N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə143/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   137   138   139   140   141   142   143   144   145

məqsədlə  səfərbər  edilməli,  milli  varlığımızın  təməli  olan  milli 

mədəniyyətimiz 

ölkə 

daxilində 



bütün 

vətəndaşlarımıza 

mənimsədilməlidir.

4.  Dünya  millətləri  arasında  müstəsna  bir  dəyəri  olan  milli 

mədəniyyətimizin  ölkə  daxilində  və  xaricdə  tanıdılmasına 

əhəmiyyət  verilməsi  zəruri  olan  bir  xüsusdur. 

Təbliğat 

fəaliyyətləri  ilə  məşğul  olan təşkilatların  zəruri  modern  vasitələrə 

və  kamil  insan  potensialına  sahib  olması  təmin  edilməli,  ölkə 

daxilində 

və 

xaricdə 


təbliğati 

fəaliyyətlər  konfranslarla, 

konqreslərlə, simpoziumlarla və s. həyata keçirilməlidir.

5.  Əmanət  aldığımız  ən  zəngin  miras  olan  milli  mədəniy­

yətimizi  gələcək  nəsillərə  daha  da  zənginləşdirilmiş  şəkildə 

ötürmək  zərurəti,  inkişaf  fəaliyyətlərinə  də  diqqət  yetirilməsini 

zəruri  etməkdədir.  Bu  məqsədlə  yaradıcı,  qurucu  mahiyyətdəki 

ictimai və fərdi  səylər təşviq edilməli, yeni  əsərlər ortaya qoyacaq 

qabiliyyətlərin  kəşf  edilməsi,  yönəldilməsi,  dəyərləndirilməsi 

üçün lazımi bütün tədbirlər görülməlidir.

6.  Mədəni  xidmətlərin  təşkilatçılıq  mövzusu  prioritet 

vəzifələrdəndir.  Müəssisələrdə  təşkilati  işlərə  önəm  verilməli, 

mədəni  xidmət  göstərəcək  təşkilatlar  arasında  əməkdaşlığın 

yaradılmasına diqqət yetirilməlidir.

7.  Mədəni  xidmətlərlə  yanaşı,  mədəni  fəaliyyətləri  də  ləya­

qətlə  həyata keçirə  biləcək  insan  potensialı  özünü hiss  etdirən  ən 

böyük  ehtiyac  olaraq  görünməkdədir.  Strateji  məqsədlər  daşıyan 

bu  məsələ,  Mədəniyyət  və  Turizm  nazirliyi  ilə  ali  təhsil 

müəssisələri  tərəfindən  ilk  növbədə  araşdırılacaq  şəkildə  plan­

laşdırılmalıdır.

8.  İctimai  həyatda  hüququn  aliliyi  prinsipini  mənimsədəcək 

fəaliyyətlərdə  olmaq  mədəni  yüksəlişin  təməl  prinsipiərindəndir. 

Bu  təməl  hüquq  və  mədəniyyət  əlaqəsini  təmin  edəcək  formada 

inkişaf etdirmək üçün lazımi səylər göstərilməlidir.

Mövzunun  araşdırılması  belə  qənaətə  gəlməyə  əsas  verir  ki, 

Azərbaycan  cəmiyyəti  iqtisadi  dəyişikliklərin  doğurduğu  misli 

görünməmiş  mutasiyalara  sürətli  keçidlə  üzləşməli  və  ona 

uyğunlaşmalıdır. 

Mədəniyyət, 

cəmiyyətin  bu  iri 

struktur 

dəyişikliklərinə  daha  yaxşı  uyğunlaşa  bilməsi  üçün  (siyasi,

432



iqtisadi  və  sosial  xarakterli  intensiv  çağırışlar  mühitində)  ona 

dəstək  verən  bəlkə  də  ən  başlıca  vasitə  ola  bilər.  Mədəniyyət 

siyasəti  (çevik  və  istifadəçiyə  yönəlik  olduğu  halda)  cəmiyyətdə 

sabit həmrəyliyin yaradılması və  qorunub  saxlanılması  üçün ciddi 

alət  rolunu  oynaya  bilər.  Mədəniyyət  həyat  keyfiyyətinə, 

icmaların  təşəkkül  tapmasına,  vətəndaş  cəmiyyətinin  inkişafına 

xidmət etməklə yanaşı, tədricən bəşəriyyətin müsbət artım mənbə­

yinə  çevrilir.  Son  onilliklərdə hökumətlər üçün,  qanunvericilikləri 

mədəni  mühitin  və  irsin  qorunması  relsinə  çıxarmaq,  maliyyə 

institutları  və  yaxud  infrastrukturlan  təsis  etmək  tendensiyası 

xarakterik  olmuşdur.  İşgüzar  adamlar  tərəfindən  mədəniyyətə 

iqtisadi  təsir  göstərilməsinə  və  incəsənətə  sponsorluq  edilməsinə, 

dövlət  maliyyələşdirməsinin  kifayət  qədər  olmamasına  əsaslanan 

vacib bir aspektdə baxılmalıdır.

Son illərdə bu problemlərə çox sayda tədqiqatlar həsr olunmuş 

və 


mədəniyyət 

siyasəti, 

həmçinin 

siyasət 


formasının 

müəyyənləşdirilməsinə  dair  beynəlxalq  konfransların  mövzusuna 

çevrilmişdir.  Nəticələrdən  biri  kimi,  mədəniyyət  və  incəsənətin 

bugünkü  biznesə  aid  olmasının  səbəblərini  təsvir  edən  bir 

“matrisa”  tipi  işlənib  hazırlanmışdır.  Bu  mənada  aşağıdakı 

arqumentlərdən danışmaq olar:  inkişaf arqumenti, möhkəm birliyə 

malik  cəmiyyət  arqumenti,  marketinq  arqumenti,  iqtisadiyyatı 

bilmə  arqumenti.  Burada  milli-mədəni  irs  və  mənəvi  dəyərlər 

həmişə prioritet sahədir.

433



Ədəbiyyat

Azərbaycan dilində

1. 


Abbasov A.  Atatürkün maarif, mədəniyyət və incəsənətə dair fikirləri. // 

Bilgi dərgisi, təhsil, mədəniyyət, incəsənət seriyası, 2000, № 2, s.6-10.

2. 

Abbasov  N.  Mədəniyyət  siyasəti  və  mənəvi  dəyərlərin  kulturoloji 



mahiyyəti. “Mədəniyyət dünyası”, XIII buraxılış, Bakı: 2006, s.97-104.

3. 


Abbasov N.  Mədəniyyətlərarası kommunikasiyalar və  mədəni  ünsiyyət. 

“Mədəniyyət dünyası”, XIVburaxılış, Bakı: 2006, s. 137-143.

4. 

Abbasov N.  Türk dünyasının mədəni  inteqrasiyası  məsələləri  haqqında. 



“Mədəniyyət dünyası”, IV buraxılış, Bakı: 2002, s. 146-148.

5. 


Abbasov N.  Estetik mədəniyyət cəmiyyətin  ümumi  mədəniyyətinin  bir 

hissəsi kimi. ‘Mədəniyyət dünyası” VIII buraxılış, Bakı: 2004, s. 107-109.

6. 

Ağayev  R.,  Abbasov  N.  Azərbaycan  Türkiyə  əlaqələri.  Mədəni-maarif 



jurnalı 2001-ci il № 3/4, s.54.

7. 


Axundova  N.  Azərbaycanda  mədəniyyət  siyasəti.  Reallıqlar  və 

perspektivlər. 

“Azərbaycanda 

yeni 


mədəniyyət 

siyasətinin 

formalaşdmlmasma  yardım”  layihəsi  üzrə  açıq  cəmiyyət  İnstitutut- 

Budapeşt Soros Fondunun himayəsi ilə keçirilmiş Beynəlxalq konfransın 

və  sosioloji  tədqiqatın  sənəd  və  materiallarının məcmuəsi.  Bakı:  27-29 

iyun, 2001-ci il. s.59.

8. 

Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı: Elm, 2004,264 s.



9. 

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: 2003,48 s.

10. 

Azərbaycanda  “2006-2016-cı  illər  üçün  mədəniyyət  sahəsində  Dövlət 



İnkişaf Konsepsiyası”. “Mədəni-maarif’, 2006, №11, s.5-6.

11. 


Azərbaycan Respublikası (1991-2001). Bakı:  Yeni nəşrlər evi, 2001, 360 

s.

12. 



Azərbaycanda  Atatürk  Mərkəzinin  yaradılması  haqqında  Azərbaycan 

Respublikasının  Prezidenti  Heydər  Əliyevin  sərəncamı.  “Azərbaycan” 

qəzeti,  10 mart 2001 -ci il.

13. 


Azərbaycanda Atatürk Mərkəzinin rəsmi açılış mərasimində Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyevin nitqi. Bülleten (Azərbaycanda 

Atatürk Mərkəzinin rüblük nəşri), AzAtaM, Bakı, 2004, № 2 (10), s. 6-8.

14. 


Azərbaycan  XXI  əsrin  və  üçüncü  minilliyin  ayrıcında.  Azərbaycan 

Respublikası  Prezidenti  Heydər  Əliyevin  yeni  əsr  və  üçüncü  minillik 

münasibətilə  Azərbaycan  xalqına  müraciəti.  Bakı,  İqtisad  Universiteti 

nəşriyyatı, 2001, 90 s.

15. 

Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı.  “Ədəbiyyat qəzeti”,  13 



avqust 2001-ci il.

434



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə