Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə62/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   58   59   60   61   62   63   64   65   ...   163

160

Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması

Lakin fondlar kimi,hərbi kooperativlər də hotel və yükdaşıma şirkətləri 

yaratmaqla geniş biznes fəaliyyətiniə qoşulmuşlar. 

•  Meşə Təsərrüfatı Əməliyyatları         

1967-ci ildə Suxarto höküməti,İndoneziya-Malayziya sərhədi boyunca 

bir milyon hektar meşə ərazisini ordunun sahibi olduğu PT Yamaker şirkətinə 

istifadə hüququ vermişdir.  İndoneziya və Malayziya arasında ilkin sərhəd 

mübahisəsi zamanı “milli təhlükəsizlik maraqları” çərçivəsində bu qərar 

qəbul edilmişdir. O zamandan bəri, bu imtiyazdan istifadə edən hərbçilərin 

və orduya məxsus şirkətlərin sayı artmışdir

89

.

b. Ordunun Özəl Şirkətlərlə Əməkdaşlığı



Bu cür hərbi iqtisadi fəaliyyət, ordunun məşğul olduğu iqtisadi 

fəaliyyət ilə, ölkə daxili və ya xarici özəl şirkətlərlərlə iqtisadi əməkdaşlıq 

münasibətlərini əhatə edir. Bu cür növ münasibətlərdə ordu peşəkar vasitəçi 

kimi çixış edir, məsələn, hökümət lisenziyalarını təşkil edir,digər xidmətlərə 

çıxış yolu tapır,hərbi maşınlarla pullu daşımalar edir və torpaq kirayəyə verir. 

Özəl şirkətlər də ordunun “Sosial Tanışlıq Fondu”-na ianələr edirlər. Məsələn, 

bir tikinti fi rması 1,95 milyon ABŞ dolları  məbləğində torpaq sahəsini və 

içindəki binaları, Qərbi Javadakı sənaye mərkəzi olan Jababekada hərbi baza 

qurmaq üçün orduya vermişdir. Bu cür ianə iqtisadi fəaliyyət üçün məna da-

şıyır, çünki bu sənaye mərkəzində çalışan bir rəsmi “hərbcilərin burada möv-

cudluğu cinayətgarlığın qarşısını alacaq” demişdir.   

c. Ordunun Cinayətkar Fəaliyyətdə İştirakı

Bu cür cinayətkar iqtisadi fəaliyyətlərə qanunsuz meşə təsərrüfatı və re-

ketlik işləri daxildir (ordu cinayətkar fəaliyyətlərin qoruyucusu kimi çıxış 

etdikdə, məsələn, qumar oyunlarına qarşı əməliyatlarda, narkotik qaçaqmal-

çılığı və faişəlik hallarında). Reketlik TNİ içərisində həm aşağı, həm də orta 

səviyyəli iqtisadi fəaliyyət kimi ən populyardır(Yuxarıda haşiyə 11.1-ə bax).

d. Hərbi korrupsiya

Orduda ən böyük potensial korrupsiya sahəsi hərbi alqı-satqıdır. Məsələn, 

2004-cü ildə ordu Rusiyadan Mİ-17s vertolyotlarını almağı planlayırdı. Uy-

ğun olaraq,Komissiyanın üzvləri  (Parlamentın Müdafi ə Komissiyası) belə 

bir məlumat əldə etdilər ki, vertolyotların həqiqi qiyməti $17,6 milyona başa 

gəlir. Lakin, ordu bundan 25% çox, yəni $21,6 milyon ödəməyə  razılıq ver-

mişdi. Vertolyotlar həmən ilin Fevralın sonunda İndoneziyaya gəlməli idi. 

Lakin, Tempo jurnalının yazdığına görə Rusiya şirkəti $3,2 milyonu öncə 

ödəniş kimi almadığına görə, vertolyotların göndərilməsini dayandırmışdır

90

.

89  



Çiçəklənən Ədalət partiyasından olan aparıcı siyasətçi və keçmiş Meşə təsərrüfatı naziri

 Suripto, bir dəfə demişdir ki, hərbçilər 550 güzəştli meşə təsərrüfatı fəaliyyəti üçün lisenziya 

almışlar. Bax: Andreas Harsono, Indonesian Military and Prostitution Racket, www.

globalintegrity.org/reports/2006/INDONESIA/notebook.cfm.

90 

 Munir-ə isnad edilmişdir, “Corruption threatens Indonesia’s defense system,” The 




161

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Lakin, TNİ-ın iqtisadi fəaliyyətinə verilən təkan sadəcə siyasi baxımdan 

Suxarto rejiminin qoruyucusu kimi aktiv rol oynadığına görə yox, həm də 

hökümətin hərbi büdcənin sadəcə 25-30 faizini ödəmək imkanında oldu-

ğuna görə edilirdi.  Ona görə  də, qalan 70% kəsir hərbi iqtisadi fəaliyyət 

proqramlarının hesabına ödənilirdi. TNİ-ın iqtisadi fəaliyyətini,TNİ-ın iqti-

sadi dəstək strukturunu göstərən piramidada görmək olar (Bax şəkil 11.1)

91



Piramidanın tam başında hökümətin rəsmi hərbi büdcəsi durur və ordunun 

bütöv büdcəsinin üçdə birini təşkil edir. İkinci səviyyədə dövlət müəsisələri 

yerləşir və bu müəsisələrin rəhbərliyində istefada olan bir çox yüksək rütbəli 

hərbi zabitlər oturur və beləliklə, hərbçilərə-məxsus müəsisələrin dövlət 

müəsisələri ilə müqavilələr bağlaması üstünlük təşkil edir, məsələn, Pertami-

na (dövlət neft və qaz şirkəti) ilə bağlanan müqavilə kimi. Üçüncü səviyyədə 

hərbi kooperativlər və fondlar yerləşir və bunlar haqda yuxarıda izahat ve-

rildi.  Nəhayət, ən aşağı səviyyədə başqa resurslar yerləşir. Bu tipli maliyyə 

toplanışının nümunələri ordunun özəl bizneslə  əməkdaşlığı  və  hərbçilərin 

cinayətkar fəaliyyətə cəlb olunmaları sayəsində (reketlik)həyata keçirilir.

Şəkil11.1. TNİ –ın İqtisadi Dəstək Strukturu

1998-ci ildə, Asiya iqtisadi krizisı  İndoneziyanı da vurdu və Suxar-

to hökümətini hədəf olan kütləvi sosial hərəkat başladı. Tələbələrin və 

Jakarta Post, 3 January 2004, http://www.thejakartapost.com/news/2004/03/01/

corruption-threatens-indonesia039s-defense-system.html. The National Team for Corrup-

tion Eradication (Timnas Tipikor)-ın apardığı  əlavə araşdırmalar göstərdi ki, hərbçilər 

hərbi təhcizat qalmaqalına cəlb olunmuşlar. Bax: “The Corruption in DoD involves TNI,” 



Republika Daily (25 March 2006).

91

  Rabasa and Haseman, The Military and Democracy(2002),73 




162

Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması

aktivistlərin başçılığı ilə gedən islahatçı  hərəkat (gerakan reformasi) 1998-

ci ilin Mayında Suxartonun istefası ilə  nəticələndi. Nəticədə, hərəkat 

demokratikləşmə prosesinə çevrildi və TNİ-ı (və İndoneziya polisini də) öz 

qurumlarında və kadr sahəsində islahatlar keçirməyə çağırdı. 2004-cü ildə 

yeni TNİ qanunu  parlament tərəfi ndən qəbul edildi (Qanun № 34/2004)(bax 

Haşiyə 11.2).

Yeni qanuna görə TNİ-ın birbaşa və dolayı yolla idarə etdiyi bütün iq-

tisadi fəaliyyətlər 2009-cu ilin Oktyabrına qədər hökümətin səlahiyyətinə 

keçməlidir. Nəticədə, 2005-cu ildə,hökümət TNİ İqtisadi Fəaliyyət Nəzarəti 

və Transformasiya Komissiyasını (TNİ Business Supervision and Trans-

formation Team –TSTB)yaratdı. Bu komissiya TNİ-ın iqtisadi fəaliyyətini 

yoxlamalı  və TNİ iqtisadi müəsisələrinin hökümətə keçməsi prosesi üzrə 

tövsiyələr verməli idi. 2006-cı ildə Komissiyanın verdiyi hesabata görə,TNİ 

–a 23 fond məxsus idi və bu fondlar 53 şirkətə və1321 kooperativə nəzarət 

edirdi. TNİ-ın, həmçinin, 16,500 hektar ərazidə 1618 mülkiyyəti və 6699 bi-

nası vardır. Ümumilikdə, TNİ iqtisadi aktivlərinin dəyəri Rp2,2 trilyon yəni 

$235,4 milyon dəyərində idi

92

.

Haşiyə 11.2.  TNİ Qanunu № 34/2004.



Fəsil ll.  Maddə 2(d) bəyan edir:

Yaxşı  təlim keçmiş, yaxşı təhsil almış, yaxşı silahlanmış peşəkar hərbçilərin 

siyasətlə  məşğul olmaq hüquqları yoxdur, iqtisadi fəaliyyətə qarışmağı 

qadağan edilir və onların sosial rifahı dövlət tərəfi ndən təmin olunur və 

onlar demokratik prinsipləri, mülki hakimiyyətin aliliyini, insan hüquqları, 

milli qanunlar və hökümət tərəfi ndən ratifi kasiya olunan beynəlxalq 

qanunlar  əsasında qəbul edilmiş siyasi qərarları  dəstəkləyirlər. Bundan 

əlavə, qanunun 39-cu maddəsi hər hansı TNİ hərbçisinin aşağıdakı işlərə 

qarışmasını qadağan edir:

1.Siyasi partiya üzvlüyü;

2.Siyasi fəaliyyət;

3.İqtisadi fəaliyyət;

4.Seçkilərdə parlament üzvü olmağa niyyətlənmiş  və ya siyasi mövqe 

tutmaq üçün fəaliyyətlər.



Mənbə: TNİ Qanunu N34/2004.

92 


 “TNI Business Takeover ‘Merely a Formality’,” The Jakarta Post (15 November 2009), 

www.thejakartapost.com/news/2009/10/15/tni-business-takeover-merely-a-formality039.

html.



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə