Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə5/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   87

 
 
 
13 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
AZƏRBAYCAN BAYRAĞINA 
Türküstan yelləri öpüb alnını, 
Söyləyir dərdini sana, bayrağım! 
Üçrəngli əksini Quzğun dənizdən 
Ərməğan yollasın yara, bayrağım! 
 
Gedərkən Turana çıxdın qarşıma, 
Kölgən dövlət quşu, qondu başıma. 
İzin ver gözümdə coşan yaşıma, 
Dinlətsin dərdini aha, bayrağım! 
Qayi xan soyundan aldığın rəngi, 
Qucamış Elxanla müsəlman bəgi. 
Elxanın övladı – dinin dirəgi, 
Gətirdin könlümə səfa, bayrağım! 
 
Köksümdə tufanlar gəldim irəli
Öpüm kölgən düşən mübarək yeri, 
Allahın yıldızı,  o  gözəl pəri 
Sığınmış qoynunda aya, bayrağım!.. 
 
 
1.  Şeiri fərdi olaraq səssiz oxuyun.  
2.  İlkin təəssüratınızı siniflə bölüşün. 
3.  Şeir haqqındakı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin. 
4. Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün. 
5. Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın. 
6. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın. 
a)  Şeir müəllif haqqında təəssüratıma yeni nə əlavə etdi?  
b) Şeirin məndə daha güclü təəssürat yaradan sözü, ifadəsi, misrası və bəndi. 
 
 
  Müxtəlif  mənbələrdən,  digər  fənlərdən topladığınız  məlumat  əsasında  “Azərbaycan  Demokratik 
Cümhuriyyəti dövründə ədəbiyyatımız” mövzusunda şifahi təqdimata hazırlaşın. 
 
 
s.s. 
Əsərdə diqqətimi daha çox cəlb edənlər 
Bunun səbəbi 

 
 
• O, Azərbaycan poeziyasının özünəməxsus 
ədəbi taleyi, sənətdə orijinal yolu olan nadir 
simalarından biridir.   
Ə.Cavad ümumşərq islam zehniyyətinə
ümumtürk mənəvi qaynaqlarına,  xüsusən də 
erkən orta əsrlərdən üzü bəri davam edib 
gələn anadilli şeirimizə dərindən bələd idi. 
Bəkir Nəbiyev 
ƏHMƏD CAVAD 
(1892 
– 
1937) 
Yada salın 
– Dövlət rəmzləri haqqında yazılmış hansı əsərlərlə tanışsınız? 
– Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? 
Düşünün 
– Azərbaycanın Dövlət Bayrağına həsr olunan əsərlərdə hansı 
məsələlərə önəm verilməsini əhəmiyyətli hesab edirsiniz? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitabla-
rının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  


 
 
14 
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Şairin milli bayrağımıza şeir həsr etməsi təsadüfi deyildir. Milli azadlıq, vətənimizin müstəqilliyi 
şairin ən böyük idealı, həyatının əsas mənası idi. Onu “milli dövlətimizin nəğməkarı” adlandıranlar 
səhv etmirdilər. Digər əsərlərində olduğu kimi, “Azərbaycan bayrağına” şeirində də vətənini, xalqını 
dərin məhəbbətlə sevən səmimi bir el sənətkarının ürək çırpıntılarını duymaq çətin deyildir. 10 aprel 
1919-cu  ildə  Bakı  şəhərində,  parlament  binasının  üzərində  dalğalanmış  üçrəngli    milli  bayrağımız 
vətənpərvər şairi riqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdır. 
Əsərdə əksini tapan mətləblər çoxdur. Onları aydınlaşdırmağa, təhlil etməyə çalışın. Şeirdə bədiiliyi 
təmin  edən  vasitələrin  üzərində düşünün.  Onun dilinə,  sözlərin  seçiminə,  məcazların əsərə  gətirdiyi 
gözəlliyə münasibət bildirin. 
 
 
2. Sizcə, əsər hansı mövzuda yazılmışdır? Oxşar hesab etdiyiniz əsərlə (məsələn, C.Cabbarlının 
“Azərbaycan bayrağına” şeiri ilə) müqayisə etməklə fikrinizi əsaslandırın.  
s.s. 
 
Hansı əsasa (əlamətə) görə 
müqayisə edilirlər? 
Ə.Cavad. “Azərbaycan 
bayrağına” 
 

Mövzuya görə 
 
 
2  
Məzmuna görə 
 
 
 
3.  Əsərdə əksini tapmış mətləblərdən hansını daha əhəmiyyətli hesab edirsiniz? Cədvəldən istifadə edin. 
Əsərdə əksini tapmış əsas 
mətləblər 
Bunu təsdiq edən nümunələr 
Mühüm hesab etdiyiniz 
mətləblərə münasibətiniz 
 
 
 
 
4.  Lirik  qəhrəman  haqqında  aydın  təsəvvür  qazandınız.  Onu  necə  səciyyələndirərsiniz?  Cədvəldən 
istifadə edin. 
Lirik qəhrəmanın xarakterindəki 
başlıca cəhətlər 
Bunu təsdiq edən 
nümunələr 
Lirik qəhrəmana münasibətiniz 
 
 
 
 
5.  Əsərin bədii təsir gücünü artıran vasitələrin rolunu nümunələr əsasında aydınlaşdırın. Cədvəldən 
istifadə edin. 

Əsərin bədii təsir gücünü   artıran vasitələr 
Onların rolunu nümunələr əsasında 
aydınlaşdırın 

Sözlərin, ifadələrin uğurla seçilməsi 
 

Uğurlu qafiyələr 
 

Bədii təsvir vasitələri 
 

Bədii ifadə vasitələri 
 
 
6.  Əsərdəki başlıca fikir – ideya, sizcə, nədir? 
Əsərdəki başlıca fikir – ideya 
Nə üçün belə düşünürsünüz? 
 
 
 
 
• Şeirin ifadəli oxusunu hazırlayın. Şərti işarələrdən (səh.211) istifadə edin. 
 
 
I I   d ə r s 
T ə h l i l   ü z r ə i ş
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 
 
E v d ə   i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə