N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə15/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   11   12   13   14   15   16   17   18   ...   194

 

45

demək olar ki, bütün tədqiqatçılar yazmışlar,



1

 lakin ərəb 

işğalına qədərki dövrdə Albaniya ərazisində hansı etnosun 

(və ya etnosların) aparıcı mövqeyə malik olması barədə son 

zamanlar əhəmiyyətli mülahizələr irəli sürülmüşdür. Heç 

şübhəsiz, bu cür etnos (və ya etnoslar) olmuşdur. 

Qeyd etmək lazımdır ki, Albaniya ərazisində gedən 

etnolinqvistik proseslərin məzmunu dərindən 

öyrənilməyincə (çünki Albaniya Şimali Azərbaycanın əksər 

hissəsini tutmuş və etnik tarixin ən intensiv dövründə – 

eramızdan əvvəlki ilk əsrlərdən VII-VIII əsrlərə qədər 

mövcud olmuşdur) Azərbaycan xalqının və ümumxalq 

Azərbaycan dilinin təşəkkülü barədə son söz demək 

mümkün deyil; VII əsrə qədərki Alban mənbələri isə, 

təəssüf ki, əldə edilməmişdir – həmin mənbələrin hansı 

dildə olması, ümumiyyətlə, mübahisəlidir… Lakin Alban 

mənbələrinin qədim erməni dilinə tərcümələrindən məlum 

olur ki, bu dil kifayət qədər zəngin, ədəbi təcrübəsi olan bir 

dil idi. “Alban tarixi” əsərində xeyli türk sözləri 

işlədilmişdir. Bu cür təkmil dilin azsaylı, siyasi nüfuzu 

böyük olmayan etnoslardan hər hansı birinə mənsub 

olduğunu düşünmək çətindir. 

Alban yazısı və əlifbası barədə müəyyən mülahizələr 

mövcuddur. A.Şanidze qeyd edir ki, alban yazısının 

çiçəklənmə dövrü V-VIII əsrlərə aiddir

2

. Bəzi tədqiqatçılar 



o qədər də möhkəm olmayan əsaslara istinad edərək alban 

(aqvan) dilini udin dilinin əcdadı (hətta A.Şanidzenin 

ifadəsi ilə “qədim udin dili” – “qədim udinlərin ədəbi dili”) 

                                                           

1

 

Бах



К

.



Алиев

Племена



 

древней


 

Кавказской

 

Албании


 (I 

в



до

 

н



.

э

. – I 



в

н



.

э

.), 



АКД

Л



., 1962, 

З

.



И

.

Ямпольский



 

Древняя


 

Албания


 III-I 

вв



до

 

н



.

э



Баку

, 1962, 


А

.

С



.

Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



стр


. 69-76. və s. 

2

 



А

.

Г



.

Шанидзе


Новооткрытый

 

алфавит


 

кавказских

 

албанцев


. – 

Труды


 

инс


языков


 

и

 



мат

культуры



 

Груз


ФАН


, 1938, 

т

. 4, 



стр

. 3. 



 

46

sayırlar



1

Alban dilinə belə baxım şübhə doğurur. Heç bir yazılı 



mənbədə alban dili udin dili ilə eyniləşdirilmir. 

Alban əlifbası, heç şübhəsiz, əvvəlcə bir dil  üçün 

nəzərdə tutulmuş, onun fonetik xüsusiyyətlərinə uyğun 

olaraq tərtib edilmişdir, lakin bu da şübhəsizdir ki, sonralar 

Albaniya ərazisindəki nüfuzlu dillərdən hər hansı biri, 

yaxud bir neçəsi həmin əlifbaya “yiyələnmək” imkanına 

malik idi. Ona görə də bir sıra tədqiqatçıların 52 hərflik 

Alban əlifbası üçün 52 fonemi olan dil axtarmaq (və onu 

Alban dili elan etmək) cəhdləri, görünür, o qədər də uğurlu 

deyil. Burasını da qeyd etmək lazımdır ki, Alban əlifbası 

daha əvvəllər (eramızın ilk əsrlərində) tərtib olunub

sonradan müxtəlif dillərin fonetik xüsusiyyətlərinə uyğun 

şəkildə təkmilləşdirilə bilərdi… Əlbəttə, bunların hamısı 

gümanlardır, lakin həqiqət ondan ibarətdir ki, Albaniya 

ərazisində e.ə. III əsrdən eramızın VII əsrinə (və daha 

sonralara) qədər yaşayan bütün etnoslar, xüsusilə türklər 

ümumi Alban mədəniyyətinin varisləridir. 

Tədqiqat göstərir ki, Qafqaz Albaniyasının incəsənəti 

müxtəlif tayfalar tərəfindən yaradılmışdı. Albaniya 

incəsənətinin formalaşmasında türklər də aktiv şəkildə 

iştirak etmişlər. Bununla bağlı olaraq irandilli və türkdilli 

mədəniyyətlərin sinkretizmi diqqəti cəlb edir. Azərbaycan 

incəsənəti tarixinin əsas prinsiplərindən biri ənənəvilikdən 

ibarətdir ki, orta əsrlərdəki incəsənət mərkəzlərində Alban 

mədəniyyəti tipinin yaşaması bilavasitə bunun 

təzahürüdür

2



                                                           



1

 

Вах



В

.



Гукасян

. o 


древнеагванском

 

алфавите



 

и

 



удииском

 

языке



. – 

Изв


АН

 



Аз

ССР



сер


обществ


наук


, 1962, N 1. 

2

 



Н

.

И



.

Рзаев


Искусство

 

Кавказской



 

Албании


 (IV 

в



до

 

н



.

э

. – VII 



в

н



.

э

.), 



Баку

, 1976, 


стр

. 194; həmçinin bax: 

К

.

В



.

Тревер


Очерки


 

по

 



истории

 

и



 

культуре


 

Кавказской

 

Албании


М

.-



Л

., 1959. 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə