Mühazirə №1 : ÇOXİLLİk paxlali yem otlarinin öYRƏNİLMƏSİ Mühazirəçi: aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseynov A. R



Yüklə 0,94 Mb.
səhifə11/13
tarix20.10.2017
ölçüsü0,94 Mb.
#5734
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13

Çəmənliklərin suvarılması. Yem sahələrinin məhsuldarlığının artırılmasının əsas şərti onların suvarılmasıdır, hansı ki, nəinki quraq zonalarda (çöllər, yarımsəhra və səhralar), həmçinin meşə və meşə-çöl zonalarında effektivdir. Səthi yaxşılaşdırma zamanı süni suvarmanın aşağıdakı növlərindən istifadə edirlər: çiləmə üsulu ilə suvarma, suya basdırma üsulu ilə suvarma, torpaqaltı üsul, liman suvarma üsulu və s.

Əsas istifadə edilən suvarma üsulu çiləmə üsuludur. Çiləməni, DDA-100M, DKŞ-64, “Voljanka”, “Freqat”, DDN-70, DDN-100 və s. tipli çiləyici maşınların köməyi ilə aparırlar.

Təcrübə göstərmişdir ki, xırdaçimli taxıl çöllərinin çiləmə üsulu ilə suvarılması otluğun daha yaxşı inkişafına, mal-qara otarıldıqdan sonra otluğun daha yaxşı uzanmasına, otlaq kütləsinin məhsuldarlığının, əla yem keyfiyyətini saxlamaq şərtilə, 1 hektardan 25-30 sentnerədək yüksəldilməsinə imkan verir.

Çiləmə limanlarda da suvarmanın effektiv üsuludur. Bu, suvarma suyunun məsarifini azaltmaqla, otlaq və biçənəkləri suya basdırmadan yüksək məhsul götürməyə imkan verir. Qiymətli liman taxıl bitkilərinin inkişafı üçün optimal şərait yaranır, suya böyük tələbatı olan alaq bitkiləri isə inkişaf etmir.

Respublikanın yarımsəhra zonalarında ən çox müvəqqəti suya basdırma üsulundan istifadə edirlər. Bu zaman sel və çay suları ilə gətirilən lil və çürüntülər torpağı qida maddələri ilə zənginləşdirir. Suvarılan sahəyə suyu açıq kanallar, qanovlar yaxud elastik boru kəmərləri ilə PMP-1 markalı suvarma maşını və suvarma aqreqatı vasitəsilə verirlər. Yüksək suvarma normaları ilə (1 hektara 800-1200 m3 ) suya basdırma üsulu zamanı torpaqda müəyyən su ehtiyatı toplanır, uzun müddət torpağın optimal nəmliyi qorunur. Bu üsulla suvarma zamanı yem sahələrinin yüksək keyfiyyətli planlaşdırılması tələb olunur.

Yarımsəhra və quru çöl zonalarında liman suvarma üsulu geniş tətbiq olunan üsullardandır. Elmi nailiyyətlər və təcrübə sübut etmişdir ki, liman suvarması zamanı təbii yem sahələrinin məhsuldarlığı 5-10 dəfə artır, bu fonda ot səpiləndə, mədəni-texniki işlər görüləndə, gübrələr veriləndə isə məhsuldarlıq 20 dəfə və daha çox artır.

Liman suvarması üçün müvəqqəti su basımına dözümlü, otluqda daraqotu, tülküquyruğu, qılçıqsız tonqalotu üstünlük təşkil edən sahələr ayırmaq lazımdır.

Liman suvarması üçün enişli yamaclarda düzlənmiş sahələr seçib suyu (yaz, yaxud yağış suyu) burada saxlayaraq sahə üzrə bir bərabərdə paylayırlar. Limanları, su toplanan səmtləri məhdudlaşdıran torpaq komaları vasitəsilə yaradırlar. Onları, bir kilometrə 1-2 m qədər enişi olan sahələrdə, bir-birindən 200-400 m aralı məsafədə yerləşdirirlər.

Torpaq şəraitindən və çəmənliyin növündən asılı olaraq suya basdırmanın optimal müddəti 5 gündən 25 günə kimi ola bilər. Daha uzun müddətli suvarma bataqlaşma, şoranlaşma proseslərini tezləşdirir, limanların meliorasiya vəziyyətini və otluğun botanik tərkibini pisləşdirir.

Dik yamaclarda limanların periferik (qıraq) sahələri sudan çox tez azad olduğundan lazım olan dərinliyə (1,5-2 m) qədər islana bilmir, buna görə torpağın bitkiköklü qatı su ilə tam təmin olmur. Bu çatışmamazlığı aradan qaldırmaq üçün limanın qıraq sahələrində yarıqlar açırlar. Hər il daşqından qabaq xüsusi yarıqaçanla dərinliyi 25-40 sm, eni 3 sm, aralarındakı məsafə 2 m olmaqla yarıqlar açırlar. Bu, suyun torpağa hopmasını az qala 2 dəfə sürətləndirir. Yarıqlanmaya edilən xərclər əlavə məhsul əldə edildiyinə görə bir ilə ödənilir.

Dağ rayonlarında təbii otlaq və biçənəkləri suvarmaq üçün iti axınlı dağ çaylarının və bulaqlarının suyundan istifadə edirlər. Bunun üçün daşlardan yaxud sipərlərdən alçaq bəndlər tikirlər və bu bəndlərdən suyu dayaz (20-30 sm) qanovlarla çəmənliklərə yönəldirlər.

Şərqi Sibir və Zabaykalye çöl çəmənliklərini xırda çayların və bulaqların suyu hesabına düzəldilmiş buzlaqlardan istifadə etməklə suvarırlar. Bu məqsədlə payızda bulaqdan suyun çıxması üçün yer təmizlənir və suyu buzlaq yaradılacaq yerə istiqamətləndirmək üçün kiçik qanovlar qazılır. Qışda buz üzərində qanovlar açır və onlara su buraxırlar.

Buzlaq üçün xırda çay və ya bulaqdan istifadə etdikdə qışda gölməçələr düzəldilir; bu məqsədlə payalar basdırılır və onların araları paya, budaq, küləş və daşla doldurulur. Sonra gölməçənin yuxarısından deşik açırlar və su qanovla buzlaq yerinə axır. Yazda buz əridikdə su, suvarma qanovları ilə biçənək mənbələrinə istiqamətlənir.

Qarı sahədə saxlayan tədbirlər. Meşə-çöl, çöl və yarımsəhra zonalarında su ehtiyatı toplamaq üçün qarı sahədə saxlayan tədbirlər görmək əlverişlidir. Bu, yem sahələrinin məhsuldarlığını 2-2,5 dəfə artırır, həmçinin bitkiləri donvurmadan qoruyur. Qarı saxlamaq üçün qar örtüyünün qalınlığı 8-10 sm olduqda otlaqlarda qarğıdalı, günəbaxan gövdələrindən və ya küləşdən çəpər düzəldirlər. Qar örtüyünün qalınlığı az olduqda hər 5-6 m-dən bir qar topaları düzəldirlər.



Mövzu № 15 : Təbii yem sahələrinin inventarizasiyası və pasportlaşdırılması

Mühazirənin planı:

1. Təbii yem sahələrinin yaxşılaşdırılması

2. Təbii yem sahələrinin keyfiyyətinin qiymətləndirilməsi

3. Təbii yem sahələrinin inventarizasiyası

4. Təbii yem sahələrinin pasportlaşdırılması

İstifadə olunan ədəbiyyat


  1. Behbudov H.Ə. “Azərbaycanın yemçilik təsərrüfatı”, Bakı, Azərnəşr, 1991.

  2. Behbudov H.Ə. “Yemçilik”, Bakı, Azərnəşr, 1971.

  3. Hacıyev V. C. “Mədəni otlaqlar və biçənəklər”, Bakı, Azərnəşr, 1980.

  4. Hümbətov H. S., Hüseynov A. R. Yem otları, Bakı: “Elm və təhsil” 2013, 184 s.

  5. Hümbətov H. S., Şabanov M.C., Verdiyeva R.C. Şirəli yem bitkiləri. Bakı: 2013, 152 s.

  6. Xəlilova H.M. “Bitkiçilik üzrə laboratoriya məşğələləri”. Bakı, “Maarif”, 1973. 368 s.

  7. Məmmədov Q. Y., İsmayılov M. M. Bitkiçilik, Bakı, 2012, 356 s.

  8. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılan ot bitkiləri. Kirovabad, 1984.

  9. Tağıyev T.M. Otlaq və biçənəklərin səthi yaxşılaşdırılması. Kirovabad, 1982.

  10. Masterova V.P., Ananina N.N. “Yem istehsalının əsasları”, Bakı, “Maarif”, 1978. 214 s.

  11. Tağıyev T.M. Azərbaycanın otlaqlarında əsas yayılmış yem bitkiləri. Kirovabad, 1975.

  12. Ten A. Г. «Koрмопроизводство», Москва, Колос, 1982. 463 с.

  13. Андреев Н.Т. «Луговое и полевое кормопроизводство», Москва, Колос, 1984.

  14. Бугай С. М.. Растениеводство. Москва, 1963, 517 с.

  15. Вавилов П. П. Растениеводство. Москва, 1986, 512 с.

  16. Посыпанов Г. С. и др. Растениеводство. Москва, «Колос», 2006, 611с.

  17. Тюльдков В. А. «Практикум по луговому кормопроизводству», Москва, Агропромиздат, 1986, 255 с.

TƏBİİ YEM SAHƏLƏRİNİN İNVENTARİZASİYASI VƏ PASPORTLAŞDIRILMASI
Yem sahələrinin yaxşılaşdırılması və onların səmərəli istifadəsi üçün keyfiyyətli qiymətləndirilməsi inventarizasiya adlanır. İnventarizasiya aqronom, zootexnik, meliorator və təsərrüfatın başqa mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.

Yem sahələrinin inventarizasiyasında kənd təsərrüfatı yerlərinin yer quruluşu və torpaq planlarından istifadə olunur. Yoxlama zamanı qeyd olunur:



  1. Xəritədə konturun nömrəsi

  2. Yem sahəsinin tipi

  3. Sahəsi

  4. Yaşayış məntəqəsindən, fermadan, suvatdan məsafəsi

  5. Relyefi

  6. Rütubətliliyi

  7. Torpağı

  8. Bitki örtüyü

  9. Quru kütlənin məhsuldarlığı, s/ha

  10. İstifadəsi

  11. Vəziyyəti

  12. Yaxşılaşdırılmadan sonra istifadə üçün nəzərdə tutulan tədbirlər.

Bütün bu göstəricilər inventarizasiya cədvəlində qeyd olunur. Konturların nömrələnməsində yer quruluşu xəritələrində verilən nömrələrdən istifadə olunur. Bir yer quruluşu konturuna fərqli otlaq və biçənəkləri daxil etdikdə, onu hissələrə bölürlər və hər bir kontura eyni nömrə yazılır, ancaq hərf əlavə edilir.

Yem sahələrinin adlarını rütubətliliyin xarakterinə, torpağın zənginliyinə və şoranlığına, otlağın diqressiyasına (Latın dilində digressio sözü tullantı, itki deməkdir. Diqressiya - daxili və xarici səbəblərdən otlağın vəziyyətinin pisləşməsi kimi başa düşülməlidir) və s. əlamətlərə əsaslanaraq verirlər.

Yem sahələrinin ölçülərini torpaq hesabaalma sənədlərinin rəsmi məlumatlarından götürürlər.

Yaşayış məntəqəsindən, fermadan, suvatdan məsafəsini kilometrin dörddə bir hissəsinə kimi dəqiqlik ilə verilir. Relyefin bu kimi elementləri qeyd edilir: təpələr, düzənlik, yamaclar, dərələr, subasar sahələr.

Rütubətliliyin şəraitinin təsvirində rütubətliyin mənbəyini, torpaq sularının səviyyəsini, rütubətliyin dərəcəsini göstərirlər. Subasar sahələr və limanlar üçün subasmanın vaxtını və müddətini qeyd edirlər. Torpağın təsvirində onun tipini və qranulometrik tərkibini, həmçinin onun ana süxurlarını qeyd edirlər.

Bitki örtüyünün təsvirində otluğun sıxlığını, faizini, üstünlük təşkil edən və xarakterik növlərini, həmçinin zəhərli və zərərli bitkiləri qeyd edirlər.

Yem sahələrinin məhsuldarlığı çalınma metodu ilə (hər yem sahəsinin tipinə görə 5-10 ədəd 10 m2-lik nümunə sahəsini biçib və ya 1-2 ha sahənin biçib və quru otun çəkilməsi) təyin edilir. Yaşıl otun kütləsini quru kütləyə çevirməsi üçün müxtəlif tip yem sahələri üçün təxmini quruma əmsalı istifadə olunur.

Otlaqların məhsuldarlığını çalınma metodundan başqa zootexniki üsulla da təyin etmək olar.

Bu otlaqların istifadəsindən, tipindən (otlaq və ya biçənək), çalımın vaxtından, otlağın istifadə üsulundan, mal-qaranın növündən və sayından, 1 ha torpağın və küz sahəsinin yüklənməsindən xarakterizə olunur.

Otlaqların vəziyyətinin yoxlanmasında torpağın kələ-kötürlük dərəcəsini, mamır qatının mövcudluğunu, daşlılığını, kolluğunu, şoranlaşmasını, bataqlaşmasını, yeyilməyən, zərərli və zəhərli bitkilərdən zibillənməsini, səthinin vəziyyətini və səmərəsiz istifadəsi nəticəsində dəyişilməsini nəzərə alırlar.

Otlaqların səmərəli istifadəsi üçün otarmanın küz sistemini, mal-qaranın otlaqda yüklənməsinin normallaşdırılmasını, torpağın vəziyyətinə görə otarılma müddətinin tənzimlənməsini, otluğun xüsusiyyətlərini, alaq, zərərli və zəhərli bitkilərin mövcudluğunu dərindən öyrənirlər.

İnventarizasiyadan başqa yem sahələrdə pasportlaşdırma tədbirini də həyata keçirirlər. Parsportlaşdırma daha müfəssəl kəmiyyət-keyfiyyət uçotu ilə ətraflı inventarizasiyadan, torpaq planında olan hər bir sahənin (konturun) xarakteristikasından ibarətdir.

Tək təbii yaxşılaşdırılmamış və yaxşılaşdırılmış otlaq və biçənəklər yox, həm də ki yem sahələri kimi istifadəyə yararlı olan torpaqlar (məsələn, az qiymətli meşələr, kolluqlar, bataqlıqlar, yarğanlar) və ikinci dərəcəli otlaq və biçənəklər pasportlaşdırılır. Bütün məlumatlar pasportda qeyd olunur və bunun əsasında yem sahələrinin yaxşılaşdırılması və səmərəli istifadəsi tədbirləri işlənib hazırlanır.



Mövzu № 16: TOXUM QARIŞIQLARI VƏ OTLARIN SƏPİLMƏSİ

PLAN

1. Toxum qarşıqlarının və otlarının təmiz səpilməsinin müqayisəli qiymətləndirilməsi

2. Toxum qarşıqlarının tipləri

3. Otun seçilməsi və toxum qarşığının tərkibi

4. Səpin normaları və toxum qarşıqlarında müxtəlif bioloji qruplarının nisbətləri

5. Otların səpilməsi

6. Toxum qarşıqlarının səpilməsinin üsulları və texnikası

7. Diyirlənmə




Toxum qarişiqlari və otlarin səpilməsi
Toxum qarışıqlarının və otların təmiz səpilməsinin müqayisəli qiymət-ləndirilməsti. Elmi-tədqiqat müəssisələrinin sınaqları və qabaqçıl müəsissələrin təcrübələri göstərirlər ki, toxum qarışıqları otların təmiz səpilməsinə baxanda məhsuldarlığına görə (1,5-2,5 dəfə), maya dəyərinə görə (1,2-1,8 dəfə) danılmaz üstünlük təşkil edir.

Toxum qar;şıqlarının daha yüksək məhsuldarlığının səbəbi, otların təmiz səpilməsinə nisbətən, ondan ibarətdir ki, toxum qarışığı qida maddələrini, günəş enerjisini və suyu bütünlükdə istifadə edə bilir. Toxum qarışığının üstünlüyü həm də ondadır ki, paxlalılar nəinki torpağı azotla zənginləşdirirlər, hətta dənli bitkilərdə azotun miqdarının yuksəlməsinə təsir edirlər. Dənli-paxlalı otların yaşıl kütləsi və quru otunun tərkibində daha çox protein, mikroelementlər, vitaminlər vardır ki, nəinki dənli bitkilərin tərkibində. Buna görə də, heyvandarlıq məhsullarının keyfiyyəti malqaraya dənli –paxlalı bitkilərin yedirilməsində daha yüksək olur, nəinki ancaq dənli bitkilərin istifadəsində.



Toxum qarışıqların tipləri. Toxum qarışıqları mürəkkəbliliyinə, üsuluna, istifadəsinin uzun çəkməsinə, növ tərkibinə görə ayırd edilirlər.

Mürəkkəbliyinə görə toxum qarışıqları sadə (2-3 növ), yarımmürəkkəb (4-6 növ) və mürəkkəb (6 növdən artıq) olurlar.

Böyük ekonomik verən sadə toxum qarışıqların istifadəsində ən böyük təcrübəyə ABŞ, Kanada, İngiltərə, Rumıniyada əldə olunmuşdur. ABŞ və Kanadada ən çox 1-2 paxlalı və 1-2 dənli bitkilərin toxum qarışığından istifadə olunur.

İstifadə üsuluna görə biçənək, otlaq, biçənək-otlaqlı, istifadəsinin uzun çəkməsinə görə – qısamüddətli (2-3 il), ortamüddətli (4-6 il), uzunmuddətli (7-10 il) toxum qarışıqlarını ayırd edirlər.

Qısamüddətli toxum qarışıqlarını növbəli əkin sistemində istifadə edirlər.

Ortamüddətli toxum qarışığını yem və biçənək-otlaqlı növbəli əkinlərdə istifadə edirlər.

Uzunmüddətli toxum qarışığı ancaq su və külək eroziyasına uğramış, növbəli əkin olmayan torpaqlarda, səhralarda, subasar və liman otlaqlarda istifadə olunur.

Növ tərkibinə görə toxum qarışıqlarını dənli, dənli-paxlalı, dənli-müxtəlifotlu, dənli-paxlalı-müxtəlifotlu və müxtəlifotlu kimi ayırd edirlər.

Ən çox yayılanı isə dənli-paxlalı toxum qarışıqları olur. Bozqır zonasında səpin üçün dənli-müxtəlifotlu, dənli-paxlalı-müxtəlifotlu, yarımsəhra zonasında isə həm də müxtəlifotlu toxum qarışığından istifadə edirlər (ərküdə, kamforosma, şoran ot).

Otun seçilməsi və toxum qarışığının tərkibi. Toxum qarışığının tərkibinə otları seçərkən onlar ekoloji və bioloji xüsusiyyətlərinə görə çəmən salınan sahənin şəraitinə uyğun olmalıdır.

Tundra və meşə-tundra zonalarında səpilmiş biçənək yaratması üçün çəmən tülküquyruğundan və yerli çəmən qırtıcından istifadə edirlər.

Meşə zonasında toxum qarışığına dənlilərdən: tonqalotu, pişikquyruğu, çəmən qırtıcı, paxlalırdan: qırmızı və ağ yonca, qarayonca əlavə edilir.

Bozqır zonanın subasar otlaqların əsaslı yaxşılaşdırılmasında toxum qarışığının tərkibinə daxil edirlər: tonqalotu, kökümsovsuz ayrıqotu, çəmən yulafı, çəmən tülküquyruğu, bülbülotu, qarayonca, ağ və sarı xəşəmbül.

Otluğun qısamüddətli istifadəsində onun tərkibinə 2-3 növ birillik və ya ortaömürlü olan otları daxil edirlər. Uzunmuddətli istifadədə komponentləri 5-6 növə qədər artırırla, toxum qarışığına çoxillik kökümsovlu taxılkimiləri daxil edirlər.

Səpin normaları və toxum qarışıqlarında müxtəlif bioloji qrupların nisbətləri. Səpin normaları torpağın mədəniləşdirilməsindən və aqrotexnikanın səviyyəsindən asılıdır. Torpaqlar nə qədər az mədəniləşdirilib, o qədər səpin norması artır. Zəif mədəniləşdirilmiş torpaqlarda səpin normasını 25-50%-a qədər artırırlar.

Müxtəlif təsərrüfat istifadəsində toxum qarışığının tərtib edilməsi zamanı müəyyən faiz nisbətilə müxtəlif bioloji qruplara aid olan otları daxil etmək tövsiyə olunur.

Polşada, Belçikada, Avstriyada toxum qarışığına 8-15 növə qədər ot toxumu daxil edilir. Onların səpinini yüksək normalarnan həyata keçirilər (40-50 kq 1 ha-ya). Fransada, Hollandiyada, İngiltərədə daha sadə toxum qarışıqlarından daha az səpin normaları ilə tətbiq edirlər.

Otların səpilməsi. Toxum qarışığının ən yaxşı müddəti – yaz vaxtıdır, taxıl bitkilərin faraş yazlıq səpinindən qabaq. Ancaq dənli toxum qarışığını yay və payız aylarındada səpmək olar ki, buda otların normal payız kollanmasına zəmanət verir.

Toxum qarışıqlarının səpilməsinin üsulları və texnikası. Səpilmiş biçənək və otlaqların yaradılmasında çoxillik otları həm örtüklü, həm də örtüksüz üsullarından istifadə olunur.

Örtüksüz səpinlər ən çox torfluqlarda, limanlarda, subasar otlaqlarda yayılmışdır. Bu səpinləri yay-payız mövsümlərində həyata keçirilər. Örtüksüz toxum qarışığı səpinlər şoran torpaqların istifadəsində tətbiq edirlər.

Erkən yazda toxum qarışığının səpilməsi zamanı örtüklü üsulundan istifadə edirlər. Baxmayaraq ki, örtüklü bitkilər cücərtiləri kölgəliyir, torpaqdan qida maddələri və suyu mənimsəyir, çoxillik otların boy və inkişafını ləngidir. Bu üsul otlaq salma ilində yaşıl kutlənin alınmasını və otlağın zibillənməsinin azalmasını təmin edir.

Diyirlənmə. Vacib üsullardan biri də səpinqabağı və səpinsonrası diyirlənmədir. Torpağın səthinin hamarlayıb və suyu torpağın alt təbəqələrindən çəkib, bu üsulda toxumlar bərabər olaraq torpaqlanırlar və cücərməyə başlayırlar.Kifayət qədər rütubətli olan rayonlarda torpağı hamar katoklardan diyirləyirlər, quraqlıq rayonlarda isə – halqalı katoklarla, yüngül və torflu-bataqlı torpaqlarda – ağır sudolan, ağır torpaqda isə – yüngül katokları istifadə edirlər.


Mövzu № 17: YEM BİTKİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏS
PLAN

1. Bitkilərin kimyəvi tərkibi ilə qidalılığının qiymətləndirilməsi

2. Yemlərin ümumi qidalılığının qiymətləndirilməsi

3. Yeyilmə



YEM BİTKİLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Yem bitkilərinin əhəmiyyəti onların qidalılığından, yeyilməsindən və həzm olunmasından təyin edilir.



Bitkilərin kimyəvi tərkibi ilə qidalılığının qiymətləndirilməsi. Yemin key-fiyyətinin qiymətləndirilməsinin ən yayılmış üsulundan biri də onun kimyəvi tərkibinin təyin edilməsidir. Bitkilərin kimyəvi tərkibinin analizlərinin keçirilməsi zamanı əvvəlcə suyun və quru maddənin miqdarını təyin edirlər (üzvi və qeyri üzvü mineral maddələri). Üzvi maddənin tərkibinə azotlu birləşmələr (zülallar və amidlər), azotsuz birləşmələr (yağlar, karbohidratlar, üzvi turşular) və bioloji aktiv maddələr (vitaminlər, fermentlər) daxildir.

Yüksək qidalılığının göstəricisinin biri də xam proteindi ki, tərkibindəki zülalın daxilində amin turşuları, amidlər, zülalsız azotlu birləşmələr vardır. Ən çox protein gicitkankimilərdə, kələmkimilərdə (20,4%) və paxlalılarda (18,4%) çiçəkləmə fazasında (22,1% mütləq quru çəki) olur. Ali bitkilərin arasında ən axırıncı yeri proteinin miqdarı ilə Mürəkkəbçiçəklilər (11,2%) və Taxılkimilər tutur.

Proteinin miqdarı muxtəlif növlərdə olduğu kimi, elecə də müxtəlif orqanlarda, eləcə də yarpaqlarda, hamaşçiçəklərdə , gövdələrdə bərabər olmur.

Vegetasiya fazalarına görə əhəmiyyətli dəyişikliklər müşahidə olunur: ilk fazalarından sonrakı fazalarda proteinin miqdarı 1,5-3 dəfə azalır. Yemlərdə proteinin miqdarının dəyişməsi bitmə şəraitindən (iqlim, torpaq, gübrə) tədarükündən və saxlanılmasından asılıdır. Şimaldan cənuba, dağ şəraitində isə dağların ətəklərindən təpələrinə doğru getdikdə otlarda proteinin miqdarı çoxalır.

Yemlərdə proteinin tərkibində olan amin turşularına indiki zəmanədə böyük diqqət verilir. Amin turşularının miqdarı heyvanların zulali qidalanmasında rol oynayır. Xüsusi əhəmiyyət əvəzolunmaz amin turşularına (valin, leysin, histidin, metionin, lizin, triptofan, fenilalanin, arqinin) verilir ki, onlar heyvanlar tərəfindən sintez olunmur və onların miqdarı sabit olmalıdır.

Quru maddədə azotsuz birləşmələrin miqdarı daha çoxdu, nəinki azotlu. Onların tərkibində yağlar, sellüloza və azotsuz ekstavktiv maddələr (üzvi turşular, karbohidratlar) mövcuddur.

Yemlərdəki yağlar metabolik proseslərdə bilavasitə iştirak edir və ehtiyat maddəsi kimi toplana bilirlər. Yağlar enerji mənbəyidir, enerjinin toplanması onlarda 2,5 dəfə çoxdur, nəinki başqa üzvi maddələrdə. Protoplazmatik yağda A, D, E,K vitaminləri həll olunur ki, sonradan onlar mübadilə prosesinə daxil olunur. Otlaq və biçənək bitkiləri quru maddədə yağın bir qədər az miqdarı ilə fərqlənirlər. Müxtəlif fəsilələrdə o 2,2 -9,8% arasında dəyişilir. Onların içərisində tozağacıkimilər və söyüdkimilər seçilir ki, bunların yarpaqlarında 6,5 və 5,3% müvafiq olaraq yağ var, gicitkankimilərdə – 4,9%, mürəkkəbçiçəklilərdə isə 4,3%. Taxılkimilərdə, paxlalılarda və cilkimilərdə isə yağın miqdarı bərabər olur və 3% təşkil edir.

Bitkilərin kimyəvi tərkibinə torpaq–iqlim şəraitləri böyük təsir göstərirlər. Münbit torpaqlarda yetişən bitkilər münasib temperatur və rütubətlilik şəraitlərində daha çox qidalılıqları ilə fərqlənirlər.



Yemlərin ümumi qidalılığının qiymətləndirilməsi. Mübadilə prosesində heç də heyvanın orqanizminə daxil olan bütün maddələr iştirak etmir. Orta hesabla heyvanlar tərəfindən 60-70% quru maddələr həzm olunur, qalan hissəsi isə orqanizmdən mübadilə maddələri şəkilində xaric olunurlar. Həzm olunma dərəcəsi bitkilərin növündən, vegetasiya fazasından, bitmə şəraitindən və başqa faktorlardan asılıdır.Yemin yekun faydalı təsiri onun ümumi qidalılıq göstəricisidir. Ümumi qidalılığın ölçü vahidi bizim ölkədə yem vahididir – 1 kq yulafın və ya 0,6 kq nişastanın qidalılığı miqdarındadır.

Proteinin ən qiymətli hissəsi zülallar təşkil edir ki, başqa üzvi maddələri ilə əvəz oluna bilməzlər. Yemlərdə zülalın miqdarı və ya proteinin həzm olunması onların yüksək qidalılıq göstəriciləridir. Zülal maddələrinin çatışmamazlığında yemlərin israfı müşahidə olunur. Həzm olunan proteinin yüksək miqdarından kələmkimilər, cilkimilər fərqlənirlər.



Yeyilmə. Müxtəlif bitkilərin ilkin təxmini yem qiyməti onların yeyilməsi ilə təyin edilir. Yeyilmə 5 ballıq sistemi ilə qiymətləndirilir: 5 – əla yeyilən bitkilər, 4 – yaxşı yeyilən bitkilər, 3 – kafi yeyilən bitkilər, 2 – yalnız birinci qrup bitkilərin çatışmamazlığında yeyilən, 1 – az yeyilən, 0 - yeyilməyən.

Bitkilərin yeyilməsi bir çox amillərdən asılıdır: morfoloji xüsusiyyətlərindən, kimyəvi tərkibdən, təbii-iqlim şəraitindən və coğrafi zonadan, vegetasiya fazalarından, otlaqların istifadəsi sistemindən, heyvanların növündən, yaşından və vəziyyətindən və s. Yeyilməyən və ya kafi yeyilən bitkilərin bir sıra qoruyucu orqanları var: tikanlar, çıxıntılar, sərt gövdələr, qılçıqlar, qalındərili yarpaqlar, tük örtüyü.

Tərkibində alkaloid, qlikozid, saponin, aşı maddələr, müxtəlif turşular, efir yağlar olan (acı dad və kəskin iy əmələ gətirirlər) bitkilər pis yeyilir və ya heç yeyilmir. Bitkilərin yeyilməsinə həm də onlarda çoxlu miqdarda düzların olması təsir göstərir. Belə ki, şirəli şoran otunun tərkibində olan böyük miqdarda zərərli duzlar olduğuna görə şaxta düşənə kimi yeyilmir. Aşağı temperatur hüceyrələri və toxumaları dağıdır və onların tərkibində olan duzlar yağışlar vasitəsi ilə asanlıqla yuyulur və bitkilər yeyilməyə başlayır.

Yem bitkilərinin əksəriyyəti vegetasiyanın erkən fazasında ən yaxşı yeyilir.

Otlaqların düzgün istifadəsi zamanı bitkilərin yeyilmə əmsalı artır. Sərbəst və ya sistemsiz otarılma ilə müqayisədə küz otarılmanın böyük üstünlükləri vardır. Bir çox otlaqda yeyilməyən bitkilər quru ot şəklində çox yaxşı yeyilir.

Bitkilərin yeyilməsi həm də heyvanların növündən asılıdır. Qaramal yumşaq və şirəli taxılkimilər, paxlalılar, cilkimilər, gicitkankimilər, qarabaşakkimilər fəsilələrindən olan bitkilərə üstünlük verir. Onlar kərəvüzkimilər fəsiləsindən olan bitkiləri pis yeyirlər. Atlar üçün quru, nisbətən sərt və ətirli taxılkimilər, paxlalılar, cilkimilər, mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilər ən yaxşı yem ola bilər. Qoyun və keçilər quru taxılkimilərə, paxlalılara, cilkimilərə, mürəkkəbçiçəklilərə üstünlük verirlər, onlar həvəslə sərt otları və ağac, kolluqların budaqlarını da yeyirlər. Dəvələr isə başqa heyvanlardan fərqli olaraq taxılkimiləri pis yeyirlər, eyni zamanda isə həvəslə sərt iyli və tikanlı bitkilər n qidalanırlar. Tox heyvanlar yaxşı bitkiləri seçirlər, ac isə - həm yaxşı, həm də ki kafi yeyilən bitkilər ilə qidalana bilirlər.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə