Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları



Yüklə 262,04 Kb.
səhifə29/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   78
Mühazirələr 2021

Dialoji nitq. Dialoq yunan sözüdür, mənası söhbət, müsahibə deməkdir. Dialoji nitqdə əsas yeri iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi tutur. İnsanın xasiyyəti, niyyəti və fəaliyyəti, başqalarına münasibəti, həyat haqqında düşüncələri və s. dialoji nitq vasitəsilə açılır. Dialoji nitqdə sual-cavab forması əsas rol oynayır. Dialoqda iştirak edən şəxslərin hər birinin danışığı replika adlanır. Replikanın hər biri dialoqun tərkibində obrazın xarakterinin açılmasına kömək edir. Yazılı dialoji nitqdə bütün replikalar təzə sətirdən yazılır və əvvəlində tire (–) işarəsi qoyulur. Replikalar tərkibcə yarımçıq, bitməmiş ifadələrdən ibarət olur. Dialoji nitqdə mimika və jestlərdən olduqca fəal istifadə olunur. Nitqin canlı və təsirli olmasında bunların rolu olduqca böyükdür. İnsan bəzən sözlə deyə bilmədiyini jest və mimikanın köməyi ilə ifadə edə bilir.

Dialoq ifadələrin qısa və yığcamlığı, cümlələrin sintaktik quruluşunun sadəliyi, elliptik cümlələrin çoxluğu ilə səciyyələnir.

Dialoji nitqin əsas struktur vahidi olan replikanın qrammatik quruluşunun qısalığı və yarımçıqlığını,cümlələrin sintaktik quruluşunun sadəliyini,elliptik cümlələrin çoxluğunu nəzərə alaraq deyə bilərik ki, dialoji nitq dinamikliyi baxımdan sürətlidir.

Şifahi nitqdə intonasiya olduğu kimi, yazılı nitqdə də dialoqu canlandıran əsas vasitə durğu işarələridir. Durğu işarələrindən məqsədəuyğun şəkildə istifadə olunmaması replikaların anlaşılmamasına gətirib çıxara bilər. Buna görə də yazılı dialoji nitqdə ən çox sual (?), nida (!), sual-nida (?!), nida nöqtələr (!...) və s. durğu işarələrindən istifadə edilir.

Dialoqun həcmi, meyarı onun quruluşudur. Dialoq həcminə görə makro və mikrodialoji nitq şəklində olur.

Mikrodialoq bir neçə şəxsin qısa mükalimələrindən ibarət olur. Mikrodialoqlara bədii əsərlərdə, epik növə daxil olan şifahi ədəbiyyat nümunələrində - təmsil, nağıl, əfsanə, lətifə və dastanlarda, eləcə də yazılı ədəbiyyat nümunələrində - xatirə, oçerk, hekayə, novella, povest və romanlarda rast gəlirik.

Makrodialoq bədii əsərlərin bütün quruluşunu əhatə edir. Dram əsərləri makrodialoq əsasında yaradılır.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə