Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə35/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   68
Müh

5.5 Konsistent sürtgülər
Knonsistent sürgülər adi piy turşularının duzları ilə sabunlarla qatılaşdırılmış mineral yağlardır. Sabunun tərkibindən asılı olaraq konsistent sürgülər kalsiumlu, natriumlu, qarışıq – kalsium – natriumlu sürgülərə və alüminium, maqnezium və s. Sabunları ilə qatılaşdırılmış metal əsaslı sürgülərə bölünürlər.

Kalsiumlu sürgüler ( solidollar ) suda həll olmayaraq tərkibində sərbəst və rabitəli su saxlayırlarş onların rübətli mühitdə istifadə etmək olar, lakin onlar 55  - dən yuxarı temperatur şəraitində işləyə bilməzlər. Əridikdə onlar suyu itirir, yağa və sabuna ayrılırlar və soyudulduqdan sonra öz sürtgülük xassələrini bərpa edə bilmirlər.

Natriumlu sürgülər ( konstalinlər) ancaq 100  . . . 200  - də əriyir, əridikdən spnra qatılaşır, öz sürgü xassələrini bərpa edirlər. Ancaq bu sürgülər suda asanlıqla həll olurlar, yüksək temperaturda isə bu proses daha tez baş verir. Əmələ gələn maddələr metalları korroziyaya uğrayırlar.

Kalsiumlu – natriumlu sürgülər yüksək temperatur və az rütubətli mühit üçün tətbiq olunurlar. Onların xassələri göstərilən iki sürgü arasında ortaqlıq təşkil edir.

Son zamanlar litiumlu sürtgülər daha geniş yayılmağa başlamışdır. Litiumlu sabunlar praktiki olaraq suda həll olmur və yüksək qatılaşdırma qabiliyyətinə malikdirlər, ona görə də onların dəyəri əvvəlkilərə görə çox yüksəkdir. Onların üstünlüyü yüksək istismar xarakreristikalarının olması, sade üsulla alınması və xammalın bol olmasıdır. Bu sürtgülərin tərkibində olan litium nüvə reaktorlarında işlədilən litium izotopunun qalıqlarıdır. Litium sürtgüsü olan Litol-24 1973-cü ildə avtomabillərin sürtünmə düyünlərində tətbiq olunmağa başlamışdır.

Konsistent sürtgülər kürəcikli və diyircəkli yastıqlarda, avtomatik tormozlarda, dişli və sonsuz vint ötürmələrində və s. tətbiq olunurlar. Onların tətbiq sahələri genişlənir. Adi şəraitdə konsistent sürgülər özlərini bərk cisim kimi aparır. Yük altında olduqda onlar formalarını dəyişir və yağa bənzər axmağa başlayır.

Konsistent sürtgülərin üstünlüyü birdə ondadır ki, onlar geniş temperatur həddində tətbiq olunur, yağa nisbətən metala daha çox adgeziya olunur, çilənmirlər sürtünmə düyünlərinin hermetikləşdirilməsinin asanlaşdırılır, istifadə etdikdə sürgü materiallarına və xidmətə sərf olunan məsafələr azalır.

Aqreqatlarda onların tətbiqi əvəz olunmazdır. Yıgım vaxtı sürtgülərlə təmin olunan düyünlər imkan verir ki, güclü yeyilən mexanizmlər istifadə olunsun.

Konsistent sürtgülər antifriksion və qoruyucu sürtgülərə bölunurlər. Qoruyucu sürtgülər səthləri korroziyadan qoruyurlar. Sürtgülərin qatılaşdırılması üçün sabundan əlavə parafindən, texniki vazelindən istifadə olunur.

Sürtgü materialını seçdikdə, hər şeydən əvvəl düyündə yağı yaxud konsistent sürtgünü istifadə etməyin məqsədə uyğunluğunu müəyyən etmək lazımdır. Yağlar konsistent sürgülərə görə aşağıdakı üstünlüklərə malikdirlər:



  1. aşağı özlülük əmsalı;

  2. böyük sürətlərdə və irəli – geri hərəkətlərdə yaxşı işləmə qabiliyyəti;

  3. yüksək temperaturdakı yaxşı işi;

  4. alçaq temperaturdakı yaxşı işi;

  5. yaxşı soyuducu təsiri.

Çatışmayan cəhətləri:

  1. sızmanın yüksək olması;

  2. böyük yüklərdə pis işləməsi;

Konsistent sürgülərin üstünlükləri

  1. sürətlərdə və yüksək təzyiqlərdə yaxüı işləmə qabiliyyətini olması;

  2. az məsrəfi;

  3. yüksək yemperatur stabilliyi;

  4. ətraf mühütün az çirklənməsi;

Onların çatışmayan cəhətləri:

  1. alcaq temperaturda pis işi;

  2. ara boşluğu həcminə sürgünün yeridilməsinin, paylanmasının və əvəz olunmasının çətinliyi.

Bir növ sürtgünün baüqa nüvlə əvəz olunması o halda mümkündür ki, əsas xarakteristikaya görə əvvəlkindən pis olmasın. Seçilmiş növ yaxud qarışıq hökmən istismar şəraitində yoxlanılmalıdır.

Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə