MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə30/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

Tezislər 
 
67 
duz, baĢlıca bazarı isə Tiflis və Ġstanbuldan keçməklə Avropa ölkələri idi.     
Naxçıvanın  əsas  ticarət  mərkəzləri  Culfa,  Ordubad,  Naxçıvan,  Aza, 
Əylis,  Astabad  Ģəhərləri  idi.  Naxçıvan  Ģəhərində  mərkəzi  bazarla  yanaĢı 
Sarbanlar, Oruc, Köhnə Qala, Xosulu, Çaparxana, Ziyilarx, Bilici, ġahab, Qala 
məhəllələrində 
ayrı-ayrı 
ticarət 
mərkəzləri, 
mədrəsələr, 
məscidlər, 
emalatxanalar, çörəkxanalar fəaliyyət göstərirdi. ġəhərə dörd istiqamətdən daxil 
olan karvanlar üç böyük karvansarada yerləĢdirilirdi. 
Coğrafiya Ensiklopediyasında göstərildiyi kimi KeçmiĢ Sovet Ġttifaqının 
ən  qədim  Ģəhəri,  eləcə  də  Ģərqin  ən  qədim  Ģəhərlərindən  biri  olan  Naxçıvanın 
karvan  və  ticarət  yollarının  kəsiĢdiyi  nöqtədə  salınmasının  əsas  səbəbi  burada 
keyfiyyətli  daĢ  duz  yataqlarının  olmasıdır.  Bu  duz  hər  zaman  buradan  keçən 
karvanların baĢlıca yükü olmuĢdur.  
 
Açar sözlər: Naxçıvan, Böyük Ġpək Yolu, inzibati ərazi bölgüsü 
 
 
NAXÇIVAN MUXTAR RESPUBLĠKASINDA ORTA DAĞLIQ 
TORPAQLARININ EKOLOJĠ ġƏRAĠTĠ 
SAHĠB HACIYEV 
AMEA Naxçıvan Bölməsi 
sahibhaciyev@mail.ru 
 
2015-ci  il  Azərbaycanda,  həmçinin  Naxçıvan  Muxtar  Respublikasında 
kənd təsərrüfatı ili elan olunmuĢdur. Məhz buna görə də Muxtar Respublikada 
əhalini  etibarlı  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin  etmək  üçün,  torpaq 
münbitliyini artırmaq məqsədilə orta  dağlıq qurĢaqda daimi olaraq torpaq-bitki 
tədqiqatlarının aparılması aktuallıq kəsb edir.  
Tədqiqat  obyekti  kimi  Naxçıvan  Muxtar  Respublikasının  orta  dağlıq 
qurĢağında  təqribən  2200-2400  metrdən  yüksək  olan  torpaq  sahələri 
götürülmüĢdür.  
ĠĢin məqsədi Naxçıvan MR-in orta dağlıq zonasında torpaqların müasir 
ekoloji  problemlərini  öyrənmək  və  onlardan  mədəni,  təbii  bitkilər  altında 
səmərəli istifadə etmək üçün təklif və tövsiyələr hazırlamaqdan ibarətdir.  
AparılmıĢ  tədqiqatlar  əsasında  orta  dağlıq  qurĢaqda  açıq-dağ  qəhvəyi 
(Ģabalıdı),  çəmən,  bataqlıq  çəmən,  allüvial-çəmən,  dağ-Ģabalıdı  (qəhvəyi)  və 
digər torpaq tip və yarımtipləri müəyyənləĢdirilmiĢdir.  
Orta  dağlıq  qurĢaqda  göstərilən  torpaqların  tip  və  yarımtiplərinin 
münbitliyini  pozan  deqradasiya  prosesləri  öyrənilmiĢ  və  bu  amillər  uyğun 
qruplarda birləĢdirilərək aĢağıdakı kimi göstərilir. 
I.Təbii amillər. Muxtar Respublikada torpaq münbitliyinin pozulmasına 
təsir göstərən əsas amillərdən biri təbii amillərdir. Ərazidə səhralaĢma və torpaq 
münbitliyinin  pozulmasına  təsir  edən  təbii  amillərdən  eroziya,  ĢoranlaĢma, 


Beynəlxalq  İpək Yolu  
 
 
68 
ĢorakətləĢmə,  bataqlıqlaĢma,  daĢlıq  və  kol-kosla  basmıĢ  sahələr  və  digərlərini 
göstərmək olar.  
II.  Antropogen  amillər.  SəhralaĢma  torpaq  deqradasiyasını  yaradan 
səbəblər arasında təbii amillərlə yanaĢı, antropogen təsirlər də əsas diqqət çəkən 
məsələlərdən biridir. Antropogen amillər ətraf mühitə, o cümlədən torpağa təsir 
göstərən  insan  fəaliyyətinin  müxtəlif  formalarını  birləĢdirir.  Orta  dağlıqda 
səhralaĢma  və  torpaq  deqradasiyasını  yaradan  antropogen  amillərin  müxtəlif 
formalarından biri olan əhalinin ərazidə məskunlaĢmasıdır. 
Naxçıvan  Muxtar  Respublikasının  orta  dağlıq  zonada  göstərilən 
torpaqların  tip  və  yarımtiplərinin  münbitliyini  pozan  deqradasiya  prosesləri 
öyrənilmiĢ və onların aradan qaldırılması üçün tədbirlər müəyyənləĢdirilmiĢdir.  
1.  Naxçıvan  Muxtar  Respublikasının  orta  dağlıq  zonasında  ekocoğrafi 
problemləri  öyrənmək  məqsədilə  ərazidə  torpaqəmələgəlmə  prosesinin 
müxtəlifliyi nəzərə alınaraq yayılan torpaq tip və yarımtipləri öyrənilmiĢdir. 
2. Tədqiqat iĢində ərazidə torpaq münbitliyini pozan səhralaĢma və sair 
torpaq  deqradasiyası  proseslərini  yaradan  səbəblər  araĢdırılmıĢ  və  onların 
qarĢısını almaq üçün tədbirlər müəyyənləĢdirilmiĢdir. 
3.  Tədqiqat  iĢinin  nəticələri  təhlil  olunaraq  Naxçıvan  Muxtar 
Respublikasının  orta  dağlıq  zonasında  əsas  deqradasiya  proseslərinin  baĢ 
verdiyi sahələr öyrənilmiĢdir.  
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, orta dağlıq qurĢaq, ekoloji 
problem, səhralaĢma, deqradasiya 
 
 
NAXÇIVAN ƏRAZĠSĠNDƏN KEÇƏN KARVAN YOLLARININ FĠZĠKĠ-
COĞRAFĠ XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR 
ƏLĠ QURBANOV 
NĠGAR BABABƏYLĠ 
 ―Naxçıvan‖ Universiteti 
eliqurbanov@mail.ru 
ninaba@mail.ru 
 
Naxçıvan  diyarının  əlveriĢli  coğrafi  mövqeyi,  təbii  sərvətləri  və  təbii 
Ģəraiti  onun  Böyük  Ġpək  Yolu  üzərində  inkiĢafının  əsas  səbəblərindən  biri 
olmuĢdur.  Belə  ki,  Ģərqlə  qərb  və  Ģimalla  cənub  arasında  böyük  karvan 
yollarının  kəsiĢdiyi  yerdə  yerləĢən  qədim  Naxçıvan  olduqca  rəngarəng 
landĢafta,  müxtəlif  iqlim  tipinə,  otlaq  təsərrüfatları  üçün  potensial  yem 
mənbəyinə sahib olmuĢdur. Olduqca balaca bir ərazidə dörd iqlim tipinin, 200-
dən  artıq  mineral  su  mənbəyinin,  elecə  də  böyük  debitli  bulaqların,  düzənlik 
zonada  isə  bol  sulu  kəhrizlərin  olması  karvan  yollarının  məhz  buradan 
keçməsinin baĢlıca səbəbi olmuĢdur. Dağlıq və düzənlik zonanın qovuĢduğu bu 
yerdə  zəngin  yay  və  qıĢ  otlaqlarının  olması  karvanı  təĢkil  edən  qoĢqu 


Tezislər 
 
69 
heyvanlarının  il  boyu  yemə  olan  tələbatını  ödəyə  bilmiĢ,  ilin  fəsilindən  asılı 
olaraq müxtəlif istiqamətlər seçən karvanlar onlardan istifadə etmiĢlər. 
 
Soyuq  dövrdə  Naxçıvan  ərazisinə  karvanlar  qıĢ  otlaqları  boyu  cənub-
Ģərqdən Ģimal-qərbə doğru, isti dövrdə isə Ģimaldan Ģimal-qərbə və cənub-Ģərqə 
doğru  və  ya  əksinə  hərəkət  etmiĢlər.  Zəngin  subalp  çəmənlikləri  heyvanların 
zəngin yem bazası olmaqla yanaĢı sərin hava onlar üçün təhlükəli xəstəlik olan 
qızdırmanın müalicəsində istifadə olunmuĢdur. 
 
Ələngəzdə  (Zəngəzur)  yerləĢən  dağ  aĢırımları  müxtəlif  vaxtlarda 
karvanların keçidi üçün əlveriĢli olmuĢdur. Məsələn: Ayçınqıl aĢırımı (3707 m) 
VII-IX  aylarda,  Bazarməscid  aĢırımı  (3576  m)  VIII  aydan  IX  aya  kimi, 
Dağdağan aĢırımı (2958 m) II ayla XII ay arasında, Gədik aĢırımı (2563 m) IV-
XI  aylarda,  Dəmirlidağ  aĢırımı  (3137  m)  III-XI  ay,  EĢĢək  meydanı  aĢırımı 
(2876  m)  IV-XI  ay,  Xəzəryurd  aĢırımı  (3537  m)  V-X  ay,  ġıxyurdu  aĢırımı 
(3015 m) VII-IX ay, Biçənək aĢırımı  (2347 m) IV-XI ay,  Zırnel  yurdu aĢırımı 
(2682 m) V-XI aylarda, Qaraboya aĢırımı (2090 m) V-XI aylarda, Gərməçataq 
keçidi il boyu, Yeddi bulaq aĢırımı (2486 m) il boyu, eləcə də Günnütdən Araza 
qədər  bütün  keçidlər  il  boyu  karvan  yolları  üçün  açıq  olmuĢdur.  Arazdan 
keçərək  cənubla  cənub-qərb  və  Ģimala  istiqamətlənən,  625  metrlə  800  metr 
hündürlük  arasında  yerləĢən  karvan  keçidləri  Diyadin,  ġahtaxtı,  Qızılvəng, 
Gülüstan, Culfa, Aza və Kotam məntəqələrində yerləĢmiĢdir. 
 
Yollar üzərində karvanların ərzaq, yem, güvənlik təminatı üçün, eləcə də 
keçidləri  asanlaĢdırmaq  məqsədilə  karvansaralar,  daĢ  körpülər  tikilmiĢ,  dağlıq 
zonada isə zağa və mağaralardan,  eləcə də anbar, müsafirxana və heyvanların 
gecələməsi üçün tikililərdən istifadə olunmuĢdur. 
 
Böyük Ġpək Yolunun bərpasından söz getdiyi bu məqamda bizcə karvan 
yolları  coğrafi  aspektdən  yenidən  iĢlənməli,  eyni  zamanda  bu  yollara  məxsus 
tarixi abidələr bərpa olunmalıdır.   
Açar sözlər: fiziki-coğrafi xüsusiyyət,  Böyük Ġpək Yolu, karvan, 
Naxçıvanın əlveriĢli coğrafi mövqeyi 
 
 
OSMANLI MƏNBƏLƏRĠNDƏ NAXÇIVANIN SOSĠAL- ĠQTĠSADĠ, 
COĞRAFĠ VƏZĠYYƏTĠ HAQQINDA MƏLUMATLARA DAĠR 
FATĠH ĠMAT 
Kastamonu Universiteti 
fatihimat@hotmail.com 
 
 
Ərəb  qaynaqlarında  NaĢava  Ģəklində  göstərilən  Naxçıvan  Səlcuqlar  və 
Elxanilər zamanında Naxcuvan kimi, Evliyə Çələbiyə görə isə NahĢovan olaraq 
ifadə  olunmuĢdur.  1514-cü  il  Çaldıran  savaĢından  sonra  Osmanlı  tabeliyinə 
keçən  Naxçıvan  diyarında  inzibati  ərazi  bölgüsü dəyiĢdirilərək  sancaq,  nahiyə 
və  kənd  idarəçiliyi  yaradılmıĢ  və  bu  qurumlara  müvafiq  olaraq  sancaqbəyi, 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə