N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54554
1   ...   33   34   35   36   37   38   39   40   41

 

 

74 



TÜRKOLOGİYA 

№ 1 

 

 

 

 

 

 

 

 

 

 

 

      2014 

 

 

 

X R O N İ K A  

 

 

VII BEYNƏLXALQ TÜRK DİLİ QURULTAYI:  

TÜRKOLOGİYADAKI GƏLƏCƏK PERSPEKTİVLƏR  

 

2012-ci  il  24–28  sentyabr  tarixlərində  Türkiyə  Respublikasının  paytaxtı  Ankara  şəhərində 

Türk  Dil  Qurumu  tərəfindən  təşkil  olunan  VII  Türk  Dil  Qurultayı  keçirildi.  VII  Türk  Dil 

Qurultayı  Türk  Dil  Qurumunun  yaradılmasının  80-illiyinə  həsr  olunmuşdu.  Qurultay  Bilkənd 

Hotel  və  Konfrans  Mərkəzində  keçirilirdi.  Bu  türkoloji  qurultayda  25  türkdilli  respublikalarla 

yanaşı:  Macarıstan,  Almaniya,  Hollandiya,  Yunanıstan,  Fransa,  Kosovo,  Serbiya,  Xorvatiya, 

Albaniya, Makedoniya, İngiltərə kimi Avropa ölkələrindən də nümayəndələr var idi.  

Qurultayı Türk Dil Qurumunun  yeni rəhbəri, prof. Müstafa Kaçalin giriş sözüylə açdı. Qu-

rultay iştirakçılarını Türkiyə Respublikası Baş Nazirinin köməkçisi Bülənd Arınç, Türkiyə Böyük 

Millət  Məclisinin  rəhbəri  Cəmil  Çiçək  salamladılar.  Sonra  prof.  Zeynəb  Qorxmaz  26  sentyabrın 

türk  dili  tarixindəki  yeri,  prof.  Həmzə  Zülfiqar  isə  alınma  terminlər  səbəbindən  türk  dilində 

yabançılaşma mövzusunda çıxış etdilər.  

İclaslar  Sakarya,  Fırat,  Yeşilırmak,  İzmir,  Meriç,  Kızılırmak,  Göksu  salonları  üzrə  aparı-

lırdı. Hər gün 7 salon üzrə 6 iclas keçirilirdi, hər iclasda 3 alim çıxış edirdi. Beləliklə, gün ərzində 

42  çıxış  dinlənirdi,  saat  9.30-dan  18.30-a  qədər  iclaslar  aparılır,  hər  çıxış  üçün  20  dəqiqə  vaxt 

verililir,  iclasın  axırında  çıxışların  geniş  müzakirəsi  keçirilir,  iştirakçılara  müxtəlif  suallar 

verilirdi.  Mövzular  fonetika,  lüğətçilik,  etimologiya,  dil  əlaqələri,  kompyuter  tərcüməsi,  türk 

dialektləri,  mətn  dili,  sintaksis,  səs  təqlidi,  söz  yaradıcılığı,  leksikologiya,  dil  nəzəriyyəsi,  dilin 

tədrisi  üzrə  bölünmüş,  qruplaşdırılmışdı.  Qurultayda  Türkiyənin  tanınmış  dilçiləri  Əhməd  Bican 

Ərcilasun,  Halık Şükrü  Akalın,  Nuri  Yuce, Əhməd  Buran,  Kamal Əraslan, Nurəddin  Dəmir, Əli 

Akar, Sadəddin Özçelik, Fikrət Turan, Saim Sakaoğlunun iştirakı böyük maraqla qarşılandı.  

Azərbaycan  tərəfdən  qurultaya  12  alim  dəvət  alsa:  prof.  Əbülfəz  Amanoğlu  –  AMEA-nın 

Naxçıvan  bölməsi,  AMEA-nın  müxbir  üzvü,  professor,  filologiya  üzrə  elmlər  doktoru,  Adil  Ba-

ğırov – AMEA-nın Naxçıvan  bölməsi, professor, filologiya üzrə elmlər doktoru, Vahid  Zahidoğlu 

Adilov –  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, dosent, filologiya üzrə  fəlsəfə doktoru, Baba 

Məhərrəmli  –  AMEA-nın  Nəsimi  adına  Dilçilik  İnstitutu,  dosent,  filologiya  üzrə  fəlsəfə  doktoru, 

Qızılgül Abdullayeva – BDU, dosent, filologiya üzrə fəlsəfə doktoru, Mətanət Abdullayeva – BDU, 

dosent, filologiya üzrə fəlsəfə doktoru, Vasif Adilov – Bakı Slavyan Universiteti, dosent, filologiya 

üzrə fəlsəfə doktoru, Elza İsmayılova – Xəzər Universiteti, dosent, filologiya üzrə fəlsəfə doktoru, 

Zivər  Hüseynova  –  Xəzər  Universiteti,  dosent,  filologiya  üzrə  fəlsəfə  doktoru,  Tarix  Muzeyinin 

əməkdaşı Gülzadə Abdulova. Sevindirici haldır ki, Qars Universitetində çalışan həmyerlilərimiz – 

dos.  Yalçın  Yunusov  və  prof.  Bədirxan  Əhmədov  da  qurultaya  dəvət  almışdılar.  Azərbaycandan 

olan  nümayəndələrdən  Əbülfəz  Amanoğlu,  Adil  Bağırov,  Baba  Məhərrəmli  həm  də  iclas  sədri 

vəzifəsini icra etdilər. 




 

 

75 



Baba  Məhərrəmlinin  mövzusu  «Türk  dillərində  ölü  söz  kökləri»  idi.  O,  türk  dillərində  ölü 

söz köklərinin yaranmasında fonoloji amillərin böyük rol oynadığını qeyd etdi. Türkoloq müxtəlif 

türk  dillərinə  aid  zəngin  faktlarla  ölü  söz  köklərinin  fərqli  sayda  qorunduğunu  söylədi.  O,  türk 

dillərində ölü söz köklərinin yeni sözlərin yaranmasında əsas baza rolu oynamasını xüsusilə vur-

ğuladı. Tədqiqatçı qeyd etdi ki, çağdaş türk dillərinin bir çoxunda daşlaşan ölü söz kökləri digər 

bir  türk  dilində  ilkin  formasını  saxlaya  bilmişdir.  Bunun  da  əsas  səbəbi  türk  dillərinin  fərdi 

inkişafı, özünəməxsusluğudur.  

Çıxışdan  sonra  Türk  Dil  Qurumunun  başkanı  Mustafa  Kaçalin,  Əhməd  Bican  Ərcilasun, 

Qızılgül  Abdullayeva,  Vahid  Zahidoğlu  çıxış  haqqında  yüksək  fikir  söylədilər  və  müxtəlif  suallar 

verdilər.  Prof.  Həmzə  Zülfüqar  B.Məhərrəmlinin  məruzəsində  işlətdiyi  daşlaşma  terminini  xüsusi 

qeyd  edərək,  bu  termini  Azərbaycan  dilçilərinin  uğuru  adlandırdı  və  həmin  terminin  Türk  Dili 

Qurumunda Türkiyə türkcəsinin də dil termini kimi də qeydə alınmasına söz verdi.  

Vahid  Zahidoğlu  «Dədə  Qorqudda  bir  soylama  haqqında»  adlı  məruzəsində  «Dədə 

Qorqud»dakı  bəzi  mətnlərin oxunuşunda olan  yanlışlıqlar  haqqında geniş  bilgi  verdi. Tədqiqatçı 

Məhərrəm  Ergin,  Sadəddin  Özçelik  kimi  qorqudşünasların  Dədə  Qorqud  mətni  ilə  bağlı  bəzi 

yanlış fikirlərinin olduğunu sübut edərək, özünün gətirdiyi arqumentlərlə həmin mətnlərin düzgün 

oxunuş  formasını  slayd  şəklində  təqdim  etdi.  Alim  orijinal  mətni  dinləyicilərə  təqdim  edərək, 

Dədə  Qorqud  mətnlərinin  düzgün  oxunmamasının  hansı  yanlışlıqlara  yol  açdığını  göstərdi.  Adil 

Bağırovun  məruzəsi  «Dədə  Qorqud»  dastanında  Naxçıvanla  bağlı  yer  adları  haqqında  idi. 

Araşdırmaçı adı «Dədə Qorqud»da keçən bir çox yer adlarının paralellərinin Naxçıvan bölgəsində 

də  işləndiyini  qeyd  etdi.  Bununla  alim  Naxçıvanın  qədim  oğuz  türklərinin  yurdu  kimi  tarixi-

geopolitik əhəmiyyətinin olduğunu diqqətə çatdırdı. O, sübut etdi ki, Azərbaycan ərazisində olan 

toponimlərin  araşdırılması  türk  toponimiyası  üçün  böyük  önəm  daşıyır.  Ən  qədim  türk  məs-

kənlərindən olan Azərbaycanın hər qarış torpağında türk nəfəsi, türk ruhu duyulur.  

Əbülfəz  Amanoğlunun  məruzəsi  belə  adlanırdı:  «Əski  bir  yer  adı:  Katun».  Alim  Katun  ça-

yının etimologiyası haqqında öz araşdırmasında geniş söhbət açdı. Vasif Adilovun «Tarihi türk şəxs 

adlarının formalaşmasında rəng işarətlərinin yeri» mövzusundakı çıxışında türk şəxs adlarının, türk 

antropologiyasının  tarixi-etimoloji  şərhi  təqdim  olundu.  Elza  İsmayılovanın  «Koroğlu  dastanında 

türk mənşəli  arxaizmlər»  mövzusundakı çıxışında bu eposda türk  mənşəli sözlərin  fonetik,  leksik, 

qrammatik səviyyədə arxaikləşmiş elementlərindən bəhs etdi.  

Mətanət  Abdullayeva  «Fəlsəfi  şeir  dilinin  simvolik  dili  haqqında»  məruzəsində  şeir  dilinin 

linqvistik  məziyyətləri  haqqında danışdı. Qızılgül Abdullayeva  «XVII əsr  Azərbaycan türkcəsində 

cağatay türkcəsi elementləri»  mövzusunda çıxışında orta əsrlərdə türk xalqları arasında əsas ədəbi 

dil  olan  cağatay  türkcəsi  elementlərinin  əsasən  Azərbaycan  dilindəki  poetik  nümunələrdə  əksini 

tapdığını  söylədi.  Alim  zəngin  faktlarla  cağatay  türkcəsinin  Azərbaycan  poeziya  dilindəki  təsirini 

tarixi-etnik  amillərlə  bağladı.  O, qeyd etdi ki, orta əsrlərdə  böyük  bir сoğrafi arealı  əhatə edən  və 

ortaq  bir  türk  ədəbi  dili  səviyyəsinə  çatan  cağatay  türkcəsi  Azərbaycan  dilində  indi  də  öz  qədim 

elementlərini qoruya bilmişdir.  

Tarix  Muzeyinin  əməkdaşı  Gülzadə  Abdulova  «Atalar  sözləri  arxaik  sözlərin  dil  yaddaşı 

kimi» adlı məruzəsində atalar sözlərinin leksik-fonetik xüsusiyyətləri haqqında məruzə etdi.  

Zivər  Hüseynova  «Səfəvilər  dönəmində  türkədən  farsçaya  keçən  sosial  kəlmələr»  mövzu-

sundakı  çıxışında  fars dilinin  leksik  fondunun  zənginləşməsində türk  mənşəli  sözlərin  böyük rol 

oynadığını açıqladı.  

Qurultayda çıxışlar ciddi müzakirə olunur, iradlar bildirilir, maraqlı suallar verilirdi.  




Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə