N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   33   34   35   36   37   38   39   40   41

 

 

76 



27  sentyabr  tarixində  çıxışların  dəyərləndirilməsi  və  qapanış  mərasimi  keçirildi.  Qurultay 

türkoloqların  bir  araya  gəlməsi,  fikir  mübadiləsi,  dilçi-alimlər  arasında  əlaqələrin  yaranması, 

çağdaş türkologiyanın əsas problemlərinin  müzakirə olunası və müəyyənləşdirilməsi baxımından 

böyük  əhəmiyyət  kəsb  etdi.  4  dildən  bir  keçirilən  Türk  Dil  Qurultayı  türkdilli  xalqların 

nümayəndələri olan türkoloqların yaddaşlarında mühüm bir tarixi hadisə kimi iz buraxdı. 

BABA MƏHƏRRƏMLİ – 

AMEA-nın Nəsimi adına  

Dilçilik İnstitutunun aparıcı elmi işçisi,  

fil.ü.f.d.

 

 

 

Çapa təqdim edən 

Solmaz Süleymanova – 

«Türkologiya» jurnalı 

baş redaktorun müavini 

 

 

Çapa tövsiyə edən 



AMEA-nın Nəsimi adına 

Dilçilik İnstitutunun Elmi Şurası 

(4.XII.2013, protokol № 15) 

 

 



Məqalənin redaksiyaya  

daxil olma tarixi 

 

 



 

30.XI.2013 

 

 

Təkrar işlənməyə  

göndərilmə tarixi 

 

 



 

2.IV.2014 

 

 

Çapa göndərilmə tarixi 

 

 



7.IV.2014 

 

 



_________ 

 

 




 

 

77 



TÜRKOLOGİYA 

№ 1 

 

 

 

 

 

 

 

 

 

 

 

      2014 

 

 

P E R S O N A L I A  

 

 

RAMAZANOV KAMİL TAĞI OĞLU 

 

(Anadan olmasının 100-illiyi)  

 

Azərbaycan  dilçiliyi  tarixində  dialektologiyanın  xüsusi  mövqeyi 

vardır. Bu elmin tarixi Azərbaycanda Elmlər Akademiyasının yaradılma-

sı  ilə  vaxta  təsadüf  edir.  1945-ci  ildən  etibarən  mütəmadi  şəkildə  həyata 

keçirilən  dialektoloji  ekspedisiyaların  tərkibində  akad.  M.Şirəliyevlə 

çiyin-çiyinə  çalışmış  elm  fədailərindən  biri  də  Kamil  Ramazanov 

olmuşdur.  

Kamil  Tağı  oğlu  Ramazanov  1913-cü  il  oktyabrın  7-də  Bakıda 

qulluqçu  ailəsində  anadan  olmuşdur.  1929–1932-ci  illərdə  Bakı  İn-

dustrial  Pedaqoji  Texnikumunu  bitirdikdən  sonra  1931–1933-cü  il-

lərdə  Masallı  rayonunun  Xıl  kənd  yeddiillik  məktəbində  müdir  işlə-

mişdir.  1933–1940-cı  illərdə  Bakının  Voroşilov  (indiki  Səbayıl)  ra-

yonunun 132 saylı məktəbində müəllimlik etmisdir. 1938–1940-cı illərdə M.F.Axundov adına 

Azərbaycan Dövlət  Müəllimlər  İnstitutunda  oxumuşdur.  Müharibənin ən qızğın zamanında  – 

1941–1942-ci  illərdə  indiki  Səbayıl  rayonunun  134  saylı,  1942–1945-ci  illərdə  Corat  qə-

səbəsinin  108  saylı  məktəbində  müəllimlik  etmişdir.  Həmkarlarından  prof.  H.Quliyevin  yaz-

dığına görə, K.Ramazanovun M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunda 

müəllimi  olmuş  akad.  M.Ş.Şirəliyev  öz  tələbəsinin  istedadını  görüb,  dialektoloji  material 

toplamaqda özünə köməkçi götürmüşdür. Sonralar 1945-ci ildə xeyirxah alimin təşəbbüsü ilə 

Kamil  Ramazanov  Azərbaycan  SSR  EA-nın  Dil  İnstitutunun  dialektologiya  şöbəsinə  kiçik 

elmi isçi vəzifəsinə qəbul olunmuşdur. 1945–1976-cı illərdə ömrünün sonuna kimi isə həmin 

institutun  türk dillərinin  müqayisəli  tədqiqi  şöbəsində baş  elmi  isçi  kimi çalışmışdır. 1956-cı 

ildə «Azərbaycan dilinin Salyan dialekti» mövzusunda namizədlik dissertasiyası, 1988-ci ildə 

isə  «Türk  dillərinin  cənub-qərb  qrupunda  qoşa  sözlərin  sıralanmasında  semantik  prinsiplər» 

adlı doktorluq dissertasiyası müdafiə etmişdir. O, «Azərbaycan dilinin Muğan qrupu şivələri», 

«Azərbaycan  dilinin  Naxçıvan  qrupu  dialekt  və  şivələri»  (1-ci  cild)  kimi  monoqrafiyaların 

həmmüəliflərindəndir.  Azərbaycan  dilçiliyində  alimin  ilk  elmi  araşdırması  1948-ci  ildə 

«Kommunist» qəzetində «Azərbaycan dilinin sərfi» (tənqid və biblioqrafiya) məqaləsi çapdan 

çıxmışdır. Pedaqoji sahədəki təcrübəsinə əsaslanaraq bir neçə dərslik barəsində də öz fikirlərini 

çap etdirmişdir. 1952-ci ildə yazdığı «Rus dilinin qrammatikası» kitabı haqqında «Azərbaycan 

müəllimi»  qəzetində,  1955-ci  ildə  «Ana  dili  dərsliyi  haqqında»  məqaləsi  ilə  «Azərbaycan 

məktəbi»  jurnalında  əsl  müəllim  və  alim  mövqeyini  sübut  etmişdir.  K.Ramazanov  etimo-

logiya sahəsində də araşdırmalar aparmışdır. Onun «Bir neçə sözün etimologiyası», «Ayalqa sö-

zünün etimologiyası», «-ava şəkilçisinin etimologiyası», «-mal şəkilçisinin etimologiyası», «Sal-




 

 

78 



yan  sözünün  etimologiyası»  və  s.  məqalələri  müxtəlif  illərdə  Azərbaycan SSR EA-nın  Xəbərlər 

məcmuəsində  çap  olunmuşdur.  Görkəmli  alimin  onomastika  sahəsində  də  tədqiqatları  vardır. 

1976–1977-ci  illərdə  onun  «Liçnıe  imena  azerbaydjansev»  və  «Opıt  semantiçeskoqo  analiza 

azerbaydjanskix liçnıx imen» kimi araşdırmaları «Onomastika Kavkaza» jurnalında və Orconi-

kidze (indiki Vladiqafqaz) şəhərində keçirilmiş Qafqaz onomastikasının aktual problemlərinə həsr 

olunmuş konfrans materiallarında çap olunmuşdur.  

K.Ramazanovun  elmi  fəaliyyətinin  hərtərəfli  olmasını  lüğətçilik  sahəsində  də  görmək 

olar. Belə ki, 1957-ci ildə çapdan çıxmış «Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri» 

(1-ci cild) kitabının lüğəti alimə məxsusdur. Bundan əlavə, həmin əsərin hələ də çap olunma-

mış  2-ci  və 3-cü cildlərində, eləcə də  «Azərbaycan dilinin dialektoloji  lüğəti»nin bəzi hərflə-

rinin müəllifidir. Alimin türkologiya sahəsində də qiymətli tədqiqatları vardır.  

K.Ramazanov  «Oğuz  qrupu  türk  dillərinin  müqayisəli  qrammatikası  (2-ci  hissə:  Mor-

fologiya)» kitabının müəlliflərindən biridir. Onun elmi yaradıcılıgında bu gün də dilçilik elmi 

üçün aktual olan mövzular istiqamətində araşdırmalar vardır. Terminologiya, orfoqrafiya, nitq 

mədəniyyəti,  leksika  məsələləri  və  s.  üzrə  neçə-neçə  məqalələri  respublikada  fəaliyyət 

göstərən nüfuzlu elmi jurnallarda çap olunmuşdur. Kamil Ramazanovun 1976–1992-ci illərdə 

elmi  yaradıcılığı  türk  dillərinin  cənub-qərb  qrupunda  qoşa  sözlərin  müxtəlif  məna  növlərinin 

tədqiqinə  həsr  olunmuşdur.  Buraya  məişət  leksikası,  qohumluq,  coğrafi,  anatomiya  terminləri 

və s. araşdırılması daxildir. Onun çap olunmamış əsərləri də çoxdur.  

Uzun və bütünlüklə elmə həsr olunmuş ömür sürmüş alim 1994-cü ildə vəfat etmişdir. 



 

QÜDSİYYƏ QƏMBƏROVA – 

AMEA-nın Nəsimi adına  

Dilçilik İnstitutunun böyük elmi isçisi,  

fil.ü.f.d.

 

 

 

Çapa təqdim edən 

Solmaz Süleymanova – 

«Türkologiya» jurnalı 

baş redaktorun müavini 

 

Çapa tövsiyə edən 

AMEA-nın Nəsimi adına 

Dilçilik İnstitutunun Elmi Şurası 

(4.XII.2013, protokol № 15) 

 

Məqalənin redaksiyaya  

daxil olma tarixi 

 

 



27.XI.2013 

Təkrar işlənməyə  

göndərilmə tarixi 

 

17.III.2014 



 

 

Çapa göndərilmə tarixi 

 

 



7.IV.2014 

 

____________ 




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə