N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə28/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

MÜXBİR ÜZV CƏFƏROV NİZAMİ QULU OĞLU 
 
67 
istəyir. Bu, çox müsbət keyfiyyətlərdəndir. Ni-
zami  Türk  Dövlətləri  Birliyinin  yaradılması 
ideyasının  gerçəkləşdirilməsi  məsələsinə  həm 
də sosial mövqedən yanaşır. 
Alim  türk  birliyi  ideyasını  tarixi  zərurət 
olaraq  qiymətləndirərkən  başqa  türkoloqlardan 
fərqli  yanaşma  göstərərək  təkcə  bu  sahədəki 
mövcud  problemləri  sadalamır,  həm  də  onları 
yaradan tarixi, etnik amilləri göstərir və onların 
aradan qaldırılması formulasını ortaya qoyur. 
 
Azərbaycanşünaslığın  müasir  prob-
lemləri. Nizami Cəfərovun çoxcəhətli elmi, ic-
timai fəaliyyətinin prioritet məzmunu azərbay-
canşünaslıq,  aparıcı  ideya  istiqaməti  isə  azər-
baycançılıqdır. Bu isə, heç şübhəsiz, Azərbay-
can  xalqının,  ümumən  türk  xalqlarının  siyasi 
müstəqillik qazandıqları çağdaş dövrdə araşdı-
rıcının mənsub olduğu xalqın tarixini, intellek-
tual-ideoloji maraqlarını bilavasitə ifadə etmək 
ehtiyacından  irəli  gəlir.  O,  azərbaycanşünas-
lıqdan bəhs edərkən burada ən mühüm proble-
min Azərbaycan xalqının mənşəyi (etnogenez) 
problemi olduğunu göstərir.  
 
Ədəbiyyat  siyasəti,  yaxud  ədəbiyyat-
dan  siyasətə.  N.Cəfərovun  əsərlərinin  bir  his-
səsi  də  dil  və  siyasət,  ədəbiyyat  və  siyasət 
məsələlərindən  bəhs  edir.  Bu  kitablarda  ulu 
öndər Heydər Əliyevin, prezident İlham Əliye-
vin  ölkədə  apardıqları  dil  siyasəti,  ədəbiyyat 
və  mədəniyyət  məsələləri  və  s.  öz  əksini  tapa 
bilmişdir: Heydər Əliyev. Bakı, 2002; Türkiyə 
Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəri-
dir.  Bakı,  2002;  Ədəbiyyatdan  siyasətə.  Bakı, 
2003;  Azərbaycan:  Heydər  Əliyevdən  İlham 
Əliyevə. Bakı, 2004 (müəlliflərdən biri); İlham 
Əliyev. Bakı, 2004 (müəlliflərdən biri). 
«Heydər  Əliyev  öz  fəaliyyəti  və  siyasi 
təcrübəsində  hər  zaman  elmi  fikrin  ən  yeni 
nailiyyətlərindən  faydalanırdı.  O,  cəmiyyətin, 
xalqın  inkişaf  zəminini  elmdə,  intellektdə,  zi-
yalı  düşüncəsində  görürdü.  Bu  dahi  insan  el-
mimizin,  mədəniyyətimizin,  ədəbiyyatımızın 
gözəl  bilicisi  və  araşdırıcısı  idi.  Belə  bir  za-
manda  Nizami  Cəfərov  bütün  elmi,  ictimai, 
ideoloji  potensialı  ilə  parlamağa  başlamışdır» 
(Nizami  Cəfərov  və  türkçülüyün  ictimai  dü-
şüncəyə  çevrilməsi.  Azərbaycanda  Atatürk 
Mərkəzi: Bülleten. 2010. 1 (33). S.41). 
 
Proqram və dərslikləri. Nizami Cəfəro-
vun  məhsuldar  bir  alim  olduğunu  onun  ali  və 
orta məktəblər üçün tərtib etdiyi proqramlar və 
dərsliklər  də  göstərir.  Proqramları:  «Ümum-
təhsil məktəblərinin V–XI sinifləri üçün Azər-
baycan  dili  proqramı»  (Bakı,  1992  –  tərtibçi-
lərdən  biri),  «Orta  ümumtəhsil  məktəblərinin 
V–XI sinifləri  üçün türk dili  proqramı»  (Bakı, 
1994  –  tərtibçilərdən  biri),  «Orta  ümumtəhsil 
məktəblərinin V–XI sinifləri üçün Azərbaycan 
dili  proqramı»  (Bakı,  1996  –  tərtibçilərdən 
biri). 
 
Dərslikləri:  «Türk  dili  (IX  sinif  üçün 
dərslik)»  (Bakı,  1994  –  müəlliflərdən  biri), 
«Azərbaycan dili (IX sinif üçün dərslik)» (Ba-
kı, 1996 – müəlliflərdən biri), «Azərbaycan di-
li  (X–XI  siniflər  üçün  dərslik)»  (Bakı,  1998  – 
müəlliflərdən  biri),  «Azərbaycan  dili  (X–XI 
siniflər  üçün  dərslik)»  (Bakı,  1998  –  müəllif-
lərdən  biri),  «Azərbaycan  dili  (X–XI  siniflər 
üçün  dərslik)»  (Bakı,  2004  –  müəlliflərdən 
biri),  «Azərbaycan dili  (X  sinif üçün  dərslik)» 
(Bakı, 2005 – müəlliflərdən biri), «Azərbaycan 
dili  (XI  sinif  üçün  dərslik)»  (Bakı,  2005), 
«Ədəbiyyat  (VIII  sinif  üçün  dərslik)»  (Bakı, 
2005 – müəlliflərdən biri), «Ədəbiyyat (X sinif 
üçün dərslik)» (Bakı, 2005 – müəlliflərdən bi-
ri), «Ədəbiyyat (XI sinif üçün dərslik)» (Bakı, 
2006). 
İşlərimizin  bir  hissəsi  Nizami  ilə  birgə 
görülmüşdür.  O,  vəzifəsini  ancaq  filologiya 
elminin  inkişafına,  türkologiyanın  Azərbay-
canda tərəqqisinə (və  bunu  xüsusi qeyd  etmək 
istərdik  ki,  azərbaycanşünaslığın  türkologiya-
da  aparıcı  mövqe  tutmasına)  sərf  etmiş  və  et-
məkdədir. N.Cəfərov  bu gün ölkənin  universi-
5* 


TOFİQ HACIYEV 
 
68 
tetlərində tədris olunan  «Türk  xalqları ədəbiy-
yatı»  adlı  fundamental  dərsliyin  müəllifidir. 
Ali  məktəblərin  filologiya,  şərqşünaslıq  fakül-
tələri  üçün  dördcildlik  «Türk  xalqları  ədəbiy-
yatı»  dərsliklərinin  də  müəllifidir  (Türk  xalq-
ları ədəbiyyatı. Bakı, 2006. C. 1; Türk xalqları 
ədəbiyyatı.  Bakı,  2006.  C.  II;  Türk  xalqları 
ədəbiyyatı.  Bakı,  2007.  C.  III;  Türk  xalqları 
ədəbiyyatı. Bakı, 2007. C. IV). 
Yaradıcılığı  barədə  müxtəsər  şərh  ver-
mək fikrindəyəm. Geniş təhlil etməsəm də, ali-
min  digər  kitab  və  monoqrafiyalarının  da  ad-
larını çəkməyi əhəmiyyətli hesab edirəm: «Do-
lan,  kəfkirim,  dolan  (Manaf  Süleymanovun 
ömür  dastanı)»  (Bakı,  1993);  «Azərbaycan 
türkcəsinin  milliləşməsi  tarixi»  (Bakı,  1995); 
«Bəxtiyar  Vahabzadə»  (Bakı,  1996);  «Koroğ-
lunun poetikası» (Bakı, 1997); «Türk dünyası: 
xaos və kosmos» (Bakı, 1998); «“Kitabi-Dədə 
Qorqud”da  islama  keçidin  poetikası»  (Bakı, 
1999); «Xanım, hey! (“Dədə Qorqud” eposun-
da  müraciətlər)»  (Bakı,  1999);  «Genezisdən 
tipologiyaya»  (Bakı,  1999);  «Eposdan  kitaba» 
(Bakı, 1999); «Azərbaycan mədəniyyəti məsə-
lələri»  (Bakı,  2000);  «Azərbaycan  yalvarışları 
lüğəti»  (Bakı,  2000);  «Türkologiya  tarixinə 
ümumi  bir  baxış»  (Bakı,  2000);  «Gülhüseyn 
Hüseynoğlu»  (Bakı,  2001);  «Azərbaycanşü-
naslıq məsələləri» (Bakı, 2001); «Azərbaycan-
lılar:  etnokulturoloji  birliyin  siyasi-ideoloji 
üfüqləri»  (Bakı,  2001);  «Azərbaycanşünaslığa 
giriş»  (Bakı,  2001);  «Azərbaycan:  dil,  ədəbiy-
yat  və  mədəniyyət»  (Bakı,  2001);  «Azərbay-
canşünaslığa  giriş»  (Bakı,  2002);  «Qədim  türk 
ədəbiyyatı» (Bakı, 2004); «Anar» (Bakı, 2004); 
«Klassiklərdən 
müasirlərə» 
(Bakı, 
2004); 
«Azərbaycanşünaslığın  əsasları»  (Bakı,  2005); 
«Qədim  türk  ədəbiyyatı»  (Bakı,  2006);  «Kla-
siklerden  çağdaşlara»  (İstanbul,  2006);  «Azər-
baycanşünaslığın əsasları» (Təbriz, 2007). 
Beləliklə,  Nizami  Cəfərov  Azərbaycan 
dilçiliyinin, türkologiyasının, Azərbaycan ədə-
biyyatşünaslıq  elmi,  ədəbiyyatı,  fəlsəfi-ictimai 
fikri,  mədəniyyəti,  təhsili  sahəsində  mühüm 
xidmətlər  göstərən,  konseptual  əsərlər  yazmış 
görkəmli  nəzəriyyəçi  alimdir.  Həmin  əsərlər-
dəki  təhlillərdə  istər  dil,  istər  ədəbiyyat  prob-
lemlərini  şərtləndirən  komponentlər  açılır, 
müxtəlif  məsələlər  sosial  funksiyaların  və  es-
tetik  təbiətinin  vəhdətində  nəzərdən  keçirilir, 
yaxud irəli sürdüyü konseptual problemlər də-
qiq səciyyələndirilir və dəyərləndirilir. Ən baş-
lıcası isə bu tipli mürəkkəb məsələlərə dair bi-
zim  elmi  fikirdə  aşkar  boşluğu  dolduracaq  sə-
viyyədə  tutarlı  nəticələr  əldə  edilir.  Nizami 
elmi-ədəbi  və  siyasi  mühitdə,  mən  deyərdim 
ki,  inamla  irəliləyir.  Professional  səriştəlilik  nü-
mayiş etdirir, püxtələşmə pilləsini keçərək hazır 
mütəxəssis  kimi  fəaliyyətini  davam  etdirir,  öz 
cazibədar  üslubu,  təhlil  tərzi,  öz  fərqli  maraq 
əhatəsi ilə, fitri qabiliyyətin bənzərsizlik nişanəsi 
ilə «mühiti öz təsiri altına ala bilir». 
 Nizami, bir də görürsən ki, ən modern ter-
minlər  işlədir,  ən  müasir  məntiqlə  danışır,  adam 
onun manerasına heyran qalır. Bu baxımdan onun 
sosial, ədəbi mühitdə öz yeri fərqli görünür. 
Mənə elə gəlir ki, Nizamidə filologiyamızın 
ümumən  problemlərini  birbaşa  görmək  və  həmin 
problemlərə çarə axtarmaq və tapmaq istedadı var. 
Nizami  sözünün  və  hərəkətlərinin  uyar-
lığı,  ölçülüb-biçilməsi  ilə  seçilir.  Nizami  bir 
həqiqi  talant  kimi  bütün  əsərlərində  özünü  tə-
zahür  etdirir.  Onun  Azərbaycan  ədəbi  dilinin 
mükəmməl  tarixini  yaratmaq  sahəsindəki  ax-
tarışları  bir  mütəxəssis  kimi  məni razı salır  və 
bunu yeni mərhələ saymaq olar. 
Mənim  görə  bilmədiyim  işi  tələbəm  –  Ni-
zami  Cəfərov  görür.  Nizaminin  yazıları  vahid 
mövzu və konsepsiya ətrafında birləşə bilir, Azər-
baycan ədəbi dilinin, Azərbaycan ədəbiyyatı tari-
xinin,  azərbaycanşünaslığın,  Dədə  Qorquddan 
üzü  bəri  Nizaminin,  Qazi  Bürhanəddinin,  Xətai-
nin, Füzulinin, Mirzə Cahanşah Həqiqinin, Vaqi-
fin müasir mərhələlərini işıqlandırır. 
Yeni  filologiyanın  bədii-fəlsəfi  sərhədləri, 
dil-estetik konsepsiyası 80-ci illərdə də aydın gö-
rünməyə başladı və bu yeni filoloji dalğanı – yeni 
yazarlar nəslini də meydana gətirdi. Bu istedadlı 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə