Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə9/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   5   6   7   8   9   10   11   12   ...   237

və  həmin ilin iyununun 1-dən  qüvvəyə  minmiş Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi durur. 

Şərh  edilənlər  maddi  hüquq  sahəsinə  aid  olduğu  kimi, 

prosessual  hüquq  sahələrinə  də  aiddir.  Deyilənlərdən  aydın 

olur  ki,  konstitusiya  hüququnun  aparıcı  hüquq  sahəsi 

olmasına  səbəb  budur  ki,  konstitusiya  hüququ  bütün  hüquq 

sahələrinin  əsasını  və  birbaşa  xalqın  iradəsini  ifadə  edən 

normaları özündə əks etdirir. 



§ 6. Konstitusiya hüquq normaları və institutları 

Konstitusiya  hüququ  hüququn  bir  sahəsi  kimi  hüquq 

normalarının  məcmusundan  ibarətdir.  Hər  bir  hüquq 

sahəsində  olduğu  kimi,  konstitusiya  hüququnda  da  hüquq 

normaları başqa hüquq sahələrində olan normalarla müəyyən 

oxşarlığa  malikdir.  Eyni  zamanda  bu  normalar  nizamladığı 

predmetin  xüsusiyyətlərindən  irəli  gələn,  yalnız  onlara  xas 

xüsusiyyətlərlə  də  səciyyələnir.  Hər  bir  hüquq  norması 

qeyri-müəyyən  subyektlər  dairəsinə  yönəlir  və  dəfələrlə 

tətbiq  olunmaq  üçün  nəzərdə  tutulur.  Lakin  həyat  daha 

mürəkkəbdir  və  bəzən  bu  iki  meyara  heç  də  tam  cavab 

verməyən  normalara  rast  gəlinir;  bir  normada  konkret 

subyektlər  müəyyənləşdirilsə  də,  norma  dəfələrlə  tətbiq 

olunmaq üçün nəzərdə tutulur. Bu, adətən, inzibati aktlara aid 

olan  xüsusiyyətdir.  Konstitusiya  hüquq  normaları  da  buna 

bənzər  digər  xüsusiyyətlərə  malikdir.  Məsələn,  defmitiv 

konstitusion  normalar  və  prinsip-normalar  klassik  hüquq 

normalan  kimi  aydın  görünən  davranış  qaydası  müəyyən 

etmir.  Lakin  bu  əlamət  bütün  konstitusion  normalara  xas 

deyildir.  Elə  konstitusiya  hüquq  normalan  vardır  ki,  onlar 

digər hüquq sahələrində olduğu kimi dəqiq davranış qaydalan 

müəyyənləşdirir. Ümumiyyətlə



— 31 — 


konstitusiya hüquq normalarının aşağıdakı xüsusiyyətləri və 

növləri vardır: 



1)

 

Konstitusiya  hüquq  normaları  təsisedici  normalardır 

(əsasən  bilavasitə  konstitusiyada  əks  olunan  normalar).  Bu 

normalar hansı sahəyə və məsələyə aiddirsə, onun əsaslarını 

müəyyən edir.  Konstitusion normalar nizamladığı hər  hansı 

bir məsələnin əsasını təsbit edir, onun ümumi parametrlərini, 

hədlərini müəyyənləşdirir. Digər bütün normalar da məhz bu 

normanın  göstərişlərindən  çıxış  edərək,  digər  məsələləri 

tənzimləyirlər. Təsisedici normalar xalq və dövlət arasındakı 

münasibətlərin  əsaslarını  tənzimləyir,  şəxsiyyətin  əsas 

hüquqlarını  müəyyən  edir,  dövlət  orqanları  sistemini  və 

qanunvericilik sistemini təsbit edir. Təsisedici normalar həm 

də  qanunvericilik  sistemində  mövcud  olan  digər  aktlara 

verilən tələbləri özündə əks etdirir. 

2)

 

Konstitusiya  hüquq  normaları,  adətən,  ənənəvi  «üç- 

elementli quruluş»a malik olmur. 

Hər bir hüquq norması 3 hissədən ibarətdir: 

Hipoteza; 

Dispozisiya; 

Sanksiya. 

Hər  bir  hissənin  özünün  də  müxtəlif  növləri  vardır  və 

onlar  normativ  hüquqi  aktın  maddəsi  ilə  üst-üstə  düşməyə 

bilər. Bəzən bir maddədə bütün struktur əks olunduğu halda, 

bir çox hallarda isə normanın strukturu ayrı-ayrı aktlarda əks 

olunur.  Konstitusiya  hüquq  normalarında  bu  quruluş  nadir 

hallarda  əks  olunur,  çoxlarında  isə  strukturun  aşkara 

çıxarılması, sadəcə, mümkün deyil. Məsələn, «hakimiyyətin 

mənbəyi  xalqdır»  normasının  hipoteza,  dispozisiya  və 

sanksiyasını  ayırmaq,  ümumiyyətlə,  mümkün  deyildir. 

Bununla yanaşı, bəzən cari qanunvericilikdə 

— 32 — 



təsbit  olunan  konstitusion  hüquqi  normalarda  üçelementli 

quruluşu ayırd etmək mümkün olur. Bu da ondan irəli gəlir ki, 

bu  normalar  digər  qanunvericilik  aktlarındakı  kimi, 

münasibəti  kifayət  qədər  konkret  və  dəqiq  şəkildə 

nizamlayırlar.  Ona  görə  də  onlarda  davranış  qaydasını  və 

onun şərtlərini müəyyən etmək bir o qədər çətinlik törətmir. 



3)

 

Konstitusiya  hüquq  normaları  defınitiv  və  prinsip 

müəyyən  edən  normalardır.  Konstitusion  normaların  bir 

hissəsi  bu  və  ya  digər  məsələ  ilə  bağlı  prinsipləri  müəyyən 

edir. Bu prinsiplər bütün cari qanunvericiliyə aiddir və bütün 

hüquq  normaları  bu  prinsipləri  gözləməklə  verilməlidir. 

Məsələn, 

konstitusiyanın 

149-cu 

maddəsində 



müəyyənləşdirilir ki, normativ hüquqi aktlar hüquqa və ədalət 

prinsiplərinə  əsaslanmalıdırlar.  Sahə  aidiyyətindən  asılı 

olmayaraq, bütün digər hüquq normaları bu göstərişlərə riayət 

olunmaqla  verilməlidir.  Norma-prinsiplər  bəzən  çoxsaylı 

qanunvericilik  aktlarının  verilməsini,  dövlətin  irimiqyaslı 

tədbirlər  kompleksi  həyata  keçirməsini  tələb  edir.  Məsələn, 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

83-cü 


maddəsindəki seçki prinsipləri nəinki qanun qəbul edilməklə, 

həm  də  bir  sıra  təşkilati  tədbirlər  görməklə  həyata 

keçirilməlidir.  Defınitiv  normalar,  adətən,  bu  və  ya  digər 

məsələlərlə bağlı məqsədi və ya anlayışı özündə əks etdirir. 

Bu  normalar,  bir  qayda  olaraq,  sonradan  hüququn  tətbiqi 

praktikasında  yarana  biləcək  problemlərin  qarşısını  almaq 

üçün  hüquqi  əhəmiyyətə  malik  mücərrəd  anlayışları 

dəqiqləşdirir.  Məsələn,  Konstitusiyanın  1-ci  maddəsi  xalq 

anlayışını  verir.  Burada  göstərilir  ki,  xalq  anlayışı  harada 

yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinə və onun 

qanunlarına  tabe  sayılan  Azərbaycan  Respublikasının 

vətəndaşlarını ehtiva edir. 



— 33 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə