N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

 

 

70 



Hər üç cilddə «Ön söz» verilmiş, burada Azərbaycan dilçiliyinin dünəni, bu günü izah olun-

muş  və  sabahı  proqnozlaşdırılmışdır.  Eyni  zamanda  K.Abdullayev  və  F.Veysəllinin  yazdıqları 

dilimizə  və  dilçiliyimizə  dövlət  qayğısı  əsaslandırılmışdır.  Burada  deyilir:  «Hazırda  dilimizin 

müxtəlif aspektləri, Azərbaycan dilçiliyinin nəzəri və tətbiqi əhəmiyyət daşıyan məsələləri müasir 

tədqiqat metodlarının köməyilə az və ya çox dərəcədə işlənib hazırlanıb, fonetika və fonologiya, 

morfologiya  və  morfonologiya,  leksikoqrafiya  və  leksikologiya,  sintaqmatika,  praqmatika  və 

semantika sahələrində müəyyən tədqiqatlarımız və uğurlarımız danılmazdır. Azərbaycanda son 20 

il  ərzində  ümumdünya  dilçiliyinin  tərkib  hissələri  olan  semiotika,  transliterasiya,  terminologiya, 

neyrolinqvistika, etnolinqvistika, psixolinqvistika və uşaq dilçiliyi  kimi  yeni  elm  sahələri  forma-

laşmağa başlamışdır. İndi bizdə rusistika, germanistika, romanistika, mətn dilçiliyi, funksional dil-

çilik və koqnitiv dilçilik sahəsində yeni istiqamətlər formalaşmaqdadır, bu aspektlər üzrə ciddi elmi 

araşdırmalar aparılır (c. 3, s.6).  

Qeyd  edək  ki,  Azərbaycan  dilçiliyinin  inkişaf  konsepsiyasına  müvafiq  olaraq  aparılan 

tədqiqatlar  təkcə  şəxsi  karyera  üçün  aparılmamış,  dövlətin,  cəmiyyətin  maraq  və  ehtiraslarına 

xidmət etmişdir (akad. R.Mehdiyev).  

Bu gün yüksək səviyyədə hazırlanmış müntəxəbat da dünya elm məkanına inteqrasiya kimi 

qiymətləndirilməlidir.  

Müntəxəbatın I  cildi  Mahmud  Kaşğaridən  Birinci Türkoloji  Qurultaya qədərki  dövrü əhatə 

edir. Bu cild vaxtı ilə Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri özündə inikas et-

dirir.  Həmin  cilddə  M.Kaşğari,  Mirzə  Kazımbəy,  Bəkir  Çobanzadə,  Ə.Cəfəroğlu  kimi  görkəmli 

türkoloqların elmi əsərlərindən müəyyən hissələr və fraqmentlər verilmişdir. I cilddə eləcə də Bi-

rinci Türkoloji Qurultayın materiallarından-məruzələrdən seçmələr və onlar barədə dilçilərimizin 

verdikləri dəyərli fikirlər, qiymət əksini tapmışdır.  

Birinci  Türkoloji  Qurultayın  tarixi  əhəmiyyəti  bəllidir.  1926-cı  ildən  sonra  orada  deyilmiş 

fikirlər,  oxunmuş  məruzələr  arxivlərin  künc-bucağında  qalmış,  məlumatsızlıq  xeyli  müddət 

davam  etmişdir.  Azərbaycan  öz  müstəqilliyini  qazanandan  sonra  F.Ağazadənin,  N.Aşmarinin, 

B.Çobanzadənin,  F.Köprülüzadənin,  L.Şerbanın,  N.Yakovlevin,  H.Zeynallının  məruzələri  əldə 

edildi  və  bu  müntəxəbatda  da  çap  həllini  tapdı.  Birinci  Türkoloji  Qurultayın  məruzələrindən 

seçmələrdə  türk  dilində  imla  qaydaları  (F.Ağazadə),  türkologiyanın  keçmişi  və  onun  hazırkı 

vəziyyəti haqqında (N.Aşmarin), türk ləhcələrinin yaxın qohumluğu haqqında, elmi terminologiya 

sistemi  haqqında  (B.Çobanzadə),  türk  xalqlarında  ədəbi  dilin  inkişafı  (F.Köprülüzadə),  doğma 

dilin tədrisi metodikasında ən yeni cərəyanlar (L.Şerba), orfoqrafiyanın əsas prinsipləri və onların 

sosial  əhəmiyyəti  (L.Şerba),  türk  millətlərinin  sosial  və  mədəni  şəraiti  ilə  əlaqədə  əlifba  sis-

teminin  qurulması proqramı (N.Yakovlev), türk  dilləri üzrə elmi terminologiya  sistemi  haqqında 

(H.Zeynallı) maraqlı tarixi məlumatlara yiyələnmək mümkündür.  

Müstəqillik illərində respublikamızda Birinci Türkoloji Qurultayın 80-illiyi təntənəli şəkildə 

keçirildi.  Dünyanın  əksər  ölkəsindən  dəvət  olunmuş  alimlər  bu  qurultayda  yaxından  iştirak  et-

dilər. Tarixi məruzələrə müxtəlif baxışlar formalaşdı. Müntəxəbatın I cildində qurultaydakı məru-

zələrə  verilmiş  dəyərləndirmələr  də  bu  baxımdan  xüsusilə  seçilir.  A.Axundovun  «Birinci 

Türkoloji Qurultay və müasir türk dünyası», T.Hacıyevin «Birinci Türkoloji Qurultayın ədəbi dil 

məsələləri»,  S.Mehdiyevanın  «Azərbaycan  dili  tarixi  Türkoloji  Qurultay  işığında»,  Əbülfəz 

Quliyevin  «80  ildə  qədim  türk  etnonimlərinin  öyrənilməsi  məsələləri»,  M.Musaoğlunun  «Tür-

koloji dilçilik Birinci Türkoloji Qurultaydan öncə və sonra», F.Veysəllinin «Birinci Türkoloji Qu-



 

 

71 



rultay  –  80  il  əvvəl,  sonra  və  əlifbamızın  həll  olunmamış  problemləri».  Bu  qiymətləndirmə  me-

yarları da sözügedən müntəxəbatda görünür və bu vəsaitin dəyərini bir daha artırır.  

Müntəxəbatın  II  cildi  Birinci  Türkoloji  Qurultaydan  XX  əsrin  60-cı  illərinə  qədərki  dövrü 

əhatə  edir.  Bu  mərhələni  N.Ağazadə,  Q.Bağırov,  C.Cəfərov,  S.Cəfərov,  M.Cahangirov, 

Ə.Dəmirçizadə, 

Ə.Əfəndizadə, 

F.Kazımov, 

A.Qarayev, 

Ə.Mahmudov, 

H.Mirzəzadə, 

R.Məhərrəmova,  Ə.Orucov,  M.Hüseynzadə,  Ə.Şükürlü,  M.Şirəliyev,  M.Tağıyev,  Z.Tağızadə, 

A.Vəliyev, F.Zeynalov kimi görkəmli dilçilər təmsil etmişlər. Həmin dilçilər haqqında da müəy-

yən biblioqrafik məlumat verilir, onların ən lazımlı əsərlərindən parçalar müntəxəbatın sözügedən 

cildində  verilmişdir.  Həmin  parçalardan  məlum  olur  ki,  N.Ağazadə  müasir  Azərbaycan  ədəbi 

dilində  şəkil  kateqoriyasını  ilk  dəfə  modallıq  kateqoriyası  ilə  müqayisədə  öyrənmiş;  Q.Bağırov 

dilimizdə  feillərin  leksik-semantik  inkişafını  xalqımızın  tarixi  inkişafı  ilə  bağlı  araşdırmış; 

C.Cəfərov  tədqiqatlarını  üç  istiqamətdə  –  metodiki,  tərcüməçilik  və  leksikoqrafik,  elmi-nəzəri 

yönlərdə  qurmuş;  S.Cəfərov  dilimizin  lüğət  tərkibini,  söz  yaradıcılığı  prosesini  hərtərəfli  araş-

dırmış;  M.Cahangirov  Azərbaycan  milli  ədəbi  dilinin  təşəkkülü,  təkamülü,  aparıcı  üslubları 

haqqında  öz  sözünü  demiş;  Ə.Dəmirçizadə  Azərbaycan  ədəbi  dilinin  tarixini  dövrləşdirmiş, 

müasir  dilimizin  fonetikası,  üslubiyyatı,  tarixi  qrammatikası  barədə  tutarlı  fikirlər  demiş; 

Ə.Əfəndizadə Azərbaycan dili orfoqrafiyasının prinsipləri, qaydaları və tədrisinin elmi əsaslarını 

müəyyənləşdirmiş, düzgün yazı təliminin əsas problemlərini tədqiq etmiş; F.Kazımov dilimizdə fone-

mi  müəyyənləşdirmək üsullarını aydınlaşdırarkən dilimizin  sait  fonemləri  üçün güclü  mövqe söz 

kökünü  hesab  etmiş,  məsələyə  saitlərin  fonematik  mənası  baxımından  yanaşmış,  ingilis  dili  ilə 

müqayisələr  aparmış;  A.Qarayev  müasir  Azərbaycan  dilində  Avropa  mənşəli  sözlərin  semantik-

statistik  təhlilini  vermiş,  həmin  sözlərin  izahlı  lüğətini  yaratmış;  Ə.Mahmudov  Azərbaycan  dilinin 

fonetik sisteminin və onunla əlaqədar olan fonetik hadisə və qanunların dəqiq və hərtərəfli təhlilini apar-

mış; H.Mirzəzadə nəsr dili, tarixi fonetika, tarixi morfologiya haqqında əsaslı təhlilər vermiş; R.Məhər-

rəmova  ədəbi  dil  tariximiz,  funksional  üslublar,  tarixi  qrammatika,  leksika  məsələlərinə  dair  çoxsaylı 

kitablar  yazmış;  Ə.Orucovun  ən  böyük  xidməti  Azərbaycan  dilinin  izahlı  lüğətinin  nəzəri 

əsaslarının  hazırlaması  və  həmin  lüğətin  dörd  cilddə  nəşr  etməsi  olmuş;  M.Hüseynzadə  Dövlət 

Mükafatına layiq görülmüş  morfologiya  yazmış;  Ə.Şükürlü qədim türk yazılı abidələrinin dilini 

tədqiq  etmiş;  dilimizə  məxsus  köməkçi  nitq  hissələrinin  fonomorfoloji  inkişaf  tarixini  nəzərdən 

keçirmiş;  M.Şirəliyev  Azərbaycan  dialektologiyasının,  Bakı  dialektinin  əsaslarını  hazırlamış; 

M.Tağıyev  rusca-azərbaycanca  frazeoloji  lüğətlərin  nəzəri  və  praktik  məsələləri  ilə  məşğul  

olmuş;    Z.Tağızadə  eksperimental  fonetika,  mürəkkəb  cümlə  məsələlərinə  aydınlıq  gətirmiş; 

A.Vəliyev  Azərbaycan  dilində  keçid  şivələrini  xüsusi  tədqiqat  obyekti  seçmiş;    F.Zeynalov  türk 

dillərində nitq hissələrini təsnif etmiş, əsas və köməkçi nitq hissələrinin müqayisəli qrammatikasını ya-

ratmışdır. Göründüyü kimi, tərtibçilər sözügedən müəlliflərin çox dəyərli və bir-birindən fərqli konsep-

siyalarını əsk etdirən mətnlərə müraciət etmişlər.  

Həcmcə  ən  böyük  cild  III  cilddir.  Müntəxəbatın  III cildi XX  əsrin 60-cı  illərindən günümüzə 

qədərki  dövrü  əhatə  edir.  Bu  mərhələni  müntəxəbatda  görkəmli  və  tanınmış  dilçilər  –  Ə.Abdullayev, 

M.Adilov,  V.Aslanov,  A.Axundov,  H.Bayramov,  Z.Budaqova,  T.Hacıyev,  Ə.Cavadov,  A.Ələkbərov, 

T.Hacıyev, M.Qasımov, M.Qarayeva, A. Qurbanov, A.Məmmədov, V.Məmmədəliyev, Y.Seyidov təmsil 

etmişlər. Müəllif-tərtibçi Ə.Abdullayevin «Azərbaycan dilində r–n nisbəti» məqaləsini, həmçinin onun 

«Müasir Azərbaycan dilində tabeli  mürəkkəb cümlələr» monoqrafiyasından «Müasir Azərbaycan 

dilində mürəkkəb cümlənin təkamül  meyilləri» adlı parçanı; M.Adilovun M.Füzulinin poetik dili 

və  üslubunu  əks  etdirən  «Semantik-üslubi  xüsusiyyətlər»  adlı  hissəni;  V.Aslanovun  Azərbaycan 



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə