158
Silahlı Qüvvələrin Şəxsi Heyətinin və Aktivlərinin İqtisadi Fəaliyyətlərə Cəlb Olunması
məsələlərdə, ölkənin inkişaf proqramında iştirakına bəraət verirdi
82
.
TNİ-ya verilən bu geniş rolun əsasında,1970-ci illərdə TNİ fondlar və
hərbi kooperativlər hesabına özünün iqtisadi imperiyasını qurdu. Human
Rights Watch-ın İndoneziya Ordusunun iqtisadi fəaliyyəti ilə bağlı 2006-cı
ildə hazırladığı hesabata görə, Suxarto dövründən bəri iqtisadi fəaliyyətə ay-
rı-ayrı hərbi heyət növlərinin və aktivlərin cəlb olunduğu göstərilirdi
83
.
a. Ordunun İxtiyarında olan İqtisadi Fəaliyyətlər
•
Fondlar (yayasan)
Hərbi Fondlar 1960-cı illərdə hərbçilərə və onların ailələrinə sosial
xidmətlər göstərmək üçün,məsələn, yeni yaşayış evlərinin tikilməsi və təhsil
məqsədilə yaradılmışdır. Getdikcə, bu fondlar çox güman ki, əsgərlərin so-
sial rifahının yaxşılaşması üçün iqtisadi birliklərə doğru genişləndi. Bun-
dan əlavə, bu cür vergi verməyən fondlar çoxlu sayda mühüm hərbi iqtisadi
birliklərə nəzarət edirdi. Kartika Eka Paksi Fondu (YKER)vasitəsilə, ordu 26
fi rma və yeddi birgə müəsisənin sahibi idi.
84
YKER-in iqtisadi fəaliyyətləri,
Holdinq şirkəti olan RT Tri Usaha Bhakti tərəfi ndən idarə olunur. 44 hek-
tar torpaq sahəsi olan Sudirman Mərkəzi İqtisadi Rayonu ordunun rəngarəng
fəaliyyət dairəsinin bir hissəsidir. Bu rayonda Cakartanın “Golden Triangle”,
Artha Graha Bankı, Signa İndonesia Assurance, Danayasa Artatama (Boro-
budur hoteli), başqa daşınmaz əmlak,ağac istehsalı müəsisələri, qolf dərsləri
və istehsalat müəsisələri yerləşir.
85
Eyni zamanda, dəniz qüvvələri Bhumyamca Fondu vasitəsilə aktivlərinin
dəyəri 25 milyon ABŞ dolları olan beş fi rmaya nəzarət edir.
Fondun iqtisa-
di fəaliyyətlərinə Admiral Lines (dəniz daşımaları), kurortlar, neftayırma
zavodları, daşınmaz əmlak kirayəsi,eksport-import əməliyyatları, kokoa
plantasiyaları,dəniz qüvvələri gəmiləri üçün elektronik və telekommunikasi-
of Indonesia,” www.globalsecurity.org/military/world/indonesia/abri.htm. Bundan əlavə,
ABRI parlamentdə secilmədən mandat alırdı və Suharto höküməti üçün qoruyucu kimi
mühüm rol oynayırdı.
82
Suxarto dönəmindəTNI-ın siyasi və iqtisadi həyata müdaxiləsi ilə bağlı bax:
Har old
Crouch, The Army and Politics in Indonesia (Jakarta & Kuala Lumpur: Equinox Pub lishing,
2007); Sukardi Rinakit, The Indonesian Military After the New Order (Copenhagen: NIAS
Press, 2005); Leonard C. Sebastian, Realpolitik Ideology: Indonesia’s Use of Military Force
(Singapore: ISEAS, 2006).
83
Bax:
Human Rights Watch,
Too High a Price, The Human Rights Cost of the Indone sian
Military’s Economic Activities 18:5(C) (June 2006), www.hrw.org/en/reports/ 2006/06/20/
too-high-price-1.
84
Rachel Langit, “Indonesia’s Military: Business as Usual,” Asia Times Online (16 August
2002), www.atimes.com/ atimes/Southeast_Asia/DH16Ae06.html.
85
Angel Rabasa and John Haseman,
The Military and Democracy in Indonesia: Challenges,
Poli tics, and Power,
Monograph Report (Pittsburg: RAND, 2002), 74.
159
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
ya avadanlıqları, taksi şirkətləıi və dalğıc xidmətləri daxildir.
Nəhayət,hava qüvvələri və Adi Upaya Fondu, bank da daxil, 17 fi rmaya
sahibdirlər
86
. Fondun sahibi olduğu Bank Anqkasa, Milli Elektrik Şirkətinin
Pensiya Fondu( National Electricity Company Pension Fund) və özəl yatırım-
çıların səhmdarıdır. Fondun başqa fəaliyyət dairələrinə qolf kursları,konteyner
daşımaları,otellər,ağac emalı,aviasiya xidməti,aero-foto çəkiliş kimi xidmətlər
daxildir
87
. Bu cür institutlaşdırılmış iqtisadi fəaliyyətlərə baxmayaraq, TNİ
heyəti,yüksək rütbəli generaldan tutmuş aşağı səviyyəli əsgərə qədər, meşə
sənayesı işlərində, təbii ehtiyatların istifadəsində, neft çıxarma və mühavizə
xidmətlərində fəal iştirak edirlər
88
.
•
Kooperativlər (Koperasi)
Hərbi kooperativlər, əsgərlərin sosial rifahını yaxşılaşdırmaq, onlara və
onların ailələrinə aşağı qiymətlə məmulatlar, o cümlədən düyü, təmin etmək
üçün yaradılmışdır.
Haşiyə 11.1. Reketlik
TNİ-də reketlik praktikası,ordunun şəxsi heyətinin cinayətkar fəaliyyətlərə
himayə etməsi ilə formalaşmışdır. Məsələn, Sumatranın şimalındakı Medan
şəhərində hərbçilərin cinayət əməlləri mütəşəkkil cinayət xarakterı daşıyır.
Human Right Watch-ın müsahibələrinə əsasən, Medan sakinləri himayəçi
hərbçi reketlərin nizamlı dəstələrə çevrildiklərini bildirmişlər. Dükan və
yük maşınları sahibləri, onlara özünü qoruma üçün aylıq haqq verir və
hansı hərbi qrupların və ya bu qrupların dəstəklədiyi cinayətkar dəstələrin
verdiyi “vəsiqə”-lərlə kimlərin himayəsində olduqlarını göstərirlər. Digər
qanunsuz nümunə kimi meşə təsərrüfatı fəaliyyətlərini göstərmək olar. TNİ
şəxsi heyəti əsasən də İndoneziya-Malayziya sərhədi boyunca qanunsuz
meşə qıranlara “himayə” edib əvəzində pul alırlar və ya zəbt etdikləri meşə
odunları ilə dolu yükləri sonralar sataraq qazanırlar. Başqa gəlirli yollardan
biri kimi, qanunsuz odun və ağac daşıyan yük maşınlarını tutub,sonra
onlardan pul almaqla buraxırlar.
Mənbə: Human Rights Watch, Too High a Price, The Human Rights Cost of the Indonesian
Military’s Economic Activities 18:5(C) (June 2006), 66, http://www.hrw.org/en/
reports/2006/06/20/too-high-price-1; A.C. Casson, et al., A Multistakeholder Action Plan
to Curb Illegal Logging and Improve Law Enforce ment in Indonesia, WWF Indonesia,
World Bank, DFID-Multistakeholder Forestry Program (October 2006), www.sekala.net/
fi les/FLEGedit4Sept06.pdf.
86
Langit, “Indonesia’s Military” (2002)
87
Angel Rabasa and John Haseman, The Military and Democracy(2002),76
88
Ibid.,75