Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə14/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   10   11   12   13   14   15   16   17   ...   237

dindir  ki, 

0

  zaman  vətəndaşın  həmin  haqqının  nə  onun  özü 



üçün, nə də başqaları üçün heç bir əhəmiyyəti olmayacaqdı. 

Odur ki, hüquq və vəzifələr vəhdət halında mövcuddur. 

Konstitusiya  hüquq  münasibətlərinin  subyektlərinin  də 

subyektiv  hüquq  və  vəzifələri  olur.  Bu  hüquq  və  vəzifələr 

müəyyən  obyektə  münasibətdə  şəxslərin  davranış  imkanını 

bildirir və  həmişə  müəyyən hüquqi  nəticə  törədir.  Məsələn, 

şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması 

onun  dövlət  qarşısında  vətəndaşlıqdan  irəli  gələn  hüquq  və 

vəzifələrinin  xitamına  səbəb  olur.  Konstitusiya  hüquq 

münasibətlərinin  subyektlərinin  hüquq  və  vəzifələri  həmişə 

digər  münasibətlərdə olduğu qədər dəqiq və  konkret olmur. 

Məsələn,  vətəndaşlıqdan  irəli  gələn  çoxsaylı  hüquq  və 

vəzifələr  bütün  qanunvericilik sistemində  əks olunur. Onlar 

daim  inkişaf  edir  və  dəyişir.  Burada  subyektlərin  hüquq  və 

vəzifələrini dəqiq müəyyən etmək qeyri-mümkündür. Bir sıra 

münasibətlərdə isə nəinki müvafiq münasibətin məzmununu, 

hətta  subyektlərin  özünü  belə  dəqiq  müəyyən  edib  nəticə 

çıxarmaq çətindir. Məsələn, “hakimiyyətin mənbəyi xalqdır” 

müddəasında subyekti, onun hüquq və vəzifələrini müəyyən 

etmək  üçün  qanunvericiliyin  əhatəli  təhlili  və  analizi  tələb 

olunur. Qanunvericilik sisteminin formalaşdırılması ilə bağlı 

subyektləri (dövlət orqanları),  onların hüquq  və  vəzifələrini 

birmənalı olaraq müəyyən etmək çox çətindir. Məntiqi olaraq 

belə nəticəyə gəlmək olar ki, normativ hüquqi aktı qəbul edən 

bütün  hakimiyyət  orqanları  bu  münasibətlərin  subyektidir. 

Lakin  onların  hüquq  və  vəzifələri  ilə  bağlı  (qanunvericilik 

sisteminin  formalaşdırılması)  hər  hansı  norma  tapmaq 

çətindir.  Yenə  də  hüquqi  məntiq  əsasında  müəyyən  etmək 

olar ki, kons 

— 46 — 



titusiyanın nəzərdə tutduğu tələblərə riayət etmək bu sistemin 

yaradılmasında  iştirak  edən  hər  bir  orqanın  vəzifəsidir. 

Bununla yanaşı, bir sıra konstitusiya hüquq münasibətlərində 

hər bir tərəfin hüquq və vəzifəsini dəqiq müşahidə etmək və 

müəyyənləşdirmək  mümkündür.  Məsələn,  bələdiyyələrin 

məhkəməyə  müraciət  etmək  hüququ  mütləq  cavabdehin 

iddiaya qarşı iddia irəli sürmək hüququnu və ya tələbini qəbul 

edərsə,  onun  ödənilməsi  vəzifəsini  yaradacaqdır  və  bu  da 

konkret münasibətlərdə həyata keçirilir. Subyektlərin hüquq 

və vəzifələrində də konstitusiya hüququna xas olan iyerarxiya 

qaydasında  çeşidlənməsi  müşahidə  olunur.  Məsələn,  seçki 

hüququ  vətəndaşın  əsas  konstitusion  hüquqlarından  biridir. 

Ancaq  bu  hüquq  seçki  qanunvericiliyində  bir  sıra  hüquqlar 

şəklində  dəqiqləşdirilir  (səsvermənin  gizliliyini  tələb  etmək 

hüququ).  Yaxud  vətəni  müdafiə  borcu  hərbi  xidmətin 

keçilməsi  ilə  bağlı  yaranan  bir  çox  hüquqlarda  çeşidlənir, 

dəqiqləşdirilir.  Başqa  bir  misal:  konstitusiya  hüquq 

münasibəti  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

deputatının icra hakimiyyəti orqanının nümayəndəsinə sorğu 

göndərmək və həmin sorğuya cavab tələb etmək hüququ kimi 

qanunvericilikdə dəqiqləşdirilmiş formada təzahür edir. 

Konstitusiya hüquq münasibətlərinin subyektləri insan və 

onun  sosial  birlikləri,  o  cümlədən  bir  sıra  digər  sosial 

reallıqlardır  (xalq,  dövlət  və  s.).  Bu  subyektlər  digər 

sahələrdəki subyektlərdən bir çox xüsusiyyətləri ilə fərqlənir. 

Xalq bütövlükdə yalnız konstitusiya hüququnun subyektidir. 

Dövlət bilavasitə subyekt kimi yalnız konstitusiya hüququnda 

çıxış  edir.  İnsan  bir  fərd  kimi  sosial  və  bio-  fızioloji 

xüsusiyyətlərindən  asılı  olmadan,  konstitusiya  hüququnun 

subyektidir. Başqa sahələrdə yaş (mülki hü 



— 47 — 


quqda  fəaliyyət  qabiliyyəti  yaşla  yaranır),  müxtəlif  sosial- 

siyasi faktorlar (hərbçi siyasi fəaliyyətdə iştirak edə bilməz), 

əmək  qabiliyyəti  (əmək  hüququnda)  şəxsin  sahə  hüququ 

subyektliyinə  kəskin  müəyyənləşdirici  faktorlar  kimi  təsir 

edir. Konstitusiya hüququnda subyektin sahə statusu anlayışı 

kifayət qədər şərtidir, çünki, məhz bu status (vətəndaşlarda) 

digər bütün sahə statuslarının əsasında durur. Burada əsasən 

subyektliyə  şəxsin  dövlətlə  münasibətlərdə  qurduğu 

rəsmi-hüquqi əlaqələr təsir edir. Konstitusiya hüququnda fərd 

eyni zamanda bir neçə konstitusiya hüquqi statusa malik ola 

bilər. Deputat həm Azərbaycan Respublikası Milli Məclisinin 

deputatı kimi, həm də Azərbaycan Respublikasının vətəndaşı 

kimi  konstitusiya  hüququnun  subyektidir.  Konstitusiya 

hüququnun  subyekti  kimi  vətəndaş,  əcnəbi  və  vətəndaşlığı 

olmayan şəxs fərqləndirilir. Vətəndaş dövlətlə siyasi - hüquqi 

əlaqədə  olur  və  əcnəbilərdən  və  vətəndaşlığı  olmayan 

şəxslərdən fərqli olaraq, bir sıra əlavə və daha geniş hüquq və 

vəzifələrə  malikdir.  Fərdin  hüquq  və  azadlıqları  subyektiv 

hüquq kimi insanın özünün bilavasitə davranışında təcəssüm 

edir. 


Dövlət  orqanları  və  ictimai  birliklər  də  konstitusiya 

hüququnun  subyektləridir.  Bu  subyektlərin  fəaliyyətini 

konstitusiya  hüququ,  demək  olar  ki,  bütövlükdə  tənzimləyir 

(yaranmasından 

xitamına 

qədər). 


Dövlət 

orqanları 

vətəndaşlardan  fərqli  xüsusiyyətlərə  malikdir  və  bu 

xüsusiyyətlər də onların statusu ilə bağlıdır. Dövlət orqanı ilə 

vətəndaşın  qarşılıqlı  əlaqələrinin  də  bir  hissəsini  (inzibati 

hüquqla  tənzimlənən  hissə  istisna  olmaqla)  konstitusiya 

hüququ  tənzimləyir.  Dövlət  orqanları  hakimiyyəti  həyata 

keçirir  və  vətəndaşlardan  fərqli  olaraq  onlar,  hakimiyyət 

səlahiyyətlərinə malikdir. Xalq və dövlət konstitusiya hü 

— 48 — 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə