Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə12/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   8   9   10   11   12   13   14   15   ...   237

kili  forması  kimi  əsas  forma  yalnız  bələdiyyələrdir. 

Qanunvericilik  sistemi  əslində  adından  da  göründüyü  kimi, 

geniş məsələləri əhatə edir. Burada dövlətin normativ hüquqi 

aktlan  arasındakı  münasibətlər,  o  cümlədən  norma- 

laşdınlması  mümkün  olan  ictimai  münasibətlər  sisteminə 

qoyulan  tələblər  əks  olunur.  Dövlətlə  cəmiyyətin  əlaqədə 

olduğu vasitələrdən biri də məhz qanunverilcilik sistemidir. 

Çünki  dövlətin  və  cəmiyyətin  tələbləri  yalnız  normativ 

hüquqi aktlar sistemində əks etdirildikdə, rəsmiləşdiril- dikdə 

qarşı tərəf üçün hüquqi nəticələr doğura bilən məcburi hüquqi 

öhdəliyə  çevrilir.  Burada  təbii  hüququn  pozitiv  hüquqa 

çevrilməsi məsələləri əks olunur. 

Hər  bir  konstitusiya  hüquq  institutu  digəri  ilə  sıx 

əlaqədədir.  Onları  təcrid  etmək  ancaq  mənfi  nəticələr  verə 

bilər.  Bəzən  bir  prinsip  bir  neçə  konstitusiya  hüquq 

institutunda  müxtəlif  şəkillərdə  əks  olunur.  Məsələn, 

hakimiyyət bölgüsü prinsipi yığcam şəkildə əsası müəyyən- 

ləşdirilməklə konstitusion quruluşun əsasları institutunda əks 

olunur.  Eyni  zamanda  bu  prinsip  dövlət  hakimiyyətinin 

təşkili institutunda artıq inkişaf etdirilmiş və dəqiqləşdirilmiş 

şəkildə  dövlət  orqanları  arasında  münasibətlər  formasında 

realizə  olunur.  Başqa  bir  misal:  muxtariyyat  özü 

hakimiyyətin  ərazi  təşkili  formasıdır,  lakin  hakimiyyətin 

ərazi  cəhətdən  təşkili  yerli,  regional  hakimiyyət  orqanı  ilə 

mərkəzi hakimiyyət orqanı arasında əlaqələrin qurulmasında 

təzahür  etdiyindən,  bu  məsələ  həm  də  hakimiyyət 

orqanlarının  təşkili  məsələləri  ilə  sıx  bağlıdır  və  onun 

hakimiyyət  bölgüsünə  birbaşa  aidiyyəti  vardır.  Hüquq 

institutlarının  bir-birindən  fərqləri  göstərilərkən  müxtəlif 

meyarlara  istinad  olunur.  Buraya  institutun  hüquqi  realizə 

mexanizmi, münasibətlərdə işitirak edən subyekt 

— 40 — 



lər, funksiyalar, normaların xüsusiyyətləri və s. meyarlar aid 

edilir. 


Konstitusiya  quruluşunun  əsasları  institutu  ən  əsas 

institutdur. Burada xalq, dövlət və şəxsiyyət arasında qurulan 

münasibətlərin hər üç subyektin hakimiyyətlə bağlı imkanları 

müəyyənləşdirilir,  dövlətin  əsas  əlamətləri  (ərazi,  əhali, 

hakimiyyət və s.) və onların rejimi məsələsi həll olunur. Bu 

institut bütün hüquq sisteminin təməlini təşkil edir. Bununla 

belə, bu institut bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan 

Respublikasında 

konstitusiyada 

əks 


olunan 

digər 


normalardan  özünün  hüquqi  qüvvəsinə  görə  fərqləndirilmir. 

Bu  institut  bütün  hüquq  subyektlərinə  və  hüququn  tətbiqi 

praktikasına  yönəlmişdir.  O,  konkret  hüquq  münasibətləri 

yaratmır,  bütün  hüquq  münasibətləri  müstəvisində  realizə 

olunur. Daha çox norma prinsiplərdən, defmisiyalardan təşkil 

olunan  bu  institut  ən  əsas  hüquqi  ideyaları  rəsmiləşdirir, 

dövlət  və  cəmiyyətin  bir  növ  perspektivdə  inkişaf 

istiqamətlərini müəyyən edir. 

İkinci  institut  şəxsiyyətin  hüquqi  statusunun  əsaslarını, 

insanın  dövlətlə  münasibətini,  dövlətə  görə  fərdin 

imkanlarının  əsaslarını  və  dövlətin  fərd  qarşısında 

öhdəliklərini  müəyyən  edir.  Şəxsiyyətin  hüquqi  statusunun 

əsası  bütün  sahə  hüququ  statuslarının  fÖvqündə  durur. 

Şəxsiyyətin  hüquqi  statusunun  əsaslarının  bir  hissəsi 

vətəndaşlığından asılı olmayaraq hamıya aiddir. Bu institut da 

ümumi hüquq münasibətləri yaradır, onlar isə konkret hüquq 

münasibətləri vasitəsilə realizə olunur. 

Dövlət  hakimiyyətinin  təşkili  institutu  dövlətin  özünün 

daxili təşkilatlanmasını ifadə edir. Bu institutun şəxsiyyətə və 

onun  hüquqi  statusuna  dolayısı  ilə  təsiri  vardır.  Onun 

normaları  dövlət  orqanlarının  hərəkətlərində,  bilavasitə 

konkret hüquq münasibətlərində realizə olunur. Burada ar 



— 41 — 


tıq əsas subyekt kimi dövlət orqanları çıxış  edir. Bu institut 

təkcə  konstitusiyada  əks  olunan  normalarla  tənzimlənmir. 

İcra  hakimiyyətinin  özünün  daxili  təşkilatlanması  ilə  bağlı 

verdiyi  bir  çox  hüquqi  aktlar  da  buraya  aiddir  və  daha  çox 

təşkilati məsələləri tənzimləyir. 

Özünüidarəetmə  ilə  bağlı  konstitusiya  hüquq  institutu 

çərçivəsində  münasibətlərdə  daha  çox  konkret  hüquq 

normaları  vasitəsilə  nizamlanır.  Burada  artıq  subyekt 

qismində  dövlət  və  ərazi  kollektivləri  çıxış  edir.  Bu  institut 

dövlət  və  cəmiyyət  arasında  keçid  mövqe  tutan  bir  sahəni 

tənzimləyir. Ona görə də burada dövlətin məqsədyönlü təsiri 

ilə yerli idarəetmənin muxtariyyatmm uzlaşdırılması məsələsi 

mərkəzi yer tutur. 

Qanunvericilik  sisteminin  subyekti,  bir  qayda  olaraq, 

dövlət  orqanlarıdır.  Bu  institut  çərçivəsində  əmələ  gələn 

münasibətlər bir qədər özünəməxsusluğu ilə fərqlənir. Burada 

birbaşa  şəxsiyyət  və  ya  dövlət  orqanı  arasındakı  əlaqələrə 

toxunulmur. Qanunvericilik sistemi hüququn özünü müəyyən 

edən  sistemdir  və  burada  qoyulan  tələblər  bütün  dövlət 

orqanları  üçün  məcburidir.  Qanunvericilik  sistemi  ilə  bağlı 

məsələlər, demək olar ki, yalnız konstitusiya ilə tənzimlənir 

və  digər  institutlardan  fərqli  olaraq,  özü  konstitusiyanın 

müdafiəsi vasitəsi kimi də çıxış edir. 

Konstitusiya  hüquq  institutları  dinamikdir,  daim  inkişaf 

edir və dəyişir. Onların qanunvericilikdə və ayrı-ayn aktlarda 

əks  olunma  səviyyəsi  də  eyni  deyildir.  Bəzi  institutlar 

konstitusiyada  tam  əks  olunduğu  halda  (konstitusiya 

quruluşunun  əsaslan),  digərləri  yalnız  qismən  əks  olunur 

(yerli  idarəetmə).  Bir  sıra  institutlar  əsasən  qanun 

səviyyəsində  tənzimlənir  (şəxsiyyətin  hüquqi  statusu), 

bəziləri  isə  əksinə,  daha  çox  qanunqüwəli  aktlar  hesabına 

realizə 


— 42 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə