Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

118
Müctəba Sadət
Həsəni (İmam Həsənin (əleyhissəlam) nəslindən olan) bir gənc 
Deyləm və Qəzvin tərəfdən çıxacaq. Sonra səsi ilə çığıracaqdır: 
“Ey Muhəmməd ailəsi, bu qəmginə cavab verin (dəvətini qəbul 
edin)”. Taliqanın xəzinələri ona cavab verər. O xəzinələr ki, qı-
zıl  və  gümüşdən  ibarət  deyil.  Əksinə,  dəmir  parçası  tək  olan 
adamlardır.  Sanki  mən  onlara  baxıram.  Onlar  (kəsik qulaqlı) 
boz atlara süvardırlar, əllərində də qısa silahlar vardır. Cana-
var kimi müştaq və döyüşmək üçün teşnədirlər. Onların baş-
çısı Bəni Təmimdən olan bir nəfərdir ki, ona Şüeyb ibn Saleh 
deyərlər. O, üzünü onlar arasında ay kimi parlaq simalı Seyid 
Həsəniyə tutar və sonra zülmkarın üzərinə gəlib, onları qətlə 
yetirər, nəhayət Kufəyə yetişər”.
172
Süfyaninin  qoşunu  Bağdadda  faciəli  qətliama  mürtəkib 
olar. Sonra ordusunu Kufəyə (Nəcəfə) yollayar. Orada şiddətli 
bir hadisə baş verər. Belə ki, ağılları mat-heyran qoyar. Bu qət-
liam yalnız Xorasaninin başçılığı ilə İraqa iranlıların qüvvəsi-
nin daxil olması ilə durar.  
172
 Biharul-ənvar, c.52, s.14 və 15; Bəşarətul-İslam, s.143; Yəumul-xilas, s.701.


119
Müqəddəs sübh
YEDDİNCİ HİSSƏ:
ZÜLHİCCƏ AYININ HADİSƏLƏRİ
Müqəddəs fəcrin doğmasının zaman və məkanına hər nə 
qədər  yaxınlaşırıqsa  rəvayət  və  hədislərdə  geniş  açıqlamalar 
çoxalır. O həddə qədər ki, hətta yerlər, günlər və saatlar da vur-
ğulanır... Bundan dolayı, rəvayətlərin bilgiləri baxımından ha-
disənin baş vermə gününü də təyin edə bilərik.
Çoxlu rəvayətlərdə qeyd edilmişdir ki, Zülhiccə ayı qan ayıdır. 
Əbu Bəsir uzun  bir hədisin gedişatında İmam Sadiqdən (əleyhis-
səlam) soruşur ki, bəs Zülhiccə? O isə buyurur: “O, qan ayıdır...”
173
 
Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurmuşdur: “Zül-
hiccə ayında hacılar qarət olunar və qan tökülər”.
174
 
Bu  ayda  baş  verəcək  mühüm  hadisələr  (mühüm hadisələr
hansı ki, qəti baş verəcək beş əlamətdəndir), əlavə olaraq, digər bir 
çox hadisələrə rəvayətlər toxunmuşdur. Onlar aşağıdakılardır: 
1 – Kufə qətliamı
Bayram  günü,  yəni  mübarək  Qurban  bayramı  (Zülhiccə-
nin onu):  Süfyaninin  ordusu  Bağdadda  törətdiyi  qətliamdan 
və orada on səkkiz gecə qaldıqdan sonra, onun qoşunu Kufəyə 
sarı (Nəcəfə) yönələr. Orada qətliam və soyqırım törədər. Belə 
ki, nə sayı bilinər, nə də həddi. 
Süfyani yüz otuz min nəfərlik qoşunu Kufə və Nəcəfə sarı 
yollayar ki, onun qüvvələri Ruha, Faruq, İsa və Məryəmin (əley-
himəssəlam)  Qadisiyyədəki  məqamında  enərlər.  Yəni  Kufəyə 
sarı  Babil  yolunda  enərlər.  Ruha  Fərata  yaxın  bir  yer  adıdır. 
173
 Biharul-ənvar, c.52, s.272; Bəşarətul-İslam, s.142.
174
 Muntəxəbul-əsər, s.451, Yəumul-xilas, s.280.


120
Müctəba Sadət
Ona  İsa  (əleyhissəlam)  çayı  deyərlər.  Faruq  yolların (dörd yo-
lun) bir-birindən ayrıldığı yerdir. Bu yollardan biri Qadisiyyə 
(Divaniyyə) səmtinə aparır. Digəri Babil, Bağdad və üçüncü yol 
isə Zülki l, Kufə və Nəcəfə sarı gedir. Digər yollar da bu yoldan 
ayrılır.
Nəcəfə  həmlə  etmək  niyyətində  olan  Süfyaninin  səksən 
minlik  qoşunu  Nüxeylədə  (Nəcəf  Əşrəfdə  məqbərə, Vadius-sə-
lamda geniş bir yer) Hudun (əleyhissəlam) qəbri yerində enər. 
Qurban  bayramı  günü  Babil  yolundan  Kufəyə  onlara  yetişər. 
Sonra Nəcəfə tərəf üz tutar. Bu iki şəhərdən yetmiş min cavan 
qızı əsir tutub, onları məhmillərə qoyarlar – yəni nəqliyyat va-
sitələrinə  –  və  onları  Kumeyl  ibn  Ziyad  və  Əmirəlmömininin 
(əleyhissəlam)  sair  tərəfdarlarının  qəbirləri  olan  Suvəyyəyə 
apararlar. Bu ərazidə Kumeyl üçün böyük bir məqbərə, böyük 
bir hərəm həmçinin onun ətrafında məhəllələr və evlər tikmiş-
lər. Qənimətlərlə birlikdə əldə etdikləri əsir götürülmüş qızlar 
və qadınları orada qoyarlar.
Süfyaninin  ordusu  Kufədə  qətliamlar,  edamlar  və  əsir 
tutduqdan  sonra  Allah  Rəsulunun  (sallallahu  əleyhi və alih) 
xanədanının  köməkçilərini  və  bu  dəstədən  olduğunu  güman 
etdikləri hər bir kəsi öldürərlər. Bu qoşunun sözçüsü şəhərdə 
car çəkər ki, hər kəs Əli şiələrindən birinin başını gətirsə min 
dirhəm mükafat alacaqdır. Bunun ardınca qonşu öz qonşusu-
na İslam daxilində fərqli məzhəbdə olduqları səbəbi ilə hücum 
çəkər və deyər ki, bu da onlardandır. Onun boynunu vurub, ba-
şını Süfyaninin qoşununun başçısına verər və onlardan on min 
dirhəm alar.
Kufədə və onun əhalisi tərə indən baş verən zəif hərəkat 
və kiçik üsyanlar (Süfyaninin ordusunun qarşısında durmaqda 
və) Süfyaninin iqtidarı altından xilas olmaqda bacarıqsız olar. 
Əksinə, onların zəif və qüdrətsiz olduqlarından Süfyani bu im-
kanı dəyərləndirər və hərəkatın başçısını Hirə və Kufə arasın-
da qətlə yetirər. 


121
Müqəddəs sübh
Sanki  onun  hərəkatının  müvəffəqiyyətsizliyindən  sonra 
məğlubiyyətə uğrayacaq və yolda Süfyani səbəbkarı ələ keçirt-
məkdə imkan əldə edəcək və onu öldürəcəkdir. Həmçinin saleh 
kəslərdən yetmiş nəfəri də (yəni din alimlərini) qətlə yetirəcək-
dir. Onların başında dəyərli bir adam olar ki, onu (Süfyani) yan-
dırar və külünü Cəlula və Xaniqin arasında göyə sovurar. Sonra 
isə Kufədə dörd min şəxsi qətlə yetirər.
Rəvayətlər xəbər verir ki, Nəcəf və Kufədə sayları yüz min 
olan  dindar  olmayan  müşrik,  müna iqlərdən  ibarət  bir  dəstə 
camaat, yaxud partiya olacaqdır ki, Süfyaniyə dəstək olaraq yü-
rüş və nümayişə çıxacaqdır. Onlar Dəməşqə yetişəcək. 
Süfyaninin  qoşununun  Nəcəfdə  törətdiyi  qətliamlardan, 
alimlərin, salehlərin, möminlərin şəhid edilməsindən, Əmirəl-
mömininin (əleyhissəlam) məqbərisinin dağıdılmasından, Nə-
cəf  qadınlarının  əsir  götürülməsindən,  mallarının  tarac  edil-
məsindən sonra döyüşü İranın İstəxr (Şiraz) məntəqəsinə qə-
dər çəkərlər. 
Seyid Xorasani qiyam edib, İran möminlərinə xəbər edər. 
Onlardan İraq əhalisinə yardım etmək üçün köməklik istəyər. 
Onun ardınca qüdrətli və hazırlıqlı bir qoşun toplanar ki, on-
ların önündə Şüeyb ibn Saleh hərəkət edər. İstəxr darvazasın-
da  Xorasaninin  qoşunu  (qara bayraqların sahibləri)  Süfyani-
nin qoşunu ilə üzbəüz gələr. Böyük bir döyüş baş verər. Qara 
bayraqlılar qələbə çalar, Süfyaninin qoşunu darmadağın edilər. 
(Bu, Süfyaninin ard-arda və sürətlə gerçəkləşən bütün qələbələ-
rindən sonra birinci məğlubiyyəti olar) Seyid Yəmani də Yəmən-
dən qiyam qaldırar (onun adı Həsən, yaxud Hüseyndir). Bu ha-
disələrin  xəbəri  onun  qulağına  çatar  və  bu  cür  narahatedici 
olaylar onu xəstə halına salar. Bu üzdən özünü sürətlə Kufəyə 
çatdırar. Seyid Xorasaninin qoşunu ilə qarşılaşar və Süfyaninin 
qoşununun əleyhinə onunla birləşər. Öz silahlarını Süfyaninin 
ordusuna yönəldər, həmlə edərək Nəcəfdən çıxararlar, əsirləri 
və Süfayni, qoşunlarının qənimət götürdüklərini öz sahiblərinə 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə