Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə8/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   4   5   6   7   8   9   10   11   ...   237

qoriya mülkiyyətdir. Bütün digər mülki hüquq münasibətləri 

ya  mülkiyyətdən  törəmədir,  ya  da  mülkiyyətə  münasibətdə 

mülki hüquq üçün ikinci dərəcəli bir məsələdir. Mülkiyyətin 

də  mahiyyət  və  məzmununu  bir  növ  konstitusiya  hüququ 

müəyyən 

edir. 


Azərbaycan 

Respublikasının 

Konstitusiyasında  birbaşa  nəzərdə  tutulur  ki,  «Azərbaycan 

Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət 

tərəfindən  müdafiə  olunur.  Mülkiyyət  dövlət  mülkiyyəti, 

xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 

Mülkiyyətdən  insan  və  vətəndaş  hüquqları  və  azadlıqları, 

cəmiyyətin  və  dövlətin  mənafeləri,  şəxsiyyətin  ləyaqəti 

əleyhinə  istifadə  edilə  bilməz»  (13-cü  maddə).  Müəyyən 

edilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir (29-cu 

maddə).  Mülkiyyət  barədə  konstitusiyada  nəzərdə  tutulan 

müddəalar  mülkiyyət  münasibətlərinin  tənzimlənməsi 

konsepsiyasının,  prinsiplərinin,  üsullarının,  qaydalarının 

özülünü  təşkil  edir.  Bu  o  deməkdir  ki.  Mülki  Məcəllə, 

həmçinin  ölkədə  mülkiyyət  münasibətlərini  tənzimləyən 

digər  normativ  hüquqi  aktlar  konstitusiyada  təsbit  edilmiş 

müddəaları  inkişaf etdirməli, daha  dolğun-  laşdırmah  və  bu 

münasibətlərin  tənzimlənməsi  üçün  sadə,  anlaşıqlı  hüquqi 

mexanizmlər  nəzərdə  tutmalıdırlar.  Sanki  konstitusiya  ilə 

mülki hüququn üzərinə müəyyən vəzifələr qoyulur. 

Mülki  hüquq  mülkiyyətin  bütün  növləri  üçün  eyni  də- 

rəeədə  əsaslı,  ciddi  müdafiə  rejimi  müəyyən  edir.  Mülki 

hüquqda müəyyənləşdirilən bütün normalarla cəmiyyətin və 

dövlətin  mənafeyi  bir-birinə  uzlaşdırılır.  Bir  mənafe  başqa 

mənafenin  pozulması  hesabına  təmin  edilə  bilməz,  çünki 

konstitusiya  hüququnda  mülkiyyətin  sosial  təyinatlı  olması 

müəyyən edilmişdir. Qeyd edək ki, vaxtilə sovet konstitusiya 

hüququnda marksizm ideologiyasına uyğun 



— 28 — 


olaraq,  dövlət  və  ictimai  mülkiyyəti  daha  üstün  tutan 

normalar  müəyyən  edilmişdi.  Sovet  mülki  hüququ  bu 

müddəaya uyğun olaraq, ictimai mülkiyyəti daha ciddi, əsaslı 

şəkildə  tənzimləyirdi  və  onun  qorunması  üçün  daha  güclü 

rejim müəyyən etmişdi. 

Başqa  bir  misal.  Konstitusiya  hüququ  hakimiyyətlərin 

bölgüsü nəzəriyyəsini prinsip şəklində formulə edərək qəbul 

edir.  Bu  prinsip  artıq  iera  hakimiyyətinin  fəaliyyətini  və 

təşkilini tənzimləyən inzibati hüquq üçün çıxış nöqtəsidir və 

inzibati hüququn tənzimlədiyi məsələlərin dairəsini müəyyən 

edir.  Konstitusiyada  birbaşa  müəyyən  edilir  ki,  yerli  icra 

hakimiyyəti  başçılarını  prezident  təyin  edir.  İnzibati  hüquq 

artıq 

yerli 


icra 

hakimiyyəti 

orqanlarının 

for- 


malaşdınlmasmm  başqa  qaydasını  müəyyən  edə  bilməz  və 

verilmiş 

bu 

müddəalar 



çərçivəsində 

iyerarxiya 

münasibətlərini öyrənməli və təkmilləşdirməlidir. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

71-ci 

maddəsinə  əsasən,  insan  və  vətəndaş  hüquqlarını  və 



azadlıqlarını  gözləmək  və  qorumaq  qanunvericilik,  icra  və 

məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu müddəadan 

çıxış  edərək  inzibati  hüquq  icra  hakimiyyəti  orqanlarının 

fəaliyyətində  insan  hüquq  və  azadlıqlannm  müdafiəsinin 

alternativ və səmərəli yollanm hazırlamalıdır. 

Əmək  hüququnun  əsasını  təşkil  edən  əmək  hüququ 

kateqoriyasını  məhz  konstitusiya  hüququ  müəyyənləşdirir. 

Bir  hüquq  sahəsi  kimi  əmək  hüququ  insanın  əmək 

qabiliyyətinin, peşəsinin, sənətinin, ixtisasının, peşəkarlığının 

və  s.-nin  fərdi  və  ictimai  rifah  naminə  əmək  hüququ 

münasibətləri  vasitəsilə  (subyektiv  əmək  hüququ)  realizə 

edilməsindən  bəhs  edir.  Əmək  hüququnun  əsas  əlamətləri, 

başqa  sözlə,  atributları  nə  ola  bilər?  Əlbəttə,  əməyin  özünü 

bütövlükdə xarakterizə etməyə, onun məzmununu 



— 29 — 


müəyyən  etməyə  imkan  verən  şərtlər.  Bəs  bu  şətrlər 

hansılardır? Məlumdur ki, bir şəxsin əməyindən başqa şəxs 

(şəxslər)  ya  onun  razılığı  ilə,  yəni  könüllü,  ya  da  onun 

iradəsinə, istəyinə zidd olaraq məcburi qaydada istifadə edə 

bilər.  Üçüncü  hal  ola  bilməz.  Digər  tərəfdən,  cəmiyyətdə 

əmək  huququnun  həyata  keçirilməsi  müəyyən  normalarla, 

qaydalarla  tənzimlənməlidir.  Nəhayət,  insanın  həm  özünü, 

həm  ailəsini  dolandırması,  həm  də  dövlət,  cəmiyyət 

qarşısında  öhdəsinə  düşən  vəzifələri  yerinə  yetirə  bilməsi 

üçün işləmək imkanları, şəraiti olmalıdır. Əmək hüququnun 

şərh  edilən  bütün  bu  əlamətləri,  atributları  Azərbaycan 

Respublikası  Konstitusiyasının  35-ci  maddəsində  təməl 

normalar,  prinsiplər kimi nəzərdə tutulur. Həmin maddə ilə 

əməyin fərdi və ictimai rifahın əsası olduğu - əməyin ümumi 

sosial  təyinatı  təsbit  edilmişdir.  Daha  sonra  bu  maddədə 

bəyan edilir: “Heç kəs zorla işlədilə bilməz”. Burada dövlətin 

əməyə olan fərdi münasibəti göstərilir. Həmin maddədə əmək 

hüququnun həyata keçirilməsinin üsulu, qaydası da göstərilir: 

“Əmək  müqavilələri  sərbəst  bağlanılır.  Heç  kəs  əmək 

müqaviləsi  bağlamağa  məcbur  edilə  bilməz”.  Nəhayət, 

işsizlərin sosial müdafiəsi, ümumiyyətlə, işsizliyin bir sosial 

bəla  kimi  aradan  qaldırılması  sahəsində  dövlətin  vəzifələri 

müəyyən edilir. Bu maddənin digər müddəalanm şərh edərək 

əmək  hüququnun  digər  əlamətlərini  də  aşkarla-  maq  olar. 

Göründüyü  kimi,  əmək  hüququnun  təməl  nor-  malan  məhz 

konstitusiya  hüququnda  müəyyənləşdirilir.  Bu  təməl 

normalara əsaslanan bütöv bir hüquq sahəsi - əmək hüququ 

və bu hüquqla bağlı münasibətlər sistemini tənzimləyən əmək 

qanunvericiliyi  sistemi  mövcuddur  ki,  onun  da  əsasında 

1999-cu il fevralın 1-də qəbul olunmuş 



— 30 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə