N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə139/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

inkişafı  şərtləndirən  təkcə  siyasi,  yaxud  da  iqtisadi  islahatlar 

deyildir.  Eyni  zamanda,  bayaq qeyd  etdiyim  kimi,  Azərbaycan­

da  hökm  sürən  çox  gözəl  ictimai-siyasi  ab-hava,  burada  yaşa­

yan  bütün  millətlərin  hüquqlarının  qorunması  və  hər  bir  insa­

nın,  hər bir millətin  nümayəndəsinin  Azərbaycanda rahat yaşa­

masıdır.


Bizim  ölkəmizin  çox  zəngin  və  böyük  tarixi  vardır. 

M inilliklər  bundan  əvvəl  Azərbaycanda  insanlar  yaşayıb 

yaratmışlar.  Bunu  əks  etdirən  tarixi  abidələr  Azərbaycan 

dövləti  tərəfindən  lazımınca  qorunur.  Biz  öz  mədəni  və  tarixi 

irsimizə  çox  bağlıyıq.  Mədəni  irsimizin  qorunması  üçün  çox 

böyük 


işlər 

görürük. 

Azərbaycan 

xalqı 


əsrlər 

boyu 


müstəqillikdən  məhrum  idi.  Biz  yalnız  qısa bir müddət  ərzində 

öz  taleyimizi 

özümüz  müəyyən 

edirdik. 

Ancaq  buna 

baxmayaraq,  bizim  tariximiz,  mədəniyyətimiz,  ədəbiyyatımız, 

ana  dilimiz  -   bu  amillər  azərbaycanlıları  bir  millət  kimi 

assimilyasiyadan  qorudu  və  bu  gün  müstəqil  ölkəmizdə 

Azərbaycan xalqı  öz taleyinin sahibidir.

1991-ci  ildə  Azərbaycan  dövlət  müstəqilliyini  bərpa 

etdikdə  ölkədə  vəziyyət  həddindən  artıq  ağır  idi.  Həm  siyasi 

böhran,  həm  iqtisadi  böhran,  həm  də  Ermənistanın  Azərbay­

cana  qarşı  təcavüzü  və  bunun  nəticəsində  torpaqlarımızın  bir 

hissəsinin  işğal  altına  düşməsi  -   bütün  bu  amillər  Azərbay­

canda  vəziyyətin  nə  qədər  ağır  və  çətin  olduğunu  göstərir. 

Ancaq  buna  baxmayaraq,  biz  öz  səylərimizlə,  işimizlə, 

Azərbaycan  xalqının  iradəsi  ilə  bu  çətin  və  ağır  sınaqlardan 

şərəflə  çıxdıq.  Bu  gün  Azərbaycan,  demək  olar  ki,  tam  şəkildə 

öz  müstəqilliyini  təmin  edibdir.  Azərbaycan  müstəqil  siyasət 

aparır.  Biz  həm  iqtisadi,  həm  də  siyasi  sahədə  çox  böyük  və 

əhəmiyyətli nailiyyətlərə nail  olmuşuq.

Azərbaycan  xalqı 

rahat  yaşayır,  təhlükəsizlik, 

sülh 


şəraitində  yaşayır. 

Azərbaycanda  vətəndaş  cəmiyyətinin 

formalaşması  və  möhkəmlənməsi  istiqamətində  çox  önəmli 

addımlar  atılmışdır.  Ölkəmizdə  əsas  inkişaf  istiqamətləri  ilə

420



əlaqədar  cəmiyyətdə  fikir  ayrılığı  yoxdur,  əksinə,  bizim 

cəmiyyətimiz 

ümumxalq 

amalları 

ətrafında 

birləşibdir: 

azərbaycançılıq  fəlsəfəsi,  müasirlik,  öz  tarixi  köklərimizə, 

ənənələrimizə  bağlılıq.  Eyni  zamanda,  Azərbaycan  dünyəvi 

dövlətdir.  Azərbaycanda  bütün  dinlərin  nümayəndələrinə  çox 

böyük  hörmət  vardır.  Yəni  bizim  ölkəmizi  bu  gün  ictimai- 

siyasi baxımdan  şərtləndirən amillər bunlardır.

Azərbaycanda  dini  və  milli  tolerantlığın,  dözümlülüyün 

yüksək  səviyyədə  olması  və  bütün  xalqların  rahat,  mehriban 

şəkildə  yaşaması,  əlbəttə  ki,  bizi  daha  da  gücləndirir.  Bax,  bu 

amillər  hər  bir  ölkənin  inkişafı  üçün  çox  vacibdir.  Mən  çox 

istəyirəm  ki,  bizim  ölkədə  bu  vaxta  qədər  əldə  olunan 

nailiyyətlər  bundan  sonra  da  uğurla  davam  etdirilsin.  Bunu 

etmək  üçün,  əlbəttə  ki,  bölgədə  sülh  tam  şəkildə  bərqərar 

olunmalıdır...

Əziz  dostlar!  Mən  sizi  bir  daha  bu  konfransın  keçirilməsi 

münasibətilə  ürəkdən  təbrik  etmək  istəyirəm.  Bir  daha  demək 

istəyirəm  ki,  biz  bu  konfransın  keçirilməsinə  Azərbaycanda 

çox böyük əhəmiyyət veririk.  Əminəm ki,  konfransın çox gözəl 

nəticələri  olacaq  və  bu  nəticələr  hesabına  mədəniyyətiərarası 

dialoqun möhkəmlənməsi prosesi daha da güclənəcəkdir.

Mən  çox  istərdim  ki,  bu  gün  başlanan  “Bakı  prosesi” 

uzunmüddətli  olsun.  Çox  istərdim  ki,  bu  konfransın  keçirilmə­

sindən  sonra  konkret  mexanizmlər işlənilsin,  konkret  fəaliyyət 

planı  hazırlansın.  Belə tədbirlərin keçirilməsi  həm Bakıda,  həm 

də  digər  şəhərlərdə  ənənəyə  çevrilsin,  ümid  edirəm  ki,  sizin 

müzakirələriniz 

çox  uğurlu 

olacaq 

və 


biz 

qarşımıza 

qoyduğumuz  məqsədə  çatacağıq.  Sizin  hamınızı  bir  daha 

ürəkdən salamlayır, konfransın işinə uğurlar arzulayıram!  (165)

Sonra Avropa  Şurasının baş katibi  Terri  Devisə  söz verildi. 

O  bildirdi  ki,  Bakı,  Azərbaycan  qeyri-adi  bir  məkandır.  Bura 

tarix  boyu  m üxtəlif mədəniyyətlərin  qovuşma  nöqtəsi,  Şərq və 

Qərb,  Şimal və Cənub arasında təbii bir körpü olubdur.  Bu,  çox 

xüsusi  tədbirdir,  çünki  bu  ilin  may  ayında  Avropa  Şurası

421



özünün 

mədəniyyətlərarası 

dialoqa 

dair  “Ağ 

kitabı”nı 

yaradıbdır.  Bu,  əsas qanunlar sənədinin hazırlanmasından  sonra 

nazirlər  səviyyəsində  ilk  konfransdır və  biz  bunun  necə  həyata 

keçirilməsini  düşünməliyik.  Dialoqdan  dialoq  haqqında  və 

dialoqa.  Bu  səbəbdən  mən  Azərbaycan  Prezidenti  cənab  İlham 

Əliyev,  Avropa  Şurası  Nazirlər  Komitəsinin  İspaniyadan  olan 

rəhbəri,  habelə  YUNESKO,  ALEKSO  və  İSESKO-dan  olan 

hörmətli  həmkarlarında  birgə  burada  olmağımdan  çox  məm­

nunam.  Deməliyəm  ki,  mədəniyyətlərarası  dialoq  İspaniyanın 

sədrlik  etdiyi  Nazirlər  Komitəsinin  prioritet  məsələlərindən 

biridir.  Təsadüfi  deyil  ki,  Bakıdakı  konfrans  bir həftədən  də  az 

bir  müddət  öncə  İspaniyanın  Avropa  Şurasına  sədrliyə 

başlamasından  sonra  keçirilən  ilk tədbirdir.  Biz burada təcrübə 

mübadiləsi  aparmaq  və  birgə  irəliləyişə  nail  olmaq  üçün  bir 

araya  gəlmişik.  Biz  hamımız  çoxmillətli  cəmiyyətlərdə  bu  və 

ya digər yolla,  mədəniyyətin müxtəlifliyinə daha da meyilliyik. 

Bir  çox  hallarda  təbii  müxtəliflik  ətraf  mühit  üçün  nə  qədər 

vacibdirsə,  mədəniyyət  müxtəlifliyi  də  bəşəriyyət  üçün  bir  o 

qədər  vacibdir.  Lakin  biz  hələ  də  bəzi  hallarda  milli,  etnik, 

linqvistik stereotiplər haqqında düşünürük.

Davamlı 

mədəniyyətlərarası 

dialoq 

cəmiyyətlərimizin 



içərisində  ehtiyac  duyduğumuz  bir  sosial  möhürdür.  Bu 

dözümsüzlüyə,  parçalanmaya  və  zorakılığa  qarşı  bir  müalicə 

vasitəsidir.  Dialoq  təkcə  ideologiya  deyil,  həmçinin  müəyyən 

siyasi  kontekstlərdən  irəli  gələn  süni  yanaşmalar  üçün  bir 

reseptdir.  Lakin  biz  müxtəlifliyin  dəyərləndirildiyinə  və 

m üxtəlif  fərdlərin  bir-biri  ilə  ümumi  ünsiyyət  qurduğuna  və 

insanların  dialoq  aparmaq  üçün  imkanlarının  olduğuna  əmin 

olsaq,  onda  hamımız,  gələcək  nəsillər  üçün  qarşılıqlı  hörmət, 

ədalət və  təhlükəsizlik  şəraitində  daha yaxşı  dünyada  yaşamaq 

imkanı  olar.  Mədəniyyət bu istiqamətdə bir yardımçıdır.

Mədəniyyət  hissiyyatımızı,  bir-birimizi  görmək,  görüşmək 

və  anlamaq  qabiliyyətimizi  qidalandırır  və  bu  işdə  ürəyimiz, 

idrakımız və bədənimiz əlaqəlidir.  Bu  səbəbdən,  yaxşı  qanunlar

422



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə