|
Mühazirə Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi kimi(fəaliyyətin bələdləşmə əsası – FBƏ)p.p müh 10(fəaliyyətin bələdləşmə əsası – FBƏ)
Dəyişdirmə prosesi 3 cür funksiyanı yerinə yetirən əməliyyatlar şəklində həyata keçir:
FBƏ –nin
yaradılması
(bələdləşmə əməliyyatı),
dəyişdirmənin özünün həyata keçirilməsi (
idarəedici əməliyyat
)
nəzarət və tənzim (
nəzarət əməliyyatı).
Təlimin psixoloji strukturu ilə bağlı olaraq diqqəti cəlb edən bir konsepsiya da
D.B.Elkonin
və
V.V.Davıdovun
konsepsiyalarıdır. Onların fikrincə təlim fəaliyyəti bir – biri ilə qarşılıqlı şəkildə bağlı olan
aşağıdakı komponentlərə malikdir: 1)təlim şəraiti və vəzifələri, 2)təlim işləri, 3)mənimsəmə səviyyəsini
qiymətləndirməklə bağlı işlər.
6
.
Təlim prosesində psixi inkişafın səviyyəsi və “inkişafın yaxın zonası”nın nəzərə alınması
.
Təlimin optimallaşdırılması üçün birinci növbədə şagirdlərdə psixi inkişafın səviyyəsi nəzərə
alınmalıdır. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuş, təlim və psixi inkişafın
qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə şərh
olunmuşdur.
Vaxtilə burjua psixologu
V.Ştern
belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasınca gedir və
ona uyğunlaşır. Bu fikrin əksinə olaraq görkəmli psixoloq
L.S.Viqotski
təlim və tərbiyənin uşağın psixi
inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə,
təlim inkişafdan irəli gedir və onu öz arxasınca
aparır
.
Məşhur İsveçrə psixologu
J.Piaje
də bu məsələdə
V.Şternə
uyğun mövqe tutmuşdur. Onun fikrincə
təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz.. Bununla da
J.Piaje
təlimin inkişafetdirici təsirini kölgədə
buraxır. Məşhur Amerika psixologu
C.Bruner isə
şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici rol
oynadığını qəbul etsə də, uşağın yaş hüdudlarını silib atır.
Bütün bu fikirlər göstərdi ki, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün
müəyyənləşdirilməsi birinci növbədə təlimin struktur komponentlərinin dəqiq müəyyənləşdirilməsindən
asılıdır. Bu cəhəti nəzərə alan Viqotskinin həmin sahədəki ideyaları, gəldiyi nəticələr onun tələbələrinin və
ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına imkan vermişdir.
Dostları ilə paylaş: |
|
|