N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə11/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   7   8   9   10   11   12   13   14   ...   194

 

33

olmuşdur. Sakların Zaqafqaziya, ümumən Ön Asiya ilə 



bağlı tarixi bu cəhətdən diqqəti cəlb etməyə bilməz. 

Ehtimal etməyə hər cür əsas var ki, sakların hərbi-siyasi 

hökmranlığı Zaqafqaziyanın qeyri-türk mənşəli etnoslarının 

da bu adla adlanmasına səbəb olmuşdu. Bütün bunlarla 

yanaşı, sak (sit) dilinə aid əhəmiyyətli material 

qalmamışdır. Ancaq xüsusi adlar və Azərbaycan 

ərazisindəki bir sıra qədim toponimlər sak adını mühafizə 

edir: Sakasena. Balasakan; Şəki – Şaki; Zaqatala – 

Sakatala; Gəncə (Qazak) – Qansak və s.

1

 Bu və buna 



bənzər çoxlu qədim Azərbaycan toponimləri və qaynaqların 

məlumatı həmin ərazidə sakların uzun zaman yaşadığını və 

etnik prosesdə iştirak etdiyini göstərir, təsdiqləyir. 

 

AZƏRBAYCAN ÜMUMXALQ DİLİNİN 



FORMALAŞMASI 

 

E.ə. III-II əsrlərə, yəni Böyük Hun dövlətinin 



formalaşmasına və hunların Azərbaycana axınına qədər 

etnik-siyasi hərəkatda əsas rolu saklar və başqa türk 

etnosları oynayırdılar. Görünür, Azərbaycanda ilk 

etnolinqvistik mərkəzləşmə ehtiyacı da bu zaman – e.ə. I 

minilliyin birinci yarısında özünü göstərmişdi. 

Fəzlullah Rəşidəddinin “Cami ət-tavarix”i də hunların 

əfsanəvi hökmdarı Oğuz xanın – Metenin (e.ə. III əsrin 

sonları – II əsrin əvvəlləri) Azərbaycana səfərindən 

aşağıdakı şəkildə bəhs edir: “Oğuz Şirvan tərəflərindən 

qalxıb Arran və Muğana gəldiyi zaman yaz mövsümü idi. 

Hava son dərəcə çiskin idi və bu çiskinin üzündən orada 

qalmaq mümkün olmadığından, razılığa gəlib yaylaq olan 

                                                           

1

 



Ю

.

Б



.

Юсифов


Киммеры


скифы


 

и

 



саки

 

в



 

древнем


 

Азербайджане

стр


182-183, 

Г

.

А



.

Гейбуллаев

К

 



этногенезу

 

азербайджанцев



стр


. 326-327. 


 

34

dağlara getdilər. “Qış gəlincə yenidən enərək bu vilayətləri 



alar, yağma edərik” – dedilər. Yaz aylarında bu vilayətlərin 

bütün yaylaq və dağ yerlərini Səbəlan dağlarına, Aladağ və 

Andaboru dağlarına qədər tamam ələ keçirdilər (rəvayətə 

görə, Aladağ adını onlar qoymuşlar və Səbəlanı da onlar 

adlandırmışlar. Türk dillərində ortaya çıxıb dik duran bir 

şeyə Səbəlan deyirlər). Yaylaqda qaldıqları zaman bu 

tərəflərdə olan bütün ölkələri ələ keçirib tutdular. 

Azərbaycan vilayətini də aldılar. Özlərinin xas atlarını 

otlaqları çox geniş və gözəl olan Ucan səhrasının qoynunda 

bəslədilər. Orada olduğu sırada bir gün (Oğuz) hər kəsin 

toplanıb bir ər ətək torpaq gətirərək burada bir təpə 

yapmalarını əmr etdi. Qabaqca özü bir ətək torpaq gətirib 

tökdü. Lütfən özü torpaq tökdüyü üçün bütün əsgərlər ətək-

ətək torpaq gətirib tökdülər. Böyük bir təpə oldu. Bu 

təpənin adına Azərbaycan dedilər. (Azər-türkcə yüksək 

deməkdir, baycan da varlıların, uluların yeri mənasındadır. 

Bu ölkə bu şəkildə məşhur oldu. Bu gün də Azərbaycan 

deyilməsinin səbəbi budur). O yaz mövsümündə Oğuz 

Aladağda yaylaqda qaldı. Oradan Bağdad, Gürcüstan, 

Diyarbəkr və Rapa tərəflərinə elçilər yollayaraq, 

“gələcəyəm” deyə xəbər göndərdi. Gəlişindən xəbərdar 

olmaları və buna necə cavab verəcəklərini bilmək istədi. 

Əgər baş əyib el olur və vergilərini hər il müntəzəm olaraq 

öz xəzinəmizə gətirirlərsə, çox yaxşı, oraya əsgər getməz

əgər Oğuzun fikrinə uyğun cavab verməzlərsə, onları itaətə 

almaq üçün hərəkətə keçib üzərinə yürüyəcəkdi. Elçiləri bu 

yerlərə göndərdikdən sonra qışda Arran və Muğan tərəfinə 

gəldi. Kür və Araz çayları arasında yurd və qərargah olaraq 

seçib qışı orada keçirdi. O diyarın bütün xalqını (özünə) 

elan etdi”

1



                                                           



1

 Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, ADU nəş., 1989, səh. 98. 




 

35

Hun türklərinin Azərbaycan axını və burada 



məskunlaşması Azərbaycanda gedən etnolinqvistik 

proseslərə əsaslı təsir göstərmişdir. Əslində, ümumxalq 

Azərbaycan dilinin formalaşması hunların bu ərazidə 

möhkəmləndiyi dövrdə daha sürətlə getmişdir. 

“Hun dili” barədə müxtəlif mülahizələr mövcuddur. 

Çin mənbələri hunları Şan-yun, Hayn-yun, Hiunq-nu, 

Syunnu və s. kimi adlarla adlandırmışlarsa da, onların 

dilləri barədə əhəmiyyətli bir şey deməmişlər. H.Dörfer 

xun, syunnu və hun etnonimləri ilə eyni etnosun deyil, 

məhz müxtəlif etnosların işarələndiyini göstərir və 

aşağıdakı nəticələri çıxarır: 

1)

 Hunların hansı dildə danışdıqları bizə məlum deyil. 



2)

 Syunnuların hansı dildə danışdıqları bizə məlum 

deyil. 

3)

 Avropa hunlarının hansı dildə danışdıqları bizə 



məlum deyil. 

4)

 Bizim güman etməyə əsasımız var ki, Avropa 



hunlarının dili syunnların dilindən fərqlənir, yəni Avropa 

hunları görünür, syunnuların nəslindən deyil, heç olmasa 

onların birbaşa nəslindən deyil. 

5) Bizim güman etməyə əsasımız var ki, nə syunnuların 

dili, nə də Avropa hunlarının dili hər hansı məlum və ya 

indi mövcud olan dil ailəsinə aid deyil, daha çox burada 

söhbət (şumer, uqarit dillərindəki kimi) ölmüş dil 

qruplarından gedə bilər

1



H.Dörferin güman və fərziyyələrlə dolu bu 



mülahizələri heç bir tarixi mənbəyə, hunlarla əlaqədar 

qaynaq və dil faktlarına əsaslanmır, müxtəlif siyasi 

cərəyanlara xidmət etməklə türk xalqlarının etnik 

                                                           

1

 

Г



.

Дерфер


. o 

языке


 

гуннов


 – 

Зарубежная

 

тюркология



вып


. 1, 

М

., 1986, 



стр

. 113. 



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə