N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə32/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

MÜXBİR ÜZV BAĞIROV ADİL NƏSİB OĞLU 
 
 
77 
feillər  (oğuz  qrupu  türk  dillərinin  materialları 
əsasında)»  mövzuzunda  namizədlik  dissertasi-
yası  müdafiə  etmiş,  bu  sahədə  xeyli  məqalə 
yazmış, elmi fikir və mülahizələrini «Türk dil-
lərində  yarımçıq  feillər»  adlı  dərs  vəsaitində 
ümumiləşdirmişdir.  Müəllifin  bu  əsəri    türko-
loqlar  tərəfindən    yüksək  qiymətləndirilmiş, 
etibarlı, nüfuzlu qaynaq kimi qəbul edilmişdir. 
Alim,  indi  də  tanınmış türkoloqlarla  möhkəm  
yaradıcılıq əlaqələri saxlayır.  
Azərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra  Adil  Bağırov  elmi  fəaliyyətini  Naxçıva-
nın onomastik vahidlərinin tarixi-linqvistik şə-
kildə tədqiqi üzərində  qurmuş, bu sahədə fun-
damental  işlər  görmüş,  Naxçıvanın    qədim  və 
müasir  ərazilərindəki onomastik adlar  sistemi-
ni hərtərəfli, elmi prinsip və metodlar əsasında 
tədqiqata cəlb  etmişdir. Məhz onun  ciddi elmi 
yaradıcılığı sayəsində Naxçıvan onomastik va-
hidlərinin geniş elmi  mənzərəsi yaradılmışdır.  
Qəlbindəki  vətəndaşlıq  yanğısı,  tarixi 
yer-yurd  adlarımızı  toplayıb  təhlil  etmək  və 
xalqa çatdırmaq təşnəsi ona rahatlıq verməmiş 
və nəticədə onomalogiyaya aid dəyərli töhfələr 
ortaya  çıxarmışdır.  O,  dilimizin    xüsusi  adlar 
sistemini  təşkil  edən  onomastik  vahidlərin  aid 
olduğu  bütün  yaruslarını  (etnonim,  antropo-
nim,  hidronim,  zoonim,  fitonim  və  ktemato-
nimlər)  tarixi-linqvistik    müstəviyə  çıxarmış, 
Naxçıvanın makrotoponimlərindən  mikrotopo-
nimlərinə,  paleotoponimlərindən  müasir  topo-
nimlərinə  qədər  zəngin  bir  materialı  toplayıb 
tədqiqata  cəlb  etmiş,  bölgə  toponimlərinin  el-
mi-nəzəri  əsaslarını,  ayrı-ayrı  coğrafi  adların 
yaranma  və  təkamül  yollarını  müəyyənləşdir-
miş,  növləri  üzrə  qruplaşdırmış,  onları  tarixi-
müqayisəli,  struktur-semantik,  təsviri,  tipoloji 
metodları tətbiq etməklə  təhlil  etmişdir.   
A.N.Bağırov  əldə  etdiyi  zəngin  faktlara 
söykənərək bu  müddət ərzində doktorluq disser-
tasiyası  müdafiə  etmiş,  milli  yaddaşımız  olan 
onomastik  vahidlərin  tədqiqi  ilə  bağlı  «Naxçıva-
nın hidronimləri» (2000), «Naxçıvan toponimləri-
nin linqvistik xüsusiyyətləri» (2002),  «Naxçıvan 
Muxtar  Respublikasının  onomastik  vahidlər  söz-
lüyü» (2003), «Naxçıvanın oykonimləri» (2008),  
ikicildlik  «Onomalogiya  problemləri»  (2010, 
2012), «Naxçıvanın urbanonimləri»  (2014) kimi 
monoqrafiyalarını, «Türk dillərində yarımçıq feil-
lər»,  «Oronimlərin  linqvistik  xüsusiyyətləri»  adlı 
dərs  vəsaitlərini  yüksək  səviyyədə  işləmiş,  «Tür-
kologiyaya  giriş»,  «Türk  dillərinin    müqayisəli 
qrammatikası»    adlı  tədris  proqramlarını  hazırla-
mış, 130-dan artıq dəyərli elmi məqaləni  elmi ic-
timaiyyətin müzakirəsinə vermişdir.  
Adil  Bağırov  2000-ci  ildə  «Naxçıvanın 
hidronimləri»  adlı  monoqrafiyasında  ilk  dəfə 
olaraq  bölgənin çay, göl, bulaq, kəhriz, arx və 
kanal  adlarını  toplayıb  tədqiqata  cəlb  etmiş, 
xalqın tarixi  keçmişi, dili, coğrafiyası,  yaşayış 
tərzi, etnogenezi,  etnoqrafiyası  ilə  bağlı  məsə-
lələrə  aydınlıq  gətirmiş,  nəticədə  təbii  sərvət 
elmi sərvətə çevrilmişdir.  
Müəllifin «Naxçıvanın oykonimləri» adlı 
əsəri  öz  orijinallığı  ilə  seçilir.  Monoqrafiyada  
bölgədəki  yaşayış  məntəqə  adlarının  400  illik 
bir tarixi izlənilərək oykonimlər sistemi funda-
mental  şəkildə  öyrənilmiş,  itib  batmaqda  olan 
toponimlər araşdırılıb üzə çıxarılmış, Azərbay-
can  tarixi,  dili  və  coğrafiyası  üçün  zəngin  və 
qiymətli materiallar toplanılmışdır.   
Elmi  ictimaiyyət  tərəfindən  rəğbətlə  qarşı-
lanan  ikicildlik  «Onomalogiya problemləri» əsə-
rində  dilin  onomastik  vahidlər  sisteminin  bütün 
qatları  əhatə  edilir  və  bu  kitab  öz  orijinallığı  ilə 
səciyyələnir. Araşdırmanın keyfiyyətlərindən biri 
də budur ki, alim onomastik vahidlərin prinsip və 
metodlarına  elmi  yanaşmanın  üsullarını  göstərir. 
Monoqrafiya onomastika elmində  ənənə yaradan 
fundamental  tədqiqat əsəridir.  
A.N.Bağırov elmdə öz dəsti-xətti, öz yo-
lu  və üslubu olan  bir araşdırıcıdır. Onun  əsər-
lərində xalqımızın soykökünü, milli təfəkkürü-
nü,  sosial-iqtisadi  izlərini  görmək  və  oxumaq 
mümkündür.  Onomastikaya  aid  əsər  yazmaq 
üçün təkcə dilçi olmaq azdır. Hökmən istedad-
lı  qələm  sahibi  olmaq,  vətənin  tarixini,  coğra-
fiyasını bilmək, ən əsası isə vətənpərvər vətən-


RAFİQ BABAYEV 
 
 
78 
daş  olmaq  gərəkdir.  Odur  ki,  Adil  Bağırov 
coğrafi  adların  mənşəyini  araşdırarkən  Naxçı-
van  diyarının  tarixini,  coğrafiyasını  əsl  elm 
mücahidi  kimi  dərindən  öyrənmiş,  bölgənin 
hər  bir  şəhərini,  kəndini,  dağ  və  dərəsini  bir 
səyyah  marağı  ilə  gəzmiş,  Naxçıvanın  ono-
mastik  sistemini  kompleks  şəkildə  tədqiq  et-
mişdir. O, bu istiqamətdə konkret qənaətlərdən 
çıxış  etmiş,  hər  hansı  məsələ  haqqında  tələm-
tələsik  qərar  çıxarmamış,  hər  bir  toponimin 
mənşəyi  ilə  bağlı  söylənilmiş  fikirləri  saf-çü-
rük  etmiş,  güclü  məntiqə  söykənib  yeni  arqu-
mentlər əsasında fikir yürütmüşdür. 
A.Bağırovun  kitab  və  məqalələrini  oxu-
duqca  gözlərimiz  qarşısında  Naxçıvanın  tarixi 
və  tarixi  coğrafiyası  canlanır.  Bu  əsərlərdə 
müəllif  belə  qənaətə  gəlir  ki,  yer-yurd    adları 
milli səciyyə daşıyır və doğma dilimizin mate-
rialları  əsasında  yaranır,  ərazinin  əhalisi,  təbii 
şəraiti,  relyefi,  iqlimi,  flora  və  faunası,  torpaq 
qatının  rəng  və  tərkibi,  su  mənbələri,  xalqın 
təsərrüfat  fəaliyyəti    əsasında  formalaşır.  Ona 
görə  Naxçıvan  toponimlərinin  mənşəyini  bu 
torpaqdan,  bu  yurddan  kənarda axtarmaq,  xal-
qın  milli  təfəkküründən  ayrı  düşünmək  müm-
kün  deyil.  Bu  adların  doğum  yeri  Naxçıvan, 
nəsli, kökü Azərbaycandır. Naxçıvan toponim-
ləri  tarixin  ən  qədim  dövrlərinin  şahidi,  onun 
doğru danışan dili, dağlara, qayalara vurulmuş 
möhürnaməsi,  təbiətin  özünə  naxışlanmış  tə-
fəkkür  dünyası  və  milli  mənəvi  abidələridir. 
Bu abidələr xalqın qanı ilə yoğrulmuş milli ün-
vanımızdır.  Burada  yaşayan  əhali  bu  ünvana 
Azərbaycan  türklüyü  möhürünü  bəşəriyyətin 
məskən saldığı ilk günlərdən vurub.  
Müəllif  yazır  ki,  Naxçıvan  toponimləri-
nin öyrənilməsi xalqımız üçün taleyüklü məsə-
lədir.  Bu,  hər  şeydən  əvvəl,  ictimai-siyasi  və 
mənəvi  əhəmiyyətinə,  dövlət  sərhədlərinin  ni-
şanlanmasındakı  roluna  görə  mühüm  dəyər 
kəsb edir. Bu məsələnin dərindən öyrənilməsi-
ni  bizdən  zaman  tələb  edir,  ikiyə  bölünmüş 
Azərbaycanın yağılar əlində olan tarixi torpaq-
ları, xalqımızın düçar olduğu ictimai-siyasi və-
ziyyət tələb  edir. Odur ki, əslimizi, kökümüzü 
danıb,  məkanımıza  yiyələnmək  istəyən,  mən-
fur  niyyətli,  işğalçı  ermənilərə  kəsərli  cavab 
vermək  üçün  yer-yurd  adlarını  öyrənmək  hər 
zaman  elmin  qarşısında  duran  çox  aktual  mə-
sələlərdən biridir.  Bunları öyrənməyi Adil Ba-
ğırov  elm  adamının,  eləcə  də  hər  bir  vətənda-
şın  vətəndaşlıq borcu kimi dəyərləndirir.  
A.N.Bağırov  elmi  sözünü  gördüyü  işlərlə 
deməyi bacaran bir alimdir. O, beynəlxalq aləmdə  
türkologiya  və  onomastika  sahəsində  əldə  olun-
muş  nailiyyətləri daim izləyir, yenilikləri öyrənir, 
müntəzəm  olaraq  görkəmli  dilçi-alimlərlə  fikir 
mübadiləsi  aparır.  Bu  məqsədlə  o,  Bakı,  Naxçı-
van, Rize, Ankara, Qars (2009 və 2014-cü illərdə) 
şəhərlərində  keçirilən  bir  sıra  beynəlxalq  elmi 
simpozium, konfrans və qurultaylarda yüksək sə-
viyyədə  iştirak  etmiş  və  məruzələr  söyləmişdir. 
Onun  2008-ci  ildə  Ankara  şəhərində  keçirilən       
VI və 2012-ci ildə isə VII  Uluslararası Türk Dil 
Qurultaylarında etdiyi çıxışlar mütəxəssislər tərə-
findən yüksək qiymətləndirilmişdir.  
A.N.Bağırovun  maraq  dairəsində  xalqı-
mızın milli təfəkkürünün məhsulu olan folklor 
materiallarını  toplamaq  və  nəşr  etdirmək  də 
mühüm  yer  tutur.    Gənc  yaşlarından  folklor 
materiallarını  toplayan  istedadlı  tədqiqatçı  bu 
sahədə  xeyli  işlər  görmüş,  «Azərbaycan  folk-
loru  antologiyası.  Naxçıvan  folkloru»  adlı  ki-
tabın  toplayıcı  müəlliflərindən  biri  olmuşdur. 
Onun  Naxçıvan  folkloruna  dair  topladığı  zən-
gin  materiallar «Naxçıvanın hikmət xəzinəsin-
dən»  (Kamilə  Bağırova  və  Bəxtiyar Məmmə-
dovla  birlikdə)  adlı  kitabda    (2005,  2007)  çap 
olunmuşdur.  O,  «Müasir  tələblər  səviyyəsin-
də»,  «İbrahim  Bağırov–75»,  «Xalq  müəllimi 
İsrafil  Şükürov»  adlı  kitabların  və  həmçinin 
xeyli elmi-metodik məqalənin də müəllifidir.  
Adil  Bağırovun    illər  uzunu  çəkdiyi  zəh-
mət  müstəqil  dövlətimiz  tərəfindən  yüksək  qiy-
mətləndirilmiş, o, 2014-cü ildə «Dilçilik» ixtisa-
sı üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.  
Görkəmli  elm  xadiminin  həyatı,  fəa-
liyyəti, uğurları, bir-birindən maraqlı kitabları, 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə