128
Müctəba Sadət
Zürarə ibn Əyən İmam Sadiqin
(əleyhissəlam) belə buyurduğunu
nəql etmişdir: “Mütləq bir gənc Mədinədə qətlə yetiriləcəkdir”.
Soruşdum ki, onu Süfyaninin qoşunu öldürəcək?
Buyurdu: “Xeyr, onu Bəni- ilankəsin qoşunu öldürəcək-
dir. O, çıxıb Mədinəyə yetişər. Camaat onun nə dediyini və nə
istədiyini bilmədən gənci tutub öldürəcək. Elə ki ədalətsizlik,
düşmənçilik və zülm olunaraq öldürüldü, Allah onlara möhlət
verməyəcəkdir. Məhz bu əsnada fərəci təvəqqe edin”.
190
İmam Baqir
(əleyhissəlam) buyurmuşdur: “Həmin zaman
Nəfsi-Zəkiyyə Məkkədə öldürüləcək, qardaşını isə Mədinədə
həlak edəcəklər”.
191
Mədinədə öldürülən və bacısı ilə birlikdə edam edilən iki
nəfər Nəfsi-Zəkiyyənin əmisi övladlarıdır. İmam Sadiq
(əley-
hissəlam) buyurmuşdur: “Məzlum Yəsribdə
(Mədinədən) öldü-
rülər,
əmisi oğlu isə Hərəmdə (Məkkədə) qətlə yetirilər”.
192
Vurğulamaq lazımdır ki, Nəfsi-Zəkiyyənin qətlə yetirilmə-
si qəti əlamətlərdən hesab edilir. O, Muhəmməd ibn Həsəndir.
Hansı ki, rükn ilə məqam arasında başı kəsiləcəkdir. Bu isə
İmamın zühurundan on beş gecə öncə baş verəcəkdir... Rə-
vayətlərdə onu müxtəlif adlarla qeyd etmişlər: “Zun-Nəfsiz-Zə-
kiyyə” – çünki onu günahsız yerə öldürərlər. Allah-taala Musa-
nın
(əleyhissəlam) dili ilə Xızıra buyurmuşdur:
“Günahsız bir
canı öldürdünmü?”
193
– yəni günahdan uzaq olan halda.
“Mustənsir” – çünki öldürülməmişdən öncə sözünə
Ali-Muhəmmədə yardım edilməsini istəməklə başlayar.
“Rəculun haşimiyyun”
(haşimi kəs), “Ğulam min Ali-Muhəm-
mədin”
(Muhəmməd ailəsindən olan gənc oğlan), “Həsəni” –
sübut olunmuşdur ki, o, Allah Rəsulunun
(sallallahu əleyhi və
alih) nəslindəndir və seyidlərdəndir.
190
Biharul-ənvar, c.52, s.147; Bəşarətul-İslam, s.117;
Yəumul-xilas, s.666.
191
Bəşarətul-İslam, s.177; Yəumul-xilas, 665.
192
Bəşarətul-İslam, s.187; Yəumul-xilas, 666.
193
Kəhf, 74.
129
Müqəddəs sübh
SƏKKİZİNCİ HİSSƏ
MƏHƏRRƏM AYININ HADİSƏLƏRİ
Bu fəsildə mövqeyində durduğumuz tərtibatın son hissə-
sinə
(axırıncı aya) yetişdik. Belə ki, bu ayda bütün əlamət və
hadisələrin xətmedicisi başlayır. Bu isə Məhərrəm ayının onun-
cu günündə müqəddəs sübh nurunun saçmasıdır. Oradan isə
azad etmə, İslama yenidən dəvət etmə, haqq-ədalətin yayğın
ərazilərdə yayılması, peyğəmbərlər, övliyalar, salehlərin bütün
cəhdlərinin tamamlayıcısıdır. Bu isə uğrunda qurban getdikləri
hədə lərinin gerçəkləşməsi naminədir.
(İndi isə) xeyirli əhdin
(dövrün) başlanğıc mərhələsinə ye-
tişirik. Bu, Allahın Kərim Kitabında vermiş olduğu ilahi vədin,
həmçinin Allah Rəsulunun
(sallallahu əleyhi və alih) vermiş ol-
duğu müjdənin gerçəkləşməsinin başlanğıcıdır:
1 – Allah-taala buyurmuşdur:
“Allah sizdən (müsəlmanlar-
dan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki,
onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun,
Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi
kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün
bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar
edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu
və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz
edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi
Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən)
sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”.
194
2 – Həmçinin buyurmuşdur:
“Biz (isə) istədik ki, o yerdə
(məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları
194
Nur, 55.
130
Müctəba Sadət
(camaata) imam, (yer üzünə) varis edək. Və onlar üçün o tor-
paqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onla-
rı o torpaqda yerləşdirək),
Firona və (onun vəziri) Hamana və
qoşunlarına onların tərə indən qorxduqları və çəkindikləri
şeyi göstərək”.
195
3 – Həmçinin buyurmuşdur:
“Həqiqətən Biz (Lövhi-Məh-
fuzdan sonra bütün səma kitablarında),
Zikrdən (Musanın Töv-
ratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların ha-
mısından sonra Quranda) yazdıq (və qərara aldıq) ki, bu yerin
varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mə-
nim saleh bəndələrim olacaqlar”.
196
4 – Habelə buyurmuşdur:
“Öz Rəsulunu müşriklərə xoş
gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün din-
lərə qalib etmək üçün göndərən Odur”.
197
5 – Həmçinin Allah Rəsulu
(sallallahu əleyhi və alih) yüz
iyirmi min müsəlmanın iştirak etdiyi Qədir günü xütbə söy-
ləyərkən belə müjdə vermişdir: “....Camaat, Allahın nuru məndə
hərəkət edir, sonra Əlidə, sonra isə Qaim Məhdiyə
(əleyhissə-
lam) qədər onun nəslində hərəkət edəcəkdir.
(Məhdi) o kəsdir
ki, Allahın və bizə aid olan hər bir haqqa riayət edəcəkdir...”
198
Bu o gündür ki, İmam Baqir
(əleyhissəlam) onun barədə
söz açmışdır: “Agah olun ki, mən onu haqlasaydım, sözsüz ki,
özümü bu əmrin sahibi üçün
(qoruyub) saxlayardım”.
199
Bu
o gündür ki, yer əhalisindən öncə səma əhalisi onun in-
tizarını çəkir... Bu saxlanılan, böyük gün düzgün İslamın yayıl-
ması və onun dünya üzərində tətbiqi baxımından böyük hədəf-
lərin, ən yüksək qayələrin yerinə yetməsi üçündür.
195
Qasas, 5 və 6.
196
Ənbiya, 105.
197
Tövbə, 33.
198
Əl-İmamul-Mehdi minəl-məhd iləz-zuhur, s.57.
199
Ğeybətun-Numani, s.182; Yəumul-xilas, s.267.