N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

FƏRMAN XƏLİLOV 
 
 
74 
Nazirliyinin  nəşriyyatında  işıq  üzü  görmüşdür. 
Əbülfəz Quliyev tərcümə işi ilə də geniş şəkildə 
məşğul olur. O, görkəmli türk şairi və sufi mütə-
fəkkiri  Mövlana  Cəlaləddin  Ruminin  (XIII  əsr) 
«Məsnəvi»sinin  ilk dəfə Azərbaycan dilinə  filo-
loji  tərcüməsini  həyata  keçirmiş,  Naxçıvandakı 
«Əcəmi»  nəşriyyatında  3  cilddə  (2012)  nəşr  et-
dirmişdir. Özbək şairi Məhəmməd Salihin «Şey-
baninamə» poemasını (XVI əsr) Azərbaycan di-
lində transkripsiya  və tərcümə  ilə birlikdə  nəşrə 
hazırlamışdır. 
Prof.  Ə.İ.Quliyev  məhsuldar  elmi  fəaliy-
yətinə görə 2007-ci  ildə  AMEA-nın  müxbir üz-
vü seçilmişdir.  
Əbülfəz Quliyev elmi-pedaqoji fəaliyyəti 
qədirbilən  xalqımız  və  müstəqil  dövlətimizin 
başçısı tərəfindən yüksək qiymətləndirilmiş, o, 
ölkə  prezidentinin  sərəncamı  ilə  respublikanın 
əməkdar müəllimi fəxri adını almışdır. Bundan 
əlavə, o, Türkiyə ilə Azərbaycan arasında elmi 
və  mədəni  əlaqələrin  inkişafındakı  səmərəli 
xidmətlərinə görə Avrasiya kurumunun ödülü-
nə  layiq  görülmüşdür.  Naxçıvan  Muxtar  Res-
publikasında  elmə  göstərilən  qayğının  bir  nü-
munəsi  kimi  Ali  Məclis  Sədrinin  göstərişi  ilə 
onun  bir  neçə  kitabının  türk  dilindən  tərcümə 
edilərək  Naxçıvanda  «Əcəmi»  nəşriyyatında 
nəşr edilməsini də qeyd etmək yerinə düşər. 
Zəhmətkeş  alim,  yorulmaz  tədqiqatçı  sə-
mərəli  elmi  fəaliyyətinə  görə  Azərbaycan  Milli 
Elmlər Akademiyasının Rəyasət Heyətinin fəxri 
fərmanı ilə təltif olunmuşdur. 
 
 
 
FARMAN KHALILOV 
 
CORRESPONDING MEMBER GULIYEV ABULFAZ AMAN OGHLU  
 
S u m m a r y 
 
Prominent  turkologist,  corresponding  member  of  ANAS,  doctor  on  philology,  professor 
Abulfaz  Aman oglu  Guliyev  has  lived  an  honourable  life.  Abulfaz Guliyev  who  has devoted  45 
years of his  life to education graduated from the Philology  faculty of Baki State University with 
honours diploma  in 1971th  years and  began to work  in  modern Nakhchivan  State University. In 
here  he  was  worked  as  teacher,  head  teacher,  docent,  professor,  chief  of  chair  duties.  From  the 
beginning  of  2003rd  year  he  is  the  director  of  Art,  Language  and  Literature  Institute  of 
Nakhchivan  Branch  of  ANAS.  Abulfaz  Guliyev`s  investigation  field  is  devoted  to  learn  ancient 
turkish written  monuments, turkish onomastics, dialectology and the history of turkish literature. 
Abulfaz Guliyev`s 32 monography and books, about 300 articles has been published till today.  
 
Key words: scientist, turkologist, Azerbaijan, linguistics, literature  
 
 
 
 
 
 
 
 


MÜXBİR ÜZV QULİYEV ƏBÜLFƏZ AMAN OĞLU 
 
 
75 
ФАРМАН ХАЛИЛОВ 
 
ЧЛЕН-КОРРЕСПОНДЕНТ ГУЛИЕВ АБУЛЬФАЗ АМАН ОГЛУ  
 
Р е з ю м е 
 
Известный  тюрколог,  член-корреспондент  НАНА,  доктор  филологических  наук, 
профессор  Абульфаз  Аман  оглу  Гулиев  прошёл  достойный  жизненный  путь.  45  лет  своей 
жизни  учёный  посвятил образованию.  В  1971 г., окончив  с отличием  филологический  фа-
культет  Азербайджанского  госуниверситета,  он  получил  назначение  в  Нахчыванский 
государственный  университет. Здесь А.Гулиев работал преподавателем, старшим препода-
вателем,  доцентом,  профессором,  заведующим  кафедрой.    С  2003  г.  он  является  директо-
ром  Института  культуры,  языка  и  литературы  Нахчыванского  отделения  НАНА.  Круг  его 
научных интересов – это древние тюркские письменные памятники, тюркская ономастика, 
диалектология  и  история  тюркской  литературы.  А.Гулиев  –  автор  32  книг  и  около  300 
научных статей. 
 
Ключевые слова: учёный, тюрколог, Азербайджан, языкознание, литература  
 
 
 
Ünvan: AZ7000. Naxçıvan, Heydər Əliyev pr., 76. AMEA-nın Naxçıvan Bölməsi. İncəsənət, Dil 
və Ədəbiyyat İnstitutu – şöbə müdiri, fil.e.d. 
 
e-mail: ebulfezamanoglu@yahoo.com 
 
 
 
Çapa təqdim edən 
 Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının  
baş redaktorun müavini 
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
 
15.VII.2015 
 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
4.IX.2015 
 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
________ 
 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
RAFİQ BABAYEV  
 
MÜXBİR ÜZV BAĞIROV ADİL NƏSİB OĞLU  
 
 
AMEA-nın müxbir üzvü, filologiya elm-
ləri  doktoru  A.N.Bağırov  1947-ci  ildə  Naxçı-
van  Muxtar  Respublikası  Şahbuz  rayonunun 
Nursu  kəndində  anadan  olmuş,  Azərbaycan 
Dövlət Universitetinin (indiki BDU)  Filologi-
ya  fakültəsində    ali  təhsil  almışdır.  O,  ömrü-
nün mənalı illərini elmi və pedaqoji işə sərf et-
miş,  orta  ümumtəhsil  məktəblərində  ana  dili-
mizin incəliklərini gənc nəslə  sevdirməklə bə-
rabər,  Naxçıvan  Müəllimləri  Təkmilləşdirmə 
İnstitutunda  Azərbaycan  dili  və  ədəbiyyatı 
kabinetinin müdiri, Naxçıvan MR Xalq Təhsili 
Nazirliyində  aparıcı  mütəxəssis,  Naxçıvan 
Özəl Universitetində baş müəllim, Azərbaycan 
dilçiliyi  kafedrasının  müdiri  vəzifələrində 
işləmişdir.  Adil  Bağırov  hazırda  AMEA  Nax-
çıvan  Bölməsi  İncəsənət,  Dil  və  Ədəbiyyat 
İnstitutunda  Onomastika  şöbəsinin  müdiri  ki-
mi elmi və pedaqoji fəaliyyətini davam etdirir.  
70 yaşına yaxınlaşan  A.N.Bağırov elmi-
pedaqoji  fəaliyyətinin  təxminən  –  50  ilini  ar-
xada qoyub. Bu  illər ərzində o, zəngin  və  mə-
nalı  həyat  yolu  keçib,  respublikamızda  təcrü-
bəli pedaqoq,  türkoloq-dilçi alim,  fundamen-
tal tədqiqatların müəllifi olan elm xadimi kimi 
tanınıb.  
Çox  şərəfli  və  gərəkli  tədqiqat  işi  ilə 
məşğul olan Adil Bağırov elmdə öz yeri və sö-
zü  olan,  təvazökarlığı,  sadəliyi  ilə  fərqlənən 
bir alimdir, ən ümdəsi isə zəhmətkeş, bacarıqlı 
tədqiqatçıdır.  O,  işgüzar,  tədqiqat  dairəsi  ge-
niş,  nəzəri  cəhətdən  hazırlıqlı, orijinal  fikri  və 
mövqeyi  olan  alimlərimizdən  biridir.  A.Bağı-
rovun  elmi  ilə  insanlığı  bir  vəhdət  təşkil  edir.  
Onun  əsərlərində  elmi  axtarış  səriştəsi,  dəqiq-
liyi özünü  göstərir,  elmə  bağlılığı,  vətəndaşlıq 
yanğısı alim narahatlığı ilə birləşir. 
A.N.Bağırov  bir  sıra    kitab,  monoqrafiya 
və məqalələrin müəllifidir.  O, elmi yaradıcılığa 
asan,    hamar  yollarla  gəlməyib,  böyük  və  gər-
gin    zəhmət  bahasına    elmin  pillələri  ilə  yük-
səlib.  O, hər nə qazanıbsa, öz zəhməti, alın təri 
ilə  qazanıb,  heç  zaman  ucuz  şöhrət  dalınca 
qaçmayıb.  Həmişə  çox  ciddi  problemlərə  to-
xunan  bu görkəmli alim monoqrafiya, kitab və 
məqalələrində örnək səviyyədə polemika mədə-
niyyəti nümayiş etdirib.  
Adil Bağırovun  yaradıcılığı çoxsahəli  və 
çoxşaxəlidir.  Onun  tədqiqat  və  maraq  dairəsi  
türkoloji  dilçilik  və  Naxçıvan  onomastika 
məktəbidir. İftixarla qeyd olunmalıdır ki, o, bu 
məktəbin yaradıcısıdır.  
A.N.Bağırovun  elmi  yaradıcılığını  iki 
mərhələyə  ayırmaq  olar.  O,  yaradıcılığının  ilk 
dövründə türkologiyanın  aktual problemləri, o 
cümlədən oğuz qrupu türk  dillərində yarımçıq 
feillər,  onların  tarixi  inkişaf  prosesi,  dildəki 
yeri, sərhədi, aktual qrammatik xüsusiyyətləri-
ni  araşdırmış,  1981-ci  ildə    Nəsimi  adına  Dil-
çilik  İnstitutunda  «Türk  dillərində    yarımçıq 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə