N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə138/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   134   135   136   137   138   139   140   141   ...   145

daxilində,  həm  də  beynəlxalq  aləmdə  dialoqun  səmərəli 

inkişafına böyük töhfələr vermişdir.

Avropa  Şurasının  üzvü  olan,  habelə  müşahidəçi  ölkələrin, 

Avropa  Mədəniyyət  Konvensiyasını  imzalamış  dövlətlərin, 

Avropanın  qonşu  regionlarını  təmsil  edən  ölkələrin,  Avropa 

Komissiyasının  və  YUNESKO-nun,  İSESKO-nun, 

Ərəb 

Dövlətləri  Liqası  ölkələrinin  Elm,  Mədəniyyət  və  Təhsil 



Təşkilatının  (ALEKSO)  yüksək  vəzifəli  rəsmilərinin,  müxtəlif 

fondların  və  qeyri-hökumət  təşkilatlarının  təmsilçilərinin, 

ümumən 

250-dən 


çox 

nümayəndənin 

iştirak 

etdikləri 

konfransın  ikinci  iş  günündə  Azərbaycanın  birinci  xanımı, 

Heydər  Əliyev  Fondunun  prezidenti,  YTJNESKO-nun  və 

İSESKO-nun 

xoşməramlı 

səfiri 

Mehriban 



Əliyevanın 

iştirakçılara  müraciəti  çatdırıldı.  Müraciətdə  vurğulanır  ki, 

Şərqlə 

Qərbin 


qovuşuğunda 

yerləşən 

bir 

ölkə 


kimi 

çoxmədəniyyətli  Azərbaycan  mədəniyyətlərarası 

dialoqun 

inkişafına daim  öz töhfəsini  vermişdir.  Fondun  prezidenti  əmin 

olduğunu 

bildirir 

ki, 

ölkəmizdə 



keçirilən 

konfrans 

mədəniyyətlərarası  dialoqun  təşviq  olunmasında  yeni  bir 

mərhələnin  başlanmasına,  habelə  Avropa  və  onun  qonşu 

regionlarını  təmsil  edən  dövlətlərin  bu  əməkdaşlıq  prosesinə 

yaxından  cəlb  edilməsinə  səbəb  olacaqdır.  Bu  proses  dialoq 

sahəsində  daha  çox  praktik  fəaliyyətləri  özündə  əks  etdirəcək, 

həm  dövlətlər,  həm  də  beynəlxalq  təşkilatlar  arasında  daha 

konstruktiv əməkdaşlığın yaranmasına gətirib çıxaracaqdır.

Konfransda  tədbirin  birinci  gününün  yekunları  müzakirə 

olunmuşdur. 

Sonra  Avropa  Şurasının  təmsilçisi  xanım 

Qabriella  Battaini-Draqoni  konfransın  yekunu  kimi  qəbul 

edilməsi  nəzərdə  tutulan  Bakı  bəyannaməsi  haqqında  məlumat 

vermişdir (164).

Mədəniyyətlərarası  dialoqa  dair  yekdilliklə  qəbul  edilmiş 

Bakı  bəyannaməsi  ilk  sənəddir  ki,  konkret  mövzuya  həsr 

olunur  və  gələcəkdə  belə  tədbirlərdə  ona  istinad  ediləcəyi 

gözlənilir.  Sənəd  nəzəri  cəhətdən  Avropa  Şurasının  əvvəlki

417



təcrübələrinə  əsaslansa  da,  ilk  dəfə  olaraq  burada  Avropa  və 

ona  qonşu  regionlar  arasında  dialoqun  praktik  vasitələrlə 

həyata  keçirilməsi  nəzərdə tutulmuş,  bu  əməkdaşlıq  prosesinin 

əsasının B a b d a  qoyulması xüsusi vurğulanmışdır.

Bakı  konfransının  iştirakçıları  mədəniyyət  müxtəlifliyinin 

bəşəriyyətin 

ümumi 

irsi 


olduğunu 

bəyan 


edərək, 

mədəniyyətlərarası  dialoqun  davamlılığına  tərəfdar  çıxırlar. 

Bəyannamədə bildirilir ki, B a b  konfransı  Avropa və ona qonşu 

regionlar  arasında  mədəni  əməkdaşlığın  gücləndirilməsinə 

imkan verəcəkdir.

Tədbirin  yüksək  səviyyədə  təşkilinə  görə  Azərbaycan 

hökumətinə  minnətdarlığını  bildirən  Avropa  Şurası  Nazirlər 

Komitəsinin  İspaniyadan  olan  rəhbəri  Gilyermo  Koral  Van 

Damm  demişdir ki,  B a b   konfransı  mədəniyyətlərarası  dialoqla 

bağlı  ideyaların  irəli  sürülməsi  və  müzakirəsi  baxımından  mü­

hüm  mərhələ  olacaqdır.  Bəyannamənin  ən  mühüm  cəhətlərin­

dən biri  odur ki,  sənəddə mədəniyyətlərarası  dialoqun genişlən­

dirilməsi  üçün  əlaqələrin  əhəmiyyəti  xüsusi  vurğulanmışdır. 

Sənəddə  mədəni 

irsin 

qorunmasına  da  xüsusi 



diqqət 

yetirilmişdir.

Konfransın  açılış  mərasimində  çıxış  edən  Prezident  İlham 

Əliyev  demişdir  ki,  biz  bu  gün  m üxtəlif  ölkələrdən  olan 

mədəniyyət  nazirlərinin  konfransını  keçirməklə  bir  daha  onu 

göstəririk b ,   son  illər ərzində Azərbaycan  dini  tolerantlıq,  milli 

və  etnik  tolerantlıq  məsələlərində  çox  böyük  uğurlara  nail 

olmuşdur.  Əslində,  bizim  ölkəmizdə  bütün  insanlar  m üxtəlif 

dövrlərdə,  ictimai-siyasi  quruluşundan  asılı  olmayaraq,  həmişə 

bir  ailə  b m i  yaşamışlar.  Burada  bütün  dinlərin  nümayəndələri 

həmişə  dostluq,  qardaşlıq  şəraitində  yaşamışlar.  Bir  daha  qeyd 

etmək  istəyirəm  ki,  bu,  bizim  ölkəmizə  xas  olan  çox  mühüm 

bir amildir.  Azərbaycan öz dövlət müstəqilliyini  bərpa etdikdən 

sonra,  əlbəttə,  millətlərarası  münasibətlərə,  milli  və  dini 

tolerantlığın 

möhkəmlənməsi 

işinə 

çox 


böyük 

diqqət 


verilmişdir.  Bu  gün  Azərbaycan  sözün  əsl  mənasında  dostluq,

418



qardaşlıq 

məkanıdır. 

Burada 

bütün 


xalqlar, 

dinlərin 

nümayəndələri  bir  ailə  kimi  yaşayırlar.  Mən  əminəm  ki, 

Azərbaycanın bu istiqamətdə əldə etdiyi təcrübə çox önəmlidir.

M ən  çox  şadam  ki,  bu  konfransda  dünyanın  müxtəlif 

ölkələrindən  gələn  nümayəndələr  iştirak  edirlər.  Bildiyiniz 

kimi,  konfrans  Avropa  Şurası  ilə  Azərbaycan  tərəfindən  təşkil 

olunmuşdur.  Onu  da  qeyd  etmək  istəyirəm  ki,  Azərbaycan 

səkkiz  ilə yaxındır Avropa  Şurasının üzvüdür.  Bu  dövr ərzində 

ölkəmizdə  gedən  siyasi  və  iqtisadi  islahatlar,  Avropa  Şurası 

qarşısında 

götürdüyü 

öhdəliklərin 

yerinə 


yetirilməsi 

nəticəsində  Azərbaycan  demokratik  inkişaf  baxımından  çox 

sürətlə  irəli  getmişdir.  Ölkədə  aparılan  siyasi  və  iqtisadi 

islahatlar,  qanunun  aliliyinin bərqərar olunması,  Azərbaycanda 

mütərəqqi  təcrübənin  tətbiq  edilməsi  -   bütün  bunlar  son  illər 

ərzində  baş  vermiş  mühüm  hadisələrdir.  Biz  Avropa  Şurası  ilə 

Azərbaycan  arasında  mövcud  olan  əməkdaşlıqdan  çox  razıyıq. 

Əminəm  ki,  bu  əməkdaşlıq gələcəkdə uğurla davam  etdiriləcək 

və bizə əlavə imkanlar yaradacaqdır.

Eyni  zamanda,  bizim  qonaqlarımızın  arasında  İslam 

Konfransı  Təşkilatının üzvləri  vardır.  Biz buna da çox sevinirik 

və  çox  şadıq  ki,  bu  gün  Şərqlə  Qərbin  kəsişdiyi  yerdə,  Bakıda 

m üxtəlif  ölkələrdən  m üxtəlif  dinlərin  nümayəndələri  iştirak 

edirlər.  Biz  buna  çox  böyük  önəm  veririk.  Bunun  çox  böyük 

əhəmiyyəti  var.  Çünki  indiki  zamanda  bir  çox  hallarda 

sivilizasiyalararası,  mədəniyyətlərarası  dialoqdan  danışılır, 

ancaq bununla bərabər,  dünyada gedən proseslər,  əfsuslar olsun 

ki,  bəzi  hallarda  gərginliyin  artmasına  gətirib  çıxarır.  Mən  çox 

istəyirəm  ki,  bu  gün  Azərbaycanda  başlanan  Bakı  prosesi 

mədəniyyətlər  arasında  olan  dialoqun,  dostluğun,  qarşılıqlı 

anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin.

Bir  sözlə,  Azərbaycanın  həm  tarixi,  həm  coğrafi  vəziyyəti, 

həm  də m üxtəlif beynəlxalq təşkilatlarda iştirakı,  əlbəttə,  bizim 

imkanlarımızı  daha  da  genişləndirir.  Mən  əminəm  ki,  ölkəmi­

zin  uğurlu  inkişafı  bundan  sonra  da  davam  etdiriləcək  və  bu

419



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə