədən aşağıdakı məlumatları ala bilər: 

layihənin adı, məzmunu,layihənin tam dəyəri,özəl-dövlət tərəfdaşlılığının 

modeli və layihənin müddəti,indiki və sonrakı mərhələləri,əlavə məlumat 

üçün website və əlaqədə olan şəxs haqqında məlumat.

2009-cu ilin Mayında, Kanadanın Müdafi ə Naziri təhlükəsizlik üzrə böyük 

infrastruktur layihəsinin özəl-dövlət tərəfdaşlığı  çərçivəsində  həyata 

keçiriləcəyini elan etmişdir. Təhcizatçıların təhlükəsizlik xidmətinin 

yoxlamasından keçməsinə baxmayaraq, tenderin keçirilməsi ilə bağlı 

xəbərlər Şuranın website-da yerləşdirilmişdir.

Özəl-dövlət  tərəfdaşlıq modelləri üçün bax:

 http://www.pppcouncil.ca/ 

aboutPPP_defi nition.asp

        

•   Qanunverici,məhkəmə  və icraedici strukturların səmərəli və  şəffaf 

işləməsini təmin etməli,o cümlədən,daxili və xarici auditlər,parlament 

nəzarəti və ictimaiyyətin hesabat və  məlumatlara çıxışını  təmin etməli 

(həssas məlumatlara gizliliyi qorumağı təmin etmək şərtilə).



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə