Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Nitq prosesinin strukturuna görə növləri



Yüklə 262,04 Kb.
səhifə28/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
Mühazirələr 2021

Nitq prosesinin strukturuna görə növləri. Şəxsiyyətlərarası ünsiyyət müxtəlif formalarda həyata keçirilə bilər ki, onlardan ən əsası monoloq və dialoqdur.

Monoloji nitq. Linqvistik ədəbiyyatda “monoloji nitq” termini nitqin müəyyən növünü bildirmək üçün işlədilir. Yunancada mono (mono) – bir, loqos (logos) – nitq deməkdir.

Monoloji nitqdə bir nəfər danışır, başqaları onu dinləyirlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Bu nitq dinlənilir, eşidilir, dinləyənlər və yazılı formada oxuyanlar düşünür, nəticə çıxarırlar. Bu nitq daha çox ailədə, məişətdə, elm və təhsil ocaqlarında, məhkəmə iclaslarında işlədilir. Monoloji nitqin əsas mahiyyəti ondan ibarətdir ki, burada hər hansı müəyyən bir ideya, fikir, məsələ, problem, məlumat, informasiya, xatirə, tezis və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərir. Monoloji nitq mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə, monoqrafiya və s. formalarda ola bilir. Bu nitqdə fasilə (pauza), ritm, ahəng, temp, intensivlik, ton danışanın istəyi və bacarığı daxilində məzmunla bağlı bir-birini əvəzləyir.

Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti, rabitəli və rəvan danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisələrində monoloji nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nəql edilməsi xüsusi əhəmiyyət daşıyır, biliklərin möhkəmləndirilməsində ilkin mərhələdir. Mətnin oxunması, ardınca mövzu üzrə sual-cavab aparılması, sonra danışılması onun mənimsənilməsini başa çatdırır. Mövzunun belə öyrədilməsi onun uzun müddət və ya həmişəlik yadda qalmasına zəmin yaradır.

Monoloji nitq müxtəlif məqsədlər güddüyünə görə müxtəlif məzmunlu olur. Məsələn, öyrətmə, inandırma, məlumat vermə, müxtəlif təbiət və cəmiyyət hadisələri haqqında daxili fikir, hiss və həyəcanlarını ifadə etmə və s. Bu cəhətdən monoloji nitqin elmi, pubisistik, bədii, epistolyar və s. üslublarda da ifadə formaları mövcuddur. . Bu üslublardan bir qismi müəyyən hazırlıq, planqurma, uzun müddət düşünmək tələb edir. Məsələn, yazıçı və ya alim hər hansı bir əsərini yazmağa başlamazdan əvvəl bir neçə müddət müəyyən mövzu üzərində düşünmüş, müxtəlif mənbələri araşdırmış, plan cızmış və onun əsasında əsəri yazmışdır. Lakin hər hansı bir gündəlik hadisə barədə məlumat verərkən bu, nitq sahibindən o qədər də hazırlıq tələb etmir. Monoloji nitq iki şəkildə özünü göstərir: şifahi və yazılı. Həcminə görə yazılı monoloji nitq geniş, şifahi monoloji nitq isə qısa, yığcam və konkret olur.

Şifahi monoloji nitqin bir forması da spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən söylənilən nitqdir. Danışıqda improvizasiya kimi xatırlanan belə tez, sürətli, qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Ekspromt nitq əvvəlcədən planlaşdırılmadığından çoxları üçün çətindir. Ani vaxt ərzində, elə danışıq məqamında öz fikrini cəmləşdirib nədən və necə danışacağını, öz mülahizə və fikirlərini hansı tərzdə çatdıracağını hər adam bacarmır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü, zəngin müşahidələri, müəyyən hadisə və məsələlərə bələdliyi böyük rol oynayır. Belə şəxs istənilən şəraitdə öz fikrini toplamağı, ona münasib söz, ifadə tapmağı, nitqini düzgün və dəqiq cümlələrlə çatdırmağı bacarır.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə