N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə14/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   10   11   12   13   14   15   16   17   ...   194

 

42

etmək istəkləri ilə bağlıdır. Bu da xeyli təəssüf doğurur



çünki mövcud tədqiqat təcrübəsi bu cür (yəni 

Azərbaycanda və ümumən Ön Asiyada türk etnosunun 

qədimliyini inkar edən) oxşar “sistemləri” bir neçə 

variantda tərtib etməyə həmişə imkan vermişdir, göründüyü 

kimi, verir də. 

Böyük Plini “Təbiət tarixi”ndə I əsrdə Zaqafqaziyanın 

etnik coğrafiyasını belə təsvir edir: “Kür çayı öz 

başlanğıcını Heniox dağlarında (başqaları onu Koraksi 

adlandırır) götürür, Araz isə Fəratın başladığı dağdan, 

ondan (Fəratdan) 6000 addım məsafədən (başlayır); o, Uzi 

çayını özünə qəbul edir və özü, yazıcıların (müəlliflərin – 

Red.) əksəriyyətinin fikrincə, öz sularını Kürün yatağında 

Kaspi dənizinə aparır. Kürdən başlayaraq, bütün düzənlikdə 

alban tayfaları, sonra iberlər yerləşir; onlar birincilərdən 

Qafqaz dağlarından axan Kür çayı ilə ayrılırlar. Albaniyada 

baş şəhər Kabalakadır… Albaniya sərhədlərindən 

başlayaraq, dağların bütün sinəsi boyu silvlər (adlı) vəhşi 

tayfa, aşağıda isə lupenilər, sonra didurlar və sodlar 

yaşayır. 

Onların arxasında çoxlarının səhvən Kaspi (qapıları) 

adlandırdığı Qafqaz qapıları yerləşir… 

Dənizə girişin sağ tərəfindəki boğazın kənarında skit 

tayfası (olan) udinlər yaşayır. Sonra sahil boyu, rəvayətə 

görə, Yasondan törəyən albanlar (yaşayır); dənizin onların 

qarşısındakı hissəsi Alban (dənizi) adlanır. Qafqaz dağları 

boyu yerləşən bu tayfa(lar), deyildiyi kimi, Ermənistan və 

İberiyanın sərhədini təşkil edən Kür çayına kimi gəlib çatır. 

Onların dəniz sahili torpaqları və udin tayfalarından 

yuxarıda sarmatların, utidorsların torpaqları uzanır, onların 

arxasında isə, artıq xatırladılan amazonkalar və savromatlar 

(yerləşir). Kas və Alban, sonra başlanğıcım Qafqaz 



 

43

dağlarından götürən Kambis, sonra yuxarıda deyildiyi kimi, 



Koraksi dağlarından axan Kür Albaniyadan keçərək dənizə 

tökülür. Aqrippamn verdiyi məlumata görə, Kas (çayından) 

olduğu üçün 425 min addım uzunluq boyu keçilməzdir. 

Kürdən (aşağıda) dəniz Kaspi adını daşıyır; sahil boyu 

kaspilər yaşayır. Burada çoxlarının, hətta son vaxt 

Korbulonun Ermənistana yürüşündə iştirak edənlərin 

səhvini düzəltmək lazımdır: onlar İberiyadakı qapıları 

Kaspi (qapıları) adlandırırlar ki, bizim dediyimiz kimi, 

Qafqaz (qapıları) adlanır; həmin ad oradakı vəziyyətə dair 

göndərilən xəritələrdə də var”

1



M.Kağanqatlının “Ağvan tarixi”nin “Aqvan hökmdarı 



Vaçaqanın Ağvan kilsələri məclisində bəyənilmiş 

qanunları” adlı fəslində oxuyuruq: “Mən Aqvan çarı 

Vaçaqan, Partav arxiyepiskopu Şubhaliş, Qapaq yepiskopu 

Manas, Haşu yepiskopu Yunan, Euta yepiskopları Anani və 

Saak, Kaqanqat kəndinin keşişi İosif, Partav keşişi Mate, 

çar sarayının Toma, Giqaç keşişi Poqos, Teri şəhəri 

yepiskopu Şmavon, Taraqoç keşişi Mate, Bed keşişi 

Abikaz, Ayırmanuş keşişi Urbat, Arsaq azatları və tayfa 

başçıları, keşişlər: İovel, Parmide və İakov, Kaqanat başçısı 

Bakur və bir çox başqaları bizim yaylaq yerimiz Atuendə 

hamılıqla mənim qarşıma toplanaraq qərar verdik…”

2



Hər iki mənbədən məlum olur ki, Albaniya ərazisində 

etnonimlər və adlar baxımından etnik müxtəliflik və dini 

ayrılıq müstəqil dövlətin süqutuna qədər mövcud idi və 

həmin müxtəliflik, heç şübhəsiz, ərəblərin hücumu və 

islamın yayılması dövründə aradan qalxmışdır. Lakin əlavə 

etmək lazımdır ki, Albaniyada Azərbaycan türk dilinin 

nüfuzu əvvəldən III-V əsrlərdən güclənir və qeyri-türk 

                                                           

1

 Azərbaycan tarixi üzrə qaynaqlar, səh. 25-26. 



2

 Azərbaycanın tarixi üzrə qaynaqlar, səh. 41. 




 

44

mənşəli dillərə onun təsiri isə daha əvvəlki dövrlərdən 



başlanır. Qafqaz dillərindəki, o cümlədən udin dilindəki 

türkizmlərə də bir sıra hallarda qədim Azərbaycan dilinin 

(III-V əsrlərə qədər) faktı kimi baxmaq lazım gəlir. 

Alban dili anlayışı barədə Azərbaycan filologiyasında 

mövcud olan mülahizələr qədim yunan coğrafiyaşünası 

Strabonun məşhur məlumatına əsaslanır. Həmin məlumat 

bundan ibarətdir ki, Albaniya ərazisində müxtəlif dillərdə 

danışan iyirmi altı tayfa olmuşdur

1

. Prof. T.Hacıyev yazır: 



“Türk mənşəli Azərbaycan dilinin formalaşdığı ilk 

dövrlərdə Albaniyada vahid ünsiyyət vasitəsi kimi xidmət 

göstərən alban dili olmayıb. Alban dili anlayışının özü bir 

növ xəyali xarakter daşıyır. Bu necə dildir ki, əlimizdə türk 

mənşəli Azərbaycan dilində yazılı nümunələr olan XIII 

əsrdən onun heç bir elementinə təsadüf olunmur? X-XII 

əsrlərdə türk tayfaları tərəfindən assimilyasiya olunan bu 

dilin qalib dildə mütləq müəyyən izləri qalmalı idi”

2

. Alban 


dili anlayışının qeyri-reallığı barədə vaxtilə V.V.Bartold 

bəhs etmişdir

3



Prof. T.Hacıyev “Alban dili” anlayışını ancaq bu 



məzmunda düzgün hesab edir ki, “Alban tayfa ittifaqı 

olmuş, hər tayfa öz dilində danışmışdır. Ancaq müxtəlif 

dövrlərdə bu tayfalardan biri siyasi cəhətdən gücləndikdə 

onun dili aparıcı mövqeyə qalxmışdır”

4

 və bu dil “Alban 



dili” adlanmışdır. Arran, hətta Midiya dili anlayışlarına da 

eyni mövqedən yanaşılır

5



Albaniyanın etnik tərkibinin müxtəlifliyi barədə, 



                                                           

1

 Azərbaycan tarixi, səh. 12. 



2

 T.İ.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh. 20. 

3

 

В



.

В

.



Бартольд

Сочинения



т

. II, 



ч

. I, 


М

, 1969, 


стр

. 662-663. 

4

 T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh.20. 



5

 T.İ.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, səh. 21. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə