N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə141/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   137   138   139   140   141   142   143   144   145

Nəticə

Müstəqilliyinin  ilk  illərində  Azərbaycan  Respublikasının 

qarşısında 

yeni 


tarixi 

mərhələ: 

dövlət 

müstəqilliyinin



möhkəmləndirilməsi, 

demokratik, 

hüquqi, 

dünyəvi 


dövlət 

qurulması,  ölkənin  ərazi  bütövlüyünün  bərpa  edilməsi,  Dağlıq 

Qarabağ  probleminin  milli  maraqlara  uyğun  həlli,  əhalinin 

təhlükəsizliyinin  və  rifahının  təmin  edilməsi  kimi  taleyüklü, 

mühüm  tarixi  vəzifələr  məqsədə  çevrilmişdir.  Deyilənlər  ardıcıl, 

məqsədyönlü,  düşünülmüş  daxili  və  xarici  siyasət  kursunun 

hazırlanıb  həyata  keçirilməsini  və  bu  məqsədlə  ölkənin 

intellektual  və  sosial-iqtisadi  potensialından, 

ictimai-siyasi 

qüvvələrindən səmərəli istifadə olunmasını  zəruri  etmişdir ki,  heç 

şübhəsiz,  bu  vəzifələrin  həyata  keçirilməsi  prosesində  dövlətin 

yeni  mədəniyyət  siyasətinə  olan  ehtiyac  da  özünü  aşkar  büruzə 

verdi.  Lakin  aktual  və  maraqlı  olduğu  qədər  də  mürəkkəb  bir 

fenomen  olan  mədəniyyət  sahəsində  dövlət  siyasəti  yalnız 

nəzarətlə  məhdudlaşmırdı.  Burada  nəzarətdən  çox  mədəniyyətə 

qayğı  məsələsi  prioritet təşkil  edirdi.  Həqiqətən  də  on  yeddi  illik 

müstəqillik  dövründə  dövlətin  mədəniyyət  sahəsinə həsr olunmuş 

qanun,  qərar  və  konsepsiyaların  mövcudluğu  dediklərimizin 

sübutu  ola  bilər.  Müstəqil  inkişaf  mərhələsində  cəmiyətin 

tərəqqisi  mədəniyyət  fəaliyyətinin  bütün  sahələrində,  yaradıcılıq 

axtarışlannda  və  eksperimentə  meyllərdə  özünü  daha  bariz 

şəkildə  göstərdi.  Bu,  mədəniyyət  tarixinə  münasibətdə,  milli- 

mənəvi  irsi  mənimsəmək  səyində,  insanların  fasiləsiz  yaradıcılıq 

prosesində  iştirakında  özünü  göstərir.  Müstəqillik  illərində 

Azərbaycanda  dövlətin  mədəniyyət  siyasətində  mənəvi  dəyərlərə 

yüksək qiymət verilmiş,  ona qayğı  zərurəti  ön plana çıxarılmışdır. 

Məhz  belə  bir  mədəniyyət  siyasəti  nəticəsində  Azərbaycan 

cəmiyyəti  mədəni  inkişaf vəzifələrinə  uyğun  gələn  mədəniyyətin 

varislik  prinsipini  həm  ümumsosial  səviyyədə,  həm  də  şəxsi 

səviyyədə  göstərərək  mədəniyyəti  mənimsəmə  prosesində  fərdin 

dünyanı  dərketməsinin,  onun  dərinliyi  və  zənginliyi  ilə  əks 

etdirməsinin,  onun  daha  vacib  hesab  etdiyi  mədəni  sərvətər

426



kompleksinin  mənimsənilməsinə  ardıcıl,  məqsədyönlü  və  tam 

münasibət göstərir.

Artıq  bu  gün  müasir  insanın  mədəni  irsə  münasibətinin 

təkmilləşdirilməsi  mədəni  sərvətlərin həm  şüurlu  surətdə,  həm  də 

kortəbii  mənimsənilməsinin  mahiyyət  və  xüsusiyyətlərinin  dərk 

edilməsilə  bağlıdır.  Kortəbii  mədəni  varislik  bir  sıra  neqativ 

nəticələrə  səbəb  olur.  Bu  baxımdan  o,  keçmişdə  çoxcəhətli 

əlaqələrin  pozulmasına,  bəzən  isə  bir  sıra  mədəni  hadisələr 

haqqında  biliyin  tam  itməsinə  şərait  yaradır.  Digər  tərəfdən 

keçimşin  mənəvi  potensialı  ilə  kortəbii,  özbaşına  ünsiyyət 

insanlarda  mədəni  irsə  münasibətdə  fetişizm  ruhu  yaradır. 

Deməli,  mədəniyyətin  bu  və  ya  digər  hadisəsinin  həqiqi  dəyə­

rindən asılı olmayaraq, o sitayiş və şöhrətpərəstlik əşyasına dönür.

Mədəni  sərvətləri  qorumaq,  onu  bərpa  etmək  sahəsində 

mütərəqqi  qüvvələrin  birgə  fəaliyyəti,  beynəlxalq  mədəni 

mübadilə onu göstərir ki, mədəni varislik insanların tarixi və etnik 

məhdudluqdan  tədricən  azad  olmasına  imkan  verir.  Dövlət 

siyasətində  mədəni  və  mənəvi  dəyərlərin  kulturoloji  mahiyyəti, 

mədəniyyətlərarası  kommunikasiyalar  və  mədəni  ünsiyyət  ön 

planda  durur,  siyasi  mədəniyyət  inkişaf  etdirilir.  Azərbaycanın 

dövlət  konsepsiyasında  mədəni  və  mənəvi  irsin  qorunması  zəruri 

məsələ  kimi  qoyulur  və  həll  edilir.  Burada  önəmli  olan 

vətənpərvərlik  bir  tərəfdən  müəyyən  tarixi-mədəni  mühitdə 

doğma  torpağa,  sənətə  və  sənətkarlara,  dilə,  ənənələrə  münasi­

bətdir,  digər tərəfdən isə o,  estetik-siyasi məzmuna malikdir.

Azərbaycanın mədəniyyət  siyasətində mədəni  və  mənəvi  irsin 

qorunması  vətənpərvərlik  sayılır.  Elə  buna  görə  də  estetik  şüur 

insanın  və  vətənin  vəhdətini,  onun  gözəlliyini  çoxdan  təsbit 

edərək, onu vətənpərvərlik tələbində ifadə etmişdir.  Bu mürəkkəb, 

zəngin,  tarixən  dəyişkən  sosial-estetik  və  əxlaqi-psixoloji  haldır. 

Özünün  obyektiv  sosial  məzmununa  görə  vətənpərvərlik  praktik 

olaraq,  müəyyən  vətənlər  çərçivəsində  insanların  ünsiyyətinə, 

yekdilliyinə,  birliyinə  kömək  etməlidir.  Öz  fərdi-psixoloji 

mexanizminə görə o,  dərin intim törəmədir, vətənin, mədəniyyətin 

taleyinə  insanın  şərik  olması,  onun  vətənlə  birləşməsi  hissi  və 

duyğusudur.  Bu,  daha  aydın  sübut  edir  ki,  bir  tərəfdən  fərdlər

427



konkret  tarixi  sosial-mədəni  mühiti  mənimsəyir,  onunla  qovuşur, 

digər  tərəfdən  bu  mühitin  özü  konkret  fərdlərin  ünsiyyətinin 

nəticəsidir.

İstiqlaliyyətimizin  yenidən  bərpasından  sonrakı  dövrdə  belə 

bir  gerçəklik  bir  daha  təsdiqləndi  ki,  milli  mədəniyyət,  həm 

özünəməxsus  ünsürləri,  xüsusiyyəti  mühafizə  etmək  və  həm  də 

müəyyən  bir  dinamizm  içində  dəyişmək  surətilə  varlığını  qoruya 

bilir.  Güclü  bir  mədəniyyətin  həqiqi  keyfiyyəti  əsl  xüsusiyyətini 

qətiyyətlə  qoruyaraq  dəyişə  bilməsidir;  milli  xüsusiyyətidən 

böyük güzəştlərə getmədən yeni  şərtlərə uyğunlaşma qabiliyyətini 

göstərə  bilməsidir. 

Mədəniyyətim 

dinamik 

mahiyyəti 

və 

keyfiyyəti  bu  şəkildə  anlaşılmalıdır.  Belə  olduqda  milli 



mədəniyyət 

siyasətinin 

dəyişən 

şərtlərə 

uyğunlaşmaq 

məcburiyyəti 

daimi 

olacaqdır. 



Əsas 

xüsusiyyətini 

və 

Azərbaycanın  milli  hədəflərilə  olan  bağlılığını  mühafizə  edə 



bilməsi  üçün  isə  (bir  demokratiyada  zəruri  olan  iqtidar 

dəyişmələrindən  mütəəssir  olmayacaq  formada)  müntəzəm  bir 

tətbiqat  şansına  sahib  olması  zəruridir.  Keçən  illərdə  iqtidarların, 

mədəniyyətin  müxtəlif ünsürləri  etibarilə  tətbiq  etdikləri  dəyişik 

siyasətlər  Azərbaycana  sadəcə  zaman  itkisi  bahasına  başa 

gəlməmiş,  eləcə  də  gənclərin  (milli  varlığımız  baxımından  milli, 

dini,  ruhi-mənəvi  və  mədəni  dəyərlərə  səmimiyyət  və  sədaqətlə 

bağlı  olan  vətəndaş  olaraq  yetişdirmələrinin  həyati  zərurətə 

çevrildiyi  dövrlərdə)  milli  xarakterimiz  baxımından  tərəddüdlər 

içinə  düşmələrinə  səbəb  olmuşdur.  Bu  mənada,  keçid  dövrünün 

böhranlı  vəziyyətlərinə  yenidən  sürüklənməmək  üçün,  milli 

hədəflər  baxımından  aparılacaq  milli  mədəniyyət  siyasətinin 

siyasi 

iqtidar 


dəyişikliklərindən 

təsirlənməyəcək 

formada 

müntəzəm  olaraq  varlığını  mühafizə  etməsi  və  həyata  keçirilmə 

qabiliyyətini qoruması şərtdir.

Mədəniyyət siyasətinin mühüm ideoloji vəzifəsi -  Azərbaycan 

dövlətinin 

mütərəqqi 

inkişafı 

və 


onun 

gələcəyinin 

proqnozlaşdırılması üçün yeni imkanların yaradılması ilə bağlıdır. 

Bu  vəzifələrin  elmi  cəhətdən  əsaslı  şəkildə  həyata  keçirilməsi 

üçün  yeni  mədəniyyət  siyasəti  kulturoloji  elmlər  əsasında 

formalaşdınlılmalıdır.  Bunları  nəzərə  alaraq,  milli  maraqlanmıza

428



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə