MİLLİ GÖRÜŞ
43
mərhələdə insanın oruc tutması qeyri-mümkün olacaq,
oruclu qalma gücü olmayacaq, yaxud oruc tutması
çətin olacaq qədər zəif olarsa, həmin şəxs orucunu
yeyə bilər.
– tez-tez susayan adam.
– doğması yaxın, yaxud da uzaq olan və tutduğu
oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər
zəif olan hamilə qadın; əlbəttə ki, oruc hamilə qadının
özü və bətnindəki uşağı üçün zərərli olmasa qadının
oruc tutmağı tərk etməsi icazəli deyil. Əgər tərk
edərsə, qəza ilə yanaşı kəffarə də verməsi vacibdir.
– südü az olan və uşaq əmizdirən o qadın ki, əgər
süd verərək oruc tutsa, orucun ona zərəri olar, yaxud
südü azalar və nəticədə uşaq zərər görər. Əgər oruc
tutmaqla bu hallar ortaya çıxmazsa, yaxud süni süd,
yaxud heyvan südü, yaxud da başqa qadının süd
verməsilə əvəz etmək o qadın üçün mümkün olarsa,
onun orucunu yeməsi icazəli deyil.
Sual: Bəs bu şəxslər nə etməlidirlər?
Cavab: Oruc tutmaları onlar üçün çətin və
məşəqqətli olduğu üçün onu tərk edən qocalar və çox-
çox susayan şəxslərə gəlincə onlar fidyə verməlidirlər.
Orucun qəzasını tutmaları vacib deyil. Oruc tutmaq
bətnindəki uşaq, yaxud süd verən qadın üçün zərərli
olduğuna görə oruc tutmayan doğuşu yaxın və ya
uzaq olan və südü az olan qadına gəlincə qadın
fidyə verməli və bu səbəblər aradan getdikdən sonra
tutmadığı günlərin qəzasını tutmalıdır.
Sual: Fidyənin miqdarı nə qədərdir?
Cavab: Bir fəqir üçün bir günün fidyəsinin miqdarı
750 qramdır. Kilo yarım olması müstəhəb ehtiyatdır,
yəni orucu tərk etməkdə üzrlü olan şəxs neçə gün oruc
tutmamışdırsa, o günlərin sayı qədər fidyə verəcək.
Sual: Fidyə pul kimi verilir?
Cavab: Fidyə pul kimi yox, malın özündən
verilməlidir. Buğdadan, yaxud undan verilir.
KƏFFARƏ HAQQINDA
Sual: Kəffarə hansı hallarda vacib olur?
Cavab: Kəffarə aşağıdakı
hallarda vacib olur;
– qəsdən orucu batil etmək (yaxud onu tutmamaq);
– orucun vacibliyini bilmək;
– yerinə yetirilən işin orucu pozan bir iş olduğunu
bilmək.
Sual: Əgər bir şəxs orucun vacib olduğunu,
yaxud etdiyi işin orucu pozan bir iş olduğunu
bilməsə, kəffarə vacib olar?
Cavab: Xeyr! Vacib olmaz.
Sual: Kəffarə necə verilir?
Cavab: Orucun vacibliyini və yerinə yetirilən işin
orucu pozan bir iş olduğunu bildiyi halda qəsdən orucu
pozan (yaxud onu tutmayan) şəxs aşağıdakı şəkildə
kəffarə verməlidir:
– ya altmış fəqirin hər birinə 750 qram miqdarında
un, buğda, xurma, düyü, mərci, paxla və bunlar kimi
insana qüvvət verən şeylərdən verməli;
– ya da 31 günü ardıcıl olmaq şərtilə 60 gün (iki
ay) oruc tutmalıdır. Yerdə qalan 29 günü istərsə, ardıcıl,
istərsə də fasilə ilə tuta bilər.
Sual: Kəffarə kimə verilməlidir?
Cavab: Kəffarə fəqirə, yaxud miskinə verilməlidir.
Sual: Kimə fəqir və miskin deyilir?
Cavab: Fəqir illik qüvvəyə sahib olmayan şəxsdir.
Belə ki, onun nə yığılmış, nə də yavaş-yavaş əldə
olunacaq illik azuqəsi olmur. Miskin isə halı daha pis
olan fəqirdir.
Sual: İllik azuqə deyildikdə yalnız yemək və
qida başa düşülür?
Cavab: İllik qüvvə (azuqə) yalnız yemək deyildir,
əksinə zəruri ev əşyaları, yaşayış yeri, dava-dərman və
pal-paltar da illik qüvvəyə aiddir, yəni yeməyi olduğu
halda bu deyilənlərə sahib olmayan şəxs fəqir hesab
olunur.
Sual: Verilməsi lazım olan malın əvəzinə onun
qiymətinin verilməsi kifayət edirmi?
Cavab: Malın əvəzinə qiymətinin verilməsi kifayət
etmir. Malın özü verilməlidir.
Sual: Fəqirə bir kəffarədən artıq verilə
bilər? Məsələn, orucu qəsdən pozduğuna, yaxud
tutmadığına görə kəffarə verməklə mükəlləf
olan bir şəxs, məsələn, 60 kq malı hər birinə 6 kq
verməklə on fəqir arasında paylaşdırıla bilər?
Cavab: Xeyr, əksinə hər birinə 750 qram
miqdarında vermək şərtilə 60 fəqir və miskin
arasında bölünməlidir, çünki vacib olan 60 yoxsulun
yedizdirilməsidir, nəinki yalnız bir fəqirə verilsə də
belə 60 kq-ın verilməsi.
Sual: Kəffarənin başqa hansı şərtləri vardır?
Cavab: Aşağıdakı şərtlərə riayət olunmalıdır:
– kəffarə verilən şəxs kəffarə verənin atası, anası və
onlar kimi nəfəqələri (gündəlik xərcləri) insana vacib
olan şəxslər olmamalıdır;
– kəffarə verilən şəxs binamaz, şərabiçən və
açıq şəkildə günah edən və aldığını harama sərf edən
şəxs olmamalıdır; Müstəhəb ehtiyata əsasən mömin
olmalıdır.
– kəffarənin verilməsi ibadət olduğu üçün onu
Allah rizası üçün vermək vacibdir;
– kəffarənin nəyə görə verildiyi də
müəyyənləşdirilməlidir; Belə ki, məsələn, ramazan
ayının orucu, yaxud onun qəzası qəsdən pozulduğuna
görə kəffarə verildiyi niyyət edilməlidir.
Sual: Əgər insan kəffarəni verə bilməsə nə
etməlidir?
Cavab: Ramazan ayının orucunu pozmanın
kəffarəsini verə bilməyən şəxs ya 18 gün oruc tutmalı,
ya da bacardığı qədər sədəqə verməlidir. Əgər bunların
heç birini edə bilməsə, kəffarə əvəzinə Allahdan
bağışlanma istəməlidir. Bundan sonra imkanı olsa da
belə kəffarə verməsi vacib deyil.