N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə137/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

Ümumiyyətlə,  bizim  mədəni  irsimiz  çox  zəngindir,  misal  üçün 

meyxana  sənəti.  Bu  sənətin  qədimdə  çox  böyük  ənənələri  olub 

və  bu  gün  də  çox  istedadlı  davamçıları  var.  Amma  bu  sənətin 

fəlsəfəsi  və  tarixi  yetərincə  öyrənilməyibdir.  Bir  sözlə,  hələ 

böyük işlər görmək lazımdır,  (s.  338-339)

Mehriban 

xanım 

Əliyevanın 



“İzvestiya” 

qəzetinin 

müxbirinə müsahibəsində isə deyilir ki,  (80,  s.  348-367) M uğa­

ma  dair  m üxtəlif  albomlar  buraxacağımızla  yanaşı,  muğam 

haqqında  elmi  işlərdən  ibarət  xüsusi  seriya  da  hazırlayırıq. 

Buraya həm  də  orta  əsrlərdə  yaşayıb-yaratmış  müəlliflər,  eləcə 

də  hələ  1980-ci  illərdə  muğama  dair  gözəl  monoqrafiya 

buraxmış  fransız  tədqiqatçısı  Dürinq  kimi  muğamın  müasir 

tədqiqatçıları  daxil  olacaqlar.  Təbii  ki,  istənilən  belə  layihə  bir 

neçə  dildə  buraxılacaqdır.  M uğam  problemlərinə  dair  müxtəlif 

simpoziumlar, 

“dəyirmi 

masa”lar, 

qeyri-formal 

görüşlər 

keçirmək  nəzərdə  tutulur.  “Qarabağ  xanəndələri”  albomunun 

təqdimatı göstərdi ki, belə layihələrə ehtiyac çox böyükdür.

Muğam  ümumdünya  irsidir,  lakin  indiyədək  ona  vahid 

yanaşmalar,  köklərə  müraciət,  muğamın  fəlsəfi  aspektlərinin 

öyrənilməsi 

mövqelərindən 

baxılmamışdır. 

Biz 

Bakıda 


Beynəlxalq  Muğam  Mərkəzi  tikmək  fikrindəyik.  Prezident 

artıq  fərman  imzalamışdır  və  düşünürəm  ki,  bu  mərkəz 

regional  layihələrdə son dərəcə mühüm rol  oynayacaqdır.

414



“Mədəniyyətlərarasi dialoq Avropa və onun qonşu 

regionlarinda davamli inkişafin və sülhün əsasidir” 

mövzusunda Avropa Şurasinin üzvü olan dövlətlərin 

mədəniyyət nazirlərinin Bakı konfransı

Son  illərdə  Azərbaycan  Prezidenti  İlham  Əliyev  ölkəmizdə 

mədəniyyət  və  turizm  sahələrinin  inkişafı,  dünya  miqyasında 

təbliği  üçün  100-dən  çox  Fərman  və  Sərəncam  imzalamışdır.

2004-2008-ci  illərdə  bu  istiqamətdə  71  beynəlxalq  saziş  və 

konvensiya imzalanmışdır.  Heydər Əliyev Fondunun  preziden­

ti,  YFJNESKO-nun  və  İSESKO-nun  xoşməramlı  səfiri  M ehri­

ban  Əliyeva  mədəni  irsimizin  qorunması  və  dünya  təbliği 

sahəsində  məqsədyönlü  fəaliyyət  göstərir.  Azərbaycan  mədə­

niyyəti  dünya  mədəniyyətinin,  habelə  onun  tərkib  hissəsi  olan 

islam  mədəniyyətinin  böyük  daşıyıcılarından  biri  olduğuna 

görə,  Bakı  şəhəri  2009-cu  il  üçün  “İslam  mədəniyyətinin 

paytaxtı”  elan  edilmişdir.  Bu baxımdan  Avropa  Şurasının  üzvü 

olan  dövlətlərin  mədəniyyət nazirlərinin  Bakı  konfransı,  nəinki 

Azərbaycanın  və  Qərbin,  eyni  zamanda,  Şərqin  mədəni 

həyatında  mühüm  hadisədir.  Bunu  yüksək  qiymətləndirən 

Azərbaycan  Prezidenti  İlham  Əliyevin  bu  il  noyabrın  4-də 

imzaladığı  Sərəncama  əsasən,  konfransın  hazırlanması  və 

keçirilməsini  təmin  etmək  məqsədi  ilə  Baş  nazir  Artur 

Rasizadənin rəhbərliyi  ilə Təşkilat Komitəsi yaradılmışdı.

Beləliklə,  2008-ci  il  dekabnn  2-3-də  B ab d a,  “Gülüstan” 

sarayında  Avropa  Şurasının  üzvü  olan  dövlətlərin  mədəniyyət 

nazirlərinin  “Mədəniyyətlərarasi  dialoq  Avropa və  onun  qonşu 

regionlarda  davamlı  inkişafın  və  sülhün  əsasıdır”  mövzusunda 

iki  günlük  konfransı  keçirilmişdir.  Azərbaycan  Prezidenti 

İlham  Əliyev konfransın  açılışında iştirak etmişdir.  Konfransda 

Avropa  Şurasının  üzvü  olan,  habelə  müşahidəçi  ölkələrin, 

Avropa  Mədəniyyət  Konvensiyasını  imzalamış  dövlətlərin, 

Avropanın  qonşu  regionlarını  təmsil  edən  10  ölkənin,  habelə 

Avropa  Komissiyasının  və  YUNESKO-nun,  İslam  Ölkələri

415



Elm,  Təhsil  və  Mədəniyyət  Təşkilatının  (İSESKO),  Ərəb 

Dövlətləri  Liqası  ölkələrinin  Elm,  Mədəniyyət  və  Təhsil 

Təşkilatının  (ALEKSO)  yüksək  rütbəli  rəsmiləri,  müxtəlif 

fondların 

və 

qeyri-hökumət 



təşkilatlarının 

təmsilçiləri, 

ümumilikdə,  250-dən  çox nümayəndə,  o  cümlədən  16  nazir,  18 

nazir müavini,  10 beynəlxalq təşkilatın başçısı iştirak etmişdir.

Konfrans  münasibətilə  “Gülüstan”  sarayının  foyesində 

təşkil  olunmuş  sərgidə  ölkəmizin  qədim,  zəngin  mədəniyyəti 

barədə  kifayət  qədər  dolğun  təsəvvür  yaradan  eksponatlar  -  

xalçalar,  silah  nümunələri,  musiqi  alətləri,  xalq  sənəti 

nümunələri 

nümayiş 


etdirilir. 

Respublikamızın 

turizm 

imkanlarını,  ulu  öndər  Heydər  Əliyevin  və  Prezident  İlham 



Əliyevin mədəniyyət və incəsənətə göstərdiyi  diqqət və qayğını 

göstərən fotoşəkillər qonaqlarda böyük maraq doğurmuşdur.

Sonra  konfransın  rəsmi  açılışı  oldu.  Salona  toplaşanlar 

Prezident  İlham  Əliyevi  və  Avropa  Şurasının  baş  katibi  Terri 

Devisi  alqışlarla qarşıladılar.

Mədəniyyət  naziri  Əbülfəs  Qarayev  Avropa  Şurası  ilə 

Azərbaycanın  birgə  təşkil  etdiyi  konfransı  açaraq  dedi  ki, 

müasir 


dövrdə 

sivilizasiyalann 

arasında 

dialoq 


qlobal 

səviyyədə  bəşəriyyətin  ən  vacib  ehtiyaclarından  birinə 

çevrilmişdir.  Bu konfrans m üxtəlif xalqlar və dövlətlər arasında 

dialoqu  möhkəmləndirməyə  və  daha  da  inkişaf  etdirməyə 

yönələn fəaliyyətin bariz nümunəsidir.

Ölkəmizdə  son  illər  çoxlu  beynəlxalq  forumların  və 

mədəniyyətlərarası 

dialoqa 


həsr 

edilmiş 


tədbirlərin 

keçirilməsinin  artıq  ənənəyə  çevrildiyini  bildirən  nazir  dedi  ki, 

bu  beynəlxalq  konfrans  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 

bilavasitə  dəstəyi  və  müvafiq  göstərişi  ilə  təşkil  olunmuşdur. 

Buna  görə,  Prezidentə  təşəkkürünü  bildirən  Ə.Qarayev 

vurğuladı  ki,  Azərbaycan  öz  siyasətində  mədəniyyətlərarası 

dialoqa  böyük  önəm  verir  və  şəxsən  dövlətimizin  başçısının 

rəhbərliyi  altında  həyata  keçirilən  tədbirlər  həm  ölkəmizin

416



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə