Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə64/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   60   61   62   63   64   65   66   67   ...   163

165

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

müəsisələrinin təhlükəsizliyini təmin etməkdir. Həqiqətdə isə bu funksiya 

TNİ-ın büdcədən kənar maliyyə mənbələri olduğunu sübut etmişdir. 

2006-ci ilin Yanvarında Siyasi, Hüquqi və Təhlükəsizlik məsələləri üzrə 

Koordinasiya Nazirliyi Freeport  İndoneziya, Exxon Mobil və PTArun LNG-

nin ölkə üçün həyati vacib obyektlər olduğu haqda qərar vermişdir. Şərqi Pa-

puada fəaliyyət göstərən Freeport İndoneziya açıq surətdə bəyan etmişdir ki, 

onların ətraf mühiti dağıtmasının Papua əhalisinin rifahının yaxşılaşması ilə 

əlaqəsi yoxdur.  Sonralar, Freeport  İndoneziyanın orada qalması Şərqi Papua 

əhalisinin nifrətini artırdı və Şərqi Papuanın müstəqilliyi üçün təşkilat yaran-

masına impuls verdi. (ORM: Orqanizasi  Papua Merdeka).

Təəssüf ki, həyati dövlət müəsisəsi olduğuna görə, Freeport TNİ-dan tam 

təhlükəsizlik zəmanəti alır (həmçinin  İndoneziya Dövlət Polisindən).  Bu 

halda yerli əhali xüsusilə də OPM,TNİ üçün Freeporta yönəlmiş ən böyük 

təhlükə sayılır. 

Yekun Nəticələr: Ordunun İqtisadi Fəaliyyətdən Uzaqlaş-

dırılması

İndoneziya təcrübəsi göstərir ki, ordunun iqtisadi fəaliyyətlərlə məşğul 

olması geniş xarakter alıb. Ordunun iqtisadi fəaliyyətləri onun peşəkarlıq 

səviyyəsinə dağıdıcı təsir edərək, büdcə şəffafl ığının və hətta insan hüquq-

larının pozulmasına gətirir. Ümumilikdə, ordunun iqtisadi fəaliyyətlə məşğul 

olmasında  əsas problem hərbi büdcə məsələsidir. Əlbəttə, hərbçiləri və on-

ların ailələrinin təmin edən hərbi büdcə tərtibi olursa, o zaman ordu da iqti-

sadi fəaliyyətdən təcrid edilər. Lakin, onu da qeyd etmək lazımdır ki, şəffaf 

büdcə,hərbçilərin sosial rifahını artırmaqdan daha mühümdür. Hərbi büdcənin 

səmərəliliyi və məhsuldarlığına heç bir məsuliyyət daşımadan, ordunu iqtisa-

di fəaliyyətdən uzaq tutmaq mümkün deyildir. 

Əlavə olaraq,qeyd etmək lazımdır ki, ordunun iqtisadi fəaliyyəti, xüsusilə 

də  İndoneziya ordusunun hərbi iqtisadi fəaliyyətini nəzərə alsaq, təkcə 

əsgərlərin əmək haqları və sosial məsələləri ilə və büdcə çatışmazlıqları ilə 

bağlı deyildir. İndoneziya Ordusunun iqtisadi fəaliyyəti çox mürəkkəbdir və 

xalqın gündəlik həyatı ilə bağlanmış dərin kökləri mövcuddur.  Bu köklərin 

dərinliyini və  sıx  əlaqələri nəzərə alsaq, İndoneziyada ordunun iqtisadi 

fəaliyyəti İndoneziya əhalisinin çoxluğu tərəfi ndən qəbul olunur.  

Yaranmış vəziyyəti və xalqın münasibətlərini nəzərə alsaq, İndoneziyada 

ordunun iqtisadi fəaliyyətdən uzaqlaşdırılması uzun zaman alacaqdır.  Bu-

halda hökümət təkcə ordunun iqtisadi fəaliyyətini məhdudlaşdırmaqla yox, 

həmçinin hərbçilərlə və ya hərbi qurumlarla iqtisadi əməkdaşlıq edən şəxslərə 

və şirkətlərə də məhdudiyət qoymalı və cəza verməlidir. Bu cür strateqiya heç 



166

Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması

bir İndoneziya höküməti tərəfi ndən həyata keçirilməmişdir.



Haşiyə 11.3. TNİ ilə Freeportun Təhlükəsizlik Anlaşması və İnsan Hüquqları 

Pozuntuları

TNİ-ın Freeport fi rmasının obyektlərində mövcudluğu qəribədir. Onlar 

iqtisadi cəhətdən həyati sayılan müəsisələrin təhlükəsizliyini təmin 

etdikləri zaman, yerli əhalini və iddialara görə OPM üzvlərini hədəfə 

alaraq onların hüquqlarını geniş surətdə pozduqları halda, əlavə olaraq 

qeyri-şəffaf olan bu şirkətdən ödənişlər alırlar. Məsələn, iddialara görə 

1994-cu illərin ortasında, hərbi qüvvələr Freeport mədənlərində  şirkətin 

maşınlarından, ofi slərindən və daşıma konteynerlərindən istifadə edərək, 

şirkətin təhlükəsizliyinə təhlükə törədən şübhəliləri və ya OPM üzvlərinin 

həm saxlanılmasında, həm də bir yerdən başqa yerə daşınmasında istifadə 

etmiş  və sonra onlara işgəncə vermiş  və öldürmüşlər. Təəssüf ki, şirkət 

rəhbərliyi hərbçilərin onların avadanlıqlarından necə istifadə etdikləri üçün 

məsuliyyət daşımadıqlarını bəyan etdilər. Doğrudan da, İndoneziya İnsan 

Hüquqları Komissiyası (Komnas HAM) TNİ-ın Freeport-da təhlükəsizlik 

tədbirləri Şərqi Papuada İnsan hüquqlarını pozduğunu bəyan etmişdir.

Son illər Freeportda təhlükəsizlik qüvvələrinin sayı artırılmışdır. 2005-ci 

ildə 2400-dan çox hökümət təhlükəsizlik qüvvələri (hərbi və polis) Freeport 

ərazisində  təhlükəsizlik təminatı üçün yerləşdirilmişdir.  2005-ci ildə, 

şirkətin hərbi və polis təhlükəsizlik qüvvələrinə ödənişləri $60 milyona 

çatmışdır.Freeport şirkətinin məlumatına görə, bu məbləğ nəqliyyat,yemək 

və  təhlükəsizlik qüvvələrinin istifadə etdikləri kazarmaların xərclərinə 

sərf edilmişdir. Lakin, Qlobal Şahid (Global Witness) qeyri –hökümət 

təşkilatı və New York Times qəzetinin 2005-ci ildə dərc etdiyi araşdırıcı 

hesabatlarda bu məbləğin geniş hissəsinin ayrı-ayrı  şəxslərə ödənildiyi 

bildirilirdi. Bu hesabatlar göstərdi ki, Freeport şirkəti böyük məbləğdə 

ödənişləri birbaşa olaraq İndoneziya hərbi və polis zabitlərinə və həmçinin, 

ərazidəki birləşmələrə ödəmişdir. New York Times əldə etdiyi və  əsil 

olduğu yoxlanılan sənədlərə istina edərək,1998-ci ildən 2004-ə qədər olan 

ödənişlərin $20 milyon civarında olduğunu bildirmışdir.

Mənbələr:  Kurniawan Tri Yunanto, “Komnas HAM: Freeport Represents Colonialism 

in Papua,” VHRmedia (2 December 2009), http://www.vhrmedia.com/Komnas-HAM--

Freeport-Represents-Colonialism-in-Papua-news2775.html; Human Rights Watch, Too 

High a Price, The Human Rights Cost of the Indonesian Mili tary’s Economic Activities 

18:5(C) (June 2006), 48–56, http://www.hrw.org/en/reports/2006/06/20/too-high-price-1.




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə