_____________________________________________
15
bildirmək istərdim. Təəssüf ki, hansısa bir mərhələdə bir sıra
mənfi məqamlar baş verdi. Çeçenistan bölgəsində siyasi işlərlə
bağlı olan bu məqamlar sabit münasibətlərimizə əngəl törətdi.
Demək istərdim ki, belə bir vəziyyətin düzəldilməsi üçün
əsaslı qərar qəbul edilmişdir. Kənardan keçən boru kəməri
çəkilməsi haqqında qərar qəbul olunmuşdur. Zənnimcə, biz bu
işi 6-8 ay ərzində görəcəyik. Bu isə bizim hökumətlərarası
sazişlər çərçivəsində əvvəlki razılaşmalara uyğun olaraq şimal
marşrutu ilə ildə 12 milyon ton nefti sabit rejimdə buraxmağa
imkan verəcəkdir.
İndi biz Novorossiysk terminalının gücünü 42 milyon tondan
52 milyon tonadək, yəni 10 milyon ton artırırıq, Baltik boru
kəməri sistemi yaradırıq. Yəni bu, sabit işləməyə imkan verir.
Bu, bizim vəzifəmizdir və hökumətin adından sizi rəsmən əmin
edirəm ki, biz şimal marşrutunu bərpa edəcəyik. Cari işlərə
gəldikdə, 1999-cu il və sonrakı il üçün 2 milyon ton həcmində
olan razılaşma çərçivəsində işləri yubatmırıq və davam etdiririk.
Düşünürəm ki, bir daha belə fasilələr olmayacaqdır. Bizim
vəzifəmiz işin sürətini artırmaqdır.
Onu da demək istərdim ki, Azərbaycanda hasilatın artdığını
nəzərə alaraq, burada çıxarılan nefti sizin zavodlarda emal
etmək yolu ilə, - zənnimizcə, bu, tamamilə realdır, - neft
məhsulları bazarının sərhədini Stavropola, Şimali Qafqaza qədər
genişləndirə bilərdik. Çünki bu gün bizim həmin rayonda
yanacaq çatışmır. Biz ümumi razılaşmalar, hökumətlərarası
komissiya çərçivəsində Dövlət Neft Şirkəti üçün biznes
sahəsinin genişləndirilməsinə imkan verməyə hazırıq. Мənə elə
gəlir ki, bu komissiya hansısa bir mərhələdə öz işini
dayandırmışdır, lakin zənnimcə, biz onu bərpa edəcəyik. Bu,
bizim üçün maraqlıdır, neft məhsullarının Rusiya ərazisinə
ixracı baxımından Azərbaycan üçün əlavə gəlir deməkdir. Мən
istərdim ki, bu maraq Azərbaycan Dövlət Neft Şirkətinin
biznesinə çevrilsin.
_____________________________________________
16
О ki qaldı şimal marşrutu və Xəzərdə biznesin
genişləndirilməsi ilə bağlı əsas mövzuya, indi biz əlavə neft
şirkətləri cəlb etmək məsələsini nəzərdən keçiririk: elə şirkətləri
ki, onlara görə xəcalət çəkməyək, baxmayaraq ki, bir sıra
şirkətlər buraya sərmayə qoymaq perspektivlərini doğrultmadı
və Xəzər məsələsi ilə fəal məşğul olmağı davam etdirmədilər.
Biz bu məsələni Dövlət Neft Şirkəti ilə müzakirə etdik və
düşünürəm ki, bu işlə iştirak edə biləcək daha bir sıra şirkətləri
nəzərdən keçirmək üçün həmin məsələyə qayıdacağıq.
Bizim ümumi bir məsələmiz var - bu, Xəzərlə bağlı olan
problemdir. Bu gün biz onu Baş nazirlə müzakirə etdik.
Düşünürəm ki, burada bu problemin həllini irəlilətmək üçün
ümumi razılaşmaların variantları var. Məncə, burada işimizi
sadəcə olaraq gücləndirmək lazımdır. Ümumi razılaşmaların,
məsələn, Qazaxıstanla razılaşmanın ilkin şərtləri var. Biz
Azərbaycanla danışıqlar aparırıq. Düşünürəm ki, danışıqları
sadəcə olaraq davam etdirmək və bu problemi birdəfəlik və
həmişəlik həll etmək lazımdır. Başlıcası, bu işi gücləndirməkdir.
Dediklərimin hamısı iqtisadi qarşılıqlı münasibətlərimiz
baxımından hazırda Yanacaq və Energetika Nazirliyi, hökumət
çərçivəsində həll edilməkdə olan məqsəd və vəzifələrə aiddir.
Bunımla yanaşı, demək istərdim ki, indi Şimali Qafqazda
yaranmış vəziyyət bizdə xüsusi təşviş doğurur. Moskvada,
Volqodonskda baş vermiş hadisələrə bəşəriyyət, əlbəttə, biganə
qala bilməz. Biz bu işə öz münasibətimizi bildirməliyik. Sizi
xüsusən Şimali Qafqazda ən nüfuzlu adamlardan biri kimi
tanıdığıma görə, Heydər Əliyeviç Əliyevin sözünün nə demək
olduğumu bildiyimə görə, yekdil rəу çərçivəsində və ən fəal
şəkildə inkişaf etməyə başlayan terrorçu qüvvələrin dəf edilməsi
çərçivəsində bu gün çox zəruri olan ümumi mövqe, ümumi
dəstək barəsində sizin mövqeyiniz bizim üçün çox vacibdir.
_____________________________________________
17
Öz mövqeyinizi mənə iki kəlmə ilə bildirdiyiniz dünənki
söhbətdən sonra səfirdən təbb etdim ki, o, Azərbaycan tərəfinin
indiyədək ifadə etdiyi bütün fikirləri mənə göstərsin.
Deməliyəm ki, mən bu fikirləri diqqətlə oxudum. Sizin
mövqeyinizə bələd olduğuma görə istərdim ki, yaxşı mənada,
daha açıq, sərt fikirlər qəzet oxuyub-oxumamasından asılı
olmayaraq hər bir insanın qəlbinə yol tapsın, bu məsələdə
Heydər Əliyeviçin mövqeyi sərt olsun, çünki sizin rəyinizin və
nüfuzunuzun nə demək olduğunu bilirəm. Rusiyada biz hamımız
istərik ki, Şimali Qafqazda bu bəla genişlənməsin, əksinə,
məhdudlaşdırılsın və qurtarsın.
Bəli, hazırda müəyyən məqamlar var və biz bu gün Baş
nazirin yanında bu mövzuda danışdıq. Ancaq mən demək
istərdim ki, bəla gələndə, - terrorizm isə yəqin ki, ümumi
bəladır, - birləşmək və bu vəziyyəti aradan qaldırmaq lazımdır.
Çeçenistan tərəfinin buradakı nümayəndəliyindəkilərin bu gün
oxuduğum fikirlərini əlbəttə ki, normal hesab etmək çətindir.
Bu, Çeçenistan tərəfinə başucalığı gətirmir. Lakin əlbəttə ki, sırf
ekstremist, anlaşılmaz və rəxnə salan və ya buna yönəldilən
fikirlər heç bir halda bizim qarşılıqlı münasibətlərimizə nüfuz
etməməlidir.
Biz həmişə normal şəraitdə yaşamışıq, bir-birimizi başa
düşmüşük. İndi Dağıstanda hansısa milli azadlıq müharibəsinin
aparılması barədə fikirləri oxuyarkən heç bir anlaşma ola
bilməz. Belə bir müşahidə Dağıstanda, sadəcə, mümkün
deyildir. Lakin təəssüf ki, mən oxudum və söyləyə bilərəm ki,
müşavir deyəndə ki, Dağıstanda azadlıq müharibəsi gedir və
hətta Yermolovu xatırlamışlar, zənnimcə, bu, sadəcə, qeyri-
ciddidir. Sizin aparat tərəfındən təkzilə verilsə də, bir daha
təkrar edir və Azərbaycan torpağı ilə bağlı olan adam kimi
şəxsən öz adımdan xahiş edirəm, bu terrorizmə qarşı
birləşmənin baş verməsi üçün bu gün sizin fikriniz, sözsüz,
faydalıdır, sözsüz, zəruridir. Gecə yatan yüzdən çox insan
Dostları ilə paylaş: |