Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R


Mühazirə № 18: “Kökümeyvəli bitkilərlə tanışlıq”



Yüklə 0,94 Mb.
səhifə12/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Mühazirə № 18: “Kökümeyvəli bitkilərlə tanışlıq”

Mühazirə planı

1.Yemlik kökümeyvəli bitkilər haqqında ümumi məlumat.

2.Yem çuğunduru:

a) təsərrüfat əhəmiyyəti;

b) aqrotexnikası.

3.Yemlik yerkökü:

a) təsərrüfat əhəmiyyəti;

b) aqrotexnikası.



İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Əliyev S. C. , Aslanov A. Ə. Şəkər çuğunduru., Bakı, 1991, 36 s.

  4. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  5. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  6. Hümbətov H. S., Xəlilov X. Q. Texniki bitkilər. Bakı: “Aytac”, 2010, 410 s.

  7. Hümbətov H. S., Şabanov M. C., Verdiyeva R. C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  8. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973, 368 s.

  9. Masterova V. P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978,214 s.

  10. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  11. Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  12. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  13. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  14. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  15. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  16. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  17. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  18. Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  19. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», М:, Агропромиздат, 1986, 255 с.


Yemlik kökümeyvəli bitkilər

Yemlik meyvəköklülər ilə, demək olar ki, bütün kənd təsərrüfatı heyvanlarını yemləyirlər. Həmin bitkiləri tarla, əksərən də yem növbəli əkinlərində becərirlər. Yarımşəkərli çuğundur və yem çuğunduru, yemlik yerkökü xüsusi əhəmiyyətə malikdir. Onlar asan mənimsənilən qida maddələri ilə zəngindir, tərkibində kompleks bioloji katalizatorlar vardır ki, bunlar da südlük qaramalın (xüsusən, silos tipli yemləmədə) məhsuldarlığını artırır.

Yemlik meyvəköklülərin zəngin növ və sort tərkibi onları, demək olar ki, bütün təbii-iqtisadi zonalarda becərməyə və yüksək məhsul götürməyə imkan verir.

Əksər meyvəköklülərin tağı da yem kimi böyük əhəmiyyətə malikdir. Şəkər, yarımşəkərli və yem çuğunduru tağını həm yaşıl yem, həm də silos üçün istifadə edirlər. Yerkökünün tağından vitaminli un hazırlanır, həmçinin yaşıl vitaminli yem kimi istifadə olunur.

Əksər meyvəköklülərin tağ məhsulu kök məhsulunun 50-65%-ni təşkil edir. Bu, o deməkdir ki, hər hektardan 200-300 s məhsuldarlıqda 105 s-dən 180 s-ə qədər qiymətli yaşıl yem almaq olar.

Tağın dəyəri yalnız onun yığımına, daşınmasına və saxlanılmasına sərf olunan xərclə ölçülür. Bu, ən ucuz və nisbətən qiymətli yemdir. 1 s çuğundur tağında orta hesabla 1,5 kq həzm olunan zülal və 23 yem vahidi vardır. Tağın tərkibində şəkərlər, yağlar, kalsium, fosfor və vitaminlər olur. Çuğundur tağı karbohidratlarla zəngin olduğundan, yaxşı siloslanır. Tağları ikinci biçim paxlalı otlarla və ya xırdalanmış noxud küləşi ilə birgə silosladıqda xüsusən qiymətli yem alınır. Tağ, qarğıdalı və digər komponentlərlə, - vələmir və arpa küləşi, püfə, eləcə də samanla birgə istifadə oluna bilər.

Son illərdə tağın axım üsulu ilə yığılma texnologiyası işlənib hazırlanmışdır ki, bu da təsərrüfatlarda müvəffəqiyyətlə tətbiq olunur. Həmin texnologiyada eyni vaxtda həm kökü, həm də tağı yığırlar. Tağları çuğunduryığan aqreqata qoşulmuş nəqliyyat arabasına boşaldırlar. Bu üsul tağın çirklənmə dərəcəsini və itkini xeyli azaltmağa, həm də əməyə qənaət etməyə imkan verir.
Meyvəköklülər

Meyvəköklülərin yem əhəmiyyəti bitkinin növ və sortundan, torpaq və becərmə aqrotexnikasından, saxlama müddəti və saxlanma şəraitindən, hazırlanmasından və yemləmə üsulundan asılıdır.

Meyvəköklülər öz bioloji xüsusiyyətlərinə görə istər torpağa, istərsə də iqlimə müxtəlif tələbat göstərir. Məsələn, şalğam və yem turpu kifayət qədər rütubətli rayonlarda – Sibirin şimal-qərb və şimal-şərq rayonlarında, Belorusda, Pribaltikada, qaratorpaq olmayan zonada yaxşı inkişaf edir. Yer kələmi və yerkökü müasir aqrotexnika şəraitində Uzaq Şimal rayonları istisna olmaqla, bütün zonalarda becərilir.

Kökümeyvəli bitkilər qrupuna çuğundur – beta; yerkökü – daucus carota; (Apiaceae - kərəviz fəs. селдрейные) şalğambrassica napus L. ssp. rapifera Metzger); turneps (yemlik şalğam) brassica rapa L. ssp. rapifera Metzger), yem turpu (Raphanus sativus L. ssp. hybernus Alef. ) və sair cins və növlər daxildir. Bu bitkilər botaniki cəhətdən müxtəlif olmalarına baxmayaraq, eyni bioloji xassəyə malik olmaqla birillik və çoxillikdirlər. Lakin mədəni formalarının bitkiləri tam inkişafını iki ildə başa çatdırır.

Səpilmiş toxumdan vegetasiyanın birinci ili yoğunlaşmış ətli kök, kökün başcıq hissəsində yarpaqlar, yarpaq qoltuqlarında isə yatmış tumurcuqlar əmələ gəlir. Ömrünün ikinci ili tumurcuqlar inkişaf edərək gövdə tipli zoğ əmələ gətirirlər ki, bunlar da meyvə verir. Beləliklə, səpindən yeni toxum alınana kimi iki il keçir.

Bəzi hallarda bitkilərin müəyyən qədəri hələ kökmeyvəsinin tam inkişaf etmədiyi və lazımi qədər ehtiyat qida maddələri toplamadığı hallarda birinci ili gövdələşmə, hətta meyvə vermə fazasını da keçir.

Belə qüvvəli inkişaf cavan bitkilərin yarovizasiya mərhələsinin sürətlə keçməsinə səbəb olan alçaq temperaturun təsirindən irəli gəlir. Buna gövdələşmə deyilir. Gövdələşmə kökmeyvəsinin tez oduncaqlaşmasına və şəkərinin azalmasına səbəb olduğu üçün normal vəziyyət hesab edilmir.

Yem çuğunduru

Çuğundur ikillik bitki kimi birinci il iri mozaikalı (rozetli) yarpaqlarla meyvəkök, ikinci il isə toxum əmələ gətirir.

Qidalılıq dəyərinə görə yem çuğunduru şəkər çuğundurundan və kartofdan xeyli geri qalır. Onun tərkibində orta hesabla 12%-ə yaxın yaxşı həzm olunan quru maddə vardır.

Sarı Ekkendorf, Barres, İdeal və başqa sortlar ən geniş yayılmışdır. Düzgün aqrotexnikada sarı Ekkendorf sortu hər hektardan 1000-1300 s-ə qədər şirəli və zərif lətli iri kök verir.

Barres – konus formalı kökə malik yüksək məhsuldar sortdur. Yerə yatımlılıq dərəcəsi yaxşıdır. Dərin şum horizontlu torpaqlarda daha yaxşı inkişaf edir.

Yem çuğunduru əkinlərini başlıca olaraq yemlik fermayanı növbəli əkinlərdə, subasar yerlərdə və münbit sahələrdə, sahələr fermaya yaxın olduqda isə tarla növbəli əkinlərində şumlanmış əkin yerinə yerləşdirmək lazımdır. Yem çuğundurunu dirriklərdə və çətənəlikdə də yetişdirirlər.

Yem çuğunduru əkiləcək torpağı 25-35 sm dərinliyə şumlayırlar. Bu bitki torpağın yaz becərməsinə də çox tələbkardır. Nəmliyi saxlamaq üçün dondurma şumunu malalayırlar. Əgər torpaq qış müddətində bərkimiş olarsa, onu laydırı çıxarılmış kotanla 15-18 sm dərinliyə kultivasiya edirlər. Bundan sonra fosfor-kalium gübrələrinin normasının (normanın birinci yarısı payızda dondurma şumu altına verilir) yarısını verib bir və ya iki kultivasiya çəkirlər.

Yem çuğunduru torpaqdan böyük miqdar qida maddələri mənimsəyir. Yüksək məhsul almaq üçün torpağa üzvi və mineral gübrələr verilməlidir. Qara torpaqlarda peyinin orta norması hər hektara 20-25 t müəyyənləşdirilir; küllü, gillicə və qumsal torpaqlara 30-40 t peyin, torflu-peyinli və torflu-nəcisli kompostlar verirlər.

Qaratorpaq rayonlarda torpağa azot və fosfor gübrələri verirlər, azot-fosfor və kalium gübrələri isə daha yaxşı nəticə verir. Mədəniləşdirilmiş torflu torpaqlara yalnız normadan 1,5-2 dəfə artıq miqdarda superfosfat və kalium, bir hektar küllü, qumsal və gillicə torpaqlara isə azot gübrələri (60 kq-a qədər təsiredici maddə), 2-4 s superfosfat və 2-3 s kalium-xlorid vermək olar.

Üzvi gübrələri payızda və ya səpinqabağı kultivasiyada vermək daha əlverişlidir. Eyni vaxtda yazda 0,5 s şora və 1,0-1,5 s dənəvər superfosfat verirlər.

Turş torpaqları (hər hektara 2-3 t əhəng) əhənglə gübrələyirlər. Payızdan etibarən meyvəköklülər əkilən sahələrin hər hektarına 5-6 s fosforit unu verirlər. Birinci və ikinci kultivasiya ilə borlu-datolit gübrələrinin verilməsi faydalıdır, çünki onlar meyvəköklülərin yerə yatımlılıq dərəcəsini artırır. Mineral torpaqların hər hektarına 5-6 ildən bir 1-2 s-ə qədər borlu datolit gübrəsi və ya 50-100 kq maqnezium-borat, torflu torpaqlara isə 5 s-ə qədər pirit yanığı qalığı və ya 20-25 kq mis-sulfat verilməlidir.

Yem çuğunduru səpinlərini hər yerdə faraş dənli bitkilərdən sonra aparmaq lazımdır. Gec səpinlər məhsuldarlığı kəskin surətdə aşağı salır.

Məftil qurdları ilə mübarizə məqsədilə toxum səpindən qabaq heksaxloranla (1s toxuma 4-5 kq) tozlandırılır. Toxumları göbələk xəstəliklərindən qorumaq üçün qranozanla (1 t toxuma 4-5 kq) işləmək lazımdır.

Çuğundur toxumlarını cərgə araları 60 və 70 sm olmaqla enli cərgəli üsulla SON-2,8A punktirli və ya cərgəli tərəvəz toxumu səpən maşınla müəyyən olunmuş basdırılma dərinliyinə səpirlər. Səpin norması 20-25 kq-dır. Toxumun basdırılma dərinliyi torpağın vəziyyətindən, hava şəraitindən və başqa amillərdən asılıdır; yüngül torpaqlarda, adətən, 3-4 sm, ağır gilli torpaqlarda isə 2-3 sm dərinliyə basdırırlar.

Səpində toxumların bərk nəmli yuvalara basdırılmasına və torpağın nazik nəmli layı ilə örtülməsinə nəzarət olunmalıdır.

Səpindən 5-6 gün sonra, çıxışlara qədər, torpağın qaysağını dağıtmaq üçün birinci malalama aparırlar. İkinci dəfə torpağı, cücərtilər yer səthinə çıxandan sonra BS-2 dişli və ya ZBP-0,6 cərgəarası alaq edən yüngül malalarla diaqonal boyu, yaxud cərgələrin eninə malalayırlar.

Alaq otlarını məhv etmək və torpağın hava rejimini yaxşılaşdırmaq məqsədilə cərgə aralarında birtərəfli pəncəli-ülgüclü KRN-3,5, MBN-2,8 traktor kultivatorları, həmçinin KRN-2,8M universal cərgəarası şumlayan maşınları ilə birinci yüngül yumşaltma aparırlar. Birinci cərgəarası becərmə cərgələrin hər iki tərəfindən 8-10 sm qoruyucu zolaq saxlamaqla 4-5 sm dərinliyə aparılır.

Çuğundurun iri olması üçün cücərtiləri birinci cüt əsil yarpaq əmələ gəldikdə seyrəldirlər. Cərgədə bitkilər bir-birindən 18-20 sm aralı saxlanmalıdır. Seyrəltmə əl və ya PPS-6 markalı pəncəli-ülgüclü traktor seyrəldiciləri vasitəsilə qısa müddətdə aparılır. Seyrəltməni gecikdirdikdə məhsuldarlıq kəskin surətdə aşağı düşür.

Çuğundur əkinlərinə sonrakı qulluq cərgə aralarını becərmədən və yemləmədəm ibarətdir. İki dəfə cərgəarası becərmə ilə hər hektara 1,5 s ammonium şorası, 1-2 s superfosfat, 1 s kalium-xlorid, 15 t durulaşdırılmış peyin şirəsi verdikdə yarpaq rozetlərinin güclü inkişafı, cərgələrin tez qapanması və kökün yüksək məhsuldarlığı təmin olunur.

Çuğundur sentyabrın axırında və ya oktyabrın əvvəlində, lakin mütləq şaxtalar düşənə qədər yığılmalıdır. Yaşıl kütləsini çuğundurun yığımına 2-3 gün qalmış KİR-1,5, KİK-1,4 rotorlu otbiçən maşını, əl və ya tağyığan maşın ilə biçirlər. Biçilmiş və doğranmış yaşıl kütləni siloslayırlar.

Kök və yarpaqları çirkləndirməmək üçün çuğunduru quru havada kartofqazan maşınla, əl ilə və ya çərçivəsinə gavahın tipli qazan kürəklər bərkidilmiş kultivatorlarla yığmaq lazımdır.

Saxlamaq üçün quru və sağlam köklər ayrılmalıdır. Onları, adətən, tığlarda, az hallarda isə xüsusi anbarlarda saxlayırlar. Tığ üçün heyvandarlıq fermaları yaxınlığında, əkinlər fermadan uzaq olduqda isə sahənin özündə, lakin yola yaxın, nisbətən hündür yer seçilməlidir. Tığ üçün ayrılmış yerdə buldozer və ya əllə 0,5 m dərinlikdə, 1,5-2 m enində (uzunluğu çuğundurun miqdarına görə müəyyənləşdirilir) çala qazırlar. Tığda temperaturu tənzimləmək üçün aşağıdan ventilyasiya düzəldirlər. Çalanın mərkəzində, onun uzunu boyu 25 sm enində və 30 sm dərinliyində qanov qazırlar ki, bunun da qurtaracaqları çaladan 1-1,5 m kənara çıxır. Qanovu üstdən paya və ya şam ağacı budaqları ilə örtürlər. Meyvəköklüləri çalaya iki tərəfə maili üst formasında 1-2 m hündürlükdə yığırlar. Kökləri 30 sm-ə qədər qalınlıqda küləş layı ilə örtür və bunun üstünə torpaq tökürlər (20 sm). Tığın baş tərəfini, çuğundur isinməsin deyə, şaxtalar düşənə qədər torpaqla örtmürlər, şiddətli şaxtalar başladıqda (-10 – 150 C)tığı bütünlüklə 50 sm qalınlıqda torpaqla örtür və ventilyasiya boruları qoyurlar. Çuğunduru saxlamaq üçün ən yaxşı temperatur 1-30 C-dir; temperaturu 00 C-yə qədər endikdə tığı dərhal küləşlə isitmək lazımdır.



Yemlik yerkökü

Xüsusilə kənd təsərrüfatı heyvanlarının cavanları və quşlar üçün qiymətli şirəli yemdir. O, torpağa tələbkar deyil, lakin qumsal yerlərdə daha yaxşı inkişaf edir. Yerkökünün daha qiymətli qırmızı sortlarının 1 kq-da 110-120 mq karotin olur.

Şantane 2461, Qeranda, ağ Zelenoqolov, yem Loberixsk, qırmızı Sibir və s. yerkökünün ən geniş yayılmış sortlarıdır. Asanlıqla alınan hibrid toxumları hər hektardan 25-30% artıq kök məhsulu götürməyə və bununla da hibrid toxumlarını istehsalat səpinlərində geniş miqyasda tətbiq etməyə imkan verir. Səpin üçün yüngül, dərin becərmə aparılmış torpaqlar ayrılmalıdır.

Yerkökü toxumlarını ən erkən müddətlərdə, torpaq səpinə hazır olan kimi səpirlər. Bəzi rayonların tozlaşmayan torpaqlarında və şiddətli yaz şaxtaları olmadıqda yerkökünün cüzi don vurmuş torpaqlara qış qabağı səpinlərindən yaxşı nəticələr alınır. Səpin müddəti elə seçilməlidir ki, toxumlar şaxtalar düşənə qədər boy ata bilməsin. Bu cür əkinlər faraş və yüksək kök məhsulu əldə etməyə imkan verir.

Yerkökünü, lentlər arası 50-60, cərgələr arası isə 12-15 sm və ya da cərgələr arası 45 sm olmaqla ikixətli lentli üsulla bir hektara 4-5 kq toxum hesabı ilə 1-2 sm dərinliyə əkirlər. Səpin üçün SON-2,8A traktorlu dən-tərəvəz toxumsəpənlərdən istifadə olunur.

Yerkökü əkilən sahələrə əlavə olaraq tez cücərən çovdar və vələmir toxumları səpirlər ki, cərgələr erkən cərgəarası becərmə aparmaq üçün aydın seçilsin.

Alaq otları ilə mübarizə məqsədilə kök əkinləri herbisidlər, traktor nefti, duruldulmamış dizel yanacağı, kalsium-sianamid və başqa preparatlarla işlənməlidir.

Traktor neftini 1 hektara 300-400 l miqdarında, çıxışlara 2-3 gün qalmış və çıxışlardan sonra 2-3 əsil yarpaq fazasında quru havada tətbiq edirlər. Cücərtiləri şehdən və ya yağışdan sonra çiləmək olmaz, əks halda bitki yana bilər. Səpinə qulluq bir və iki dəfə cərgəarası becərmədən və yemləmədən ibarətdir. Yerkökünü payızın axırında şaxtalar düşənə qədər əl ilə, çuğundur çıxardıb yığan maşınla və digər maşınlarla yığırlar. Tağı qiymətli vitaminli yem kimi siloslamada istifadə edirlər.

Üst-üstə (qalaqla) yığıb saxladıqda yerkökü tez xarab olur. Odur ki, onu anbarlarda bir-birindən 1-2 sm məsafədə cərgələrlə yığır və cüzi miqdarda nəmli qum səpirlər. İri donuzçuluq və quşçuluq təsərrüfatlarında yerkökünü əksərən təmiz halda və ya paxlalı otların xorası ilə qarışıqda siloslayırlar. Siloslanmış halda o karotini uzun müddət saxlayır və heyvanlar tərəfindən iştaha ilə yeyilir.

Yemlik meyvəköklülərin toxumlarının becərilməsi

Yemlik meyvəköklülərin, xüsusilə də onların hibridlərinin toxumlarını, adətən, xüsusi toxumçuluq təsərrüfatlarında becərirlər. Buna baxmayaraq, lazım gəldikdə istənilən təsərrüfatlarda toxum almaq olar. Bu məqsədlə payızda, istehsalat əkinlərində və ya toxumluq sahələrində becərilmiş daha yaxşı kökləri (ana bitkilər) seçir və anbarlara yığırlar. Yazda ana bitkiləri basdırır (əkir) və toxum alırlar.

Basdırmaq üçün torpağı, eynilə yemlik meyvəköklüləri birinci il yetişdirmədə olduğu kimi becərirlər.

Mineral gübrələri dərin şum altına, lakin azot və fosfor gübrələrinin bir hissəsini basdırma zamanı yuvalara verirlər.

Meyvəköklüləri ən erkən müddətdə cərgə araları çuğundur üçün 70x70 və ya 80x80 sm, yerkökü üçün 70x70 sm olmaqla basdırırlar. Hər hektara 18-20 min kök basdırılmalıdır.

Becərməni asanlaşdırmaq məqsədilə sahələrdə basdırmadan qabaq markerlə uzununa və köndələninə şırımlar açırlar. Basdırılmış köklərin başcığı torpağın səthi səviyyəsində olmalıdır; onları torpaqla örtmək, köklərin ətrafında isə torpağı bərkitmək lazımdır. Əkinə qulluq cərgəarası yumşaltmadan, eləcə də hər bir basdırılmış kolun ətrafında torpağın yumşaldılmasından ibarətdir.

Çuğundur, yem turpu və yerkökü basdırılan sahələrdə tez-tez mənənə müşahidə olunur. Onunla mübarizə məqsədilə anabadustla (5%) tozlandırma, göy sabun (10 litr suya 300-400 q) məhlulu və ya 10 litr suya 40 qr. sabun əlavə olunmuş anabazin-sulfatla (0,1%) çiləmə aparılmalıdır.

Müxtəlif növ meyvəköklülər, vəzərək və ya yabanı yerkökü arasında çarpaz tozlanmanın qarşısını almaq üçün toxumlar çiçəkləyənə qədər 300 m dövrədə mərzlər və talalar biçmək lazımdır. Öz aralarında tozlana bilən meyvəköklülərin əkinləri açıq yerlərdə bir-birindən 2 km, meşə ilə örtülü yerlərdə isə 600 m məsafədə yerləşdirilməlidir. Toxumluq bitkilərin gövdəsini yerə yatmaqdan qorumaq məqsədilə onları payalara bağlayırlar. Hər 10-15 gündən bir şaxların başcığı 1-1,5 sm kəsilib atılmalıdır. Yerkökündə çətirlərin bir hissəsini kəsirlər.

Toxumluq əkinlər eyni vaxtda yetişmədiyindən onları bir neçə üsulla yığırlar. Yetişmiş gövdələri kəsir, dərzlərə bağlayır və qurudurlar. Sonra dərzləri adi taxıldöyən maşınlarda (barabanın dövr etmə, yaxud fırlanma sayı azaldılır) döyürlər. Yerkökünün çətirlərini xüsusi və ya taxıldöyən maşınlarda döyürlər. Taxıldöyən maşınlarda döyülmüş toxumlar sürtgəcdən keçirilir. Nəhayət, yerkökü toxumlarını taxıl sovuran və çeşidləyən maşınlarda təmizləyirlər. Saxlama üçün ayrılmış çuğundur toxumlarının nəmliyi 14%-ə qədər, cücərmə qabiliyyəti isə 80% olmalıdır. Həmin göstəricilər yerkökü üçün müvafiq olaraq 10-12 və 70% olmalıdır.

Üzərinə nəm torpaq tökülmüş anaclıqları anbarlarda saxlayırlar.



Mühazirə № 19 : ÇƏMƏN VƏ BİÇƏNƏKLƏRİN YEM OTLARI VƏ ONLARIN YEMLİK DƏYƏRİ
Mühazirənin planı


  1. Çəmən və biçənək sahələrinin ot örtüyü

  2. Çəmən və biçənək otlarının yemlik dəyəri

  3. Çox yayılan taxıl və paxlalı otların yem istehsalında əhəmiyyəti


İstifadə olunan ədəbiyyat

1.Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

2.Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

3.Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

4.Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

5.Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973, 368 s.

6.Masterova V. P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978,214 s.

7.Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

8.Tağıyev T. M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

9.Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

10.Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

11.Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

12.Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

13.Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

14.Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

15.Тен А. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

16.Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», М:, Агропромиздат, 1986, 255 с.

ÇƏMƏN VƏ BİÇƏNƏKLƏRİN YEM OTLARI VƏ ONLARIN YEMLİK DƏYƏRİ
Təbii yem mənbələri – biçənək və otlaqlar ölkənin müxtəlif zonalarında çox böyük torpaq sahələrini əhatə edir. Azərbaycanda da yem balansının 30-35%-i təbii yem sahələrinin payına düşür. Respublikamızda qışda mal-qara otarılması üçün istifadə edilən 2 milyon hektar çöl otlaqları vardır. Yay otlaqları və biçənək sahələri isə 0,5 milyon hektardır. Ümumi sahəsi 2,5 milyon hektardan artıq olan təbii otlaq və biçənəklərdə ot örtüyü çox müxtəlifdir. Hətta kiçik sahələrdə belə müxtəlif ailələrə mənsub olan 30-40 növə təsadüf edilir. Bu bitkiləri botaniki tərkiblərinə, yem dəyərliliyinə və bir sıra digər xüsusiyyətlərinə görə dörd qrupa bölmək olar: 1-taxıl otları, 2-paxlalı otlar, 3-cil ailəsinin otalır (turş otlar), 4-müxtəlif otlar (müxtəlif ailələrdən olan otlar).

Müxtəlif otlar qrupuna aid olan bitkilərin yemlik dəyəri eyni olmur. İstehsalat şəraitində paxlalı bitkilərin yemlik dəyərini yüksək, taxıl otlarını nisbətən az dəyərli, cil və müxtəlif otlar qrupunun yemlik dəyərini isə orta və alçaq keyfiyyətli kimi qiymətləndirirlər. Lakin təsərrüfat nöqteyi-nəzərincə otların dəyərinə yuxarıdakı qaydada qiymət vermək əsassızdır. Çünki həm cil, həm də müxtəlif otlar qrupunun elə bitkiləri vardır ki, onlar yemlik dəyərinə görə taxıl, bəzən də paxlalı otlardan da üstün olurlar. Eyni ailənin tərkibində elə otlara rast gəlinir ki, yemlik dəyəri çox aşağı olur. Bəzən də onlar yem üçün zərərli olurlar. Müxtəlif otlar qrupunda belə otlara daha çox rast gəlmək olur. Çünki müxtəlif otlar qrupuna çoxlu ail əvə növlər daxildir.

N.T.Andreyev (1966) göstərir ki, indiyə qədər 4730 növdən artıq bitkilərin yemlik dəyəri öyrənilmişdir. Taxıl otlar qrupu biçənək və otlaqların bitki örtüyündə ən böyük əhəmiyyətə malikdir. Onlar çox vaxt otlaq və çəmənliklərin ümumi ot məhsulunun 80-90%-ni təşkil edir. Taxıl fəsiləsinə aid olan otların 506 növünün yemlik dəyəri öyrənilmiş və onlara xarakteristika verilmişdir. Öyrənilmiş otlar taxıl fəsiləsi ümumi otların 51%-ni təşkil edir.

Paxlalı otların 565 növünün (ümumi paxlalı ot növlərinin 31%-i qədəri) yemlik dəyəri öyrənilmişdir. Cil fəsiləsinə aid olan 192 növün (cil fəsiləsinə aid növlərin 36%-i) yemlik dəyəri öyrənilmişdir. Mürəkkəbçiçəklilərə aid olan növlərin isə 583 növünün (onlar 22% təşkil edir) yemlik dəyəri öyrənilmişdir. Həmin məlumatların təhlili göstərir ki, (cədvəl 1) taxıl otlarının 90%-i, paxlalı otların 91%-i, cil fəsiləsinin öyrənilən növlərinin 67%-i, mürəkkəbçiçəklilərin 54%-i yaxşı yemlik keyfiyyətinə malikdirlər. Fəsilələr arasında yem keyfiyyətinə görə birinci yeri paxlalı, ikinci yeri taxıl fəsiləsinin növləri tutur.


Cədvəl 1.
Ailələr üzrə çəmən və biçənək otlarının yemlik dəyəri


Təsərrü

fat əhəmiyyətinə görə nömrəsi

Ailələr

Öyrənilən növlərin miqdarı

Faizlə

Yem bitkisi kimi istifadə edilməsi məsləhət görülüb (%-)

Əla, orta kafi dərəcədə yeyilənlər

Zəhərli zərərli

1

Taxıl

506

90

5

34

2

Paxlalı

565

92

5

42

3

Mürəkkəbçiçəklilər

574

54

9

5

4

Cil

192

67

1

5

5

Unlucalılar

183

72

3

27

6

Xaççiçəklilər

161

64

37

14

7




180

49

14

11

8

Gülçiçəklilər

150

68

8

2

9

Qarabaşaqkimilər

106

64

37

14

10

Qərənfil

122

60

11

3

11

Dodaqçiçəklilər

160

17

10

0

12




73

27

16

1

13

Söyüdkimilər

72

91

2

0

14




29

58

0

0

15




120

40

16

0

16




11

82

81

0

17

Qıcıtikan

7

72

0

43

18




129

47

26

0

19

Qaymaqçiçəklilər

226

41

52

0

20




30

14

97

7


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə