Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə13/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   9   10   11   12   13   14   15   16   ...   237

olunur  (yerli  icra  hakimiyyəti  orqanlarının  təşkili).  Bu 

institutların inkişaf dinamikası da eyni deyildir. 



§ 7. Konstitusiya hüquq münasibətləri 

Hər  bir  hüquq  sahəsi  kimi  konstitusiya  hüququ  da  onun 

normalarının  tənzimlədiyi  sosial  münasibətlər  hesabına 

həyata  keçirilir.  Bu  normalar  vasitəsilə  münasibət 

subyektlərinin  qarşılıqlı  hüquq  və  vəzifələri  tənzimlənir. 

Hüquq  münasibətlərinə  onların  strukturu  aspektindən 

baxılmalıdır. Hər bir hüquq münasibəti öz strukturuna görə 3 

hissədən ibarətdir: 

1)

 

Obyekt; 



2)

 

Subyekt; 



3)

 

Məzmun. 



«Hüquq  münsibətlərinin  məzmunu»  ifadəsi  altında, 

adətən, tərəflərin qarşılıqlı hüquq və vəzifələri başa düşülür. 

Hər  bir  hüquq  münasibəti  bu  üç  hissənin  müxtəlif  şəkildə 

birləşməsindən əmələ gəlir. Hüquq münasibətinin aid olduğu 

sahədən  asılı  olaraq,  münasibətlərin  tərkib  ünsürləri  də 

bir-birindən  fərqlənir.  Məsələn,  mülki  hüquq  münasibətləri, 

bir  qayda  olaraq,  bu  və  ya  digər  dərəcədə  maddi  əşyaları, 

obyektləri, bundan fərqli olaraq, inzibati hüquq münasibətləri 

əsasən  qeyri-maddi  obyektləri  -  idarəçilik  sahəsində  insan 

davranışlarını əhatə edir. Cinayət hüququnun obyekti isə bir 

çox  hallarda  insanların  həyatının,  səhhətinin  toxunulmazlığı 

ilə  bağlı  münasibətlərdir.  Konstitusiya  hüquq  münasibətləri 

də digər sahələr kimi sahə aidiyyətindən irəli gələn müəyyən 

xüsusiyyətlərə malikdir. Konstitusiya hüquq münasibətlərinin 

obyekti  özünün  genişliyi  və  yekcins  olmaması  ilə  fərqlənir. 

Buraya dövlət orqanlarının təşkili üçün lazım olan müəyyən 

tədbirlər kompleksindən tutmuş insanların 

— 43 — 



gündəlik fəaliyyətində təzahür edən  bir çox digər  məsələlər 

aiddir. Konstitusiya hüquq  münasibətləri sosial subyektlərin 

hakimiyyətlə  əlaqəli  davranışım  müəyyən  edir.  Bu 

münasibətlərin  obyekti  kimi  adi  həyatda  konkret  insan 

hərəkətlərindən  ibarət  olan  davranış  aktlarından  tutmuş  iri 

miqyaslı,  həyata  keçirilməsi  çoxsaylı  mürəkkəb  tədbirlər 

kompleksini tələb edən mücərrəd məsələlər çıxış edir. Odur 

ki, konstitusiya hüquq münasibətinin obyekti, sadəcə olaraq, 

insan  davranışı  deyil,  həm  də  reallıqda  maddiləşməyən  və 

hətta dolayı da olsa qavranıla bilməyən cəmiyyət və dövlətlə 

bağlı 

bir 


çox 

müddəalardır. 

Konstitusiya 

hüquq 


münasibətlərinin obyektləri, xüsusilə də mücərrəd obyektləri 

birdən-birə realizə oluna bilməz və onların realizə olunması 

bir  çox  hallarda  perspektiv  üçün  nəzərdə  tutulur.  Məsələn, 

hüquqi  dövlətin  tam  şəkildə  realizə  olunması  üçün  uzun 

müddət ərzində islahatların, müəyyən tədbirlər kompleksinin 

həyata  keçirilməsi  tələb  olunur.  Bir  sıra  obyektlər  isə 

ümumiyyətlə,  bir  növ  müstəqilləşir,  insandan  kənarda  və 

onun  birbaşa  müdaxiləsi  olmadan  mövcud  olur.  İnsan 

davranışları  başqa  hüquq  sahələrindəki  münasibətlərdən 

fərqli  olaraq,  burada  kəskin  dəyişikliyə  səbəb  olmur. 

Məsələn,  qanunvericilik  sistemindəki  iyerarxiya  da 

konstitusiya  hüquq  münasibətlərinin  obyektidir.  Lakin  bu 

iyerarxiya  ayrı-ayrı  orqanların,  şəxslərin  iradəsindən  asılı 

deyildir  və  qismən  müstəqil  şəkildə  mövcuddur.  İnsanların 

hüquq  və  vəzifələri  özü  də  konstitusiya  hüququnda 

münasibətlərin obyekti kimi çıxış edir. Başqa sözlə, bu hüquq 

və  vəzifələr  konstitusiya  hüququnda  nəinki  münasibətin 

məzmununu  təşkil  edir,  subyektlərin  obyektə  münasibətdə 

davranış  imkanlarını  bildirir,  həm  də  özü  belə  obyekt 

qismində çıxış edir və başqa hüquq və vəzifələr hesabına 



— 44 — 


subyektin  təsirinə  məruz  qalır.  Konstitusiya  hüququnda 

obyektlər bir-biri ilə qarşılıqlı əlaqədədir və bir çox hallarda 

onlardan  biri  daha  xırda  obyektlər  şəklində  digər  hüquq 

münasibətlərində  realizə  olunur.  Məsələn,  xalq  suverenliyi 

konstitusion  dövlətin  əsaslarını  təşkil  edən  münasibətlərin 

obyektidir. Eyni zamanda bu obyekt xırdalanaraq seçkilərdə 

bir  başqa  obyektə  çevrilir.  Seçkilər  xalq  suverenliyi  ilə  sıx 

bağlıdır  və  seçki  münasibətlərinin  obyekti  hakimiyyətin 

formalaşdırılmasıdır. Referendumun obyekti xalqın iradəsini 

ifadə  etməsidir.  Bu  obyekt  də  xalq  suverenliyi  ilə  sıx 

əlaqədədir  və  həm  seçkilər,  həm  də  refendum  xalq 

suverenliyindən törəyir, onun realizə formasıdır. 

Konstitusiya hüquq münasibətlərinin məzmunu tərəflərin 

qarşılıqlı  hüquq  və  vəzifələrini  əks  etdirir.  Bu  hüquq  və 

vəzifələr  bir-biri ilə sıx bağlıdır.  Ənənəvi  olaraq  belə  qəbul 

olunur  ki,  bir  tərəfin  vəzifəsi  digər  tərəfin  hansısa  bir 

hüququna  uyğun  gəlir.  Məsələn,  şəxsin  şikayət  vermək 

hüququna  dövlət  orqanının  qanunla  müəyyənləşdirilmiş 

müddətdə  şikayətə  baxması  və  ona  vaxtında  cavab  verməsi 

vəzifəsi uyğun gəlir, yaxud əksinə, vətəndaşın vaxtında vergi 

vermək  vəzifəsinə  dövlət  orqanının  vergini  tələb  etmək 

hüququ uyğun gəlir. Bir tərəfin hüququ  yalnız  qarşı  tərəfdə 

vəzifə kimi mövcud olduqda, sözün həqiqi mənasında, hüquq 

reallaşır.  Dövlətin  müəyyən  şərtlərə  görə  pozulduğu  zaman 

təmin  etmədiyi  davranış  imkanı  hətta  hüquq  adlansa  belə, 

yalnız  fık-  siyadır.  Göstərilən  misalda  vətəndaşın  şikayət 

hüququ bir hüquq kimi ancaq o zaman əhəmiyyət daşıyır ki, 

dövlət  orqanının  ona  cavab  vermək  vəzifəsi  olsun.  Əgər 

dövlət  orqanının  vətəndaşın  şikayət  hüququna  münasibətdə 

hər cür reaksiya verməkdən imtina etmək imkanı olsaydı, ay- 



— 45 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə