Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə46/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   42   43   44   45   46   47   48   49   ...   163

115

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

tövsiyələrdə, korrupsiya ilə mübarizə üçün “komissiyalar”  və ofsetlərin 

ya tam aradan qaldırılması, ya da bu zaman nəzarətin gücləndirilməsi tələb 

olunur. 


Mənbələr: “Arms deal crusader is back in court,” Business Day (25 February 2008), 

http://www.armsdeal-vpo.co.za/articles12/crusader.html; “Arms probe reopened,” Mail 

& Guardian (20 March 2008), www.mg.co.za/article/2008-03-20-arms-probe-reopened; 

Jeremy Druker, “Czech-BAE corruption probe worries Prague,” ISN Security Watch (27 

February 2007); “Israel Police Raid IAI,” Defense News (30 September 2005); “Romania 

Will Sue BAE Systems for Breach of Contract,” Jurnalul National (03 Septem¬ber 2007); 

“U.S. Warns Taiwan: Clean Up Defense Procurement,” Defense News (11 September2006)

•  Razılaşdırılmış ofset öhdəliklərinin yerinə yetirilmədiyi hallarda; 

qeyri-qənaətbəxş və ya mövcud olmayan cəza mexanizmləri;

•  Hüquqi nəzarət, vasitəçilik və ya məhkəmə prosesi üçün qeyri-

qənaətbəxş proseslərin mövcudluğu;

•  Ofset təklifl ərini hazırlamaq üçün tender iştirakçılarına verilən zama-

nın çox qısa olması;

•  Dəqiq tələbləri və aydın seçmə kriteriyaları olmayan çox rəngarəng 

ofset variantları;

•  Potensial tender iştirakçılarının təcrübə və imkanlarından kənara çı-

xan çoxlu sayda ofset variantları;

•  Ofset variantlarını qiymətləndirə biləcək təcrübəli mütəxəssislərin ol-

maması;

•  Ofset təklifl əri və onların yerinə yetirilməsini qiymətləndirə biləcək 



nəzarət komitələri üzvlərinin təcrübəsiz olması.

Ofsetlərdə Konkret Korrupsiya Riskləri

Ofsetlərlə əlaqədər üç əsas korrupsiya riskləri mövcuddur:



Hərbi imkanlar üçün Lazım olan Tələbatlara Uyğunsuz Təsir Etmə

Hökümətin verə biləcəyi qərara- hansı hərbi imkanlara ehtiyac var və ya 

bu imkanlara ehtiyac varmı- seçiminə  hərbi alış zamanı satışda olan digər 

cəlbedici təklifl ər də  təsir edə bilər. Hərbi satınalmalar az hallarda sadəcə 

iqtisadi satınalma sayılır. Bu cür satınalmaların həmişə beynəlxalq siyasi bo-

yutları da mövcuddur, çünki alıcı ölkə, satan ölkə ilə bu alqı vasitəsi ilə özü-

nün siyasi münasibətlərini də dərinləşdirmək ümidində olur. Bu cür böyük 

həcmli hərbi satınalmalar daxili siyasi gündəmə olacaq təsiri də qaçılmazdır. 

Bu cür hallarda, çoxlu sayda malın pulsuz verilməsi təklifi  daxili siyasəti də 

bu alqının xeyrinə yönəldir. Bundan başqa, əlavə mənfəətlərin cəlbediciliyi




116

Ofset Mexanizmləri

tələbata ehtiyacı olmayan malları da cəlbedici etmək imkanı yaradır. Bu Çex 

Respublikası halında iddia olunur, yəni orada ilk mənada qırıcı təyarələrə nə 

qədər ehtiyac olduğunu sual edən proseslər davam edir. Cənubi Afrika silah 

sazişində isə, Müdafi ə Nazirliyi qanunsuzluq və lazımsız hərbi avadanlıq al-

maq fi kirləri ilə ittiham edilirdi.



Rəqabətli Qərarlara Qeyri-Şəffaf Yollarla Təsir Etmə

Tender iştirakçılarının ofset təklifl ərinin üstünlüklərini başqa qərar-

vermə kriteriyaları fonunda qiymətləndirməsi həmişə aydın olmur və bəzən 

bu təklifl ər elə yazılır ki, o tam aydın olmasın. Hansı halda ofset təklifl ərinin 

üstünlükləri iqtisadi, texniki və digər kriteriyalar fonunda müqayisə edilir? 

Kriteriyaların çox fərqli təbiətinə görə bunu etmək çox çətindir. Bu kriteri-

yalar düzgün aparılmadığı halda iddialar tez-tez olur,məsələn Cənubi Afrika 

silah alışı buna misaldır.



“Hörmət” edilməsi imkanları

Bir çox hallarda, ofset sazişlərinə müqavilə bağlanana qədər öhdəlik kimi 

baxılır və üzərində dayanılmır. Bir çox hallarda onun razılaşdırılması illər 

ərzində olur. Vaxtın uzanması və məsələyə siyasilərin və KİV-lərin diqqətinin 

azalması qara işlər üçün və müqavilənin bağlanmasını  təmin edən dəstəyə 

“hörmət” edilməsi üçün münbit şərait yaranır. Ofset müqavilələri çox pis mo-

nitorinq edilir, ona görə də bu cür korrupsiyanı üzə çıxarmaq da çətin olur.

Ofsetlərlə Bağlı Korrupsiya Risklərinin Azaldılması

Bu risklərlə mübarizə üçün iki geniş seçim etmək olar: 1) hərbi 

müqavilələrdə ofsetlərdən imtina və ya 2) bu işlər üzərində nəzarət və gözal-

tında saxlamaq mexanizmlərini gücləndirmək. Bu cür nəzarət mexanizmləri 

ofsetlər proqramının mövcud olduğu bütün dövr ərzində qüvvədə olmalıdır, 

hətta bu dövr 20 il və ya çox olarsa yenə də bu mexanizmlər nəzarəti həyata 

keçirməlidirlər.

Bir çox əlamətlərə görə, ofsetlərdə korrupsiya riskləri ilə mübarizənin 

getdiyini görürük. Məsələn, aşağıdakı nümunə bu qəbildəndir:

•  Əsas müqavilə imzalanandan sonra ofset danışıqlarının getməsi prak-

tikası son illər ərzində dramatik surətdə dəyişmişdir. İndi daha çox ölkələr, 

ofset sazişlərinin  əsas müqavilə imzalamadan öncə danışılıb yekunlaşdırıl-

masını  tələb edirlər. Hərbi sənaye ekspertləri gözləyirlər ki, bu tendensiya 

davam edəcək və bu cür praktika ölkələrin ofsetlər üzrə istisna yox, standart 

siyasətinə çevriləcəkdir.



117

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•  Ofset sözləşmələrinin yerinə yetirilmədiyi hallarda, rəsmi müəyyən 

edilmiş  cəza və  məsuliyyət rejimi gücləndirilir. Bir çox ölkədə  cəzanın 

ölçüləri ofset müqaviləsinin konkret mərhələlərindəki yerinə yetirilməyən 

öhdəliklərin dəyərinin 3%-10% arasında dəyişir. Bu cəza həm də ofset sazi-

şin sonundakı öhdəliklərə də və ya hər iki halda da tətbiq oluna bilər. Bu çox 

ölkələrdə cərimə ümumi əsas müqavilənin dəyərlərindən asılı olaraq müəyyən 

edilir. Dəyişən ancaq bu cəzaların formasıdır. Normalda onlar zərəri aradan 

götürən formada olur, yəni siz cəriməni ödəməklə bütün öhdəliyinizi “aradan 

qaldırırsız” və ya özünüzün qalan öhdəliyinizi bağlayırsınız. Son zamanlar 

müdafi ə  sənayesi ofset ekspertlərinin  fi kirincə, çoxlu ölkələr zərəri aradan 

qaldırmamaq yolunu tuturlar, yəni siz zərəri ödəmək üçün cəriməni ödəyirsiz, 

ancaq müqavilədəki öz öhdəliyinizi yerinə yetirməkdə davam edirsiniz və ya 

öz öhdəliyinizi yerinə yetirənədək sonrakı hökümətin hərbi təhcizat proqram-

ları üçün qara siyahıya düşürsünüz. Əlavə olaraq, hərbi podratçılardan, ofset 

sazişinin tələblərini yerinə yetirmədiyi halda itkiləri ödəmək üçün zəmanət 

qoymaları tələb edilir.Əgər hərbi podratçı, ofset öhdəliklərini ödəmək üçün 

kredit alırsa, o zaman zəmanət haqqı da proporsional olaraq alınan kreditin 

məbləğinə görə aşağı salınır.

•  2008-ci ilin Mayında özünün əsas illlik konfrasında, iri ofsetlər birlikləri 

tərəfi ndən təşkil olunan Qlobal Sənaye  Əməkdaşlığı Konfransı(Global  İn-

dustry Cooperation Conference) ofsetlərlə bağlı korrupsiya risklərinin 

müzakirəsi və korrupsiya praktikalarının qarşısının alınması yolları haqda 

müzakirələr aparmışdir.

•   NATO-nun “Dürüstlüyün təmin edilməsi və Müdafi ə Təşkilatlarının 

Qurulması” konfransında təşkil (2009-cu ilin Fevralında Monterreydə 

keçirilən, Kaliforniya ştatı)olunan ofset seminarı, ali hərbi rəhbərliyi və Avro-

pa və Amerikadan mülki hərbi şirkətləri bir yerə gətirmişdir. Onların NATO-

ya verdikləri çoxlu sayda təklifl ərə indi baxılır.

Bütün bunlar ofsetlər zamanı korrupsiya risklərinin azaldılması 

istiqamətində  əhəmiyyətli addımlardır və bu addımlar aşağıdakı  əsaslarda 

qurulmalıdırlar:

•  Şəffafl ığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi;

•  Məsuliyyət və cavabdehliyin və dürüstlüyün gücləndirilməsi;

•  Funksional proseslərin təkmilləşməsi;

•  Maraq toqquşmalarının açıqlanması; və

•  Həlledici fi qurların aktiv işə cəlb olunması.

Bütün bu sahələr üzrə təklif olunan təkmilləşmələr və təklifl ər bütövlükdə 

götürsək, yaxşı praktikanı  təşkil edəcək. Oxucular bilməlidirlər ki, bu 

təklıfl ərin çoxu, kənardan faydalı və konstruktiv görünsə də, davamlı surətdə 




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə