N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə140/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   137   138   139   140   141   142   143   144   145

bir  çox  bu  cür  mədəniyyətlərarası  məkanlara  və  imkanlara 

şərait  yaradır.  Bizim  yerində  və  spesifik  olmağımız  xüsusilə 

vacibdir.  İnsanların  bir-biri  ilə  ünsiyyət  qurması  həmişə 

yaxşıdır,  lakin  mədəniyyətlərarası  dialoq  beynəlxalq  seminar­

larda  xeyriyyəçilik  səviyyəsinə  endirilməməlidir.  M əqsəd  real 

həyatda  real  insanlar  arasında  real  problemlər  haqqında 

dialoqun qurulmasına sövq etməkdir.  Fəaliyyətimizin meyarları 

keçirilən  beynəlxalq  konfransların  sayı  və  ya  hazırlanan 

kitabçalarla  deyil,  insanların  həyat  tərzinə,  evdə,  məktəbdə, 

işdə,  küçədə,  məsciddə,  kilsədə  və  ya  sinaqoqda  üzləşdikləri 

problemləri  necə  həll  etdiklərinə  təsir  göstərməklə  ölçülür. 

Mən  bütün  insanlar  arasında  bərabər  hörmət,  insan  hüquqları, 

qanunun  aliliyi  və  demokratik  prinsiplər  olmadan  həyata  keç­

məsi  mümkün  olmayan bu  dialoqa  cəlb  edilməyinizi  istəyirəm. 

Bu  dəyərlər  qarşılıqlı  hörmət  və  anlaşmanı  təmin  edir  və  bu, 

dialoqun  gücün  arqumenti  ilə  deyil,  arqumentin  gücü  ilə  idarə 

olunmasını təmin etmək üçün çox  əhəmiyyətlidir (164).

Sonra  çıxış  edən  Avropa  Şurası  Nazirlər  Komitəsinin 

İspaniyadan  olan  rəhbəri  Gilyermo  Koral  Van  Damm  bildirdi 

ki,  Bakıda keçirilən  konfrans  mədəniyyətlərarası  dialoqla bağlı 

ideyaların  irəli  sürülməsi  və  müzakirəsi  baxımından  mühüm 

mərhələ olacaqdır.

Avropa  Şurası  Yerli  və  regional  hakimiyyətlər  konqresinin 

nümayəndəsi 

Farid 

Muxametşin 



Azərbaycanın 

Avropa 


strukturlarında  fəal  rolunu  vurğuladı.  O,  mədəniyyətlərarası 

dialoqda  fəallığın  artırılmasının  əhəmiyyətindən  danışdı. 

Avropa  Şurası  Parlament  Assambleyasının  nümayəndəsi,  Milli 

Məclisin  deputatı  Rafael  Hüseynov  çıxışında  dedi  ki,  gələn  il 

Avropa  Şurasının  60  illiyidir.  Azərbaycan  isə  bu  təşkilatda  8 

ildir  təmsil  olunur.  “Mədəniyyətlərin  ali  məqsədi  insanları  və 

xalqları  bir-birinə  daha  da  yaxınlaşdırmaq  üçün  körpüdür”  - 

deyən Rafael Hüseynov vurğuladı  ki,  dünyanın gələcək inkişafı 

məhz bu cür dialoq üzərində qurulmalıdır.

423



ALEKSO-nun  baş  direktoru  Mongi  Busnina  rəhbərlik 

etdiyi  təşkilatda 22  dövlətin təmsil  olunduğunu dedi.  O bildirdi 

ki,  ALEKSO  da  mədəniyyətlərarası  dialoqda  mühüm  nəticələr 

əldə etmişdir.

İSESKO-nun  baş  direktoru  Əbdüləziz  bin  Osman  əl- 

Tüveycri  isə diqqəti  Şərqlə Qərb  arasında mədəni  dialoqun əldə 

olunmasına  cəlb  etdi.  Bildirdi  ki,  indi  dünyanın  vacib  möv­

zularından  olan  bu  məsələyə  İSESKO  da  öz  töhfələrini  verir. 

Əbdüləziz  bin  Osman  əl-Tüveycri  mədəniyyətlərarası  dialoqda 

xidmətlərinə  görə  Avropa  Şurasının  baş  katibi  Terri  Devisin 

İSESKO-nun  qızıl  medalına  layiq  görüldüyünü  bildirdi  və 

medalı  ona təqdim etdi.

YUNESKO-nun  Mədəniyyət  siyasəti  və  beynəlxalq  dialoq 

bölməsinin  direktoru  xanım  Katerina  Stenou  da  Azərbaycanın 

zəngin  mədəniyyətə  malik  olduğunu  bildirdi.  O  vurğuladı  ki, 

Avropa  Şurasının  üzvü  olan  ölkələrin  mədəni  dəyərləri 

dialoqun əldə olunmasında mühüm vasitədir.

Çıxış  edənlər belə bir ümumi  fikir  söylədilər ki,  Avropa və 

qonşu  regionların  mədəni  inteqrasiyasına  əsaslanan  “Bakı  pro­

sesi”  ölkələrarası  dialoqun  praktik  inkişafı,  yeni,  real  və  səmə­

rəli  fəaliyyət  mexanizminin  müəyyənləşdirilməsi,  m üxtəlif 

sivilizasiyalar  arasında  mədəniyyətlərarası  dialoqun  təşviqinə 

yönələn  tədbirlərin  həyata  keçirilməsi  sahəsində  müstəsna 

imkanlara malikdir.

Xüsusi  vurğulandı  ki,  konfransın  mövzusu,  iştirakçıların 

tərkibi,  əhatə  etdiyi  regionların  miqyasına  görə  Avropa  və 

İslam 

ölkələrinin 



tarixində 

mədəniyyətlərarası 

dialoq 

mövzusunda  ilk  beynəlxalq  tədbirdir.  Bu  tədbirin  uğurlu 



nəticələrindən  asılı  olaraq  yaranacaq  yeni  format  gələcəkdə 

beynəlxalq əhəmiyyətli tədbirlər üçün də nümunə ola bilər.

Daha  sonra  sonra  konfransda  nazirlərin  “Mədəniyyətlər- 

arası  uyğunluqlar  haqqında”  mövzusunda  “dəyirmi  masa”sı 

keçirildi.  Azərbaycanın  mədəniyyət  və  turizm  naziri  Əbülfəs 

Qarayev,  Avropa  Şurasının  beynəlxalq  mədəniyyətlərarası  əla­

424



qələndiricisi  xanım  Qabriella Batteni-Draqoni,  BMT-nin  sivili­

zasiyaların  ittifaqı  ofisinin  direktoru  M ark  Şuer  və  başqaları 

mövzu ilə bağlı  fikirlərini  açıqladılar.  Onlar beynəlxalq mədəni 

əməkdaşlığın  ən  müxtəlif  aspektlərinə  nəzər  salaraq  vurğula- 

dılar ki,  Avropada və onun qonşu regionlarında davamlı inkişa­

fın və  sülhün təmin edilməsində mədəniyyətlərarası münasibət­

lərin imkanlarının araşdırılması zərurdir (164;  165).

Fasilədən  sonra  konfransın  davamı  olaraq,  nazirlərin  işçi 

qrupunun  “Mədəniyyət  siyasəti  (proqramlar və  təşəbbüslər)  və 

mədəniyyətlərarası  dialoq:  m üxtəlif mədəniyyətlərin  idarəedil- 

məsinə  dair  yeni  konsepsiya”  mövzusunda  birinci,  “İrs  və 

mədəniyyətlərarası  dialoq  - hamımız birgə milli  irsdən dünyəvi 

irsə  doğru”  mövzusunda  ikinci  iclasları  oldu.  Çıxış  edənlər 

Bakı  konfransının  yüksək  səviyyədə  təşkil  olunduğunu 

bildirərək  söylədilər ki,  bu tədbir Avropa mədəni  proseslərində 

yeni  bir  istiqamətin  -   “Bakı  prosesi”nin  əsasını  qoyacaqdır. 

Son  on  il  ərzində  mədəniyyətlərarası  dialoq  mədəniyyət məsə­

lələrinə məsul  olan nazirlərin,  eləcə də hökumətlərin qarşısında 

prioritet  məsələ  kimi  meydana  çıxmışdır.  İndi  mədəni 

müxtəlifliyə  qarşılıqlı  hörmət  və  hüquqların  qorunması  elə  bir 

prinsipə çevrilmişdir ki,  mədəniyyətlərarası  dialoqun qurulması 

üçün  siyasətlər,  proqramlar  və  yeni  konsepsiyalar  buna 

əsaslana  bilər.  Millətlərin  bütün  dəyərlərini  göstərən  milli  irs 

xalqlar və  insanlar  arasında mədəniyyətlərarası  dialoqa,  habelə 

regionların davamlı inkişafına rəvac verən bir vasitədir.

425



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə