N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə17/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   13   14   15   16   17   18   19   20   ...   194

 

50

əhalinin əksəriyyətinin ana dili və müəyyən qisminin 



ümumi ünsiyyət vasitəsi kimi Azərbaycan türk dili öz 

fəaliyyətini davam etdirir. 

Məlum olduğu kimi, VIII əsrdə alban “rəislərinin” 

əksəriyyəti erməni dilində danışsa da, “Arran əhalisinin 

hamısı erməni dilini bilmir və öz ana dilində danışırdı”

1



Bu, o deməkdir ki, erməni dilinə qədərki “alban dili”nin 

məhz türk mənşəli Azərbaycan dilindən başqa bir şey 

olmadığını güman etmək mümkündür. 

Strabon göstərir ki, albanlar maldarlığa daha çox 

meyillidirlər və köçərilərə yaxındırlar, lakin onlar vəhşi 

deyillər və buna görə o qədər də döyüşkən deyillər. Onlar 

iberiyalılarla Kaspi dənizi arasında yaşayırlar, ölkənin 

şimal tərəfi Qafqaz dağları ilə əhatələnib…

2

. Bu məlumat 



sakların Zaqafqaziyadakı tarixi yerinə və təsərrüfat 

ukladına uyğun gəlir. 

Beləliklə, ümumxalq Azərbaycan dilinin təşəkkülü 

ərəfəsinə qədər Azərbaycan ərazisində müxtəlif etnoslar 

yaşamışlar, onların müəyyən hissəsi – türk və qafqazdilli 

etnoslar müxtəlif dövrlərdə burada məskundurlar. E.ə. I 

minilliyin əvvəllərindən başlayaraq Hind-Avropa (əsasən 

İran) mənşəli etnoslar buraya gəlmişlər. Lakin eramızın I 

minilliyinin ortalarından etibarən qafqazdilli etnoslar 

Azərbaycanın şimalında ( və qismən də şimal-qərbdə) 

məskunlaşmağa başlamışlar. Azərbaycan xalqının və 

ümumxalq Azərbaycan dilinin təşəkkülü isə bəzi kiçik 

istisnaları nəzərə almasaq bütünlüklə türk mənşəli etnoslara 

əsaslanmışdır. 

Azərbaycan tarixşünaslığında formal olaraq düzgün – 

ancaq mahiyyətcə (konkret haldakı məzmununa görə) 

                                                           

1

 Z.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, Bakı, 1989, səh. 98. 



2

 Azərbaycan tarixi üzrə qaynaqlar, səh. 16. 




 

51

yanlış belə bir mülahizə mövcuddur ki, “Azərbaycan 



ərazisinə ilk türkdilli tayfaların gəlmə tarixini düzgün 

işıqlandırmaq üçün, hər şeydən əvvəl, aydın və dəqiq 

şəkildə təsəvvür etmək lazımdır ki, qədim türk tayfalarının 

pravətəni haradadır, onlar müxtəlif istiqamətlərdə hərəkətə 

nə vaxt başlamışlar ki, nəticədə, o cümlədən, Azərbaycan 

sərhədlərinə yaxınlaşmış və buraya daxil olub onun 

ərazisində məskunlaşmışlar”

1

. Sonra isə təcrübəli tarixçi 



yazır: “Bütün bunlar artıq inqilabaqədərki rus və xarici 

türkologiyada öyrənilib müəyyənləşdirilmişdir. Bununla 

əlaqədar olaraq, əvvəlcə elmdə çoxdan məlum belə bir 

əlifba həqiqətini qeyd edək ki, türkdilli xalqların pravətəni 

Mərkəzi Asiya olmuşdur”

2



Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, türk 

xalqlarını (yeri gəlmişkən, bu kontekstdə “türkdilli xalqlar” 

ifadəsi qeyri-dəqiqdir) pravətəninin Mərkəzi Asiya ilə 

bağlanması son onillər tənqidə dözmür. Vaxtilə türk 

xalqlarının vətənini Mərkəzi Asiya ilə məhdudlaşdıran 

tədqiqatçılar siyasi məqsədlər güdür və türk etnoslarını Ön 

Asiyanın yaxın zamanlarının sakinləri hesab edirdilər. Yeni 

araşdırmalar e.ə. III-I minilliklərdə Azərbaycan ərazisində 

altay-türk etnosunun “yer”ini görməyə imkan verir. Digər 

tərəfdən, Ə.S.Sumbatzadənin məsələyə həmin yanaşma 

metodu türk xalqlarına “öz yerini göstərmək” cəhdi təsiri 

bağışlayır ki, bu ciddi elmi metodologiya ilə bir araya 

sığmır. Müəllifin özündən əvvəlki tədqiqatçılara əsaslanan 

aşağıdakı mülahizələri də artıq köhnəlmişdir: 

“Azərbaycana III-IV ərlərdə şimaldan türkdilli 

tayfaların gəlişi ilə əlaqədar təbii olaraq burada türk dilinin 

                                                           

1

 



А

.

С



.

Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



стр


. 78 

2

 Yenə orada. 




 

52

yayılması başlandı, ancaq onun əhatə dairəsi həmin 



tayfaların axınlarının hansı güclə olması ilə bağlı idi, axın 

müxtəlif dövrlərdə müxtəlif olmuşdu. Türkdillilik, 

Azərbaycanda uzun zaman ancaq onu daşıyanların, yəni 

gəlmə tayfaların dili idi, “azəri”, alban, fars və ərəb dilləri 

ilə yanaşı işlənirdi. Ancaq XI-XIII əsrlərdə o, başqa dillər 

arasında üstünlük təşkil edir. Hətta bu halda belə, həmin 

əsrdə türkdillilik Azərbaycanda ancaq xalq danışıq dili 

səviyyəsində yazısız olaraq qalırdı. Bax ona görə də 

Azərbaycanda türkdilliliyin yayılmasının başlanğıcı və 

yayılma səviyyəsi barədə ancaq o dövrün yazılı erməni, 

gürcü, fars dillərindəki izlər əsasında mühakimə yürütmək 

mümkündür; həmin izlərin müəyyənləşdirilməsi 

Azərbaycanda türkdilliliyin inkişaf prosesini öyrənmək 

üçün birinci dərəcəli əhəmiyyətə malikdir”

1



Birincisi – əgər ümumxalq (və ədəbi) Azərbaycan dili 



Zaqafqaziya dillərinin hər hansı birindən sonra təşəkkül 

tapsa idi, bu dillərin heç olmasa beş-altı sözü Azərbaycan 

dilinə keçərdi (udin dilinə türk sözləri keçdiyi şəkildə); 

İkincisi – bu qədər güclü təsir nə gürcü, nə də erməni 

dilinə olmazdı; 

Üçüncüsü – əgər Azərbaycan dili XI-XIII ərlərdə 

“ancaq xalq danışıq dili” şəklində mövcud olsa idi, XIV 

əsrin sonlarında İ.Nəsimi kimi böyük söz ustası meydana 

çıxmazdı və s. və i.a. 

Ə.Sumbatzadə daha sonra yazır: “Qədimdə buraya 

şimaldan skitlər, massagetlər, alanlar; cənub-şərqdən 

midiyalılar və farslar, ilk orta əsrlərdən başlayaraq əvvəlcə 

şimaldan, sonra isə cənub-şərqdən çoxsaylı türkdilli 

tayfalar gəldilər. Azərbaycan ərazisində etnogenetik 

                                                           

1

 



А

.

С



.

Сумбатзаде

Азербайджанцы



 – 

этногенез

 

и

 



формирование

 

народа



стр


. 11. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə