138
Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi
o Hər hansı xəbər verilən pozuntular və ya qaydalar və qeyri-
qənaətbəxş riayət edilmə halları olduqda üstünə düşməli və bu hallar
aradan qaldırılmalı və baş verməməsi üçün təkmilləşdirilmə təmin
edilməlidir;
o Vətəndaş cəmiyyəti təşkilatlarına, özəlləşdirmə prosesinin
monitorinqini və nəzarətini aparan bütün uyğun sənədləşmələrə, o
cumlədən, normal gizli sənədlərə-bu məlumatları gizli saxlamaq
şərti ilə- çıxışının təmin edilməsi. Pozuntular tapılırsa və aradan
qaldırılmırsa o zaman ictimaiyyətə xəbər verilə bilər.
• Uyğun audit və nəzarət mexanizmlərinin və idarələrinin işini təmin
etməli və monitorinqini aparmalı. Bundan başqa, qanun və qaydaları
pozduqlarına görə siyasilərə və rəsmilərə qarşı irəli sürülən cinayət, mülki
və inzibati cəzaların həyata keçirilməsini təmin etməli, o cümlədən,
o İnzibati ölçülər, o cümlədən, indiki işindən azad olunması və
gələcəkdə hökümət işinə cəlb olunmaması.
o Qanunsuz əldə edilmiş mülkiyyətin müsadirə edilməsi;
o Korrupsiya nəticəsində dəyən zərərin ödənilməsi; və
o Həbs və pul cəriməsi.
Mənbə: Michael H. Wiehen, Avoiding Corruption in Privatization: A Practical Guide
(Germany: GTZ, 2004), www.u4.no/ document/literature/gtzcorruptionandprivatization.
pdf
Tövsiyələr:
• Hərbi istiqamətlərin, strategiyaların,büdcələrin və qərar-qəbul etmə
proseslərinin və icra etmə fəaliyyətləri nəticələrinin aydın və şəffaf
şəkildə qiymətləndirilməsi və səmərəlilik metodlarının işlənib hazır-
lanması.
• Müntəzəm olaraq hərbi rəhbərlik tərəfi ndən müdafi ə qabiliyyətinin
səmərəlliynin təmin edilməsinin qiymətləndirilməsini aparmalı. Bu
işlərə müdafi ə qabiliyyətinin gücləndirilməsinə xidmət edən infrast-
ruktur qurulması və onun işinin texniki baxımdan təmin edilməsi,tibbi
xidmətin təmini və s. kimi addımlardan başlayaraq, havada təyyarələri
yanacaqla təmin etmə vasitələrinə qədər, döyüş əməliyyatlarına
dəstək xidmətləri daxildir. Bu cür qiymətləndirmələri strateji hərbi
139
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
analizlərdə və ya oxşar işlərdə nəzərə almalı.
• Müntəzəm olaraq hərbi rəhbərlik tərəfi ndən müdafi ə qabiliyyətinin
gücləndirməsinin məhsuldarlığı ilə bağlı qiymətləndirmələr aparma-
lı, o cümlədən, podratçı təşkilatlarla bağlanan alternativ müqavilələr
vasitəsilə. Məsələn,outsorsinq və ya özəl-dövlət tərəfdaşlığı vasitəsilə
büdcə xərclərinin səmərəliliyni nəzərə almaqla və keyfi yyəti təmin
etməklə dövlətin maraqlarını nəzərə almalı və etibarlı və davamlı
fəaliyyət göstərməli.
• Outsorsinq,özəlləşdirmə və özəl-dövlət tərəfdaşları üçün aydın və
məhsuldar, hüquqi və iqtisadi qayda və normaların icrasını təmin
etməli.
Haşiyə 9.9 Özəl-Dövlət Tərəfdaşlığın Şəffafl ığı
1993-cü ildə qurulmuş Kanadanın Özəl-Dövlət Tərəfdaşlıqlar Şurası
http://www.pppcouncil.ca həm özəl sektorun, həm də dövlət sektorunun
nümayəndələrindən təşkil olunmuş və üzvlər tərəfi ndən maliyyələşdirilən
təşkilardır. Özəl-dövlət tərəfdaşlıq konsepsiyasının tərəfdarı kimi, bu şura
tədqiqatlar aparır,aldığı nəticələri dərc edir,müzakirələr üçün forumlar
təşkil edir, özəl-dövlət tərəfdaşlığı mövzuları üzrə illik konfranslar təşkil
edir (həm ölkə daxili, həm də beynəlxalq) və Milli Mükafat Proqramı
vasitəsilə uğurlu özəl-dövlət tərəfdaşlıq nailliyətlərini təntənəli surətdə
qeyd edirlər.
Özəl-dövlət tərəfdaşlıqları üzrə ölkənin səlahiyyətli forumu kimi, Şura,
siyasi liderləri və qərar-vermə səlahiyyətində olan rəhbərliyi, özəl sektorla
tərəfdaşlıq münasibətlərini öyrənmək və inkişaf etdirməyə sövq edir.
Alternativ olaraq, Şura özəl sektora özəl-dövlət tərəfdaşlığı layihələri üzrə
hökümətlə işləmək üçün imkanlar yaradır və bu imkanlar sadə layihələrdən
tutmuş tam özəlləşdirməyə qədər olan layihələri əhatə edir.
Özəl-dövlət tərəfdaşlıq proqramları üçün dəstəkdən və həvəsləndirmədən
başqa,Şura ictimai xidmətin (yəni kommunal və tibbi xidmət, ictimai
nəqliyyat,zibil yığılması və s.) maliyyələşdirilməsi və icra edilməsi ilə
bağlı özəl və dövlət sektorunun qərar qəbul edən rəhbərliyi arasında dialoq
təşkil etdirir, ictimaiyyəti maarifl əndirir. Şura,tərəfdaşlıqdan səmərəli
istifadə etmək üçün önəmli rol oynayan əsas məsələlər üzərində obyektiv
tədqiqatlar aparır və tədqiqat işlərinin nəticəsini dərc edir,ayrı-ayrı halları
öyrənir, istiqamətverici kitabcalar hazırlanır,sorğu keçirilir və özəl-dövlət
tərəfdaşlığı məsələləri üzrə ölkə üzrə yekun hesabatları hazırlayır.
140
Lazımsiz Avadanlığın və İnfrastrukturun İstifadəsi
Şəffafl ığın ölcüsü kimi,şura, özəl-dövlət tərəfdaşlıq layihələrinin məlumat
bazasına açıq girişi təmin edir və o özəl-dövlət tərəfdaşlıq layihə izləyicisi
adlanır və aşağıdakı ünvanda yerləşdirilib
www.pppcouncil.ca/resources_
project_tracker.asp.
Bu məlumat bazası təklif mərhələsində olan layihələri
və son zamanlar həyata keçirilmiş layihələri və ləğv edilmiş layihələri əhatə
edir. İctimaiyyət, hər qüvvədə olan layihədən aşağıdakı məlumatları ala bilər:
layihənin adı, məzmunu,layihənin tam dəyəri,özəl-dövlət tərəfdaşlılığının
modeli və layihənin müddəti,indiki və sonrakı mərhələləri,əlavə məlumat
üçün website və əlaqədə olan şəxs haqqında məlumat.
2009-cu ilin Mayında, Kanadanın Müdafi ə Naziri təhlükəsizlik üzrə böyük
infrastruktur layihəsinin özəl-dövlət tərəfdaşlığı çərçivəsində həyata
keçiriləcəyini elan etmişdir. Təhcizatçıların təhlükəsizlik xidmətinin
yoxlamasından keçməsinə baxmayaraq, tenderin keçirilməsi ilə bağlı
xəbərlər Şuranın website-da yerləşdirilmişdir.
Özəl-dövlət tərəfdaşlıq modelləri üçün bax:
http://www.pppcouncil.ca/
aboutPPP_defi nition.asp
• Qanunverici,məhkəmə və icraedici strukturların səmərəli və şəffaf
işləməsini təmin etməli,o cümlədən,daxili və xarici auditlər,parlament
nəzarəti və ictimaiyyətin hesabat və məlumatlara çıxışını təmin etməli
(həssas məlumatlara gizliliyi qorumağı təmin etmək şərtilə).