Муса Гасымов



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32750
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

Azərbaycan respublikasının dövlət müstəqilliyini tanıdı, 1992-ci il 
martın 12-də diplomatik münasibətlər qurdu.  
 
İranla münasibətlər Azərbaycan dövlətinin xarici siyasətinin 
mübahisəli məsələlərindən birinə çevrildi. Əslində bu məsələyə 
münasibətdə  Şimali Azərbaycanda iki xətt var idi. Birinci xəttin 
tərəfdarları  Cənubi Azərbaycandakı azərbaycanlıların vəziyyətini və 
bölünmüş Azərbaycan amilini əsas götürərək  İrana qarşı  kəskin xətt 
yeritməyi təklif edirlər. Lakin Azərbaycanın düşdüyü vəziyyət, 
xüsusən, Rusiyadan edilən aramsız təzyiqlər,  şimal dəmir yolunun 
işləməməsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində    yaranmış 
şərait bu xəttin tərəfdarlarının istəklərini və praktik fəaliyyətini heçə 
endirdi. 
 
İkinci xəttin tərəfdarları Ermənistanın təcavüzü nəticəsində 
Azərbaycanın düşdüyü real vəziyyətdən çıxış edərək İranla məhriban 
qonşuluq və  əməkdaşlıq münasibətlərinin inkşaf etdirilməsini vacib 
sayırdılar. Real vəziyyətdə bu xətt tədricən Azərbaycan dövlətinin 
İrana münasibətdə rəsmi xəttinə çevrildi. 
 
İranda 20 milyon nəfərdən çox soydaşlarımızın vəziyyəti iki 
ölkə arasındakı münasibətlərə bu və ya başqa dərəcədə təsir göstərir. 
İranda Azərbaycanın dövlət müstəqilliyinə birmənalı 
münasibət mövcud deyildi. Azərbaycanın dövlət müstəqilliyinə 
təhlükə kimi baxan İranın bəzi rəsmi dairələri onu tanımaqda çətinlik 
çəkirdilər. Türkiyə, Rumıniya, Pakistan, Monqolustan, Litva, 
Əfqanistan,  İsveçrə kimi dövlətlərin Azərbaycanın dövlət 
müstəqilliyini artıq tanımalarına baxmayaraq, İran hələ  də  tərəddüd 
edirdi.  İran  İslam Respublikasının xarici işlər naziri Ə.Ə. Vilayəti 
1991-ci ilin noyabrında Moskvaya səfəri zamanı keçirdiyi 
danışıqlardan sonra “Moskvanın səsi” radiostansiyasına verdiyi 
müsahibəsində birmənalı  şəkildə bildirdi: “Biz Azərbaycanın 
müstəqilliyini tanımaq niyyətində deyilik. Bu respublika ilə 
münasibətlərimiz Sovet İttifaqı  çərçivəsində inkişaf etdiriləcəkdir.” 
İranın bu rəsmi mövqeyi tarixi ənənələrə söykənirdi. İki ölkə arasında 
diplomatik münasibətlərin tarixindən  məlumdur ki, hələ 1918-ci il 
noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ə. Topçubaşovla 
İstanbuldakı görüşündə İran elçisi Mirzə Mahmud xan  deyirdi: “Siz 
dövlətinizi “Azərbaycan” adlandırırsınız. Bu, nə deməkdir? Bu, İran 
hüdudlarında yerləşən indiki Azərbaycana iddialarınız deməkdirmi? 
(Topçubaşov A.A. Diplomatiçeskiye besedı v Stanbule (1918-1919). 
 
99


Baku, 1994, s. 53). İran elçisi Şimali Azərbaycanda, Qafqazda və 
İranda türklərin yaşamasını da inkar edərək hamını fars adlandırırdı. O 
deyirdi ki, “siz özünüzü Azərbaycan türkləri hesab edirsiniz. Amma 
bilməlisiniz ki, nəinki Azərbaycanda, habelə Qafqazda, Urmiyədə
Təbrizdə türk yoxdur, hər yerdə türk axtarmaq siyasətçilərin, 
Türkiyənin işidir və indiki xadimlərin planlarına daxildir. Sizin 
atalarınız, babalarınız hamısı farsdırlar. Sizdə sivilizasiya, mədəniyət, 
adət-ənənə, hətta kostyum da farslarındır. Mən özüm türkofil olsam 
da, İrana xidmət edirəm, onun mənafelərini qoruyuram.” 
 
Ə.Topçubaşovun 1919-cu il yanvarın 9-da İstanbulda  İranın 
xarici işlər naziri Müşaverel Məmalək Əli Qulu xanla görüşündə İran 
tərəfi Azərbaycan məsələsinin həllini  İranla birləşməkdə görürdü. 
Göstərirdi ki, sizin Azərbaycan haqqında məsələni İranla ittifaqda və 
birlikdə sizin xeyrinizə  həll etmək olar. Sizin Azərbaycan,  əlbəttə, 
daxili muxtariyyətini qoruyacaqdır. Birləşmək indi bizə lazımdır. 
Yoxsa, ruslar əvvəlcə sizi, sonra da bizi yeyəcəklər.  
 Sonrakı danışıqlarda da İran belə iddiaları irəli sürürdü. Cənub 
qonşumuzun 20-40-cı illərdəki siyasəti mahiyyətcə 1918-20-ci 
illərdəkindən fərqlənmirdi. Həm birinci dəfə, həm də 90-cı illərdə İran 
öz istəyinə çata bilmədi və Azərbaycanın dövlət müstəqilliyini 
tanımağa məcbur oldu. Reallıq üstünlük qazandı, tarixin təkərini geri 
döndərmək mümkün olmadı. Lakin diplomatik-siyasi manevrlər və 
gizli niyyətlər bütün sonrakı illərdə hökm sürürdü.  
İran tarixən Rusiya imperiyasına, sonra isə SSRİ-yə özünün 
ərazi bütövlüyünə  və müstəqillyinə  təhlükə kimi baxmışdır. Lakin 
yeni müstəqil dövlətlər meydana gəldikdən sonra İranın  Şimal 
sərhədlərində strateji vəziyyət dəyişmişdir.  İran və Rusiya arasında 
bufer zona yaranmışdır. Bu isə  İran üçün bilavasitə  təhlükəni aradan 
qaldırmışdır. Bununla belə, Rusiya təhlükəsi aradan qalxmadığından, 
İran Azərbaycanla mehriban olarsa, şimal tufanından özünü qorumaq 
üçün yaxşı sipər qazana bilər. İran bir fövqəl dövlətlə deyil, bir neçə 
yeni dövlətlə qonşudur. Onlar da İran üçün təhlükəli törətmirlər. İran 
problemlərsiz də deyildir. Daxildə muxtariyyət meylləri  əsəbiliklə 
qarşılanır.  İranda islam inqilabından sonra bu ölkənin yeritdiyi 
siyasətə dünya ölkələri içərisində birmənalı münasibət mövcud 
deyildir. Yeganə fövqəl dövlət kimi ABŞ  İranı terrorizmi himayə 
etməkdə, regionda vəziyyəti kəskinləşdirməkdə, islam 
fundamentalizmini yaymaqda və s. təqsirləndirir, digər dövlətləri də 
 
100


buna qarşı  çıxmağa çağırır. Lakin ABŞ-ın bu hərəkətləri hətta Qərb 
müttəfiqləri tərəfindən də  dəstəklənmir,  İran - Qərbi Avropa ölkələri 
qarşılıqlı münasibətləri inkşaf edir. 
 Öz 
növbəsində,  İran ABŞ-ı dünya hegemonluğuna can 
atmaqda təqsirləndirir və bütün müsəlman dövlətlərini islam 
həmrəyliyi bayrağı altında ona qarşı mübarizədə birləşdirmək istəyir. 
Lakin  İranın da bu səyləri müsəlman ölkələri tərəfindən lazıiınca 
müsbət qarşılanmır. Və bəzi ölkələr istisna olunsa, İran bu cəbhədə tək 
qalır.  İran Azərbaycan - ABŞ  əməkdaşlığına, xüsusən, məlum neft 
konsorsiumuna qarşı  çıxır və ABŞ-ın Qafqaza nüfuz etməsini öz 
mənafelərinə zərbə kimi qiymətləndirir.  
 
İranın elan etdiyi prinsiplər və praktik xarici siyasət fəaliyyəti 
də çoxlu suallar doğurur. Cənub qonşumuz özünü beynəlxalq aləmdə 
bütün müsəlmanların müdafiəçisi elan etmişdir. Azərbaycan dövləti 
isə demokratik, dünyəvi dövlət kimi beynəlxalq münasibətlərin dini 
prinsiplər üzərində qurulmasının və xalqları dini etiqada görə 
bölməyin əleyhinədir. 
 
Əvvəla, İran bir tərəfdən Azərbaycanı İsrail və ABŞ-la yaxşı 
münasibətlər qurmaqda və guya islam dininə  xəyanət etməkdə 
təqsirləndirir. Bunun əksinə olaraq, İranın özü Azərbaycan ərazilərinin 
20 faizdən çoxunu işğal edən, 1 milyon 200 min nəfərdən çox 
müsəlman azərbaycanlını qaçqına çevirən, islam dinin müqəddəs 
yerlərini dağıdıb təhqir edərək silah anbarlarına çevirən Ermənistanla 
hərtərəfli siyasi, iqtisadi, texniki, maliyyə və s. sahələrdə əməkdaşlıq 
edir. Müsəlman çeçen xalqına qarşı soyqırımını  həyata keçirən 
Moskva ilə Tehran mehriban münasibətlər saxlayır və onlar strateji 
müttəfiqə çevrilirlər. 
 Azərbaycan öz xarici siyasət fəaliyyətində hamılıqla qəbul 
olunmuş normaları  əsas götürür və dövlətimizin xarici və daxili 
siyasəti islam prinsipləri  əsasında qurulmur. İsrail və ABŞ isə 
Azərbaycan torpaqlarını işğal etmişlər. 
 
İranın digər müsəlman dövlətləri olan Misir, Səudiyyə 
Ərəbistanı, İraq və başqa ölkələrlə münasibətlərində çətinliklər vardır. 
 
İranın elan etdiyi prinsiplərin onun praktik fəaliyyəti ilə uyğun 
gəlməməsinin səbəbləri nədir? Başlıca cavab budur: İranda yaşayan 
xalqların vahid İran milləti, islam dini, ideologiya altında 
birləşdirməklə İranın dövlət bütövlüyünü qorumaq. 
 
101


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə