MüSTƏQİLLİYİMİZ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə150/157
tarix06.05.2018
ölçüsü3,04 Mb.
#43103
1   ...   146   147   148   149   150   151   152   153   ...   157

____________________________________________ 

492


yəndələrindən, yeni dövr alman ədəbiyyatının banilərindəndir. Höte yaradıcılığının 

şah əsəri olan "Faust"  faciəsində Avropada Maarifçilik ideyalarının inkişafına yekun 

vurulmuşdur. - 173. 

 

126.  Əziz  Şərif,  Şərifzadə  Əziz Qurbanəli oğlu (1895- 1988) - Azərbaycan 

ədəbiyyatşünası, tərcüməçi. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına, ədəbi əlaqələrə, 

teatra və tərcümə problemlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin  

müəllifidir. - 174. 

 

127. Ramiz Rövşən,  Əliyev Ramiz Məmmədəli oğlu (d.1946) - Azərbaycan 

şairi, kino-dramaturq.- 175. 

 

128. Çörçill, Uinston Leonard Spenser (1874-1965) - Böyük Britaniyanın 

görkəmli dövlət, siyasi və  hərbi xadimi, 1940-45, 1951-55-ci illərdə Böyük Britani-

yanın Baş naziri. Çörçill 2-ci dünya müharibəsi zamanı Britaniya xalqının "mətanət"  

rəmzi, ABŞ və SSRİ ilə antihitler koalisiyasının təşəbbüsçülərindən biri olmuşdur. 

Çörçill bir sıra publisistik əsərlərin və memuarların müəllifidir.  Ədəbiyyat üzrə 

Nobel mükafatı laureatıdır. - 179,180. 

 

129. Kərim Kərimov,  Kərim Abbasəli oğlu Kərimov (1917-2003) - 

Azərbaycanın görkəmli hərbi xadimi - general-leytenant. 25 il ərzində Kosmik 

Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı keçmiş SSRİ-də 

kosmosun öyrənilməsi, bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx 

bağlı olmuşdur. O, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Sosialist 

Əməyi Qəhrəmanı, Lenin və SSRİ Dövlət mükafatları laureatı adlarına layiq 

görülmüş. Azərbaycan Respublikasının "Şöhrət"  ordeni ilə təltif edilmişdir. - 176. 

 

130. Terri Devid Adamc (1938) - görkəmli ingilis mühəndis-neftçi, geoloq. 

Əmək fəaliyyətinə 1963-cü ildə başlamışdır. 1969-cu ildən "Britiş Petroleum"  

şirkətinin bir çox ölkələrdə nümayəndəsi olmuşdur. 

1994-1998-ci illərdə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ilk prezidenti 

olmuşdur. 

Azərbaycanda səmərəli fəaliyyətinə görə 1997-ci ildə Britaniya krallığının  

" Müqəddəs Mixail və Georgi", 1998-ci ildə isə Azərbaycan Respublikasının "Şöhrət"  

ordenləri ilə təltif olunmuşdur. - 179,190,197. 

 

131. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - Respublikada neft və 

qazın kəşfıyyatına, çıxarılmasına və emal edilməsinə rəhbərlik edən qurum. 

1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və 

istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra ölkələrinin 

iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. - 181,182,231,253,417, 

426,429,430. 

  

 

 



 


____________________________________________ 

493


 

132. ABƏŞ, Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkəti - Bakıda fəaliyyət 

göstərən neft şirkətlərindən biri. 1994-cü ilin axırlarında yaradılmışdır. "Xəzərin 

Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi"  

haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dünyanın bir neçə 

böyük neft şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini 

həyata keçirmək məqsədilə yaradılmış  əməliyyat  şirkətidir. Buraya 7 ölkəni 

(B.Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə  və  Səudiyyə  Ərəbistanı) 

təmsil edən 11 iri neft şirkəti daxildir.- 182,190,197,200. 

 

133.  "Britiş Petroleum"  (Bi-Pi) - dünyanın ən iri neft şirkətlərindən biri. 1909-

cu ildən bir çox ölkələrdə neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğuldur. Bi-Pi 

1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda ABƏŞ-in əsas operatorudur. - 

181. 


 

134.  "Neft Daşları"  - Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq 

dənizdə, polad dirəklər üzərində salınmış neft "şəhəri". Bu ərazi oradakı daşların (təqr. 

20  ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə  əlaqədar Neft Daşları 

adlandırılmışdır. Neft Daşları rayonunda geoloji kəşfiyyat işlərinə 1946-cı ildən 

başlanılmışdır. Çıxarılan neft həm tankerlər, həm də boru kəmərləri vasitəsilə sahələrə 

nəql edilir. - 183,186,187,417,419,428,429,464. 

 

135.  İpək Yolu, Böyuk İpək Yo1u - beynəlxalq tarixi tranzit-ticarət yolu; 

eramızdan əvvəl 2-ci əsrin sonlarından eramızın 16-cı əsrinədək fəaliyyət göstərmiş, 

Çindən  Şimali Afrika və  İspaniyaya qədər uzanaraq, ayrı-ayrı qolları ilə o zaman 

dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini birləşdirmişdir. 

Əlverişli coğrafi mövqedə yerləşməsi və  zəngin maddi sərvətlərə malik olması 

sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında iqtisadi və mənəvi 

əlaqələrdə mühüm yer tutmuşdur. 

20-ci  əsrin sonunda Azərbaycan RespublikasınınPrezidenti Heydər  Əliyevin 

Böyük  İpək Yolunun yenidən dircəldilməsi ideyasını irəli sürməsi bütün dünyada

xüsusilə  də Böyük İpək Yolu üstündə yerləşən ölkələrdə böyük maraqla qarşılandı. 

Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin 

iştirakı ilə beynəlxalq konfrans keçirildi. TRASEKA proqramı  çərçivəsində  nəzərdə 

tutulan Asiya-Avropa ticarət dəhlizinin - Böyük İpək Yolunun bərpasının və onun 

imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. - 194. 

 

136. "AMOKO"  - dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1989-cu 

ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var. "AMOKO"  Şimali 

Amerikada  ən böyük təbii qaz istehsalçısıdır.  Şirkət energetika, neft və qaz emalı, 

kimya və neft-kimya sahələrində də fəaliyyət göstərir. - 181. 

  

 

 



 

 

 




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə