Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə4/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   2   3   4   5   6   7   8   9   ...   237

ticəyə  gəlirik.  Məsələn,  ABŞ-da  prezidenti  (birbaşa  olmasa 

da) xalq seçir və ABŞ-nin Konstitusiyasına əsasən prezident 

öz səlahiyyətlərinin icrası barədə qanunverici orqana hesabat 

vermir.  Başqa  sözlə,  ABŞ  prezidentli  respublikadır. 

Azərbaycan  Respublikasında  da  prezidenti  xalq  seçir  və 

burada 


da 

prezident 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına  əsasən  öz  səlahiyyətlərinin  icrası  barədə 

qanunverici  orqana  hesabat  vermir.  Bu  əsas  əlamətlərin 

oxşarlığı  bizə  ABŞ  üçün  çıxardığmız  nəticənin  Azərbaycan 

Respublikası  üçün  də  uyğunluğunu  təsdiq  etməyə  imkan 

verir.  Deməli,  Azərbaycan  Respublikası  da  prezident 

üsuli-idarəsi olan respublikadır. Qeyd etmək lazımdır ki, bu 

metodların  hamısı  çox  zaman  birgə  tətbiq  olunur  və  onları 

bir-birindən ancaq şərti olaraq ayırmaq olar. Məsələn, bir halı 

analiz  edərək  gəldiyimiz  nəticələri  ümumiləşdiririk  (sintez) 

və həmin kateqoriyadan olan bütün növ hadisələrə aid edirik 

(induksiya). 

6)

 



Müqayisə.  Bu  metod  müxtəlif  konstitusion  hüquqi 

reallıqların,  normaların  oxşar  və  fərqli  cəhətlərinin  müəy- 

yənləşdirilməsinə  əsaslanır.  Müqayisə  metodu  ilə  müxtəlif 

ölkələrin  siyasi  quruluşundakı  oxşar  münasibətləri 

tənzimləyən  normalar  sistemini  müqayisə  etməklə  müvafiq 

nəticələr 

almaq 

mümkündür. 



Məsələn, 

Türkiyə 


Cümhuriyyətinin  Nazirlər  Kabineti  ilə  Azərbaycan 

Respublikasının  Nazirlər  Kabinetinin  səlahiyyətlərinin  və 

dövlət  orqanları  sistemindəki  yerinin  müqayisəsi  bu  iki 

ölkənin  yuxarı  icra  hakimiyyəti  orqanları  barədə  konkret 

nəticələrə gəlməyə kömək edir. Müqayisə həm də reallıqların, 

konstitusiya hüquq normalarının tətbiqi prosesinin və onların 

nəticələrinin tutuşdurulmasma söykənir. 

7)

 



Tarixi  yanaşma  metodu.  Bu  metod  baş  verən 

hadisələrin xronoloji ardıcıllığını izləməyə və onların baş ver 



— 16 — 


mə  səbəblərindəki  qanunauyğunluqları  aşkara  çıxarmağa 

əsaslanır.  Xüsusilə  də  konstitusiya  və  ondan  kənarda  baş 

verən  reallıqlar  arasındakı  münasibətlər  öyrənilərkən  bu 

metoddan  istifadə  olunur.  Tarixi  yanaşma  metodu 

konstitusion  qanunvericiliyin  inkişafındakı  təmayülləri 

aşkara  çıxarmağa,  onların  səbəbini  müəyyən  etməyə, 

inkişafda- kı varisliyi izləməyə və proqnozlaşdırmağa kömək 

edir.  Məsələn,  tarixi  yanaşma  metodu  nəticəsində 

müəyyənləşdirilmişdir  ki,  məhz  qeyri-demokratik,  totalitar 

dövlətlərin  konstitusiyaları  hakimiyyətdə  olan  qüvvələrin 

ideologiyası əsasında hazırlanıb qəbul edilir. Bu da totalitar 

dövlətlərdə  konstitusiya  hüququnun  təsbit  edilməsinin  bir 

qanunauyğunluğudur.  Dövlət  nə  qədər  qeyri-demokratik, 

totalitar  olarsa,  onun  konstitusya  qanunvericiliyində  bir  o 

qədər  hakim  qüvvənin  siyasətinin  həyata  keçirilməsinə  və 

iradəsinin  ifadəsinə  xidmət  edən  müddəalar,  nəzəriyyələr 

təsbit  edilmiş  olar.  Nəticə  etibarilə,  belə  formalaşmış 

konstitusion  qanunvericilik  cəmiyyətin  ictimai-siyasi, 

sosial-iqtisadi  və  mədəni  inkişafını  ləngidir,  vətəndaşları 

ümumbəşəri  demokratik  dəyərləri  əxz  etməkdən  məhrum 

edir. 

§ 2. Konstitusiya hüququ tədris fənni kimi 

Konstitusiya  hüququ  ali  təhsil  müəssisələrində  hüquq 

fənləri çərçivəsində fundamental profilli fənlərdən biri kimi 

tədris  olunur.  Bu  fənnin  tədris  olunmasında  əsas  məqsəd 

tələbələrdə  dövlətin  hüquqi  əsaslan,  şəxsiyyət,  cəmi}^ət  və 

dövlətin  qarşılıqlı  əlaqələri  haqqında  təsəvvürlərin 

formalaşdırılmasmdan  ibarətdir.  Dövlət  quruculuğu  və  ali 

hakimiyyətin  təşkili  ilə  birbaşa  bağlı  olan  kons- 

titusionalistika  tədris  fənni  kimi  talabələrdə  dövlət, 

demokratiya, insan hüquq və azadhalau Jcımı dövlətçiliklə 



— 17 - 


birbaşa  bağlı  olan  müasir  elmi  təsəvvürləri  inkişaf  etdirir. 

Nəzərə  almaq  lazımdır  ki,  tədris  fənni  kimi  konstitusiya 

hüququ ilə konstitusionalistika heç də tam üst-üstə düşmür. 

Tədris fənninin vəzifəsi tələbələrə konkret elm sahəsinin artıq 

formalaşmış, sabit elmi anlayışlan ilə bağlı zəruri minimum 

informasiyanı verməkdir. Tədris fənnində, bir qayda olaraq, 

mübahisəli  məsələlər  araşdırılmır.  Belə  məsələlər  yalnız 

zərurət  olduqda  tədqiq  edilir.  Tədris  fənni  didaktikanın 

tələblərini nəzərə almaqla qurulur və tələbələrdə konkret sahə 

ilə  bağlı  zəruri  tənqidi  təfəkkürü  formalaşdırmağa  xidmət 

edir.  Bunun  üçün  tədris  fənninin  və  dərsliklərin  dili  sadə 

olmalıdır.  Tələbələrdə  müstəqil  düşüncənin  inkişafı  üçün 

konstitusiya  hüququnun  nisbətən  çətin  həll  olunan  praktiki 

məsələlərinin  və  onlann  həlli  variantının  kazus  kimi 

öyrədilməsi də tədris fənninin üzərinə düşür. Tədris vəsaitləri 

konstitusionalis- tikanm elmi nailiyyətləri əsasında hazırlanır 

və özündə sırf nəzəri məsələlərlə yanaşı praktik problemləri 

və onların həlli üsullarını da əks etdirir. 



§ 3. Konstitusiya hüququ hüquq sahəsi kimi 

Hüquq anlayışı çoxmənalıdır. Geniş mənada hüquq həm 

sosial  münasibətləri  nizamasalma  vasitəsi  (normalar 

məcmusu  kimi),  həm  də  bu  sosial  nizamasalma  vasitəsini 

öyrənən fundamental elm kimi başa düşülür. Yəni hüquq həm 

qanunvericiliklə  normalaşdmlır  və  tətbiq  edilir,  həm  də 

tədqiq  və  tədris  edilir.  Daha  geniş  mənada  hüquq  birbaşa 

insan  azadlığına  və  təfəkkürünə  təsir  edən  fəlsəfi 

kateqoriyadır.  Hüquq  fəlsəfəsinin  problemləri  kontekstində 

hüquq  sosial  nizamasalma  vasitəsi  kimi  insanların 

davranışını  müəyyən  etməklə,  ümumən  bəşəriyyətin 

tərəqqisinə hüquqi təminat verən, bəzi siyasi rejimlərdə 



— 18 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə