Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə17/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   13   14   15   16   17   18   19   20   ...   237

Beləliklə,  formal  mənada  Konstitusiyanın  ən  yüksək 

hüquqi qüvvəsi onda təzahür edir ki, birincisi, onun normaları 

digər  qanunların  müddəalanndan  və  icra  hakimiyyəti 

orqanlarının aktlarından üstündür; ikincisi, qanunlar və digər 

normativ  aktlar  Konstitusiyada  nəzərdə  tutulmuş  orqanlar 

tərəfindən və Konstitusiyada müəyyən edilmiş prosedur üzrə 

qəbul  olunur.  Maddi  mənada  Konstitusiyanın  ali  hüquqi 

qüvvəsi ondadır ki, digər normativ hüquqi aktlar səviyyəsinə 

görə mahiyyət etibarilə Əsas Qanunun normalarına müvafiq 

olmalıdır. 

İstər 

formaca, 



istərsə 

də 


mahiyyətcə 

Konstitusiyaya zidd olan hər bir normativ hüquqi akt etibarsız 

hesab  olunmalıdır.  Məsələn,  Azərbaycan  Respublikası 

Konstitusiyasının  149-cu  maddəsinin  məzmununa  görə, 

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının 

bütün qanunları və digər normativ hüquqi aktları Azərbaycan 

Respublikasının  Konstitusiyası  əsasında  və  ona  müvafiq 

olaraq qəbul edilməlidir. 

Faktiki  və  hüquqi  konstitusiyaların  nisbət  dinamikası 

mürəkkəbdir.  Hüquqi  Konstitusiyanın  mahiyyəti,  onun 

məzmunu  faktiki  Konstitusiya  ilə,  cəmiyyətin  və  dövlətin 

inkişafının müxtəlif mərhələlərində sosial-iqtisadi və ictimai 

proseslərlə müəyyən edilir. 

Hüquqi və faktiki Konstitusiyaların nisbətinin təhlili üçün 

Konstitusiya  normalarında  real  formalaşmış  ictimai 

münasibətlərin  düzgün  əks  olunması  məsələsi  mühüm 

əhəmiyyət  kəsb  edir.  Burada  hüquqi  Konstitusiya  ilə 

müqayisədə  faktiki Konstitusiyanın  yalnız  müəyyənləşdirici 

deyil,  həm  də  qabaqlayıcı  inkişafı  barədə  məsələ  ön  plana 

çıxır. Hüquqi  Konstitusiya qəbul olunduğu  vaxt formalaşan 

faktiki münasibətləri təsbit edir. 

Hər  bir  Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malik 

olan əsas qanun kimi özünün hüquqi mahiyyəti ilə bəra 

— 55 — 



bər,  sosial-siyasi  mahiyyətə  də  malikdir.  Bu  da  ondan 

ibarətdir  ki,  Konstitusiya  qəbul  olunduğu  zaman  özündə 

mövcud olan siyasi qüvvələrin nisbətini təcəssüm etdirir. Bu, 

necə  deyərlər,  cəmiyyətin  müxtəlif  hissələrinin  siyasi 

mənafelərinin razılaşdırıldığı ictimai müqavilədir (əlbəttə, bu 

heç  də  hüquqi  mənada  müqavilə  deyildir).  Hər  belə  ictimai 

sinif,  sosial  təbəqə,  ərazi,  milli  və  digər  birliklər  siyasi 

mübarizədə  öz  sosial  mənafeyini  müdafiə  edir  və  bu 

mübarizədə  nail  olduqları  səviyyə  Konstitusiyada  öz  əksini 

tapır.  Belə  razılıq  olmayan  cəmiyyətdə  hüquq  qaydası 

mövcud ola bilməz. 

Lakin  sovet  dövrünün  dövlət  hüququ  elmi  uzun  illər 

ərzində  siyasiləşdirildiyindən  və  ideolojiləşdirildıyindən 

sovet və xarici ölkə Konstitusiyalarının təhlilinə əsasən sinfi 

mövqedən  yanaşaraq,  onları  sinfi  qüvvələrin  nisbəti, 

sinfi-siyasi  hökmranlığın  aləti  kimi  səciyyələndirirdi.  Belə 

təhlildə  sinfi  mənafelər  ümumxalq  mənafeyini,  milli 

mənafelər  ümumbəşəri  mənafeyi  üstələyirdi.  Bu  yanaşma 

marksizm-leninizm ideologiyasının əsaslarına söykənirdi. 

Şübhəsiz, digər sosial hallar kimi. Konstitusiyaya dar sinfi 

yanaşma  tərzi  də  dövlət  hüququ  elmini  dayazlaşdı-  rır, 

kasadlaşdırırdı. Ölkəmizin müasir hüquqşünashq elmi sosial 

institutların 

ideolojiləşdirilməsindən 

imtina 

edir. 


Konstitusiyaya  müəyyən  sinfin  siyasi  hakimiyyətini  təsbit 

edən hüquqi sənəd kimi baxılması aradan qaldırılmışdır. İndi 

Konstitusiya  -  dövlət  və  cəmiyyətin  Əsas  Qanunu  sinfi 

mənafelərin  deyil,  xalq  mənafelərinin  ifadə  forması,  sosial 

proseslərin hüquqi tənzimləyicisi, yüksək səviyyədə siyasi və 

hüquqi  həmrəyliyin  məhsulu  kimi  nəzərdən  keçirilir. 

Konstitusiya hər yerdə və həmişə siyasi reallıqdan irəli gələn 

ictimai güzəşt deməkdir. 



— 56 — 


Azərbaycan  Respublikası  Konstitusiyası  suverenliyi, 

müstəqilliyi  və  dövlət  hakimiyyətinin  aliliyini  təsbit  edən 

hüquqi  təsis  sənədidir.  O,  Konstitusiya  quruluşuna  sistemli 

baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır. 

Konstitusiya quruluşunun sabitliyini təmin edir. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  yalnız 

dövlətin  təşkilini  deyil,  həm  də  qeyri-dövlət  sahələrini  - 

sosial-iqtisadi  quruluşun  əsaslarını,  cəmiyyətin  mədəni 

həyatını,  insan və  vətəndaşın hüquq, azadlıq  və  vəzifələrini 

əhatə edir. Onun tənzimləyici rolu bütün dövlət orqanizminə 

aiddir.  Odur  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası 

onun  Konstitusiya  qumluşunun  əsaslarını,  insan  və 

vətəndaşın  hüquqi  statusunu,  vətəndaş  cəmiyyətinin  əsas 

cəhətlərini, 

unitar 

dövlət 


quruluşunu, 

Azərbaycan 

Respublikasında qanunveriei,  icra  və  məhkəmə  hakimiyyəti 

orqanlarının  təşkili  və  fəaliyyəti  prinsiplərini,  yerli 

özünüidarəetmənin əsaslarını təsbit edir. 

Bu gün respublikamızın hüquqi dövlət quruculuğu yolunu 

tutması  onun  sosial  və  mənəvi  həyatımızda  yeni,  yüksək 

zirvələrə  doğru  irəliləməsindən  xəbər  verir.  Onun  hüquq 

sistemi  kompleks  sosioloji  tədqiqatlann  və  digər  işlərin 

həyata  keçirilməsini,  iqtisadi  və  siyasi  sisteimin  normal 

fəaliyyətinin  hüquqi  əsasının  analizini,  müqayisə-  li-hüquqi 

xarakterli  materiallardan  istifadə  olunmasını,  bütövlükdə 

qanunvericilik  prosesinin  öyrənilməsini,  insan  hüquqları  və 

vətəndaş  azadlıqlarının  real  müdafiəsi  üçün  əsaslandırılmış 

tövsiyələrin işlənib hazırlanmasını nəzərdə tutur. 

Xalqın  hakimiyyət  və  qanunların  icrası  üzərində 

nəzarətinə nail olması belə bir fikir söyləməyə əsas verir ki, 

«müasir mədəni dövlət elə Konstitusiya dövlətidir». 



— 57 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə