Mühazirə 1 Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu


Mühazirə 14 İstehsalatın yanğın və partlayış təhlükəsi baxımından təsnifatı



Yüklə 2,28 Mb.
səhifə39/42
tarix23.09.2023
ölçüsü2,28 Mb.
#123146
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
Sənaye təhlukəsizliyi

Mühazirə 14
İstehsalatın yanğın və partlayış təhlükəsi baxımından təsnifatı

Layihələndirilən bina və onun hissələrinin odadavamlılıq dərəcəsini müəyyən etdikdə onlarda yanğın və partlayışın baş verə biləcəyi ehtimalı nəzərdə tutulur və onun qəza törətmə xarakteri müəyyən edilir. Bu baxımdan yanğın əleyhinə münasib tədbirlərin hazırlanmasında istehsalatın yanğın təhlükəsi dərəcəsinə görə kateqoriyasını düzgün təyin etmək əhəmiyyət kəsb edir.


İnşaat normalarına və qaydalarına uyğun olaraq (sənaye müəssisələrinin istehsalat binaları, layihə normaları CH və П 90-81) bütün istehsalat növləri yanğın və partlayış təhlükəsi baxımından 6 kateqoriyaya bölünürlər: A, B, V, Q, D, E. Bunlardan AB kateqoriyaları yanğın-partlayış təhlükəli müəssisələr, V, QD yanğın təhlükəli, E – partlayış təhlükəli müəssisələridir.
Ümumiyyətlə, istehsalatın yanğın və partlayışa görə təsnifatı maddələrin alışma temperaturlarına, maye buxarlarının, qazların və tozların partlayış hədlərinə görə, həmçinin yanar maddənin istehlakı şərtlərinə əsaslanır.
Bu amillərlə yanaşı istehsalatda işlədilən tezalışan maddələrin miqdarının da böyük təsiri vardır. İstehsalatın kateqoriyası istifadə edilən iki maddədən ən təhlükəlisinə əsasən müəyyən edilir. Məsələn, otaqda müəyyən iş az miqdarda benzin və spirtin istifadəsi ilə aparılırsa onda istehsalatın yanğın təhlükəsinə görə kateqoriyası spirtin alışma temperaturuna əsasən müəyyən edilir.
A kateqoriyasına buxarlarının alışma temperaturu 28°C-dən aşağı olan mayelərin, hava ilə qarışığının aşağı partlayış həddi 10%-dən aşağı olan qazların, su, hava və bir-biri ilə təmas etdikdə partlayış təhlükəsi yaradan maddələrin istehsalı, tətbiqi və saxlanması ilə məşğul olan müəssisələr aid edilir.
B kateqoriyasına buxarlarının alışma temperaturu 28-61°C həddində olan mayelərin, hava ilə qarışığının aşağı partlayış həddi 10%-dən yuxarı olan qazların hasili, saxlanması və tətbiqi ilə ilə məşğul olan müəssisələr aid edilir. Bu kateqoriyaya həmçinin iş prosesi alışma temperaturu və ondan yuxarı temperaturda gedən mayelərlə əlaqədar, aşağı alışma həddi ( hava həcminə nisbətən ) 65 q/m3- dan aşağı olan yanar tozların və liflərin ayrılması ilə gedən istehsalat növləri bir şərt ilə aid edilir ki, bu qazlar, tozlar və mayelər hava ilə qarışdıqda otaq həcmindən 5% artıq həcmli partlayıcı qarışıq yaratsınlar.
V kateqoriyasına buxarlarının alışma temperaturu 61°C-dən yuxarı olan mayelərin, bərk yanar maddələrin və materialların, istehsalı və tətbiqi ilə məşğul olan, həmçinin aşağı alışma həddi (hava həcminə nisbətən ) 65 q/m3-dan çox olan yanar toz və liflərin ayrılması prosesi ilə gedən müəssisələr aid edilir.
Q kateqoriyasına müntəzəm surətdə qığılcım və alov ayrılması ilə qızmış, közərmiş və ya ərimiş halda yanmayan maddələrin emalı ilə məşğul olan müəssisələr aid edilir. Bu kateqoriyaya eyni zamanda yağ, maye və bərk yanar maddələri yanacaq kimi istifadə edən müəssisələr də aid edilir.
D kateqoriyasına yanmayan maddələrin soyuq halda emalı, saxlanması və işlənməsi ilə məşğul olan müəssisələr aid edilir.
E kateqoriyasına tutduğu həcmdən 5% çox həcmə bərabər partlayıcı qarışıq yarada bilən maye fazası olmayan qazlar və tozlarla əlaqədar olan müəssisələr aid edilir. Hava oksigeni, su və yaxud bir-biri ilə təmas etdikdə yanmadan partlayış törədə bilən maddələrlə işləyən müəssisələr də buraya aid edilir.
Yanğın təhlükəsinə görə istehsalatın bu və ya digər kateqoriyaya aid edilməsi şərtləri “tikintinin layihəsində texniki şərt və yanğına qarşı normalar”-da verilmişdir. Bütün müəssisələrdə elektrik avadanlıqları “Elektrik qurğularının quruluş qaydaları (EQQ)” əsasında seçilməlidir.
EQQ-ya əsasən elektrik avadanlıqları yerləşən istehsalat binaları partlayış və yanğın təhlükəsi baxımından aşağıdakı siniflərə bölünürlər (cədvəl 9.1).

Cədvəl 9.1



Binanın, qurğunun sinfi

Binaların və xarici qurğuların partlayış təhlükəsi üzrə xarakteristikası

1

2

P-I

Normal və qəza iş rejimində (məsələn, texnoloji aparatların doldurulması və yanan mayelərin saxlanması və ya başqa qaba tökülməsi və s. zamanı), partlayış təhlükəli qarışıqlar əmələ gəlməsi üçün kifayət miqdarda yanan qazlar və buxar ayrılan binalar.

P-Ia

Normal istismar zamanı buxarların və qazların hava, yaxud başqa oksidləşdiricilərlə birləşməsindən partlayış təhlükəli yanar qarışıqlar əmələ gəlməyən binalar. Belə binalarda bu qarışıqlar yalnız qəza baş verəndə və ya avadanlıqlar saz olmadıqda yaranır.

P-Ib




a) sinfinə aid olan xassələrlə xarakterizə edilən və aşağıdakı göstəricilərin biri ilə fərqlənən binalar: a)binalarda yanar qazların aşağı partlayış həddi 15%-dən çox olur (məsələn, ammonyak kompressorunun soyuducu absorbsiya qurğularının maşın zalları).
b) texnoloji prosesdə qəza baş verəcəyi hal üçün ümumi partlayış təhlükəsi yaradan konsentrasiyanın əmələ gəlməsi ehtimalı aradan qaldırılır.
c) binalarda tez alovlanan mayelər və yanar qazlar çox olmur, ümumi partlayış təhlükəli konsentrasiya əmələ gəlmir və onların işlədilməsində açıq oddan istifadə edilmir. Görülən işlər sorucu şkaflarda və ya sorucu zond altında aparılan zaman bu qurğular partlayışa təhlükəsiz qrupa daxil olur.

P- Ic

İçərisində partlayış təhlükəli qazlar, buxarlar və tez alovlanan mayelər olan binalarda xaricdə olan qurğular (məsələn: qazholderlər, tutumlar, boşaldıcı-doldurucu estakadalar və s.). Onlarda partlayış təhlükəli qarışıqlar yalnız qəza və ya nasazlıq nəticəsində əmələ gəlir.

P- II


Qəza və ya partlayış təhlükəsi yaradan tozlar və liflər olan binalar.

P- IIa



P-II sinif binalara xas olan təhlükəli vəziyyət normal istismar şəraitində müşahidə edilməyən, yalnız qəza və saz olmayan zaman təhlükə baş verən binalar

Y-I

Alışma temperaturu 610C-dən yuxarı olan mayelərin işləndiyi və ya saxlandığı binalar, məsələn: mineral yağlar üçün anbarlar, bu yağların regenerasiya qurğuları və s.

Y-II

Daxilində partlayış təhlükəsi yaratmayan yanar tozlar və liflər olan binalar.

Y-IIa



Bərk və ya lifli yanan maddələr (ağac, parça, və s.) üçün istehsalat və anbar binaları. Bunlarda Y-II sinfinə aid olan əlamətlər olmur.

Y-III


Alışma temperaturu 610 C –dən yuxarı olan yanan mayeləri işlətmək və ya saxlamaq üçün xarici qurğular(məsələn: kömür, torf, ağac və s. saxlanılan açıq və örtülü anbarlar).

Partlayışdan mühafizə edilmiş elektrik avadanlığının seçilməsində həmin avadanlığın işlədiləcəyi mühitin bütün xüsusiyyətləri nəzərə alınmalıdır.



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə