N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə26/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   22   23   24   25   26   27   28   29   ...   58

SAYALI SADIQOVA 
 
62 
şəkildə öyrənilməsinə, ümumi dilçilik nəzəriy-
yəsinin inkişafına təkan verir. 
Prof. Afad Qurbanovun müasir dilçiliyin 
problemlərinə  həsr  edilmiş,  öz  sanballı,  əhatə 
dairəsi  və  yüksək  elmiliyi  ilə  seçilən  əsərləri 
dilçiliyimiz üçün qiymətli töhfədir.  
A.M.Qurbanov  dilçiliyin  demək  olar  ki, 
bütün  sahələrini  əhatə  edən  elmi  yaradıcılığa 
malik  alimdir.  Onun  tədqiqatlarının  istiqamət-
lərindən biri də türkoloji dilçilikdir. «Türkoloji 
dilçilik»  kitabında  həmin  terminin  mahiyyəti 
açılır  və  göstərilir  ki,  «türkologiya»  anlayışı 
çox geniş  və  əhatəlidir.  A.Qurbanov  həmçinin 
bir çox xarici ölkələrin linqvistik və onomastik 
elmi cəmiyyət və təşkilatlarının həqiqi və fəxri 
üzvü seçilmişdir. Azərbaycanda yaranmış ono-
mastika məktəbi A.Qurbanovun adı ilə bağlıdır. 
Hazırda bu perspektivli dilçilik sahəsində onun 
onlarla yetirmələri çalışmaqda və dəyərli araş-
dırmalar aparmaqdadır.  
Görkəmli elm və maarif xadimi  minlərlə 
filoloq-müəllim, 60-a yaxın elmlər namizədi və 
elmlər doktoru yetişdirmiş, dilçilik, pedaqogika 
və  metodikaya  dair  70-dən  çox  kitab,  500-ə 
qədər məqalə çap etdirmişdir. 
Prof.  A.Qurbanovun  elmi  yaradıcılığı 
zəngin,  çoxşaxəli,  müxtəlif  istiqamətli,  mövzu 
dairəsi  etibarı  ilə  olduqca  geniş  və  əhatəlidir. 
Onun  tədqiqat  və  maraq  dairəsinə,  mövzu  və 
istiqamətinə  görə  –  müasir  Azərbaycan  ədəbi 
dili, türkoloji dilçilik, dil universaliləri, ümumi 
dilçilik,  onomalogiya,  leksikologiya,  nitq  mə-
dəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, 
üslubiyyat,  ali  məktəb  pedaqogikası  və  meto-
dikası kimi sahələr daxildir.  
Görkəmli  azərbaycanşünas-alim,  dünya 
şöhrətli  türkoloq  Afad  Məhəmməd  oğlu  Qur-
banov  türkologiya  və  Azərbaycan  dilçiliyi  sa-
həsində  səmərəli  və  dəyərli  araşdırmalarını 
ömrünün  sonuna  qədər  davam  etdirmişdir.  O, 
yaxın,  uzaq  xaricdə,  dünyanın  bir  çox  ölkələ-
rində, onların elmi mərkəzlərində keçirilmiş dil 
qurultaylarında,  konfrans,  simpozium  və  kon-
qreslərində  məruzələrlə  iştirak  etmiş,  həmişə 
doğma  vətənimizi  təmsil  etmişdir.  Amerika, 
Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə 
elmi səfərlərdə olmuş, simpoziumlarda çıxışlar 
etmişdir.  Türkiyənin  Ankara,  İstambul,  İzmir, 
Adana,  Qeysəriyyə,  Konya,  Trabzon  və  başqa 
şəhərlərində uluslararası toplantılarda türkoloji 
dilçiliyin aktual problemlərinə dair dərin məz-
munlu məruzələr etmişdir. A.Qurbanov 1992-ci 
ildə  Azərbaycan  dövlət  nümayəndə  heyətinin 
üzvü kimi Yunanıstanda olmuş və Afinada ke-
çirilən Beynəlxalq konqresdə çıxış etmişdir. 
AMEA-nın müxbir üzvü Afad Qurbanov 
26  sentyabr  2009-cu  ildə  80  yaşında  vəfat 
etmişdir.  
 
 
 
SAYALI SADIGOVA 
 
CORRESPONDING MEMBER QURBANOV AFAD MAHAMMAD OGHLU 
 
S u m m a r y 
 
 Scientific  activity  of  A.Qurbanov  is  rich,  varied,  diversified  and  comprehensive.  His 
scientific activity consists of different subjects and directions of modern Azerbaijani language such 
as  Turkic  linguistics,  general  linguistics,  onomatology  lexicology,  oratory,  language  of  literary 
works, high school pedagogy and methodology.  
 Famous  Azerbaijani  scientist,  worldwide  turkologist  Afad  Mahammad  Qurbanov  could 
research various and valuable investigations about actual problems of Azerbaijani linguistics. 


MÜXBİR ÜZV QURBANOV AFAD MƏHƏMMƏD OĞLU
 
 
63 
 
Key words: onomastics, onomasiology, Turkic languages, Turkic linguistics, interference 
 
 
 
САЯЛЫ САДЫГОВА 
 
ЧЛЕН-КОРРЕСПОНДЕНТ
 
КУРБАНОВ АФАТ МАГОМЕД ОГЛУ 
  
Р е з ю м е 
 
Научная  деятельность  А.Курбанова  затрагивает  широкий  круг  проблем  азербай-
джанского языкознания и тюркологии. В своих исследованиях известный  учёный-азербай-
джановед,  тюрколог  с  мировым  именем  рассматривает  вопросы  современного  азербай-
джанского литературного языка, тюркологического языкознания, общего языкознания, оно-
масиологии,  лексикологии,  культуры  речи,  перевода,  стилистики,  педагогики  и  методики 
высшей школы. 
 
Ключевые  слова:  ономастика,  ономасиология,  тюркология,  тюркские  языки, 
интерференция 
 
 
 
Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid pr., 115. AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutu – 
şöbə müdiri, fil.e.d. 
 
e-mail: sayalisadigova@yahoo.com 
 
 
 
Çapa təqdim edən 
Qəzənfər Kazımov – 
«Türkologiya» jurnalının  
sahə redaktoru  
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
 
8.VII.2015 
 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
 
22.VII.2015 
 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
________ 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
TOFİQ HACIYEV  
 
MÜXBİR ÜZV CƏFƏROV NİZAMİ QULU OĞLU 
 
 
Onun universitet müəllimi olmuşam. Dis-
sertasiyasının  da  elmi  rəhbəri  idim.  Müəllimin 
diqqətini  isə  auditoriyada  öncə  ən  yaxşı,  ən  is-
tedadlı  tələbə  cəlb  edir.  Hələ  tələbə  ikən  mə-
nimlə qurduğu dialoqlarda, aspiranturada oxu-
duğu illərdə  yazdığı yazılarda, düşünüb dediyi 
fikirlərdə sanki qaynayırdı, filoloji problemləri 
çəkinmədən qaldırırdı. Gənc yaşlarından Azər-
baycan  filologiyasının,  mədəniyyətinin,  türko-
logiyasının  öncülü  olmağa  cəhd  edən  filologi-
ya  elmləri  doktoru,  professor,  AMEA-nın 
müxbir üzvü Nizami Cəfərov, sözün geniş mə-
nasında,  hətta səriştəli, təcrübəli dilçiləri, ədə-
biyyatşünasları  da  geridə  qoydu:  intellektual 
səviyyəsi ilə, öz fərdi maraq dairəsi ilə... 
Mən  nail  oldum  ki,  belə  bir  tələbə,  bir-
bir tədqiqatçı alim universitetin aspiranturasını 
keçdi,  tələbələrin  qarşısında  öz  bilik  və  baca-
rığını göstərdi. Nizamini yüksək elmi səviyyəli 
mülahizələrinin  mərkəzində  «mən  kiməm?», 
«biz kimik?» sualları düşündürür, o, bu sualla-
ra  aydın  məntiqilə  cavab  tapır,  ümumiləşdir-
mələr  aparır,  bəzən  də,  problemləri  mücərrəd-
ləşdirir  və  cavab  getdikcə  çətinləşir.  Mən  de-
yərdim ki, bütün əsərlərində qaldırılan problem-
lər və onların həlli yolları həmin cavablardan qi-
dalanmışdır.  Mən  bu gün  Nizamini  çağdaş  filo-
loji  fikrin  mötəbər  şəxslərindən  və  söz  sahiblə-
rindən biri sayıram. O, 1959-cu il 21 sentyabrda 
Ağstafa rayonunun Zəlimxan kəndində anadan 
olmuşdur.  ADU-nun  Filologiya  fakültəsini  bi-
tirmişdir.  1985-ci  ildən  Azərb.  SSR  EA-nın 
Nəsimi  adına  Dilçilik  İnstitutunun  elmi  işçisi 
olmuşdur. 1987-ci ildən «Ədəbiyyat və incəsə-
nət» qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı 
Dövlət  Universitetinin  Türkologiya  kafedrası-
nın  müəllimi,  professoru,  Filologiya  fakültəsi-
nin  dekanı  vəzifələrində  çalışmışdır.  2000-ci  il-
dən  Bakı  Dövlət  Universitetinin  kafedra  mü-
diridir. 
Azərbaycan  Respublikası  II  (2000-ci  il), 
III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli 
Məclisinin  deputatıdır.  Parlamentin  Mədəniy-
yət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə, 
Azərbaycan-Qazaxıstan,  Azərbaycan-Qırğızıs-
tan, Azərbaycan-Küveyt parlamentlərarası əla-
qələr üzrə işçi qrupunun rəhbəridir. 
O,  iri  addımlarla  irəlilədi.  Professor,  Azər-
baycan  MEA-nın  müxbir  üzvü,  Azərbaycanda 
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisdə Azər-
baycan-Türkiyə  dostluq  qrupunun  sədri,  «Dialoq 
Avrasiya»  Platformasının  Azərbaycan  üzrə  Milli 
Komitəsinin  sədri  Nizami  Qulu  oğlu  Cəfərovun 
əsərlərinin  biblioqrafiyası,  həyat  və  yaradıcı-
lığının əsas tarixlərini 1980–2015-ci illər arasında 
çap  olunmuş  avtoreferat,  kitab,  monoqrafiya, 
dərslik, məqalələr toplusu, portret-oçerk və proq-
ramlardan ibarət olan məlumatları əhatə edir. 
Biblioqrafiyada  görünən  ilk  elmi  yazı 
namizədlik  dissertasiyası  oldu.  1985-ci  ildə 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə