Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ


FRİKSİON VƏ ANTİFRİKSİON MATERİALLAR



Yüklə 11,09 Mb.
səhifə37/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   68
Müh

6.FRİKSİON VƏ ANTİFRİKSİON MATERİALLAR

6.1 Friksion və antifriksion materialların təbiəti haqqında ümumi anlayışlar

Müasir maşınlarınyastıqlarında sürtünmə adətən neqativ rol oynayır. Hər hansı düyünün hərəkətdə olması üçün hissələrin sürtünməsini dəf etmək etmək məqsədilə əlavə iş görmək lazımdır ki, bu danəticədə istiliyə cevrilir. Sürtünmə, məmulatın xidmət müddətini müəyyən edən yeyinti ilə müşaiyət olunur. Vakuumda işləyən düyünlərdə sürtünmə, hissələrinsoyuq qaynağına və gözlənilməyən imtinara gətirib cıxara bilər. Hissələrin sürtünməsini mexaniki f.i.ə. müəyyən edir.

Sürtünmə ilə mübarizə müxtəlif yollarla aparılır ki, bunlardan biridə kiçik sürtünmə əmsalına malik antifiriksion materialların yaradılmasıdır.

Lakin bir sıra maşınların düyünləri vardır ki, bunların işləməsi yüksək sürtünməsiz mümkün olmaz. Məsələn, tormozlar, friksion muftalar, qayış və kanat ötürmələri,bərkidici yivli birləşmələr və s. quruluşlar. Bunlarda hissələrin işci səthləri xüsusi yaradılmış materiallarla örtülür ki, onlar firiksion materialları adlanır və yüksək qiymətli sürtünmə emsalına malik olurlar.

Sürtünmənin faydalı istifadəsinə ən parlaq nümunə hamıya yaxşı tanış olan ayaqqabının altı ilə torpaq təmasıdır. Yer donmuü olduqda kiçik qiymətə malik sürtünmə əmsallı altlığın buz üzərində tətbiqinin nə kimi nəticələr verəcəyi hamıya aydındır.

Şərti olaraq sürtünmə əmsalı f   0,2 olan materialları friksion, f   0,2 olan materialları isə antifriksion materiallara bölürlər.

Istər friksion, isrərsə də antifriksion materiallar yeyilməyə davamlı və möhkəm olmaqla maşınların layihə müddəti həddində etibarlılığın və uzunömürlülüyünü təmin etməlidir. Bu tələbatları yerinə yetirmək üçün elmi - texniki inqilab şəraitində alimlər və mühəndislər müasir friksion və antifriksion materialların modernləşdirilməsi və yenilərininin yaradılması üzərində fasiləsiz işləyirlər. Belə ki, axırıncı 30 il ərzində təyyarələrin sürəti 10 dəfə artmışdır. Təxminən o qədər dəfə təyyarə oturan zaman əyləmə anında yaranan istilik miqdarı artmışdır. Belə böyük istilik miqdarı məhdud zamanda əyləmə anında ətraf mühitə yayıla bilər və bu da təyyarənin təkərinin əyləmə hissələrinin 1200  - yədək qızmasına səbəb olurş ona görə də1947 – ci ildə aviaəyləclərdə tətbiq olunan friksion materiallar 80 – cı 90 – cı illərin təyyarələri üçün məqbul sayıla bilməz. Artan hərəkət sürəti yeni yastıq materiallarının yaradılmasını tələb edirdi. Bu materiallar saniyədə yüzlərlə metr sürüşmə sürətində və - 250   - dən 1000  - yədək həddə temperatur fərqində işləməlidir. Aydındır ki,belə şəraitlər üçün 40 – 50 – ci illərin çuqunu, bürüncü və babbitləri yaramayacaqdır. Onların əvəzinə çinidən, polimerlərdən, metaldan və digər təbii və sintetik materiallardan hazırlanmış daha mürəkkəb antifriksion kompazisiyalar tətbiq olunur. Bu materiallar ekstremal şəraitlərdə, məsələn, vakuumda, yüksək enerji hissəciklərinin şüalanmasında işləmək imkanına malikdirlər.

Öz təyinatına görə friksion materiallar ( FM ) yüksək sürtünmə əmsalına təmin etməli olduqlarından onların molekulları kontrcismə intensiv cəzb olunmalıdır. Maretila elastik təmasda aşağı elastikiyyət moduluna, yaxud plastiktəmasda az bərkliyə malik olmalıdır ki, təmasın faktiki sahəsinin artması hesabına sürtünmə əlsalının ageziya təşkil edicisi artsın. Bu şərtlər sürtünmə əmsalının deformasiya təşkiledicisinin də yüksək qiymətinin təşkil edir. Səthi elə elal etmək lazımdır ki, nahamarlıq ən kiçik sərtliyə mali olsun və səth qatı böyük ilişmə səthi yaradaraq yüngülcə deformasiya olsun.

Antifriksion materiallar ( AFM ) isə əksinə kiçik sürtünmə əmsalına malik olmalıdır. Belə materialların tərkibinə elə matriallar daxil edilməlidi ki, kontrcismin səthinin molekulları ilə onların molekulları zəif qarçılıqlı təsirdə olsunlar.

Istər FM istərsə də AFM səth qatında mexaniki xassələrin müsbət qradiyentini əmələ gətirməlidi.

Təyinatından irəli gələn tələblərlə yanaşı FM və AFM - ə onların emal texnologiyasından uzunmüddətli istismarından irəli gələn tələbatlar da tələb olunur. Bunlar aşağıdakılardı:


  1. mexaniki elama yüngül cəlb olunma qabiliyyəti, alınmasının sadə texnologiyası, tərkibində bahalı kompanentlərin olmaması;

  2. sürtünmə əmsalının stabil qiyməti:

  3. materialın tez işlənmə qabiliyyəti, az yeyinti, təmasın nominal sahəsi üzrə onun bərabər paylanması;

  4. korroziyaya qarşı davamlılıq, istiliyə davamlılıq, kiçik istilik genişlənmə əmsalı;

  5. yeyilmə məhsulları abraziv, zəhərli və yanğına qarşı təhlükəsis olmalı.

Bunlardan başqa, standarta əsaslanaraq FM işlənmənin gedişində birinci əyləmədə yaradılan moment nominalın 80% - dən az 120% - dən çox olmamalıdır, onların xüsusi yeyilməsi 10-8 . . . . 10-5 - dən artıq olmamlıdır, statik və sürtünmə əmsalı sərt dəyişməməlidir ki,yenidən tərpənəndə silkələnmələr olmasın. əylənmə gedişində onlar açıq alovla yanmamalı,istilik zərbəsinə davamlı olmaı, rütubət və başqa mühitin təsirindən ilişməməlidir. Onların sürtünmə əmsalları 0,2 . . . 0,5 həddində olmalı, titrəmə və səs tezliyi yaratmamalıdır.

AFM möhkəm olmalı, etibarsız sürtgü zamanı düyünun işləmə qabiliyyətini saxlamalı, sürtgü ilə yaxşı sürtülməlidirlər. Onları uzun müddət saxladıqda, yaxud istismar etdikdəfiziki-mexaniki xassələrinin dəyişməsinə sebeb olan faza dəyişməsinə uğramamalıdırlar. Bu materialların kontrcisimlərlə kimyəvi qohumluğu olmamalıdır.



Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə