MundəRİcat mövzu Bank sisteminin fəaliyyətinin əsaslan



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə24/33
tarix14.09.2018
ölçüsü1,64 Mb.
#68350
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

Lizinqin:  daxili  və  beynəlxalq  forması  mövcuddur.  Növünə 
görə  lizinq  maliyyə  və  əməli  lizinqə  bölünür.  Maliyyə  lizinqi 
zamanı  lizinq  verən  lizinq  alan  tərəfindən  nəzərdə  tutulmuş 
avadanlığı əldə edlərək onu lizinq alana müəyyən muzdla, şərt və 
müddətə müvəqqəti istifadəyə verilməsi öhdəliyini qəbul edir. Bu 
zaman  lizinqin  müddəti  lizinq  predmetinin  tam  amortizasiyası 
müddətinə  müvafiq  və  ya  ondan  yüksək  olmalıdır.  Müqavilə 
müddəti başa çatdıqdan sonra içarəyə götürülən əmlak lizinq alanın 
mülkiyyətinə keçir. 
Əməli  lizinq  zamanı  lizinq  verən  öz  hesabına  əmlakı  satın 
alaraq onu müəyyən haqqla müəyyən müddətə və şərtlə lizinq alana 
verir. Lizinqin müddəti müqavilə əsasında müəyyən edilir. İqtisadi 
məzmununa  görə  lizinq  birbaşa  investisiyaya  aid  edilir. 
Sövdələşmənin icrası zamanı lizinq alan lizinq verənə maddi və pul 
formasında həyata keçirilən investisiya xərclərini ödəməklə yanaşı 
əlavə  müzdda  verməlidir.  İnvestisiya  xərcləri  və  əlavə  muzdun 
məbləği lizinq müqaviləsinin ümumi məbləğini təşkil edir. 
Lizinq əməliyyatları mahiyyətcə bir növ kredit əməliyyatlarına 
uyğundur  və  kommersiya  kreditinə  oxşayır.  Lakin  lizinq  kreditə 
nisbətən müəyyən üstünlüklərə malikdir. 
-
 
lizinq 100 faizli kreditləşmədirsə kredit zamanı avadanlığın 
bir hissəsi kreditləşir
-
 
lizinq zamanı ödəniş vaxtı uzadıla bilər və müəssisə ödənişi 
mənfət əldə etdikdən sonra edə bilərsə kredit zamanı ödənişlər hər 
ay aparılır; 
-
 
lizinqdə vergi güzəştləri nəzərdə tutulur, belə ki lizinq üzrə 
ödənişlər kreditə görə faizdən fərqli olaraq mənfəətin vergiyə cəlb 
edilən hissəsini azaldır. 
Lizinqin  müəyyən  çatışmamazhqlanda  vardır.  Lizinq 
kreditdən  bahadır,  maliyyə  lizinqi  zamanı  köhnəlmiş  avadanlığa 
görə də müqavilənin sonunadək ödəmək lazım gəlir. 
79 


§ S.Trast əməliyyatları 
Trast  omoliyyatlan  dedikdə  müştəri  ilə  müqavilə  əsasında 
müştərinin  tapşırığına  görə  onun  vəsaitlərinin  idarə  edilməsi 
əməliyyatları  başa  düşülür.  Bu  kommersiya  banklarının  öz 
müştərilərinə göstərdikləri xidmətin bir növüdür. 
Trast  işi  ilə  əlaqədar  bankların  qiymətli  kağızlar  bazarına 
xüsusən də fond birjalarına təsiri artır. Trast əməliyyatlarını yerinə 
yetirərkən  banklar  pul  kapitalını  toplayıb  onları  istehsala 
yönəltmək funksiyasını yerinə yetirirlər. Bu zaman bankların trast 
şöbələrinin vasitəçiliyi ilə ssuda kapitalı saxta kapitala çevrilir. 
Pul kapitalı, qiymətli kağızlar, bahalı metallar, antikvariat və s. 
formada sərvəti olan sahibkarlar onlardan sərfəli və düzgün istifadə 
etmək məqsədi ilə onları səmərəli idarə edə bilən idarəyə verirlər. 
Əksər ölkələrdə belə idarəçiliklə kommersiya bankları məşğul 
olurlar. 
Trast xidməti üç əməliyyat qrupunu əhatə edir 
-
 
mirasın sərəncamlaşdırılması 
-
 
himayəçilik ilə əlaqədar əməliyyatlar 
-
 
agent xidməti. 
Bu  əməliyyatları  kommersiya  banklarının  xüsusi  şöbələri 
yerinə  yetirirlər.  Kommersiya  bankları  idarə  edilməsi  onlara 
tapşırılmış qiymətliləri səmərəli yerləşdirməyə çalışır. 
Səhmdar  cəmiyyətlər  birjada  buraxılan  səhm  və  istiqrazların 
mülkiyyətçiliyini, pensiya fondunun idarə olunmasını bankın trast 
şöbələrinə  etibar  edirlər.  Firmalar  üçün  bank  ödəmə  funksiyasını 
yerinə yetirir. 
Bank  kompaniyanın  müflisləşdiyi,  ləğv  edildiyi,  yenidən 
qurulduğu dövrlərdə onun işini idarə edə bilir. 
Çoxsaylı  səhmdarları  olan  kompaniyalar  səhmlərə  görə 
dividentlərin ödənilməsini banklara həvalə edə bilərlər. Bu zaman 
banklar dividendləri ödəyən agentlik funksiyasını yerinə yetirirlər. 
80 


Kommersiya  banklarının  trast  əməliyyatlarında  fiziki 
şəxslərin  əvəzinə  yerinə  yetirilən  işlər  yüksək  xüsusi  çəkiyə 
malikdir.  Buraya  daxildir:  müştəri  öldükdən  sonra  onun 
vəsiyyətnaməsinə və ya məhkəmənin qərarına əsasən miras qalmış 
əmlakın  sərəncamlaşdırılması;  benefisarm  xeyrinə  əmlakın  və 
onun  idarə  edilməsinin  etibar  edənə  verilməsi;  depozitariya 
funksiyasının  yerinə  yetirilməsi  (qiymətli  kağızların,  valyuta 
qiymətlilərinin  bankda  saxlanılması  və  s);  qiymətli  kağızların 
daşınmaz  əmlakın  qiymətləndirilməsi;  alınması  və  ya  satılması 
üzrə məsləhətləşmələr. 
Fərdi şəxslərin trastları üzrə haqq ilkin məbləğdən ildə 0,5% 
təşkil edir. İpoteka, veksel, kontraktların və əmlakın idarə edilməsi 
üzrə faizlər daha yüksək olur. 
§4.Faktorinq aməliyyatlaru 
Faktorinq  bank  biznesinin  bir  növüdür.  Faktorinq-  vasitəçi, 
agent deməkdir. Müəssisə və təşkilatlar arasında ödəmələrin qeyri 
qənaətbəxş olması faktorinq əməliyyatlarını ön plana çəkir. 
Faktorinq əməliyyatının əsas mahiyyəti ondadır ki, faktorinq 
ilə məşğul olan firma və ya bank öz müştərilərinin bir birinə olan 
borc  tələblərini  satın  alaraq  2-3  gün  ərzində  onun  dəyərinin 
70-90%ni  ödəyir.  Yerdə  qalan  30-10%  isə  satıcı  onun 
tələbnaməsinin ödəyici tərəfindən ödənildikdən sonra alır. 
Ümumiyyətlə  faktoring  debitor  borclarının  avanslaşdırıl- 
ması, inkassasiya edilməsi üzrə kompleks xidmətlər sistemidir. 
Faktorinq əməliyyatlarında üç tərəf iştirak edir
1.
 
faktor-vasitəçi. Bu rolu kommersiya bankları və ya xüsusi 
faktorinq kompaniyaları yerinə yetirə bilir 
2.
 
satıcı 
3.
 
alıcı. 
Faktorinq riskli əməliyyat olsada faktora yüksək gəlir gətirir. 
8 1  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə