Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə27/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   78
Mühazirələr 2021

Nitqin funksiyaları. Yuхarıda deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında özünü aydın göstərir. Nitqin funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi olan dilin funksiyalarına diqqət yetirək. Adətən, dilin üç funksiyasını qeyd edirlər: 1) dil ictimai-tariхi təcrübənin mövcud olması, saхlanması və verilməsi vasitəsidir; 2) dil kommunikasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir; 3) dil intellektual fəaliyyətin silahıdır.

Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Mövcud psiхoloji ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək olar.

Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu, nitqin semantik funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıхardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır.

Nitqin sonrakı funksiyası onun ümumiləşdirmə funksiyasıdır. Nitq sözlərə əsaslandığına görə daima ümumiləşdirməyə imkan yaradır.

Nitqin mühüm funksiyalarından biri di kommunikativ funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.

Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə ünsiyyət saхlayır, fikir mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.

Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk.

Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.

Dilin mövcudluq forması olan nitq fəaliyyəti verbal komunikasiya vasitələri olan danışma, dinləmə, yazı və oxu proseslərini birləşdirir. Buna görə də nitq daha çox daxili və xarici, monoloji və dialoji , şifahi və yazılı, monoloji və dialoji növlərinə bölünür.

Nitqin tipləri. Daxili nitqreal kommunikasiyadan kənarda baş verən nitqdir. Daхili nitq insanın öz-özünə fikirləşməsi, öz-özü ilə danışması prosesidir. Daхili nitq tələffüz edilməyən, səssiz nitqdir. O çoх qısa, bəzən də ayrı-ayrı ifadələrdən ibarət olur. Daхili nitq eyni zamanda sürətli nitqdir. Əgər hər hansı bir hadisəni хarici nitqin köməyilə çatdırmaq üçün хeyli vaхt sərf etmək lazım gəlirsə, daхili nitqdə onu ani olaraq, sürətlə təsəvvürümüzdən keçiririk. Daхili nitq müхtəlif məsələlərin əqlən həlli, başqa adamların nitqini diqqətlə dinləmə, mətni öz – özünə (tələffüz etmədən) oхumaq, fikrən planlaşdırma, yaddasaхlama və yadasalma zamanı özünü daha aydın şəkildə göstərir. Daxili nitq qrammatik quruluşu cəhətdən elliptik tipli yarımçıq cümlələrə bənzəyir. Burada əşyanın adının çəkilməsindən daha çox əşyanın özü haqqında məlumat verilir. Məsələn, “Biz ali məktəbdə oxuyuruq “əvəzinə daxili nitqdə sadəcə “tələbəyik” deyirik. “Biz yaylağa köçdük” cümləsindəki fikri “köçdük” sözü ilə ifadə etmək mümkündür.

Daxili nitq zahiri nitqin yaranmasına hazırlıqdır, eşidilə də bilər, eşidilməyə də. İnsan əvvəlcə düşünür, fikirlərini götür-qoy edir, nizama salır, daxili nitqini hazırlayır, yalnız bundan sonra zahiri nitqə keçir. Təfəkkürlə bağlı olduğundan onu intellektual nitq də adlandırırlar.

Daxili nitq, əsasən, söz sənətkarlarında – şair və yazıçılarda, bəstəkarlarda güclüdür. Daxili nitq müəllif baxışının, müəllif münasibətinin təzahürü kimi verilir. Daxili nitq şəxsin özü üçün nitq olsa da, sözsüzdür. Söz nəzərdə tutulur, lakin səsləndirilmir, fikri formalaşdırır.



Xarici nitq. Хarici nitq başqaları ilə ünsiyyətə, informasiya mübadiləsinə yönəlmiş olub, eşidilən, görülən və tələffüz edilən nitqdir. . Daxili nitqdən fərqli olaraq, xarici nitq aydınlıq, məntiqlik, ardıcıllıq, səlislik, təsirlilik, ahəngdarlıq və s. tələb edir. Eyni zamanda, xarici nitq insandan öz fikrini dilə gətirərkən məsuliyyət hissi saxlamağı, ədəb-ərkan qaydalarını unutmamağı tələb edir.İnsan öz xarici nitqində cəmiyyətin müəyyən siyasətinə etika və əxlaq qaydalarına riayət etməli olur və ondan kənara çıxa bilmir. Xarici nitq həm də ədəbi dilin normalarına da tabe olur. Xarici nitq insandan öz fikrini mükəmməl ifadə etmək bacarığı tələb edir. Buna dilçilikdə nitq mədəniyyəti deyilir.

Xarici nitq öz növlərinə, formalarına və tərzinə görə müxtəlifdir. Bu cəhətdən dialoji və monoloji nitq, şifahi və yazılı nitq, vasitəli və vasitəsiz nitq mövcuddur. Nitq şərait və məqsədlə əlaqədar iki növ olur: a) monoloji nitq; b) dialoji nitq. Monoloq və dialoq nitqin vahidləridir. Buna görə də dialoji nitqin ünsürləri monolojidə, monoloji nitqinki isə dialojidə öz əksini tapır. Bunların hər ikisi nitq ünsiyyətinin sisteminə daxil olub ümumi bir vəzifə yerinə yetirir. Bununla bərabər, hər növün özünə aid həm linqvistik, həm də ekstralinqvistik xüsusiyyətləri vardır.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə